Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova



Yüklə 58,55 Kb.
tarix22.10.2017
ölçüsü58,55 Kb.
#10292
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan mühacirət mətbuatı tarixi, HIST218, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim (lər)

Nəsiman Yaqublu

E-mail:

nasiman_yagublu @ mail.ru

Telefon:

050 331 36 32

Mühazirə otağı/Cədvəl

Azərbaycan mühacirət mətbuatı tarixi –

IV gün– 15:10 -16:20




Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas  dərsliklər:

  1. Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991.

  2. İbrahimli X. Azərbaycan Siyasi Mühacirəti. Bakı, 1996.

  3. Yaqublu N. Azərbaycan – Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu. Bakı, 2007.

  4. Azərbaycan Mühacirət irsi. (Tərtib edəni və redaktoru N. Yaqublu). Bakı, 2010.

  5. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası. Bakı, 2013.

  6. Nəsiman Yaqublu. Azərbaycan Mühacirət Mətbuatı (dərs vəsaiti). Bakı , 2014

Əlavə  dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6a .Məmmədzadə M. B. Milli Azərbaycan Hərəkatı. Bakı, 1992.

7.Həsənova Ş. Mühacirət irsindən səhifələr. Bakı, 1993.

8.Yaqublu N. Azərbaycan legionerləri. Bakı, 2002.

9.Yaqublu N. Əbdürrəhman Fətəlibəyli Düdənginski. Bakı, 2008.

10.Balayev A. Məhəmməd Əmin Rəsulzadə (rus dilində). Moskva, 2010.

11.Azərbaycan Mühacirət İrsindən (tərtibatçı C. İsakov). Moskva, 2011.

12.Polşadakı Azərbaycan siyasi mühacirət irsindən (tərtibatçı V. Quliyev). Moskva, 2011.

13.Həsənli C.Tarixi şəxsiyyətlərin tarixi.B. 2013.

Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

www.azerbaijan.az;                  www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org               www.history.az


Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

- bəzi mövzularla əlaqədar olaraq tanınımış alim

və mütəxəssislərin dərslərə dəvət edilməsi



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral ,mart aylarında keçirilən mövzular əsasında imtahan keçirilir.

40 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə,diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək –5b.

Prezentasiya -5 b

Aralıq imtahan qabağı sınaq işi – 5 b.

Final imtahan qabağı sınaq işi – 5 b



20 bal

.
Prezentasiya mövzularının siyahısı:

  1. 1920-ci ilin 27 Aprel işğalından sonra azərbaycanlı siyasi xadimlərin və ziyalıların Türkiyədə məskunlaşması.

  2. Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalının nəşrə başlaması.

  3. Azərbaycanlı mühacirlərin yeni mətbuat orqanları olan “Azəri-Türk” və “Odlu Yurd” jurnallarını nəşr etməsi.

  4. “Prometey” təşkilatının yaranması, Polşada və Fransada fəaliyyətə başlaması.

  5. Türkiyənin İstanbul şəhərində azərbaycanlı mühacirlərin “Bildiriş” qəzetini və “Azərbaycan Yurd Bilgisi” jurnalını nəşr etməsi.

  6. Türkiyədə azərbaycanlı mühacirlərin siyasi fəaliyyətinin və mühacirət mətbuatının qadağan edilməsi.




  1. Azərbaycanlı siyasi mühacirlərin Almaniyada mətbu fəaliyyəti.

  2. Azərbaycan legionerlərinin mətbuat orqanları.

  3. “Azərbaycan” jurnalının Türkiyədə nəşri.Jurnalın aparıcı mövzuları.

  4. Azərbaycan mühacirət mətbuatının tanınmış xadimləri:M.Ə.Rəsulzadə.M.B.Məmmədzadə,C.Hacıbəyli,Ə.Cəfəroğlu,Ə.F.Düdənginski,M.S.Aran.




Tapşırıq və testlər






Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Aprel ayında keçirilən mövzular əsasında may ayında l imtahan verilir.



40 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Fənnin məqsədi

Azərbaycan Mühacirət mətbuatı tarixi kursu 1920-1991-ci illəri əhatə edir. Azərbaycan milli istiqlalı uğrunda mübarizə aparmış, Türkiyədə və Avropanın ayrı –ayrı ölkələrində yaşamış dövlət və mətbuat xadimlərimizin mətbu fəaliyyətinin öyrənilməsi çox əhəmiyyətlidir. Məlum olduğu kimi, Avropada və Türkiyədə yaşamış azərbaycanlı mühacirlər bu ölkələrdə ciddi siyasi fəaliyyət göstərmələ yanaşı, eyni zamanda çoxlu sayda qəzet və jurnallar, kitablar nəşr edərək Azərbaycanın azadlıq mücadiləsini yürütmüşlər. Bu mənada M. Ə. Rəsulzadənin, Ə. M. Topçubaşovun, C. Hacıbəylinin, M. B. Məmmədzadənin, Ə. F. Düdənginskinin irsinin öyrənilməsi ilə XX əsr Azərbaycan tarixinin tədrisi daha da məzmunlu olur.




Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın istiqlalı uğrunda aparılan ümumi siyasi mübarizə haqqında geniş bilgilər əldə ediləcək. Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.




Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Ədəbiyyat



4
29.01.2015

Giriş. Tələbələri Azərbaycan mühacirət mətbuatı tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələri ilə tanış etmək. Azərbaycan mühacirət mətbuatı tarixinin analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

1.



4
5.02.2015


1920-ci ilin 27 Aprel işğalından sonra azərbaycanlı siyasi xadimlərin və ziyalıların Türkiyədə məskunlaşması. Azərbaycanın görkəmli xadimi M. Ə. Rəsulzadənin başçılığı ilə təşkilatlanma prosesinin başlanması və Milli Mərkəzin yaranması.

2.



4
12.02.2015


Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalının nəşrə başlaması. Jurnalda M. Ə. Rəsulzadənin proqram xarakterli “Atəş çalan Prometey” məqaləsinin təhlili. “Yeni Qafqasiya”da nəşr edilən yazıların ümumi təsnifatının aparılması.

4.



4
19.02.2015



Azərbaycanlı mühacirlərin yeni mətbuat orqanları olan “Azəri-Türk” və “Odlu Yurd” jurnallarını nəşr etməsi. Bu jurnalların əsas fəaliyyət proqramının açıqlanması. Bu jurnallarda 27 Aprel işğalı və 28 May İstiqlalı ilə əlaqədar tarixi məqalələrin nəşr edilməsi.

1.






4
26.02.2015



“Prometey” təşkilatının yaranması, Polşada və Fransada fəaliyyətə başlaması. Azərbaycanlı mühacirlərin “Prometey” təşkilatının tədbirlərində fəallığı.

5.



4
5.03.2015


Türkiyənin İstanbul şəhərində azərbaycanlı mühacirlərin “Bildiriş” qəzetini və “Azərbaycan Yurd Bilgisi” jurnalını nəşr etməsi. Bu mətbuat orqanlarında Azərbaycanda sovet rejiminə qarşı olan silahlı üsyanlar haqqında məlumatların verilməsi. Azərbaycanın tarixi mədəniyyəti, faktları ilə bağlı yazıların təhlili.

6,7.



4
12.03.2015


Türkiyədə azərbaycanlı mühacirlərin siyasi fəaliyyətinin qadağan edilməsi. Siyasi mühacirlərin Avropa ölkələrində fəaliyyət göstərmək məcburiyyətində qalması.



10.






4
19.03.2015


Azərbaycanlı siyasi mühacirlərin Almaniyada fəaliyyəti. Burada onların “Qurtuluş” jurnalını, “İstiqlal” qəzetini nəşr etməsi. Azərbaycanı tarixi, mədəniyyəti ilə bağlı Almaniyada nəşr edilən kitablar.


5.




4
26.03.2015


Polşa Respublikasında azərbaycanlı mühacirlərin fəaliyyəti.Polşada M.Ə.Rəsulzadənin nəşr edilən “Azərbaycan müstəqillikm uğrunda mübarizədə” kitabı.M.Ə.Rəsulzadənin Polşa ilə bağlı yazılarının təhlili.

3, 7.



4

2.04.2015

Azərbaycanlı mühacirlərin Avropada yaratdıqları təşkilatlar və nəşr etdikləri kitablar.Bu kitablarda azərbaycanın tarixi.ədəbiyyatı. mədəniyyəti ilə bağlı Avropa oxucularına geniş məlumatların verilməsi.

4, 12.



4
9.04.2015

Azərbaycan legionerlərinin fəaliyyəti.Azərbaycan legionerlərinin nəşr etdiyi “Azərbaycan” qəzetində Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı yazılar.

8, 9.



4
16.04.2015

İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirlərin Türkiyədə fəaliyyəti. Ankarada və İstanbulda nəşr edilən “Azərbaycan”,”Mücahid”,”Türk İzi”,”Türk Yolu” jurnallarınada azərbaycanın istiqlalı.tarixi.mədəniyyəti ilə bağlı yazılar.

1, 12.



4
23.04.2015

İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirlərin Avropada fəaliyyəti.Almaniyada Azərbaycan və rus dillərində nəşr edilən “Azərbaycan”jurnalı.

11, 2.



4

30.04.2015

Azərbaycanlı mühacirlərin soyuq müharibə dövründə beynəlxalq tədbirlərdə iştirak. “Dərgi”,”Qafqaz” jurnallarında mühacirlərin nəşr etdikləri yazıların təhlili.

1, 5.



4

7.05.2015



Azərbaycan mühacirətinin tanınmış xadimləri: M.Ə.Rəsulzadə.Ə.M.Topçubaşov,C.Hacıbəyli, M.S.Aran,M.B.Məmmədzadə,Ə.Cəfəroğlu,Ə.F.Düdənginski .

12,13.







Final imtahanı




Yüklə 58,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin