qaydaların işlənməsi üçün hazırlanır. Texniki şərtdə mal göndərənlə və ya
xidmət sahə işçiləri ilə layihəçi arasında və istehsalçı ilə istehlakçı arasında
sənədlər toplusunun bir hissəsi olub və ya müstəqil şəkildə işlənir. Aşağıdakı
Texniki şərtlərinin işlənməsində müəssisə standartlarının göstəricilərinə
Bunlardan əlavə məhsulun istehsalı və istismarına görə başqa tələblər də
işlənə bilər. Məhsulun istehsala qoyuluşu haqqında qərarı təyin edilmiş
komissiya tərəfindən aparılırsa, bu halda işlənən texniki şərtlər bu komissiya
ilə razılaşdırılmalıdır. Texniki şərtlər qəbul komissiyası ilə razılaşdırıldıqdan 1
ay müddətə təsdiq edilməsi üçün göndərilir. Texniki şərtlərə onu işləyən
müəssisə işarə verir. Texniki şərtin strukturu aşağıdakılardan ibarət olur:
Sənədin indeksi – TŞ
Dövlətin qısaldılmış adı – AZ
Texniki şərti işləyən müəssisənin kodu (8 rəqəmli)
Qeydiyyat sıra nömrəsi
Təsdiq edilmə ilinin axırıncı 2 rəqəmi
Təsdiq olunduqdan 1 ay müddətinə texniki şərtlər və ona edilən
dəyişikliklər dövlət qeydiyyatına kitabça şəklində təqdim edilir. AR SMPDK,
15 müddətində texniki şərtlərin qeydiyyatını aparır. Texniki şərtlər, ГОСТ
2.301-96 standartına uyğun A4 formatında işlənib hazırlanır. Texniki şərtlərin
təminolunma müqavilə əsasında AZS 1.0-96 – ya uyğun, texniki şərtlərin əslini
saxlayan müəssisə tərəfindən digər müəssisələrə ötürülür. İdarə tabeçiliyindən
asılı olmayaraq, müəssisələrən texniki şərtlərlə təmini onların tabe olduqları
orqan tərəfindən yerinə yetirilir. Texniki şərtlərə dəyişykliklər olduğu halda,
texniki şərtləri işləyən təşkilat bütün müəssisələrə bunun barəsində xəbər ver-
məlidir. Standartlara və texniki şərtlərə sifarişlərin verilməsi, müəssisələr
tərəfindən xüsusi blankların doldurulması, müəssisə rəhbəri və hesabdarın
imzası ilə həyata keçirilir. Məhsul istehsalatdan çıxarıldıqda, onun texniki
şərtləri də ləğv edilir. Bu texniki şərtlərə uyğun məhsul istehsalını bir neçə
müəssisə aparırsa, bu halda bütün müəssisələrdən bu məhsul istehsalı
çıxarıldıqdan sonra texniki şərtlər ləğv edilir.
Aşağıdakı hallarda məhsula texniki şərt işlənmir və onlar qeydiyyatdan
keçirilmir:
Təcrübi nümunələr
Suvenirlər
Xalq bədii sənət nümunələri
Fərdi istehsal məhsulları.
Dostları ilə paylaş: