xarakter daşıyır. Bu sənədlərin işlənsməsində məmulun növü, ora daxil olan
detallar, onların hazırlanması, istismarı və s nəzərə alınmaqla işlənir. Müəssisə
və sahə səviyyəsində bu sənədlərə konstruksiyanın texnolojiliyə işlənməsinin
təşkili, texnoloji nəzarətin aparılması qaydaları, texnolojiliyin qiymət-
ləndirilməsi metodikası və həmin məhsulun baza keyfiyyət göstəricilərinin
müəyyən edilməsi aid edilir. əgər layihələndirilən konstruksiyanın texnolojilik
dərəcəsini 100% qəbul etsək, bu halda konstruksiyanın texnoloji və istismar
işlərinə aparılan tədbirlət nəticəsində 50-80% iqtisadi effektlilik əldə edilmiş
olar. Konstruktiv nöqteyi-nəzərincə aparılan tədbirlərə aşağıdakılar aid edilir:
1. Məmulun və yığma vahidlərinin konstruksiyalarının sadə komponovkalı
sxemə gətirilməsi;
2. Məmulun müstəqil yığma vahidlərinə bölünməsi və onların müstəqil
hazırlanıb yığılması;
3. Detalların sadə həndəsi formalarına uyğun olması və detalların
hazırlanmasında rasional materiallardan istifadə edilməsi;
4. Yığmanın qarşılıqlı əvəzolunma üsulu ilə aparılması və yığmada
uyuşdurma üsulu ilə aparılması;
5. Materialların, yığma vahidlərinin və detalların elementlərinin
unifikasiyasının aparılması.
Texnoloji tədbirlər:
1. İstehsalatın məhsul hazırlığına dair görülən işlərin vaxtının
azaldılması və tez bir zamanda nail olunması;
2. Müasir yeni texnoloji avadanlıq və proseslərdən istifadə edərək
istehsalın yüksəldilməsi və metal sərfinə qənaət edilməsi;
3. Emal dəqiqliyinin təmini məqsədilə rasional, yığma, sınaq və nəzarət
əməliyyatlarının istehsalata tətbiq edilməsi.
İstismar tədbirləri:
1. Məmulatın uzun müddətli etibarlı işini və uzunömürlülüyünün təminatı
üzrə işlərin görülməsi;
2. Məmula qulluq və təmirin sadə olması;
3. Məmulun ehtiyyat hissələrinin sərfinin azaldılması.
Texnoloji nəzarət ümumi halda 3 bölmədə aparılır: forma, ölçü, müsaidə.
Məsələn, detalın forması onların hazırlanma texnologiyası ilə müəyyən edilir.
Bununla belə detalın düzgün hazırlanması onun materialımdan da asılı olur.
Əgər detal tablandırılmış poladlardan hazırlanırsa, bu halda mürəkkəb formalı
detalların hazırlanması onun bərkliyinə görə çətinlik törədir. Bu halda belə
detallar daha yumşaq legirli alət poladlardan istifadə etməklə hazırlanması
məqsədə uyğundur.
Əgər konstruksiyada ölçü və müsaidələr müəyyən səbəbdən gös-
tərilməyibsə, bu halda detalların hazırlanma metodu ilə bu ölçülər müəyyən
edilir. Göründüyü kimi hər bir bölmə özü-özlüyündə bir-biri ilə əlaqədə olurlar.
Dəqiqliyin artırılması istehsalata yüksək dəqiqlikli avadanlıq, ölçü vasitələri və
sınaq avadanlıqları tələb edir ki, bu da ümumi halda yüksək dəqiqlikli
ixtisasçıların olması və ümumilikdə məhsulun hazırlanma xərclərini artırır.
Bundan əlavə konstruksiyada lazımsız müsaidələrin qoyulması, yığma
prosesində işlərin mürəkkəbliyini və istehsalın xərclərini artırmış olur. Bütün
bu söylənənlərə riayət edilməsi külli istehsalda məhsul hazırlanmasına daha
effektli təsir göstərir.
Dostları ilə paylaş: