4-hecalı şeir. Şifahi və yazılı ədəbiyyatda çox az rast gəlinir. Bu da təbiidir. Belə ki, burada misra həddən artıq qısa olduğundan şeir yazmaq imkanları xeyli məh-duddur. Misra qısa olduğından onun bölgülənməsinin də o qədər mənası yoxdur. Lakin diqqət yetirilsə bölgülən-mənin əsasən 2-2 olduğunu hiss etmək olar. Həmçinin sözlər bu bölgülərdə parçalana bilər. Misal:
Anır, yanır–
Bərk qafiyə.
Dünya fani,
Tərk qafiyə
Qarabağım,
Yara bağım,
Solum-sağım–
Görk qafiyə.
...Arım, yarım,
Gülüm, xarım,
Darım, narım–
Dərd qafiyə.
A.Səməd.
5-hecalı şeir. Burada da misra həddən artıq qısa olduğundan onun bölgülərinin əslində o qədər də mənası yoxdur. Lakin diqqət yetirilsə bölgünün əsasən 2-2-1 ol-duğunu hiss etmək olar. Həmçinin misra çox qısa oldu-ğundan istənilən 5-hecalı şeirin bölgülərini eyni vaxtda həm 3-2, həm də 2-3 kimi təsəvvür etmək olar. Sözlər bölgülərdə parçalana bilər. Eyni şeirdə misraların bölgülə-ri biri-birindən fərqlənə bilər. Daha çox uşaq şeirlərində istifadə olunur. Misallar:
Səhər durunca
Əlimdə fırça
Sildim dişimi,
Bildim işimi.
İnanmırsan, bax,
Dişim ağappağ,
Üstüm tər-təmiz.
Bax, beləyik biz.
A.Şaiq
Bir de görüm “a”,
Ay gözəl kukla,
Yoxsa səninlə
Danışmaram ha!
C.Məmmədov
Qara bax qara,
Gör necə yağır.
Çıxsan bayıra
Məni də çağır...
M.Seyidzadə
5-hecalı formadan yalnız uşaq şeirlərində yox, başqa məzmunlu şeirlərdə də istifadə olunur:
Qurban adına,
Bir sal yadına,
Sənin oduna
Yandım, bilmədin...
S.Rüstəm
Mən səni gördüm
Ay işığında.
Könlümü verdim
Ay işığında...
Z.Xəlil
Dostları ilə paylaş: |