SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


Dünyada qadın zorakılığına qarĢı mübarizə günü



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə19/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   15   16   17   18   19   20   21   22   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

Dünyada qadın zorakılığına qarĢı mübarizə günü. 
Qadınlara, qızlara qarşı zorakılıq heç bir sərhəd tanımır. Bu hal yaşdan, sosial, iqtisadi və ya 
mili vəziyyətdən asılı olmayaraq hər bir qadın ilə baş verə bilər. Ümumdünya Səhiyyə Təşkilatının 
verdiyi statistikadan isə problemin nə dərəcədə ciddi olduğu aydın şəkildə görünür.Məlumata görə, 
dünyada qadınların 35 faizi intim partnor və ya başqa bir şəxs tərəfindən cinsi və ya fiziki zorakılığa 
məruz qalıb. Qadınların 38 faizi fiziki zorakılıq nəticəsində həyatını itirmişdir. 
1999-cu ildən etibarən, hər il 25 noyabrda Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə 
günü qeyd edilir. Bundan əlavə, 25 noyabr-10 dekabr aralığında ―Gender əsaslı zorakılığa qarşı 16
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
16-23 
 


~ 20 ~ 
günlük fəallıq‖ kompaniyası bir çox ölkələr tərəfindən hər il keçirilir. Kompaniyanın məqsədi 
qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində 
yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır [12]. BMT Baş 
Assambleyası Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Mübarizə Günü elan edərək dünyanın bütün 
təşkilatlarını bu problemə fokuslanmağa və ictimaiyyətin diqqətinə cəlb etmək üçün tədbirlər həyata 
keçirməyə dəvət edib. Tarix Dominikan Respublikasında inqilabi hərəkat iştirakçılarının - 1960-cı 
ildə öldürülən üç bacının xatirəsinə seçilib. Hər il böhran vəziyyətində olan qadınları dəstəkləyən 
ictimai təşkilatların nümayəndələri qadınlara qarşı zorakılıq problemlərinə diqqət çəkmək üçün 
kütləvi nümayişlər keçirirlər. Bu nümayişlərdə qadınlar öz keçdikləri ağır yollarını başqaları ilə 
bölüşərək bir-birinə dəstək göstərirlər. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir 
[13]. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin