Psixologiya tarixinin öyrənilməsi
Psixologiya elminin inkişaf istiqamətlərindən biridə psixologiya tarixi üzrə tədqiaqatlar aparılması problemidir. Başqa sahələrdə olduğu kimi, bu sahədə də psixoloqlarımız öz qüvvələrini əsirgəməmişlər. Həmin istiqamətdə yazılan əsərləri şərti də olsa bir neçə qrupa bölmək olar. Birinci qrup əsərdə Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində xalqımızın psixologiyaya aid fikirəri toplanılır. Həmin əsərlərdə Azərbaycan xalqının özü kimi onun psixoloji fikrinin qədimliyi, zəngin və bəşəriliyi aşkarlanır. Bu mənəvi sərvətimizdə xalqımızın hiss və arzuları, həyatı dünya qabiliyyəti, təfəkkür tərzi, xarakteri, insan haqqında düşüncələri toplanmışdır.
Respublikamızın psixoloqları həmin incə duyğuları, mifik təfəkkür qaynaqlarını tədqiq etməkdə bir tərəfdən tariximizin müəyyən qaranlıq səhifələrini açmış, digər tərəfdən bu tarixi faktlarla Azərbaycan psixologiya elmini zənginləşdirmişlər. A.O.Makovedski, Ə.K.Zəkuyev, M.C.Məhərrəmov bu sahədə ilk təşəbbüsçülər olmuşlar. Lakin, çox təssüf hissi ilə qeyd etmək lazımdır ki, bir-iki məqalə, tezis müstəsna olmaqla bu zəngin mədəni irsimizdə psixoloji məsələlər ətraflı öyrənilib xalqa çatdırılmamışdır.*Azərbaycanda elmi psixologiyanın qaynaqları olan şifahi xalq ədəbiyyatının hər bir neçə-neçə namizədlik dissertasiyasının monoqrafiya və əsərlərin mövzusu ola bilər. Azərbaycanda psixoloji tədqiqatların müəyyən hissəsinin gələcəkdə bu istiqamətdə aparılması zənnimcə çox faydalı bir iş olar.
Psixologiyanın elə bir sahəsi tapılmaz ki, Azərbaycan şifahi xalq ədəbiyyatında ona aid heç bir söz, fikir söylənilməsin. Bir atalar sözündə, bayatılarda, hikmətli ifadələrdə irəli sürülən psixoloji fikir neçə-neçə elmi məqalələrin, əsərlərin ana xətti kimi götürülə bilər. Şübhə etmirik ki, Azərbaycan psixoloqları xalqımızın öz soy kökünə qayıtdığı müasir dövrdə belə bir problemin işlənməsinə daha çox diqqət yetirəcəklər.
Psixologiya tarixi üzrə ikinci qrup tədqiqatlar xalqımızın inam bəslədikləri dində psixolji fikrin öyrənilməsinə həsr edilmiş əsərlərdir. Azərbaycan psixoloqları bu baxımdan ən çox İslam dini nə qədər İran və Azərbaycanda geniş yayılmış “Zərdüşt” dinində psixoloji fikirlərin necə qoyulmasına, həmin fikirlərin müasirliyinə diqqət yetirmişlər. Azərbaycanda uzun müddət filosof-psixoloq kimi fəaliyyət göstərən A.O.Makovedski Zərdüşt dininin müqəddəs kitabı olan “Avesta” da psixoloji fikirləri öyrənməyə çalışmış və 1960-cı ildə bu barədə “Avesta” adı altında bir kitabda nəşr etdirmişdir. Bu dində əsasən iki xeyir və şər allahına etiqad olunur.* Zərdüşt dini dualis yəni iki allahın mövcüdluğunu qəbul edən dindir. Bu din çox allahlıqdan tək allahlığa keçid formasıdır. Bu dində qədim insanların inam və əqidələri, mənəvi paklığı, sadələyi, humanist qaydalarla bəşəri, ülvi duyğuları əks olunur. A.O.Makovedski kitabda bu bəşəri keyfiyyətləri açır, həmin keyiyyətlərin müasirliyini göstərir. A.O.Makovedski göstərir ki, “Avesta” Azərbaycan alimlərinin, yazıçı və dramaturqlarının nəzərindən
yayınmamışdır. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan
N.Gəncəvi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, C.Cabbarlı, S.Vurğun və başqaları epik və lirik yaradıcılıqlarında “Avesta”nın fəlsəfi-psixoloji konsepsiyasında sənətkarlıqla istifadə etmişlər. A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərini,
Dostları ilə paylaş: |