8)Üslub və üslubiyyat
Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir,
Stil termini yunan dilindən latın dilinə keçmiş “Stilus” sözündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası “Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtləndirilir.
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubundan danışmaq olarmı?
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfiproblemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm vunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa duşmələri idi.
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti onun aydınlığındadır,… Əgər nitq aydin deyilsə, deməli, natiq öz məqsədinə nail ola bilməz. Üslub həddindən çox alçaq, həddən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəlməldir”.
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli siyasi xadimi Mark Tuli Siseron (e.ə. 106 — 43) natiqlik sənəti haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bilməyən üslubiyyatçı və natiq yoxdur: «Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsın».
Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. Üslubiyyatı isə nitqi bəzəyən elementər haqqında təlim kimi qiymətləndirmişlər. Rus alimi A.Barannikov da bu fikri təqdir edir.
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə va başqa görkəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii üslublar içərisində qəzələ üstünlük verirdi.
M.F.Axundov bədii üslubların bir çox məsələlərinə toxunmuşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: —Şeir gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə zi-yadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir”.
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid edərək yazır: —...və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəy-yəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii teşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin şüərasından Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfən-giyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmua gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola”.
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii personajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, obrazın daxili aləminin açılmasına kömək etməlidir, Ədib Mirzə Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: —bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik… Bu cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin”.
Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün ana dili»ndə yazmış və bunu öz həmfikirlərindən tələb etmişdir. —Molla Nəsrəddin” və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, Ö.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla başqaları ədəbi üslubun xalq qoluna üstünlük verirdilər. Əsrin əvvəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsələsi qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «E1 malı» ola bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin anladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında birinci səhifədə «Hirs və tənə» ünvanlı yazılmış məqalənin ilk sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz!.. Hər bir qövümün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləşdirilmiş dil o qövmün ədəbi dilidir». Buraya qədər deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin ictimai vəzifəsini yerinə yetirərkən onda iki mikro üslubu meydana gətirmişdir; Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı - ana nəvazişi, ata məsləhətı — ana nəsihəti üçün ədəbi səciyyəli söz və ifadələr — dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu fəaliyyət göstərmişdir».
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.
Dostları ilə paylaş: |