SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə6/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   2   3   4   5   6   7   8   9   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
8-15 
 


~ 10 ~ 
mənəvi ehtiyaclarln qarşılanması üçün resurslar təklif edən mənbələrə çıxış imkanlarının təmin 
olunması rolunu öz üzərlərinə götürürlər. Əlbəttə ki bu mürəkkəb vəzifə sosial işçinin daun 
sindromlu fərdin ailəsi ilə birgə hərəkət etməsini, onların yardımından istifadəsini şərtləndirir. 
Keysin idarə olunması zamanı sosial işçi bir neçə mövqedən çıxış edə bilir, məsələn vasitəçi, 
köməkçi, məsləhətçi və sairə. Sosial işçilər fərdlərə, qrup və icmalara mövcud resurslardan istifadə, 
problemləri müəyyən etmə və aradan qaldırmaq üçün hansı addımların atılmalı olması ilə bağlı 
köməklik göstərir və bu zaman ―icraçı (enabler)‖ funksiyasından çıxış edir. Eyni zamanda onlar 
daun sindromlu uşağın təhsili, səhiyyə və digər dəstək mənbələrinə birbaşa çıxışını təmin etməklə 
də uşaqların ehtiyaclarının ödənilməsində əsas icraçı vəzifəsini yerinə yetirirlər. Bir vasitəçi 
(broker) olaraq sosial işçi fərdləri, qrup və icmaları sosial agentlik və idarələr, icma inkişaf 
qurumları və digər aidiyyatı dövlət orqanları ilə ehtiyac sahibi ailələri bir araya gətirmə rolunu icra 
edirlər. Onlar həmçinin səhiyyə və tibb müəssisələri, sosial xidmət agentliklərinin daun sindromlu 
şəxslər üçün təklif etdiyi imkanlardan xəbərsiz olan valideynləri məlumatlandırır və onlar arasında 
vasitəçi qismində çıxış edir. İnteqrasiyaçı (facilitator) kimi sosial xidmət mütəxəssisi icma 
inteqrasiyasını stimullaşdırır və müəyyən məhdudiyyətlərə sahib olan fərdlərin sosiallaşması 
istiqamətində addımlar atır. Sosial işçi bu zaman ailəyə və daun sindromlu fərdə xidmət etməklə 
cəmiyyətdə onlara qarşı formalaşmış neqativ və qərəzli münasibəti azaldır, icma və sosium 
tərəfindən özəl insanların cəmiyyətin ayrılmaz bir parçası kimi qəbul edilməsi istiqamətində 
fəaliyyət göstərir. Keysin idarə edilməsi müddətində sosial işçi sosial planlayıcı (social planner) da 
hesab oluna bilər. Sosial planlayıcı fərdlərin, qrup və icmaların üzləşdiyi sosial problemləri 
müəyyənləşdirir, onlar haqqında məlumat toplayır, təhlil edir və ehtiyacların tamamilə qarşılanması 
sistemlərində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində yeni rasional metodlar təklif 
edir. Bu baxımdan sosial işçi həmçinin ailə və uşaqların lazımi sosial dəstəyi əldə etmələri və 
cəmiyyətə inteqrasiya olunmalarını təşviq edən siyasət planlaması hazırlaya və ya mövcud siyasətdə 
dəyişiklik edilməsi üçün göstərilən səylərsə iştirak edə bilərlər. Bütün məhdudiyyətlərə baxmayaraq 
daun sindromlu uşaqların da digər uşaqlarla bərabər təməl ehtiyaclara sahib olduğunu 
unutmamalıyıq. Lakin təəssüf ki onların cəmiyyətdən təcrid olunması, bəzi resursların əlçatan 
olmaması və ya insanların məlumatsızlığı daun sindromlu şəxslər və onların yaxın ətrafının xüsusi 
rəftar görmək və hüquqlarını müdafiə edə bilmək üçün mübarizə aparmalarına səbəb olur. Bəhs 
etdiyimiz mübarizədə onlarla çiyin-çiyinə addımlayan şəxslərdən biri də sosial işçilərdir. Beləliklə 
həyata keçirilən sosial xidmət zamanı sosial müdaxilənin qiymətləndirmə mərhələsi ilkin olaraq icra 
olunsa da, sonradan yəni müdaxilə başladıqdan sonra belə yeni problemlər ortaya çıxdıqda, sosial 
işçi ailənin ümumi vəziyyətini və ya əldə etdiyi irəliləyişləri, qarşılaşdığı maneələri və ya istifadə 
olunan yaxud olunacaq metodları nəzərdən keçirmək üçün təkrarən işlədilməsi istisna olunmur. 
Effektiv və düzgün qiymətləndirmə sosial işçiyə müdaxilənin əsaslana biləcəyi sağlam təməl 
yaratmağa imkan verir. Tarixən aparılan qiymətləndirmələrin uğurlu olması və ümumi xarakteri çox 
vaxt resurslar, xidmət və dəstək mexanizmlərinin mövcudluğundan və sosial işçilərin klientlə 
münasibətlərində etik kodeksin prinsiplərinə maksimum əməl etməsi və keys menecment zamanı 
yaradıcı olma potensialından asılı olmuşdur. Qeyri-müəyyənlik sosial iş praktikasında hər bir sosial 
işçinin öhdəsindən gəlməli olduğu əsas faktorlardan biri hesab oluna bilər [8, s.88].
Beləliklə qiymətləndirmə mərhələsi zamanı da testin faydaları və ya riskləri həmişə 
əvvəldən və ya işin gedişatında məlum olmur. Müştərilərin xidmətin və verilən biliklərin 
sərhədlərindən xəbərdar olmasını təmin etmək və qeyri-müəyyənliyin aradan qaldırılması üçün 
çalışaraq sosial dəstəyi əsirgəməmək keyfiyyətli sosial müdaxilənin tərkib hissəsi kimi 
qiymətləndirilə bilər. Klientlərlə əsasən uzun bir vaxt müddətində məşğul olan sosial işçilər genetik 
bir xəstəliyin diaqnostikası, ailələrin bu əsasda məlumatlandırılması üçün lazımi emosional və 
sosial dəstək mexanizmləri inkişaf etdirərək pasientin və onun yaxın ətrafının üzləşdiyi problem və 
narahatlıqları başa düşməklə onlara birbaşa olaraq köməklik göstərir və ya onlarla aidiyyatı qurum 
və ya şəxslər arasında vasitəçi rolunu oynayırlar. Daun sindromlu şəxs və onun ailəsi eyni zamanda 
ətrafındakı insanlarla sosial iş zamanı sosial xidmət bir neçə səviyyədə həyata keçirilir ki bunlardan 
biri mikro səviyyədir [4, s.23].

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin