Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr SİntaktiK ƏlaqəLƏR



Yüklə 115,13 Kb.
səhifə5/5
tarix05.05.2023
ölçüsü115,13 Kb.
#126397
1   2   3   4   5
2. Sintaktik əlaqələr

YANAŞMA ƏLAQƏSİ İlk və ən qədim tabelilik üsuludur. Yanaşma əlaqəsinin yaranması üçün heç bir formal-qrammatik vasitə iştirak etmir: məna+söz sırası+intonasiya // asılı +əsas tərəf Bu əlaqədə əsas tərəf isim və feillərdən ibarət olur. İlk dəfə olaraq F.İ.Buslayev bu əlaqəni uzlaşma əlaqəsindən ayırmış, lakin ona ad verməmişdir. Bundan sonra yanaşma ayrıca əlaqə növu kimi təqdim edilmiş, ardınca A.A.Potebnya, A.M.Peşkovski və b. onu yanaşma adı ilə qeyd etmişlər. Yanaşma əlaqəsi əsasında yaranmış birləşmələrin tabe olan tərəfi yanaşan, tabe edən tərəfi isə yanaşılan söz kimi qeyd edilir. Azərbaycan dilində yanaşan söz əvvəlcə, yanaşılan söz isə sonra gəlir. Yanaşma əlaqəsində sözlərin yanaşması – yanaşı işlənməsi əsas götürülür: gözəl insan, sarı don, çılpaq budaq, boz səma durub baxmaq və s. Yanaşma əlaqəsinin iki növü var: 1) tam yanaşma; 2) tam olmayan yanaşma.

1) Tam yanaşma. Bu elə yanaşmadır ki, burada əlaqədar olan sözlər arasına ya heç bir söz girə bilmir, ya da bunlar arasına elə sözlər daxil ola bilir ki, onlar da tabeedici sözlə yanaşma əlaqəsi saxlasınlar: maraqlı kitablar, gəzməli yerlər, gözəl yerlər. Belə sözlər tabe olduqları sözlərdən ancaq o zaman ayrı düşə bilər ki, onların arasına görən sözlər də onlarla eyni tipli olsun: həmin kitab, həmin beş kitab, həmin beş maraqlı kitab. İndi gəlmişəm – İndi mən bazardan gəlmişəm. 2) Tam olmayan yanaşma. Burada yanaşan sözlə yanaşılan söz arasına müxtəlif sözlər daxil ola bilər. Araya daxil olan bu sözlər yanaşma əlaqəli birləşmənin ikinci tərəfi ilə yanaşma əlaqəsində deyil, başqa əlaqədə olur. Tam olmayan yanaşma əlaqəli sözlər bir-birinin yanında da işlənə bilər: bəzən (mən səndən) utanmışam, sonra (bizi evdə) gördü, indi (bizi onunla) birləşdirir Yanaşma əlaqəsi müxtəlif nitq hissələrindən olan sözlər arasında özünü göstərir. Bir nitq hissəsinə aid olan söz başqa nitq hissəsinə münasibətdə, yerinə görə həm yanaşan, həm də yanaşılan söz kimi çıxış edə bilir.

ismin ismə yanaşması: dəmir qapı sifətin ismə yanaşması: pis adam sayın ismə yanaşması: beş kitab əvəzliyin ismə yanaşması: həmin kitab feili sifətin ismə yanaşması: oxuyan qız Azərbaycan dilində ayrı-ayrı sözlərin fellərə yanaşması da çox inkişaf etmişdir. Fellərlə ən çox yanaşma əlaqəsi saxlayan zərflərdir. Əsasən, tərzi-hərəkət, kəmiyyət və zaman zərfləri ilə fellər arasında yanaşma əlaqəsi olur, lakin bəzən yer zərfləri də hallanmadıqları vaxt feillərə yanaşa bilir: içəri girmək, geri çəkilmək və s. Bütün feili bağlamalar heç bir istisna olmadan feillə yanaşma əlaqəsində olur.

Qoşmalarla yanaşma Qoçmalar həm adlarla, həm zərflərlə, həm də feillərlə yanaşır. Əli kimi müəllim ipək kimi yumşaq pələng kimi cəld daş kimi yatmaq Mübariz kimi şəhid olmaq Əsas tərəfi adlardan və zərflərdən ibarət olduqda qoşmalı yanaşma tam, feillərdən ibarət olduqda natamam olur. Atributiv əlaqəli birləşmələrin hamısı, relyativ əlaqəli birləşmələrin bir qismi, «qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq+feil» quruluşlu obyek əlaqəli birləşmələr tam yanaşma əlaqəsi ilə formalaşır.


Yüklə 115,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin