Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr SİntaktiK ƏlaqəLƏR


kitabı, götürmək dəftəri, qələmi Leyli və Məcnun Leyli və Həsən Bahar və Məcnun



Yüklə 115,13 Kb.
səhifə2/5
tarix05.05.2023
ölçüsü115,13 Kb.
#126397
1   2   3   4   5
2. Sintaktik əlaqələr

kitabı, götürmək dəftəri, qələmi Leyli və Məcnun Leyli və Həsən Bahar və Məcnun

TABELİLİK ƏLAQƏSİ Sözlər tabelilik yolu ilə əlaqələnərək iki cür birləşmə əmələ gətirir: Predikativ birləşmələr: - xəbərin iştirakı ilə yaranır; Qeyri-predikativ birləşmələr – xəbərin iştirakı olmadan qurulan birləşmələr.

Uzlaşma əlaqəsi Şəxsə və kəmiyyətə görə I tərəf (əsas) + II tərəf (asılı) (mənsub. və şəxs şək.) A) Cümlə üzvləri – mübtəda – xəbər arasında b) Söz birləşmələri arasında (IIIn. TSB) Predikativ əlaqəli birləşmələrdə uzlaşma əlaqəsi xəbərlik şəkilçiləri və şəxs sonluqları vasitəsi ilə reallaşır.

Söz birləşmələrində uzlaşmanın əsas göstəricisi şəxs amilidir, kəmiyyət məsələsi burada həlledici rol oynamır: iş adamı, dekan müavini, mənim məsələm kimi söz birləşmələrini iş adamları, dekan müavinləri, mənim məsələlərim şəklində işlətmək olar.

Azərbaycan dilində şəxsə görə uzlaşma daimi xarakter daşıyır və heç vaxt pozulmur. Üçüncü şəxsin cəmində isə vəziyyət başqalaşır. Burada tabe edən tərəfin cəm olmasına baxmayaraq, tabe olan tərəf gah cəmlik əlaməti qəbul edərək, onunla uzlaşır, gah da belə bir əlaməti qəbul etmir və kəmiyyətə görə onunla uzlaşır, gah da belə bir əlaməti qəbul etmir və kəmiyyətə görə onunla uzlaşmır.

Tam uzlaşma – xəbər mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə uzlaşır. Natamam uzlaşma - xəbər mübtəda ilə yalnız şəxsə görə uzlaşır. Kəmiyyətcə uzlaşma yalnız III şəxsin cəmində pozula bilər. Onlar gəlir (lər)...

Tabe edən tərəfin müxtəlif əşyalara aid olması burada uzlaşmanın nisbətinə təsir göstərir: 1. Əgər tabe edən tərəf insanlara aiddirsə, tabe tərəf əksər hallarda onunla uzlaşır, bəzən uzlaşmır. Əgər ayrı-ayrı hissələr, fərdlər nəzərə çarpdırılırsa, bu vaxt uzlaşma vacib olur (Şagirdlər dərsə gəliblər), əgər kəmiyyət toplu halda götürülürsə, uzlaşma vacib olmur (İnsanlar dəyişib). 2. Tabe edən tərəf heyvanlara və quşlara aid olarsa, tabe söz onunla uzlaşar da, uzlaşmaz da (uzlaşma nisbətən az olur); Atlar qaçır (lar). Quşlar uçur(lar).


Yüklə 115,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin