TariXİn küSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)



Yüklə 371,93 Kb.
səhifə1/3
tarix29.12.2017
ölçüsü371,93 Kb.
#36362
  1   2   3

TARİXİN KÜSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)

Yardımlı Rayonu: AVUN – AVUR – ANZOV – ASTANLI Kənd Adlarının Etimologiyası Yazar : Fərhad Cavadi Abdulla oğlu/ Güney Azərbaycan / Urmiya / 10 – Sentyabr 2014 Azərbaycanın Yardımlı rayonun kənd toponimlərindən birisi "Avun" kəndidir. Yardımlı əhalisindən olan Elshad Alarli Qarashovun dediyinə əsasən "Avun kendi dağlıq ərazide meşə ətəyinde yerləşən kenddir.Əhalisi əkinçilikle ve heyvandarlıqla meşguldur.ona yaxin kend Qaraqaya kendidir.Yardimli rayonuna teqriben 6-7 kilometr yaxindir". Yardımlı Rayonu / Avun kendinen gözel menzere


şekili gönderen : Bəhlul Qənizadə عکس: ‏‎avun kendinen gozel menzere sekili gonderen : bəhlul qənizadə‎‏ Yardımlı rayonun digər bir yerli əhalisindən olan Alar kəndli rəssam və şair Melik Bextiyaroglu deyir ki " Avun Peştesər silsilesinin şimal yamacında yerleşir. Her iki kendi meşəler əhatə edir. Avunun qabaqindan Vileşin bir qolu Serekodu çayi keçir. Her iki kend (Avun və Avur)Yardimliya getmek uçun yamac aşaqı gedib Vileşden keçmeli olurlar".Yardımlı Rayonun "Vərgədüz" kəndindən olan gənc və eyni halda Yardımlı toponimləri haqqında inanılmaz dərəcədə çaba göstərib tədqiqat aparan və özəlliklə də öz doğma kəndi "Vərgədüz" haqqında çeşitli və yoğun şəkildə matriallar və bilgilər toplayan "Bəhram Əhədov" ,"Avun" kəndi haqqında öz facebook səhifəsində ,bizə belə yazır : "Avun ,Yardımlı rayonunun "Çayüzü" inzibati ərazi vahidində kənddir. "Viləş" çayı sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki eyni- adlı çaydan almışdır! "Avun" Yardımlı rayonunun "Osnakeran" kəndində çay adıdır.Toponim yerli əhalinin dilində "Ovun" kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim Talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləŞdirən, təsəlli verən, ovudan"; "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur.Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır! Bahram Ahadov . Bu kəndin adı da Azərbaycan Türk mifologiyası ilə bağlı mifik addır və müxtəlif formantlarda,başqa xalqların mifologiyasında özünü əks etdirməkdədi.Bu Azərbaycan türk mifi,türk seltləri ya"göl" tayfasının "Epona"adlı mifində təzahür edilir və bu xalqın "At ilahəsi"(ruhun son səfərində onu müşayiət edən tanrıça) sayılır.1 Avun---->Abun---->Apun---> Epun---> Epon ---->Epona .Bu ilahə "Veylz" tanrıçalarından sayılan "Riyannun" ilə bərabər sayılır. Çünki bu Tanrıça atlar ilə ilgili idi və deyilənlərə görə ilk öncə bu ilahə bir sırrılı geçiyə minmiş halda, zahir olur və heç bir at ,onun kimi dağdan dırmanıb qalxa bilməz idi. Sonralar o nahaq yerə,oğlunun öldürülməsi ilə günahlandırılır və ona belə cəza kəsirlər ki gərəkdir bir at kimi görüşə gələnləri öz belinə mindirib dənizə aparsın. Bu talehliklərə rəğmən ,o əslində çox güclü bir tanrı imiş.2 Bu Türk-Azərbaycan mifi Yunan mifologiasında və mifik əfsanələrində özünü "Ofion" (Ophion) kimi əks etdirir. Ofion adı Yunan mifologiasında iki adama həsr olunub və işlənibdir.Biri"kronus" və"Rea"dan öncə Titanlardan olan,"Urinome"nin əri və "Okeanus"(Oseanus)un qızı imiş.İkincisi "Amikus"un atası sayılan mifik şəxsdir. O "Sentur"lardan biri sayılırdı ki "Zevs" ilə savaşa girir, amma Zevs onu "Ofionion" dağın altında ovub dağıtdı.3 Avun Türk mifinin "Ofion" formasına çıxmağın prosesini də belə göstərmək olar. "Avun" -----> Afun -----> Afon ----> Afion ."Michael Grant" və "John Hazel"ın nəzərinə görə Yunan-Roma mifləri içində,"Evan","İfis"in qızı və eyni halda"Kapaneus"un eşi və arvadının adı idi.O zaman ki yeddi pəhlivan,Tebes şəhərini muhasirəyə aldılar, "Evan" özünü,öz ərinin ölü yandırma təll və od tonqalına atdı və ot tutub öldü. "Avun" ---> Evun ---> Evan.Bizim "Avun" adı ilə ilgili qədim yunan miflogiasında "Epione" adlı mifimiz də var.O "Asklepios"un eşi və arvadı sayılırdı."Avun" ----> Abun----> Abiun ---->Apiun ----> Epione .Bu iki mifolog alimin dediyinə görə Kronus`un Yunan panteonuna hökm sürməkdən öncə,"Eurynume" və onun əri "Ofion" olampusa hökmranlıq edirdilər və "Eurynome" -nin şəkili öz məbədində (Figaliya`da)"Balıq quyruqlu bir qadın" kimi rəsm olunubdur. 4 Bu Yardımlı panteonunun mifi eyni halda Misir panteonunda da ən önəmli tanrılardan birisinə çevirilmiş yəni"Hava Tanrısı" adı ilə tanınıbdır.Bu Azərbaycan mifi "b","n" səslərinin əvəz olunması ilə "Amun" formatında ,qədim Misir panteonunda Riçard Kavindişə görə "qoç" və "qaz" bəlgələri ilə ilgili ,artım və məhsuldarlıq tanrısı kimi sayılırdı. 5 Bu kənd adına oxşar ,Yunan mifologiasında bir mif adı da var və o "Evenus" ,"Ares" savaş tanrısının öğlunun adıdır. "İdas"onun qızı "Marpesa"nı oğurlayıb qanadlı atları olan kalıska(Faytun)ilə qaçırtmaq istədi və"Evenus" , "İdası" qovalamağa başladı və o qədər qovaladı ki öz atları nəfəsdən və gücdən düşdülər.O sonra atlarını öldürüb və qəzəbdən özünü "Lukurmas"çayında boğdu.6İran mifologu Q.Məsumi`nin,dünya mifologlarının yazdığı əsərlərdən və qaynaqlardan hazırladığı Ensiklopedianın dediyinə görə,qədim Roma mifləri və əfsanələrində,"Evan"bir ilahənin adıdır ki adamı əbədi və ölməz edirdi. O həmən yerdə qeyd edir ki qədim "İLAM" şahlıq sülalərinin,birinci sülaləsinin adı "Avan"şahları sülaləsi kimi gedir.Bu sülalənin zamanında,İLAMın mərkəzi və paytaxtı"Avan" adlanırdı və "Babil"ə olan bütün hucumlar və hərbi yürüşlər bu şəhərdən üz verirdi.O artırır ki"Avan"şəhəri, gərəkdir ki İranın cənub-qərbində yerləşmiş indiki "Şuştər" şəhəri olmuş olsun ki "Şuş" şəhərinin cənub-şərqində yerləşir.Bu şahlıq sülaləsinin qurucusu"Peli" adlı şah idi.Ondan sonra "1-ci TATA", "Ukku-Tanhiş","Hişutaş","Şuşun Tarana" ,"Napilhuş","Utalumaş", "Kikku Sive Temti","1-ci Hişep Ratep","Luh İşan" ,"2-ci Hişep Ratep","Helu" ,"Hita" , "Şinpi Hiş Huk"və"Kutik İnşuşinak" hökm sürdülər. 7 Bu məlumatlardan belə nəticə almaq olur ki"Yardımlı" rayonun bu "Avun" kənd adı bir Türk kökənli mifik addır və onun çox qədim bir tarixi və keçmişi vardır. "Avun" mifi eyni halda qədim türk dilində də işlək bir termin olub və "Avınç"dan alınaraq onun "Avın","Avınmaq", "Ovsun","Ovsunlama" kimi başqa variantları da yaradılıb və türk qamusunda indi də işlənməkdədir. B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində "AVUN" sözü və adının burada "Sakitlik", "Dinclik" anlamını daşıdığına qarşı gələrək ,bu anlamları Lerik rayonunun "Avun" toponiminə ,geçərli,uyarlı və inandırıcı olmadığını söyləyib yazırlar :" Avun kəndi Şəxs adını daşıdığı halda,səhvən «sakitləş», «dincəl» və s. kimi izah edilməsinin ciddi elmi əsası yoxdur".8 Görünür bu kənd adının haqqında Akademik Budaq Budaqov və N.G. Məmmədov, bu toponimin "sakitlik" və "Dinclik" anlam və xarakteri daşımağın əleyhinədirlər və bu sayaq anlamlarla ilgili bilməyi ,qeyr-i elmi və qeyr-i real hesab edirlər,halbuki bu məqalədə əksinə olaraq ,onların "Avun"u şəxs adını daşıdığı iddialarının qeyr-i real və inandırıcı olmadığı ,bəlli və aşkar olunacaq. Azərbaycan toponimiya alimləri ,hər hansı bir kənd adının açıklamağından aciz qalan zamanı,onu şəxs adı ilə bağlı olduğunu irəli sürüblər və bu yol ilə özlərini əzab və zəhmətdən və çətinlikdən qurtarıblar.Bizcə toponimiya alimləri "Budaq Budaqov"dan tutmuş ta başqalarına qədər,Azərbaycan toponimlərinin izahı və etimologiası ilə çox səthi və qeyr-i real və üzdən geçmə yanaşıblar. Avun kəndinin düzgün araşdırmaq istəsək ,öz-özlüyündə bir qalın Tarix kitabı ola bilər,amma çox təəsüf ki bir sətir yazıya iktifa edib ,cənab Budaqov və Məmmədov birgə yazırlar ki "Avun" kəndinin adı ,şəxs adı ilə bağlıdır,və beləliklə bu kəndin adının etimologiasına bir sətir sözdə səhv nəzər verib ona yekun vururlar.Akademik Budaq Budaqov və N.G.Məmmədov sonra "Avun" kənd adının şəxs adı ilə səhv olaraq bağlamaqlarına rəğmən,buna da qane və razı olmayıblar və bu əsil Türk kökənli və Türk mifologiasından qaynaqlanmış bu oykonimin adını,aparıb bağlayıblar Taliş dilinə və onu Talış dili əsasında,səhv olaraq yorumlayıblar və bundan qafil olublar ki Azərbaycan toponimlərinin adları Taliş xalqının bu əraziyə gəlməsindən ,ən azı 4000 il öncə ,müxtəlif Türk tayfaları tərəfindən ,Türk mifologiası əsasında qoyulubdur. Amma çox təəsüf ki Azərbaycan toponimiya sahəsində qələm çalan alimlərimiz bu tarixi gərçəkdən qafil olublar.Alimlərin belə səhv nəzərlər vermələri və araşdırmadan aciz olan zamanı ,səhv və qeyr-i real və başdan-sovma və söz yeri qalmasın deyə kitablarının səhv nəzəriyyələrlə doldurması və onu xalqın zehininə səhv olaraq yerləşdirməsi , zamanı gələndə ,bu Azərbaycan xalqına çox bahasına qurtula bilər. Azərbaycan alimi bir toponimin araşdırmasından və etimologiasının açıklamasından aciz qalan zaman , nə yaxşı olar ki ,o səhv açıklamanın xeyrindən geçib onu qurdalamayıb ,qaş qoyan yerdə ,vurub gözü də çıxartmasın. Akademik B.Budaqov və N.G.Məmmədov da nə yaxşı olardı ki belə səhv və həqiqətdən uzaq bir nəzər verməkdən və səhv yorum yapmaqdan , yaxşı bu olardı ki yazardılar hələlik bunu açıklamağa imkan yoxdur və düzgün bir elmi və real açıklama əldə yoxdur.Bu ondan çox yaxşı idi ki bir əsil Türk toponim adına bilmədən və ya məlumat naqisliyi üzündən bir səhv nəzər verilib ,onu nahaq yerə bir başqasına ayid edilsin.Bizim bu məqalədə Bu toponim adının "sakitləşmə"və "dinclik" ,"təsəlli", "sakitlik və səssizlik" anlamları ilə ilgili olduğu bəlli və isbat olunacaq. B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində səh.15-də "Avun" haqqında belə yazır:"AVUN KƏNDI. Yardımlı r. Oykonim Talış dilində av (ov) «su» və məkan, cəm bildirən on sözlərindən yaranaraq «sulu yer» mənasındadır (Sulu kəndi ).9 Halbuki"Avın"(Avun) qədim türk dilində "Dinclik","Toxtaxlıq", "Asudəlik" , "sakitlik", "Aram və səssiz olmaq" , "qorxu və iztirapdan uzaq olmaq","siküt və səssizlik və hay-küvsüz" və bu kimi anlamlarda işlənirmiş və demək olar "Avun"//"Avın"türk mifi də,mifik açısından bu yuxarıda saydığımız anlamları və bu anlamlarda olan özəllikləri və xarakterləri daşımaqda olub.Ola bilər ki bu türk mifi Azərbaycandan,digər bir ölkələrə və xalqlara gedərkən,o ölkələrdə və o xalqların panteonunda yerləşdiyi zaman ,başqa bir xarakter ona bağışlamış olsunlar və yeni bir vəzifə daşımış olsun və hətta cinsiyyəti(erkək-dişiliyi)də fərq eləmiş olsun,amma onun adının əsas kökü öz yerini bir-az dəyişiliklər ilə qoruyub saxlayıbdır.Yuxarıdakı məlumatlara görə,bizcə bu mifik adı daşıyan türk etnosu 2500 il eradan əvvəl(4500 il bundan qabaq) artıq bu adı daşyan "Avun"//"Avın" türk soylu tayfa,Azərbaycan ərazisində məskun imiş və belə məlum edir ki gərəkdir bu tayfa və etnos,bu yuxarıdakı tarixdən də çox qabaqlar Azərbaycan ərazisində məskun olmuş olsunlar ki sonra gəlib 2500 il eradan əvvəl, İranın çənub qərbində ,yəni indiki "Xuzistan"bölgəsində yerləşib və "İLAM" adlı ölkə və dövlətin ilk qurucu sülaləsi olub və ilk 12 şahı da məhz bu tayfadan olub.bu səbəbə görə biz bu türk soylu "Avun" etnos və tayfanı çox qədim bir tarixə malik olduğuna inanırıq və "Yardımlı"nın bu kəndinin ilkin sakinlərini "İLAM" adlı iltisaqi dilli və türk soylu höküməti və dövlətinin ilk qurucuları kimi tanımalıyıq. "İLAM" dövlətinin 2500 il eradan əvvəl şahlarının ad-siyahısını və onların sülaləsinin "Avan"//"Avun" adlanmasını artıq danmaq olmaz və bu məlumatı"Kiririş"ilahəsinin məbədindən tapılan gil tableti deyir və bu gil lövh də ,danılmaz bir sənəd və faktdır.Bu gil lövh ,qədim "İLAM" dövləti haqqında ən arxaik sənəd sayılır ki İranın cənub-qərbində olan"Buşehr" adlı bölgədən tapılıb - çıxarılıbdır. Arxeologiya alimlərin oxuyub dediklərinə görə bu gil tabletdə "Kiririş"adlı ilahənin məbədinin me`mar və inşa edəninin adı da qeyd olunub və adı"Hita"dır.Bu gil-tablet yazısında "Hita" özünü "Lipak"ın(=Tanrıların) qulu və qulluqçusu kimi tanıtdırır.Bu gil-tablet alimlərin dediyinə görə"Sargun"un(Akad şahı) zamanında "İLAM" türkləri ,öz dillərində yazmaq üçün,Şumer xətt və alfabetindən yararlanırmışlar. 10 Avan sülaləsi"İLAM"şahlarının siyahisi yazılmış bu gil tablet,Fransanın"Luvr" muzeyində saxlanılır.Bizcə"Yardımlı"nın ,"Avun" kənd sakinlərinin ulu əcdadı eradan əvvəl 3-cü,4-cü minilliklərdə Altay-Tianşan dağları ətrafı bölgədə və Sibir türk ərazisində yaşayırmışlar və bunların bir bölümü köç edib gəlib sibiryanın şimal-şərqində ,indiki Yakutıstan Saxa türkləri ərazisində ,"Lena" çayının sağ və solundakı ərazilərdə yerləşib və onlara indi də"Avun"etnonimin başqa fonetik variantı olan"Evenk" türkləri deyirlər və eyni halda bunların bir bölümü də "Aral" və "Xəzər" dənizlərinin şimal sahillərini keçərək,Azərbaycan ərazisində məskun olub və sonra cənuba sarı gedib indiki İranın Xuzistan bölgəsində yerləşib və orada ilk"İLAM"adlı dövlət təşkilatının qurucuları olublar və bunların indiki Xuzistan ərazisində yerləşdiklərindən 2000 il keçəndən sonra ,indiki Fars-Arilər adlandırdığımız Hind-Avropalı dilli xalq İran ərazisinə təpilərək,gəlib həmən bu "Avun"ların qurduğu və yaratdığı ölkə və dövlət ərazisində yerləşib və məskunlaşmaya başlayıb və "İlam" (Avun) xalqının qulağının dibində və qonşuluğunda yaşamağa başladılar və"İLAM"(Avun) türk xalqının mədəniyyəti və uygarlığından bəhrələnməyə və istifadə etməyə başladılar. Farslar hətta özləri üçün yazı xətti və alfabetləri yox idi və həmən bu ilamların (Avunların) xəttindən yararlanırdılar.Onlar sonra Əhəməni sülaləsi adında iş başına gələndən sonra,İLAM-ların da başqa xalqlar və mədəniyyətlər kimi axırlarına çıxdılar və bu dövləti və ölkəni də aradan aparıb və İLAM torpağını da artıq bir Fars əyaləti və ərazisi kimi öz imperiyalarına qatdılar.Əlbət də onu xatırlatmalq lazim ki Farsların İLAM ərazisində gəldikləri gündən yerləşdikləri üçün ,artıq İLAM(Avun) ərazisi ,Farslaşmış və Fars ərazisi kimi görünürdü. Avın//Avun Türklərinin yaratdığı və qurduğu"Elam" ölkə və dövləti haqqında və onun etimologiyası haqqında,dünyanın bir çox tanınmış tarixçiləri və arxeolog, alimləri,olmasın yorumları ediblər və müxtəlif yönlərə onu yönəldiblər. O sıradan "Damerow" və "Englund" bu Avun türklərinin ölkə adını,Şumercə "Elum"(=uca və yüksəklikdə olan yer) termininin Akkadca forması bilirlər. 11 "Walter Hinz"in nəzərinə görə bu ölkənin adı "hal Hatamti" olubdur və bu adda "hal",yurd və ölkə anlamında və"tamt" bağışlayan tanrı deməkdir.12Bunlardan başqa "Vallat","Quintana","R.Zadok" və"M.J.Steve" kimi alimlər də hər birisi bu mayada və buna yaxın mayalarda ,bu türk ölkəsinin adını şumer və Akkadca yorumlamaq istəmişlər 13 və görünür ki Türk mifologiası elementini ,Türk yer adlarında nə həddə və nə qədər rol oynadığını mənimsəməmişdən və