Intellektual sistemin quruluşu Ən yaxşı intellektual sistem insan özüdür.İntellektual sistem aşağıdakıları bacarmalıdır:
1.Müəyyən məqsədə doğru yönəlmiş olmalı,öz fəaliyyətini elə planlaşdırmalıdır ki,məqsədə çatsın.
2.İntellektual sistem dəyişən mühitə reaksiya verməlidir.Yəni kriteriyalara uyğun məsələni həll etməlidir.
3.Öz biliyini daim təkminləşdirməlidir.
4.Məntiqi nəticə çıxara bilməlidir-həmkarlarka dil tapmaq,işi izah etmək,mühiti proqnozlaşdırmağı bacarmalıdır.
İntellektual sistemin strukturu aşağıdakı kimidir.
- Öz-özünü öyrətmə bloku-sistemin başa düşmə imkanlarını genişləndirir və mühitin modelini korrektə edir.
-Proqnoz bloku-sistemin intellektual fəaliyyətində əvvəlcədən dəyişənlərin proqnozunu verə bilir.
-Xarici aləmi qavrama bloku- xarici aləm haqda informasiya yığır,onun nəticələrini intellektual sistemdə qərar qəbul etməklə istifadəsini təmin edir.
-Məqsədi formalaşdıran blok-məqsədə çatmaq üçün lazımı funksiyalar yerinə yetirir.
Bu blokları əlaqələndirmək üçün intellektual təşkilatçı blokundan istifadə olunur.
İntellektual sistemlərin layihələşdirilməsinin mərhələləri İntellektual sistemlərin layihələşdirilməsi dedikdə təqdqiqat sahəsində biliklərə malik və sistemin yaradılmasına kömək etməyə hazır olan ekspert, həmçinin süni intellekt sahəsində çalışan biliklər mühəndisi, analitik və proqramçıların iterativ (çoxdəfəli) və təkamül proseslərində iştirakı başa düşülür. Görüləcək işlərin həcmi və zəhmətindən asılı olaraq qrup 3-6 nəfərdən ibarət ola bilər.
Tədqiqat sahəsinin analizindən və bu sahəyə intellektual sistemlərin məqsədəuyğun tətbiqinin müəyyənləşdirilməsindən sonra bilavasitə sistemin layihələşdirilməsinə keçilir.
İntellektual sistemlərin layihələşdirilməsi mərhələlərinin sayına müxtəlif baxışlar mövcuddur. Bu, bir çox faktordan, əsasən də yaradılacaq intellektual sistemin funksiyalarından, onun istifadə olunacaq sahəsindən, inkişaf etmiş alət vasitələrinin mövcudluğundan və s. asılıdır.
Süni intellekt sisteminin hazırlanması prosesi beş mərhələyə (şəkil 1) ayrılır:
Verilən məsələlərin və onların xarakteristikalarının müəyyənləşdirilməsinin identifikasiyası (eyniləşdimə). Bu mərhələdə həll olunacaq məsələlərin xarakteristikaları və xüsusiyyətləri müəyyənləşdirilir. Layihələşdirilən sistemə texniki məsələlər hazırlanır. Daha sonra sistemin istifadəçilərinin dairəsi müəyyənləşdirilir..
Tədqiqat sahəsi ekspertlərinin biliklərinin dairəsini əks etdirən əsas konsepsiyalarının müəyyənləşdirilməsi. Bu, qərar qəbulu prosesində ekspertin işlədiyi biliklərin tipini analiz etməyə imkan verir. Biliklər mühəndisi qərarın çıxarılışında ekspertin fikirlərinə uyğun olan biliklərin təqdim olunmasının və qərar qəbul etmə prosedurunun rəsmi vasitələrini müəyyənləşdirir. Beləliklə, bu mərhələnin yerinə yetirilməsi nəticəsində tədqiqat sahəsi haqqında ekspert biliklərinin təqdimatı sxeminin xarakterinin seçimini müəyyən edən məfhum meydana gəlir və formalaşır.