1. Allah taala “Nisa” surəsinin 64-cü ayəsində buyurur:
Əgəronlarözlərinəzülmetmişolandasəninyanınagəlsəydilər, AllahdərgahındanbağışlanmaqtələbetsəydilərvəPeyğəmbərdəonlardanötrübağışlanmaqduasıetsəydi, Allahıənçoxtövbəqəbuledən [bağışlayan] kimitanıyardılar. Ayədə hər şey aydın zikr olunub. Görəsən, vəhhabilər Qur’anı açıb oxumurlar və bu ayəyə rast gəlməyirlər? Hər bir aqil şəxsə ayədən mə’lum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyada olan halda da Allahın izni ilə günahkarlara şəfaət verə bilər və Allahdan onlar üçün bağışlanmaq diləyə bilər. Bu işdə heç bir şirk yoxdur. Onu da qeyd edək ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dünyadan köçməsi səbəb olmaz ki, müsəlmanlar bu dünyada ondan şəfaət istəməsinlər. ×ünki İslamda ölüm heç olmaq və aradan getmək deyildir!
2. Qur’ani-Məcid Həzrəti Yə’qub Peyğəmbərin (əleyhissəlam) əhvalatını zikr edərkən övladlarının günahkar olduğunu bildikdən sonra onların atalarından şəfaət istəmələrini belə bəyan edir:
Ey ata! Allahdan bizim günahlarımıza görə bağışlanmamızı istə! Həqiqətən, biz səhv yolda olmuşuq1. Yə’qub (əleyhissəlam) onların cavabında buyurur:
TezlikləAllahasizinbağışlanmağınızdanötrüduaedəcəyəm!2 Ayə aşkarcasına nişan verir ki, Həzrəti Yə’qubun (əleyhissəlam) övladları atalarının şəfaəti əsasında bağışlanılırlar və bu iş heç də Axirətdə olmur, əksinə, dünyada olarkən baş verir.
3. Qur’ani-Məcid “Mühəmməd” surəsinin 19-cu ayəsində Peyğəmbərinə (səlləllahu əleyhi və alih) göstəriş verərək buyurur: