dətində ona baxılması və elmi tədqiqat instutları və laboratoriyalarda onun
ekspertizası yerinə yetirilir. Dövlət standartlaşdırma komitəsi layihə işləyənin,
sifarişçilərin iştirakı ilə müşavirə keçirilir və bu müşavirələrdə layihəni işləyən
təşkilat, layihənin elmi-texniki əsaslandırılması və onun iqtisadi effektliyi
layihəyə lazım olan dəyişiklərin siyahısı təqdim edilir. Layihədə layihənin təsir
müddəti, onun tətbiqi üzrə müəssisə və bir sıra istehalın təşkili üçün texniki
tədbirlər planı göstərilir. Dövlət standartları, komitənin qərarı ilə ya qəbul
Sahə standartları, nazirlik və baş idarələr tərəfindən hazırlandığı üçün
onların təsdiqi də bu nazirliyin rəhbərləri tərəfindən təsdiq edilir. Sahə
standartlarının işlənməsi və onların təsdiqi dövlət komitəsində razılaşdırıldıq-
müəyyən edilməməsi ilə təsdiq edilə bilər. Xüsusilə metodiki və təşkilati işlərə
Texniki şərtlərin və yeni məhsula qiymətin qoyulması standartlar təsdiqə
verilmədən öncə aparılır. Məhsula qiymət Respublikanın İqtisadi İnkişaf
Nazirliyinin Tarif Şurasının qərarı ilə qəbul olunur.
Sahə və dövlət standartları təsdiq olunduqdan sonra 1 ay müddətinə
qeydiyyata göndərilir. Dövlət komitəsinin içində fəaliyyət göstərən qeydiyyat
bölmələri 1 ay müddətinə onun qeydiyyatını aparmalıdırlar. Bütün hallarda
standartın təsdiq edilməməsindən öncə standartlaşdırma üzrə komitə bu
layihənin respublikanın qanunverici orqanlarının digər qanunlarına və normativ
sənədlərə uyğunluğu yoxlayır. Standartın təqdim edilməsi haqqında onlara
qərarın verilməsi bütün bu cəhətlərin operativ olaraq çap olunması üçün şöbəyə
məlumat verilir.
Standartları dövlət qeydiyyatına alan, təsdiq edən orqan standartlaşdırma
üzrə baş idarənin dövlət standartlaşdırma qeydiyyatı haqqında məlumat verir.
Standart dövlət qeydiyyatına 3 nüsxədə təqdim olunur. Onlardan biri əsl, digər
ikisi isə nüsxəsi hesab olunur. Standartın surəti əsli ilə eyni olmur və dövlət
qeydiyyatına qoşma məktubla möhürlənmiş şəkildə təqdim olunur. Standartla-
rın razılaşdırılması haqqında sənədlərin surətləri də təqdim olunur. ГОСТ
2.116-84 üzrə texniki səviyyə xəritəsi məhsulun keyfiyyəti haqqında
müqayisəli cədvəl, standartaşdırma komitəsinin layihəyə verdiyi elmi-texniki
ekspertizasının haqqını və hüquqi ekspertizasının surəti təqdim edilir. Standart,
dövlət qeydiyyatına yumşaq cilddə çap olunmuş vərəqlərdən yığılmış kitab
şəklində təqdim olunur. Standartlarda aparılan düzəlişlər yazı maşını və ya əllə
(qara mürəkkəblə) yerinə yetirilməli, birinci səhifənin arxa hissəsində rəhbərin
imzası dövlət qeydiyyatına təqdim edən orqanın, təşkilatın imzası olmalıdır və
möhürlə təsdiq edilməlidir.