Cavab: 1. Allah taala təkcə “Şəms” surəsində doqquz məxluqa (Günəş, Günəşin nuruna, gündüzə, gecəyə, göyə, yerə, insanın nəfsinə) and içir.
2. “Naziat” surəsində 1-3 ayələrdə;
3. “Mürsəlat” surəsində 1-3 ayələrdə;
4. “Büruc”, “Tariq”, “Qələm”, “Əsr” və “Bələd” surələrində məxluqa and içilir.
5. “Tin” surəsində Allah buyurur: “And olsun, əncirə və zeytunə! And olsun, Tur-Sina dağına, and olsun, bu əmin şəhərə [Məkkəyə]...”
6. “Züha” surəsi, 1-2-ci ayələr;
7. “Fəcr” surəsi, 1-4-cü ayələr;
8. “Hicr” surəsinin 72-ci ayəsində buyurur:
Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar. 9. Peyğəmbər (səlləllahu əleyhi və alih) özü Allahdan başqasına and içib. “Səhihi Müslim” (Zəkat kitabı, 3-cü cüz, səh. 94) yazır: Birisi Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşur ki, ya rəsuləllah, hansı sədəqə daha fəzilətlidir? Həzrət cavabında buyurur: “And olsun, atanın canına! Bil, o sədəqə daha əzəmətlidir ki, sağlam olasan, pula ehtiyacın ola, fəqirlikdən qorxasan, gələcəyinin fikrində olasan və eyni halda sədəqə verəsən”. Bütün bunlar nişan verir ki, lazım olduqda əhali arasında məxluqa and içmək heç də Allaha qarşı şirk sayılmır. Əlbəttə, onu da qeyd edək ki, şiə məzhəbinə görə and içmək məsələsinə heç də tə’kid olunmur, hətta doğru işdə də Allaha and içmək məkruh sayılır. Bununla belə, yalnız qəzavət və məhkəmələrdə xüsusi şəraitdə Allaha and içməyin heç bir eybi yoxdur.
ŞƏFAƏT
Vəhhabilərin əqidələrindən biri də budur ki, onlar şəfaət məsələsini düzgün təfsir etmirlər. Onların nəzərincə şəfaət yalnız Axirətdə ola bilər. Amma bu dünyada heç kəs Peyğəmbərin (səlləllahu əleyhi və alih) və övliyaların şəfaətinə göz dikməli deyillər. Hər kəs belə şəfaəti dünyada istəsə, Allaha şərik qoşur və kafir sayılır!
Cavab: Bütün müsəlmanlar Qur’anın aşkar bəyanına əsasən mö’təqiddirlər ki, Allah istədiyi ləyaqətli şəxsə şəfaət məqamını verəcək. Bu şəfaətin Qiyamətdə olmasında heç bir ixtilafi nəzər yoxdur. Görəsən, bu dünyada Peyğəmbərin (səlləllahu əleyhi və alih) elə bir məqamı var ki, Allaha dua etsin, Allah da hər hansı bir günahkarın günahından keçsin?
Ayələrin və rəvayətlərin təsdiqinə əsasən, bu iş heç də qəbih deyil. Allah bu məqamı həm bu dünyada, həm də Axirətdə Peyğəmbərə (səlləllahu əleyhi və alih) vermişdir. İndi də bə’zi nümunələrə diqqət etməklə vəhhabilərin iddialarının yanlış olmasını görərik: