Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 15,74 Kb.
tarix21.06.2018
ölçüsü15,74 Kb.
#54345

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №8

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu:Nitq mədəniyyətinin məqsəd və vəzifələri




BAKI-2015

Mədəniyyəti geniş anlayış olub insan mədəniyyətinin çox mühüm tərkib hissəsi kimi başa düşülür. “Mədəniyyət” sözü dilimizə ərəb dilindən keçmişdir, “şəhər” mənasında olan “mədinə” sözündəndir. “Mədəni” sözü də “şəhərli” mənasındadır. Əvvəllər “mədəni” anlayışı şəhərdən uzaqda yaşayan, hərəkəti, davranışı, nitq qabiliyyəti hələ formalaşıb müəyyən ölçüyə, əndazəyə uyğun olmayan insanlara qarşı, şəhərdə yaşayanların danışığı bədəvilərin, ucqarlarda yaşayanların nitqinə qarşı qoyulurdu. Deməli, uzun əsrlərdən bəri birgə yaşayış nəticəsində şəhərdə yaşayanların – şəhər adamlarının hərəkəti, davranışı, danışığı həyat şəraitinə uyğun olaraq daha sürətlə formalaşıb ucqarlarda yaşayanlara nisbətən mədəni hesab olunmuşdur.

İndi mədəniyyət mədəniyyətsizliyə qarşı deyil, daha mədəni, xalqın kişili, qadınlı, böyüklü, kiçikli, savadlı, savadsız olmasına baxmayaraq hamıya – həm şəhərdə, həm də kənddə yaşayan bütün adamlara, ictimai və mənəvi həyatda, birgə yaşayışda özünü nümunəvi göstərənlərin hamısına aiddir. Ona görə də “mədəni” sözü indi: a) mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək pilləsində olan; b) cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli; c) mədəniyyətlə bağlı olan mənalarında işlənir. “Mədəniyyət” sözü isə: - 1) insan cəmiyyətinin istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu; 2) hər hansı xalqın müəyyən devrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi; təsərrüfat və ya zehni fəaliyyətin hər hansı birisinin inkişaf səviyyəsi; 3) savadlılıq, elmlilik, biliklilik, cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik; mədəni adamın tələbatına uyğun olan həyat şəraitinin məcmusu mənalarını əhatə edir.

İndi təhsilin, elmin, mədəniyyətin inkişafı, mətbuatın, radio-televiziyanın ölkəmizin aranlı, dağlı bütün kənd, qəsəbə və şəhərlərində xalqın gündəlik həyatına, məişətinə daxil olması nəticəsində nəinki ədəbi dilimiz, eləcə də danışıq dilimiz kütləviləşmiş, bütün respublikamızda hamının eyni dərəcədə başa düşdüyü, anladığı rəvan, gözəl, səlis dilə çevrilmişdir.



Nitq mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sözü ilə qarışdırmaq olmaz. İnsanlar mədəniyyət dedikdə, əsasən, təlim-tədris ocaqlarını, məktəb, klub, kitabxana, kino-teatrları, tamaşa salonlarını, tarix-ölkəşünaslıq muzeylərini, mədənisözünü isə təhsilli, tərbiyəli anlamında başa düşürlər.

Mədəniyyət sözü həyatımızda dərindən sirayət etmiş, insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən çox işlək anlayış olmuşdur: müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə mədəniyyəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaq asma, dinləmə mədəniyyəti və s; şəhər mədəniyyəti kənd mədəniyyəti daha geniş mənada götürülərək konkret yerin – ölkə və ya qitənin adı ilə - Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mədəniyyəti, Çin mədəniyyəti, və s. deyilir, millətlə baölı olaraq alman mədəniyyəti, fransız mədəniyyəti, türk mədəniyyəti anlayışları da mövcuddur.

Bu söylədiyimiz anlayışlar arasında danışıq mədəniyyəti ifadəsi özünəməxsus yer tutur. Danışıq mədəniyyəti bilavasitə insanla bağlı olduğu üçün yuxarıda sadalanan müəllim mədəniyyəti, şagird, tələbə, sürücü, satıcı və başqa peşə-sənət sahələri ilə bağlı insanların ədəb-ərkan, qanacaq, əxlaq normaları daxil olmaqla danışığı nəzərdə tutulur, çünki hər bir insa kiçik yaşlarından başlamış dili söz tutana qədər danışır, yazır, nitq söyləyir, çıxış edir. O öz danışı tərzini təkmilləşdirir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər hesabına zənginləşdirir, başqalarından daha yaxşı danışmağa, nitqini eyni dərəcədə gözəl, ifadəli, rəvan çatdırmağa çalışır. Danışıq vərdişləri formalaşıb təkmilləşdikcə insanın söz ehtiyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxladıqca, özü üçün daha rəvan, əlis, düzgün, dəqiq danışanları nümunə götürərək, qəzetlərdən, jurnallardan, kitablardan oxuduğu və ya eşitdiyi nitq nümunələri ilə tanış olduqca, radio-televiziya verilişlərinə diqqətlə və maraqla qulaq asdıqca, dilimizin daxili quruluşuna, onun incəliklərinə bələdləşdikcə, o da öz fikirlərini daha gözəl ifadə etməli olur.Deməli, insan mədəniyyətinin ayrılmaz hissəsi olan nitq mədəniyyəti dil normalarının məcmusu kimi təzahür tapır. Hər bir insan elə danışmalı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu nəinki başa düşməli, həm də onun danışığına həvəslə qulaq asmalı, ondan həzz almalıdırlar. O, bu hal vərdişə çevriləndən, danışığının arzu olunduğunu eşidib biləndən sonra nitqinin mənalı və məzmunlu olmasına daha diqqətli olacaqdır. Doğrudur, bu heç də asan başa gəlmir, hamıda yaxşı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik dilində danışmaq, nə barədə, nə məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nəzərə almaq vacibdir. Bu, nitq mədəniyyətinin əsas şərtidir.



Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fonetik, leksik-semantik, frazeoloji və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erusiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə etmək qabiliyyətində olur.
Yüklə 15,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin