~ 13 ~
anomaliyası ilə bağlı tamamilə məlumatsız olur və situasiyanı, keçilən
mərhələləri idarə etməyi
məhz tibb işçilərinə etibar edirlər. Daun sindromu haqqında tibbi biliklərin olması onların bu sahədə
təcrübəyə malik olmaları demək deyil və bu da öz növbəsində bəzi məsələlərin həllində qeyri-
müəyyənliklərin yaranmasına və ya boşluqların qalmasına səbəb ola bilir. Təcrübə göstərir ki,
həkim heç bir halda bu işlə məşğul olan yeganə peşəkar deyil. Onlar müvafiq məlumat və reursların
əsas mənbəyi hesab olunsa da sosial xidmət sahəsində təlim keçmiş ixtisaslı mütəxəssisləri əvəz edə
bilməzlər. Lakin onu da vurğulamaq lazımdır ki, valideynlərin
həm tibb işçiləri, həm də sosial
işçilərin köməyinə eyni anda, eyni dərəcədə ehtiyacı vardır. Daun sindromlu ailələrə göstərilən
dəstəkdə tibb bacılarının özünəməxsus rolu vardır. Uşaq doğulduqda və ya tibbi müayinələr zamanı
onlar maksimum dəstək göstərməli, ünsiyyət zamanı həssaslıq nümayiş etdirməklə valideynlə uşaq
arasında əlaqələrin yaxşılaşmasına, asanlaşmasına şərait yaratmaqla lazım
gəldikdə faktiki
informasiyaların ötürülməsində yaxından iştirak etməlidirlər. Sosial iş zamanı ilk məsləhət
seansının qısamüddətli olması və ya daun sindromlu övladı olan ailə tərəfindən verilən
məsləhətlərin yalnız bir neçəsinin qəbul olunması, tam uzlaşma əldə edilməməsi olduqca normal
qarşılanmalıdır. Ümumiyyətlə sosial işçilər son dövrlərdə əksər sosial xəstəliklərin qarşısının
alınmasında əhəmiyyətli rol oynayırlar. Lakin maraqlısı odur ki,
onlar bəzən ümumi böhran
vəziyyətində olan insan və ya insan qruplarına çıxış əldə edə bilmirlər. Ailədə qarşılıqlı uyğunlaşma
və ya xüsusi sosial plan ehtiyacı hiss edilmədikdə anadangəlmə qüsurlu uşaqlar adətən sosial
işçilərin diqqət mərkəzinə çevrilə bilmir. Beləliklə daun sindromu ilə dünyaya göz açan körpələr
yalnız sağlamlıq problemləri ilə deyil bəzi sosial-psixoloji çətinliklərin də öhdəsindən gəlməyə
vadar olurlar. Bunlardan ən sadəsi xromosom anomaliyasının
səbəb olduğu fərqli fiziki
xüsusiyyətlərin onları istənilən sosial mühitdə diqqət mərkəzinə çevirməsi hesab oluna bilər.
Bundan başqa daun sindromlu fərdlərin valideyn, qohum və yaxın dost-tanış ətrafı həmişə bu
vəziyyəti asanlıqla və normal hal kimi qəbul etmir. Bəzi cəmiyyətlər hələ də trisomiya 21-in ailə
üçün bir lənət olduğuna inanmaqla doğulan uşağı nəslin utanc mənbəyi kimi qiymətləndirirlər.
Məhz bu səbəblə valideynlərin bir hissəsi uşağın daunla doğulması ehtimalına məyusluqla yanaşır,
bu fakti ört-basdır edir, bəzən hətta uşaqdan qurtulmaq istədiklərini dilə gətirirlər. Məhz bu
məqamda sosial iş insana xidmət peşəsi olaraq daun sindromlu uşaqlar və onların ailələrinə əsasən
psixoloji, emosional yardım göstərmək məqsədilə ortaya çıxır. Məlumdur
ki ailələr tez-tez daun
sindromlu övladlarına qulluq, davranış və müalicə sahəsində yetərincə təcrübə və məlumatın
olmaması səbəbilə çətinliklərlə üzləşir, bu, həm uşaqlar həm də valideynlər üçün problem yaradır
və ailənin münasibətini mənfi yöndə istiqamətləndirir. Sosial xidmət mütəxəssislərinin fərdlərə,
qrup və icmalara kömək etmək üçün icra etdiyi əsas vəzifə cəmiyyətin həssas təbəqəsinə daxil olan
insanların sosiallaşmasının təmin olunması, digər insanlarla münasibətlərinin yaxşılaşdırılması və
onların sosiumda layiqli bir mövqe tuta bilmələrini təmin etməkdən ibarətdir [7, s.108]
Bütün dünyada o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə
gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlamışdır. Dövlət
daxilində baş verən siyasi qarşıdurmalar, hərc-mərclik, iqtisadiyyatın tənəzzül etməsi, Ermənistanın
ölkəmizə qarşı yürütdüyü işğalçı siyasət, qaçqın və məcburi köçkün probelmi 90-cı
illərdə
ölkəmizdə siyasi, ictima, iqtisadi cəhətdən əlverişsiz mühit yaradaraq xalqımızın üzləşdiyi
probelmlərin sayını dəfələrlə artıraraq onların həll olunmasını imkansız hala gətirmişdi. Lakin
hamımıza məlumdur ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə Azərbaycan
yeni inkişaf yoluna qədəm qoydu. Məhz onun hakimiyyəti dövründə dövlət idarəçiliyinin istənilən
sahəsində gənclərin iştirakı təmin edildi, paytaxt və rayonlarda
infrastruktur bərpa edildi, yeni iş
yerləri, xəstəxana və məktəblər kütləvi istifadəyə verildi, xarici investisiyanın ölkəmizə cəlb
olunması üçün yeni müqavilələr imzalandı, turizm sektorunun hərtərəfli inkişafı təmin olundu.
Heydər Əliyev ölkəmizdə yeni siyasi yolun əsasını qoydu və bu yol
özündə bir neçə istiqaməti
birləşdirirdi. Onlardan biri məhdud fiziki imkanlı şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə
olunması və onların sosial ehtiyaclarının qarşılanmasının təmin olunması hesab olunur. Onu da
qeyd etmək lazımdır ki, bütün digər məsələlərdə olduğu kimi fiziki imkanları məhdud olan, əlilliyi
olan, həssas qrupa daxil olan şəxslərin dövlətin daimi nəzər nöqtəsində olması ulu öndər Heydər
Dostları ilə paylaş: