Ümumi məlumat
|
Fakültə, Fənnin adı, kodu və kreditlərin sayı
|
Təhsil fakültəsi, Köməkçi Tarixi fənlər, HİST107 ,3 kredit
|
Departament
|
Tarix və Arxeologiya departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Payız 2015
|
Fənni tədris edən müəllim (lər)
|
Orxan Zamanov
|
E-mail:
|
ordukaqan@gmail.com
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
II gün, saat 13:40-15:00, 15:10-16:30
|
Məsləhət saatları
|
Tələbələrlə razılaşdırılan vaxtda
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas:
-
Mühazirə mətnləri
-
Pirquliyeva Q.Numizmatikanın əsasları. Bakı. 2009
-
Piriyev V. Azərbaycanın sarixi-siyasi coğrafiyası. Bakı. 2006.
-
Arazova R. və Dostiyev T. Köməkçi tarixi fənlər. Bakı. 2001.
-
Əhmədov T. Azərbaycan toponimiyasının əsasları. Bakı. 1997.
Əlavə:
-
Мешадиханум Неймат. Корпус эпиграфических памятников Азербайджана. Том 1-4. Баку. 1997-2014
-
Məşədixanım Nemətova. əsrlərin daş yaddaşı. Bakı, 1987.
-
Раджабли А. Нумизматика Азербайджана. Баку. 1997
-
Yusifov Y. Kərimov S. Toponimikanın əsasları. Bakı 1987.
-
Azərbaycan tarixi. Elmi-nəzəri və praktik problemləri. I hissə. Bakı. 2004.
-
Qəmərşah Cavadov. Azərbaycanda əkinçilik və xalq metrologiyası. Bakı,1984.
|
Kursun veb saytı
|
www.arxeoloq.az, www.antropogenez.ru
|
Tədris metodları
|
Mühazirə
|
Tədris metodları
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
Mühazirələr
-
Mövzu ətrafında müzakirələr (məşğələ).
-
Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə.
-
Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.
-
Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya.
-
Müvafiq elmlər ilə bağlı seçmə mövzular üzrə tanınmış mütəxəssislər dəvət olunaraq dərsdən kənar məşğələlər.
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
Noyabr
(sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında imtahan verilir).
|
35 bal
|
Praktiki məsələ
|
Yoxdur
|
|
Fəallıq
|
Dərslərdə, diskussiyalarda, və seminarlarda iştirak etmək, ev tapşırıqlarının yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirmək.
|
8 bal
|
Yoxlama
|
Kurs boyu iki yoxlama yazı keçirilməsi nəzərdə tutulur. Birinci yazı aralıq imtahanı öncəsi, ikincisi yekun imtahan qabağı. Hər yoxlama işi 3 bal ilə qiymətləndirilir.
|
6 bal
|
Kurs işi (Layihə)
|
Yoxdur
|
|
Prezentasiya/Qrup müzakirə/Fərdi iş
|
Kurs ərzində iki təqdimat (prezentasiya) xarakterli fərdi iş olacaq. Hər biri 3 bal ilə qiymətləndirilir.
|
6 bal
|
Final imtahanı
|
Yanvar
(noyabr və dekabr aylarında keçirilən mövzular əsasında final imtahan verilir).
|
45 bal
|
Digər
|
Yoxdur
|
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
“Köməkçi tarixi fənləri” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların müxtəlif tarix elmlərinə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında fərqli elm və fənlərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.
“Köməkçi tarix fənnləri” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun tədqiqi, tərəqqi mərhələləri və öyrənilmə tarixi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğu araşdırılacaqdır;
-
İnsan sivilizasiyanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;
-
İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;
-
İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
QAYDALAR
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
4
15.09.2015
|
Mövzu 1. Köməkçi tarixi fənləri haqqında ümumi məlumat.
Mövzu 2. Elm, elmin mahiyyəti, humanitar elmlərin tərifi, predmeti, tədqiqat obyekti və vəzifələri.
|
|
-
|
4
22.09.2015
|
Mövzu 3. Xronologiya elmi və tarix elmlərində onun yeri.
Mövzu 4. Davamı
|
|
-
|
4
29.09.2015
|
Mövzu 5. Paleoqrafiya elmi və onun tarixi.
Mövzu 6. Məşğələ mövzusu: Xronologiya.
|
|
-
|
4
06.10.2015
İçərişəhər qoruğuna səfər
|
Mövzu 7. Ümumi Paleoqrafiya.
Mövzu 8. Epiqrafika (Miniatür kitab muzeyinə səfər və Bayıl daşlarına baxış)
|
|
-
|
4
13.10.2015
Mütəxəssis ilə görüş
|
Mövzu 9. Heraldika.
Mövzu 10. Emblemistika.
|
|
-
|
4
20.10.2015
|
Mövzu 11. Sfraqistika.
Mövzu 12. Məşğələ mövzusu: Paleoqrafiya.
|
|
-
|
4
27.10.2015
|
Mövzu 13. Toponimika elmi
Mövzu 14. (yoxlama)
|
|
-
|
4
03.11.2015
|
Mövzu 15. Aralıq imtahanı (1-13-cü mövzular)
Mövzu 16. Təqdimatın təhvil verilməsi (Esse)
|
|
-
|
4
10.11.2015
|
Mövzu 17. Numizmatika elmi
Mövzu 18. Davamı
|
|
-
|
4
17.11.2015
Mütəxəssis ilə görüş
|
Mövzu 19. Numizmatika muzeyinə səfər
Mövzu 20. Davamı
|
|
-
|
4
24.11.2015
|
Mövzu 21. Azərbaycan numizmatikası
Mövzu 22. Məşğələ mövzusu: Tarixi mənbələr və qaynaqlar.
|
|
-
|
4
01.12.2015
|
Mövzu 23. Metrologiya
Mövzu 24. Davamı
|
|
-
|
4
08.12.2015
|
Mövzu 25. Tarixi metrologiya
Mövzu 26. Məşğələ mövzusu: Azərbaycan numizmatikası
|
|
-
|
4
15.12.2015
|
Mövzu 27. Tarixi coğrafiya
Mövzu 28. Davamı
|
|
-
|
4
22.12.2015
|
Mövzu 29. Təqdimatın təhvil verilməsi (Esse)
Mövzu 30. (yoxlama)
|
|
|
|
FİNAL imtahanı
|
|