Qustav Lanson (1857-1934)
Fransız tarixçisi və tənqidçisidir.Klassik filologiya anlayışını müasir ədəbiyyatda tətbiq edib. Ona görə ədəbiyyat sosial tarixin mühüm bir aynasıdır.
Lansona görə, hər bir bədii əsər bir ictimai hadisədir. Bu əsər fərdə məxsus olsa da, cəmiyyəti əks etdirir. Beləliklə, bədii əsər fərdin yaradıcılıq hadisəsi olsa da, ondan kənara çıxır.
Bədii əsərə münasibətdə üç əsas məsələdən bəhs edir:
1. Zövq
2. Araşdırma
3. Fərdi intuisiya
Lansonun fikrincə, ədəbiyyat, eyni zamanda, fəlsəfənin yayğınlaşmasıdır. O, beləliklə, ədəbiyyata Hegel kimi münasibət bəsləmişdir.
XX əsrdə sosioloji tənqid
XX əsrdə də sosioloji davam etdirilir.
Avropanın şərqində Georq Lukaç və Lüsen Qoldman kimi marksist tənqidçilər yetişir.Qərbdə isə Qərbi Almani- yanın Frankfurt məktəbinin 2 mühüm təmsilçisi Teodor Adorno və onun həmkarı Volter Benjamin kimi tənqidçilər yetişir. 1990-cı ildən sonra isə Peter Zima adlı tənqidçi sosioloji tənqidi davam etdirir.
Dostları ilə paylaş: |