~ 19 ~
mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmə imkanına malik idilər. Hal-hazırda isə qəbul
edilmiş sözügedən qanun sayəsində məişət zorakılığına məruz qalmış şəxslər cinayət olmayan
əməllərdən belə qarunmağa imkanı əldə etmişlər. Qanunun 2-ci fəslinin 5.1 maddəsinə əsasən,
məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar
olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır,
5.2-ci maddəyə əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda
həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə
şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir [8].
Məişət zorakılığın qarşısının alınması üçün başlıca olaraq əhalinin maarifləndirilməsi
vacibdir. Buna səbəb məişət zorakılığına məruz qalan şəxslərin böyük əksəriyyəti məişət zorakılığı
barədə məlumatsızdırlar. Hər bir şəxs ölkədə qəbul edilmiş qanunlar ilə yaxından tanış olmaqla öz
hüquqlarını bilsə və əməllərinə görə hansı məsuliyyətə cəlb olunacağı haqqında biliklərə malik olsa,
belə hallar tamamilə aradan qaldırılmasa da qismən həll olunacaq. Polisin səlahiyyətlərinə gəldikdə
isə məişət zorakılığı barədə məlumat əldə etdikdən dərhal sonra polis hadisə yerinə getməlidir.
Məişət zorakılığı hadisəsini müəyyən etdikdə polis məişət zorakılığının qarşısını almaqdan ötrü
lazımi qanuni tədbirləri həyata keçirməli, məişət zorakılığının potensial qurbanını, şahidlərin və
zorakılığı törətməsi ehtimalı olan şəxsləri ayrı-ayrılıqda dinləyərək onların ifadələrini yazılı şəkildə
qeyd etməli və ən önəmlisi məişət zorakılığından zərər almış şəxsə hüquqlarını izah etməlidir.
Zorakılığa məruz qalmış şəxslər zorakılığın araşdırılmasını tələb etmək, araşdırma zamanı
təhlükəsizliklə təmin olunmaq, hesabı dövlət tərəfindən qarşılanan tibbi, hüquqi, psixoloji yardımla
təmin olunmaq, lazım gəldikdə isə məişət zorakılığına məruz qalmış şəxslər üçün nəzərdə tutulan
sığınacaqlara müraciət etmək hüququna malikdirlər [9]. Bu fəaliyyət ilə dövlət yardım mərkəzləri
məşğul olaraq, zərərçəkənlərə lazımi dəstək ilə təmin edirlər. Dövlət yardım mərkəzləri Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaranmışdır.―Məişət zorakılığının qarşısının
alınması haqqında‖ Qanunun 19-cu maddəsinə əsasən, məişət zorakılığından zərər çəkmiş uşaqlar
sığınacaqda 3 ay, yetkinlik yaşına çatmış şəxslər isə 2 ay müddətində saxlanıla bilər. Düşünürəm ki,
sığınacaqda qalma müddəti,məişət zorakılığı görmüş şəxsin vəziyyətindən asılı olaraq, situasiyaya
uyğun dəyişməlidir.
Məişət zorakılığından zərər çəkmiş şəxsin müdafiəsini təmin edən mexanizm mövcudluğu
haqqında da qeyd etmək lazımdır. Mühafizə ordeni adlı bu mexanizm qısamüddətli və
uzunmüddətli növlərə bölünərək cinayətkarın məişət zorakılığından zərər çəkmiş şəxslə birbaşa
təması qadağan edən hüquqi qüvvəyə malik qanuni sənəddir. Məişət zorakılığı törətmiş şəxsin
əməlləri cinayət xarakterli olmadığı təqdirdə həmin şəxsə xəbərdarlıq edilərək, 30 gün müddətinə
kimi qüvvədə olan qısamüddətli mühafizə ordeni verilir. Məişət zorakılığı törətmiş şəxs
xəbərdarlığa əməl etmədiyi təqdirdə zorakılığa məruz qalmış şəxs və ya müvafiq icra hakimiyyət
orqanı uzunmüddətli mühafizə ordeni veriməsi üçün məhkəməya müraciət edə bilər[10].
―Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün
Milli Fəaliyyət Planı‖ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir [11]. Milli Fəaliyyət Planı,əsasən, məişət zorakılığın qarşısının
alınması üzrə lazımi tədbirlərin beynəlxalq standart səviyyələrinə uyğun həyata keçirilməsinin
təmin edilməsi, ailələrin möhkəmlənməsinə nail olmaq məqsədilə ailənin ümumi rifahını
yaxşılaşdırmaq və ehtiyaclarını bacardıqca qarşılaması kimi məqsədləri qarşısına qoyur.
Dostları ilə paylaş: