Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr SİntaktiK ƏlaqəLƏR


GƏLƏN mənəm GƏLƏN sənsən GƏLƏN odur GƏLƏN bizik GƏLƏN sizsiniz GƏLƏN onlardır Gələnlər bizik Gələnlər sizsiniz Gələnlər onlardır



Yüklə 115,13 Kb.
səhifə4/5
tarix05.05.2023
ölçüsü115,13 Kb.
#126397
1   2   3   4   5
2. Sintaktik əlaqələr

GƏLƏN mənəm GƏLƏN sənsən GƏLƏN odur GƏLƏN bizik GƏLƏN sizsiniz GƏLƏN onlardır Gələnlər bizik Gələnlər sizsiniz Gələnlər onlardır

III n. TSB – qarşıq tabelilik əlaqəsində olan ismi birləşmələr. I tərəf - əsas (hal) + II tərəf - asılı (mənsubiyyət) Sizin uşağınız – sizin uşaq bizim evimiz – bizim ev Onların ataları (tək ata) – çox adamın bir atası başa düşülürsə, bu zaman –lar uzlaşma əlamətidir. Çox adamın hər birinin ataları ayrı-ayrılıqda nəzərdə tutulursa, buradakı –lar şəkilçisi və ikinci tərəfin cəmliyini bildirən şəkilçidir və onun uzlaşmaya dəxli yoxdur.

İDARƏ ƏLAQƏSİ asılı tərəf (hal şəkilçili) + əsas tərəf (məns.şək.söz // feil) İdarə əlaqəsi, əsasən, obyekt və relyativ əlaqəli birləşmələrin tərəfləri arasında olur. İdarə əlaqəsinin əsas xüsusiyyəti bundan ibarətdir ki, burada tabe söz tabe olduğu sözün tələbi ilə ismin bu və ya digər halında durmalı olur. İdarə əlaqəsi ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə əsasında yaranan birləşmələrin tabe tərəfi hallana bilən, yəni substantiv, ya da müvəqqəti olaraq substantivləşən sözlərdən ibarət olur.

Feillərlə idarə və adlarla idarə Fellə idarə. Bütün feillər ismin bu və ya digər halı ilə eyni dərəcədə əlaqə saxlamır, eləcə də feil ismin bütün halları ilə əlaqəyə girməyə də bilər. Feillər ismin dörd halını – yönlük, təsirlik, yerlik, çıxışlıq hallarını idarə edə bilir. Bu hallar birinci növbədə feillərin tələbi ilə reallaşır. Feil olmayan nitq hissələri ilə idarə. Feil olmayan nitq hissələri ilə idarə dedikdə isim, sifət, say, əvəzlik, qismən də zərflərin idarə əlaqəsi prosesində tabeedici sözlər kimi çıxış etmələri nəzərdə tutulur. Yiyəlik halı idarə etməkdə bu nitq hissələri daha fəal çıxış edir.

İsimlərlə idarə: kitabın üzü, sənin fikrin, əlində kitab, döyüşə hazırlıq, ömrə zinət, anaya hörmət, əldən iti, daşdan divar... Sifətlərlə idarə: kitabın maraqlısı, dünyada məşhur, dağdan ağır, eşqdən məhrum... Saylarla idarə: saylar ismin yiyəlik, yerlik və çıxışlıq hallarını iadarə edə bilir. Sayların yönlük halı idarə etməsinə də rast gəlinir, lakin bu, az-az özünü göstərir və sistemaik olmur: tələbələrdən biri, müəllimlərin çoxu, beşdə biri, beşdən az, mənə çox... Müasir Azərbaycan dilində kəsr saylarının ümumilik və nisbətən çoxluq bildirən hissəsi (məxrəc) ismin yerlik halında işlənir və surət tərəfindən idarə olunur, ümumxalq dilində isə tabe olan tərəf ismin çıxışlıq halında olur: beşdən bir, üçdən iki...


Yüklə 115,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin