UYĞUN KEYFİYYƏT
|
MÜŞTERİ MƏMNUNİYYƏTİ
|
MÜŞTƏRİ BAĞLILIĞI
|
MÜŞTƏRİ DƏYƏRİ
|
-Söz verileni Təkif Etmə
|
-Müştərilərin istədiyinii təklif etmə
|
-Müştəri davamlılığını təmin etmə
|
-Hədəf müştərinin ehtiyaclarını qarşılama
|
-Standartları qarşılama
|
-Müştəri şikayətlərinə cavab vermə
|
-Müştəri təkliflərinə diqqət etmə
|
-Rəqibləri qabaqlama
-Yeni və xüsusu faydalar təklif etmə
| Qlobal Bir Stratejik Baxış Meydana Gətirmək
Bütün sistemi əhatə edən rəqabət həqiqəti qloballaşma ilə birlikdə açıqlanmağa çalışıldığında, universal düşünmə ehtiyacı ortaya çıxır. Qlobal miqyasda dəyişmələrə ayaq uydura bilmələri və gələcəyin rəqabətində üstünlük əldə edə bilmələri üçün qlobal bir strateji baxış meydana gətirmə ehtiyacı ortaya çıxır. Bu baxımdan stratejik baxış, qlobal arenada, gələcəyin idarə altında tutulması, rəqabət üstünlüyü üçün yaradıcı strategiyaların inkişaf etdirilməsi, performans və məhsuldarlığa bağlı müsbət dəyişmələrin təmin edilməsi və məcbur olunmağa qarşı bir çıxış yolu kimi fikirləşmək lazımdırr.
Müasir dövrümüzdə uğurlu şirkətlər stratejik baxışlarını qlobal rəqabət həqiqəti içində tutaraq; məlumat və qabiliyyət müstəvisində işlərini reallaşdırırlar. Beləcə "iş dəyəri yaratmaq və bir rəqabət üstünlüyü doğuracaq təşkilat məlumatının idarə olunması" hədəflənir. Məlumat və qabiliyyətləri idarə etmək, şirkətlərin əsas iş qabiliyyətlərindən daha çox dəyər yaratmaq və daha çox dəyəri əlində tutma səlahiyyəti verir. Səlahiyyət, qlobal arenada şirkətə, rəqiblərinə qarşı üstünlük təmin etmədə köməkçi olur və rəqabətçi üstünlüyün davam etdirilməsində əhəmiyyətli bir amili ifadə edir.
Ümumiyyətlə stratejik baxış arzulanan gələcəkdə yaşamağa bağlı bir rəsmin çəkilməsi və paylaşılması mənasını verir. Yaradılacaq baxış, çalışanlara kim olduqlarını, şirkət içindəki vəzifələrini, rəqabətçi dəyişmə və inkişaf üçün atacaqları addımları göstərən sadə bir təsvirləmədir. Stratejik baxış, insanların və şirkətlərin fokuslandıqları hədəfləri reallaşdıra biləcəkləri yeganə zehini modeldir və idealizmi təsvir edir. Gələcək isə, inandırıcı və cazibədar stratejik baxışla yüklənən idealizm və optimizm tərəfindən idarə olunar. Stratejik baxış, insan və ya təşkilatların geniş bir zaman dilimi içində və ifadə edilən şərtlərdə gələcəyini reallaşdırma analyışıdır. Stratejik baxış, şirkətlərin gələcəyini təyin etmədə, təşkilat mədəniyyətinin dəyişməsində və ekoloji dəyişməyə uyğunlaşma istiqamətində ehtiyac duyulan bir rəhbərdir. Stratejik baxış, paylaşılan inanc və dəyərlər üçün əsas təşkil edir, dəyişmə ehtiyacına olan marağı artırır.
Təsirli bir qlobal stratejik baxış, şirkətlərin dəyişməsində ilham qaynağını meydana gətirərkən, güclü bir stratejik baxışın əskikliyi də şirkətlərin dəyişmə istiqamətindəki səylərini nəticəsiz buraxır. AT&T Communications Sistems-in keşmiş rəhbəri Arch McGill, iş dünyasında dəyişmənin, qlobal bir stratejik baxış meydana gətirməklə başladığını söyləyir.
Stratejik baxış, qloballaşan və sürətlənən dəyişmə prossesi içindəki şirkətlər üçün bir yol xəritəsi vəzifəsini görür. Dəyişmə çabalarının müvəffəqiyyətsizliyə uğramasının səbəbi, ümumiyyətlə bir stratejik baxışın olmamasıdır. Stratejik baxış, şirkətin bürokratik bir quruluşdan, elastik bir quruluşa keçərkən yaşadığı müddəti asanlaşdırıcı bir idarəetmə vasitəsidir. Dəyişməyə ayaq uydura bilməyən şirkətlərdə və bu şirkətlərin liderlərində görülən ortaq bir xüsusiyyət, zamanı yaxşı istifadə etməmələriı səbəbiylə, dünyadakı dəyişmələrə uyğunlaşmaqda göstərdikləri çatışmamazlıqdır. Bu şirkət və fərdlər, gələcəyi görməyə çalışmazlar. Baxış sahibi olmadıqları üçün gələcəyə hazırlıq görmələri də qeyri-mümkündür.
Stretajik baxışın, rəhbərlik etməsi üçün yaradılmasının ardından, paylaşılan hala gətirilməsi və nəticəyə istiqamətli, tətbiq istiqamətli düşünülməsi lazımdır. Paylaşılan stratejik baxışın, şirkətə aid olma duyğusu yaradar, məqsədlərin ardıcıllığını təmin edər, bir müvəffəqiyyət ölçüsü ehtiva edər, gündəlik problemlərin kənarına keçməyi təmin edər, liderlərə və çalışanlara hərəkətə keçmə gücü verər. Paylaşılan bir stratejik baxış, insanlarla şirkətlərin məqsədi arasında bir bağ meydana gətirərək, onlara iş şövqü verər.
Təşkilatın strukturu daha geniş və üfüqi hala geldikçe, qərarlar da gedərək mərkəzdə deyil, vahidlərdə alınır. Bu vəziyyətdə dəqiq bir stratejik baxış, sanki kompas vəzifəsini yerinə yetirir. Əgər stratejik baxış lazım olduğu kimi hazırlanmış və tətbiqə qoyulmuşsa, bu sayədə insanlar, qaydalar müəyyən olmadığında, kimsə onlara nəzarət etmədikdə belə, nəyə görə və necə qərar alacaqlarını bilərlər. Şirkətin ən üst rəhbər işçiləri şirkət vizionunu təsirli bir şəkildə çalışanlara çatdırdıqlarında, iş təmininin, şirkətə bağlılığın, sədaqətin, şirkət ruhunun, təşkilatın dəyərləri mövzusundakı məlumat səviyyəsinin, gördüyü işdən qürur duymanın, məhsuldarlığın və motivasiyanın artdığını görürlər. General Electric-in Müdiri Jack Welch bunu bu şəkildə açıqlayır: 'Yaxşı liderlər bir vizion yaradar, vizionunu dilə gətirər, ona ehtirasla bağlanar və ona çatmaq üçün dayanıb istirahət etmədən səy göstərər'. Digər bir ifadəylə, aydın olan bir stratejik baxış, insanlara çalışdıqları təşkilatı dünya səviyyəsində bir quruluş halına gətirmək, qısaca qlobal bir təşkilat yaratmaq üçün ilham və enerji verir.
Müasir iş dünyasına hakim olan qloballaşmanın və dəyişən rəqabət şərtlərində əvvəlcə qlobal bir stratejik baxışa ehtiyac var. Qlobal bir stratejik baxışı olmayan şirkətlərin dəyişmə səyləri nəticəsiz qalacaq. Buna görə də, şirkətlər qloballaşan dünyada regional fəaliyyət göstərən şirkətlər kimi qalacaqlar və dünya miqyasında mövcud bazarlardan istifadə edə bilməyəcəklər.
Dostları ilə paylaş: |