6-hecalı şeir. O qədər də diləyatımlı olmadığından çox az işlədilən şeir ölçüsüdür. Əsasən 3-3 və 2-2-2 (və ya 2-4 və 4-2) bölgülərində olur. Sözlər bölgülərdə parçalana bilər. Misal:
Yad edib/3 o, məni/3
Gələrmi/3, gəlməzmi?
Qəlbimdən/3 keçəni/3
Bilərmi/3, bilməzmi/3?
...Mən susmaz/3 bir səsəm/3
Yel olub/3 tələssəm/3,
“Sevirəm”/3 söyləsəm/3
Gülərmi/3, gülməzmi/3?
Mənimlə/3 dərdimi/3
Bölərmi/3, bölməzmi/3?
Gözdə yaş/3 gördümü/3
Silərmi/3, silməzmi/3?
Gələrmi/3, gəlməzmi/3?
N.Xəzri
Bu gün az işlədilsə də 6-hecalı şeirlərə XI əsrə aid “Divanü luğat-it-türk” əsərində (bax səh.-109-110) və Yu-nus Əmrə (XIII əsr) şeirində rast gəlinir:
Şeyximin/3 elləri/3,
Uzaqdır/3 yolları/3.
Açılmış/3 gülləri/3
Dərməyə/3 kim gələr/3?
Şeyximin/3 özünü/3,
Sevərəm/3 sözünü/3.
Şeyximin/3 üzünü/3
Görməyə/3 kim gələr/3?
...Ah ilə/3 göz yaşı/3,
Yunisin/3 yoldaşı/3.
Zəhər/2 bişən/2 aşı/2
Yeməyə/3 kim gələr/3?
Y.Əmrə
6-hecalı şeir ayrıca az istifadə olunsa da heca vəznində ən geniş yayılmış 6-5 bölgülənməli 11-hecalı şeirin 6-lıq bölgüsünün xüsusiyyətlərinə əsaslanaraq 6-hecalı şeirin bölgülənmə xüsusiyyətlərini müəyyən edə bilərik (bax, səh.-31-32).
Dostları ilə paylaş: |