bu əsas faktoru bilmədən,bu ölkə adı haqqında düyünü düyün üstünə vurublar və sankı bu Elam xalqı,bir türk xalqı deyilmiş kimi nəzərdə alıblar və bu həqiqəti bilməyiblər ki bu türk ölkənin adı Türk dilində Tanrı və günəş tanrısı anlamı verən "Al" sözü və adı ilə bağlı olan bir addır və "EL" də "AL" sözünün digər fonetik variantıdır və bu ölkənin adı əslində "Günəş tanrıçası" ya "Günəş Tanrıça ana"nın yurdu deməkdir və bu adı qoyan xalq ,digər türk etnosları və tayfaları kimi öz tapındığı "Günəş Tanrı" ya "Günəş Tanrıça"nın adını öz ölkəsinə veribdir.Elam dövlətinin şahlarının birisinin adı "Kutik inşuşinak" kimi gedir.Bu adda ki İnşuşinak sözünün anlamı"Sus Tanrının yurdunu sevən"dir və "Kutik" sözün anlamı "qıddıs","müqəddəs" ,"kutsal" deməkdir. bu çarın adı külliyyətdə" kutsal sus tanrının yurdunu sevən" deməkdir.İnşuşinak sözündə, birinci gələn "in",qədim türk dilində"yurd","ev" ,"yuva" deməkdir(biz indilikdə bu sözü toyuq-cücə ini sözündə işlədirik və Avropalılar da bizdən alaraq ,Hotel, Motel, Qonaq və Turist evi anlamında işlədirlər və ingilizcə Hotelə "İnn" yazıb, "İn " deyirlər)."Şuş" isə sakitlik tanrısı adıdır və"İnaq",dost və sevər anlamındadır.Bir güclü ehtimala görədə"Şuşin" siküt və sakitlik tanrısının adı olmuş olsun və adın sonundakı "AK" sözüdə "Tanrı" anlamında olmuş olsun. Elam türklərinin şahlarının adları da qədim türkcəsindədir və heç bir başqa xalq və etnoslara ayid olan bir söz deyil.Batı-Avropa tarixçı və Arxeolog alimlər və tədqiqatçıları, hər zamankı kimi,himi və binövrəni düzgün tökmədən,binanın işlənməsinə başlayıblar və sonda da öz başlarına fırlanıblar və olmasın ilginç olmayan yorumlara əl atıblar.Onlar bunu başa düşmək istəmirlər ki bu yaxın və orta doğu,qədim çağlarda türkün ən əsas yaşadığı və məskun olduğu bölgə olubdur və qədim türk (protürklərin) ərazisi olub və başqa soy və etnoslar ,sonradan gələnlərdilər və yerli ,avtoxton xalqlar olmayıblar.Onlar bunu başa düşmək istəmirlər ki Elam xalqı ilə Fin-uyğur Finiki türkləri ilə Azərbaycanın Yardımlı bölgəsində yaşayan "Avun" türk tayfası və Azərbaycanın Qarabağında yerləşən "Şuşa" şəhərinin əhalisinin ulu əcdadları eyni soy və kökdən bir xalq olub və bunları bir-birisi ilə ilgisi və bağlılığı vardır və eyni halda"Elam","Alban"(Albania) ,"Alan" (Alania) və "Aran" ölkə adları bir kökdən və bir-birinə bağlı adlardılar.Bunları bizə isbatlayan bu türk xalqının mifologiasıdır ki Avropa,Batı, qərbi Avropa,Rus alimləri bu önəmli məsələdən qafil qalıblar.Bu iddiaları yerə-göyə sığmayan və dünyanın neçə tanınmış universet və inistutlarında dərs keçən professor alimlər, hələ indiyə qədər orta doğuda hakim olmuş mifologia atmosferini və Türk atmosferinin hakimiyyətini və bu şaxənin mahiyyətini və bölgədə nə dərəcədə rol oynadığını və türk toponimiyasında necə tə`sir bağışladığını və hər bir sosial-mədəni proseslərdə əsas həll edici və nə kimi rol oynadığını bilməyiblər və yaxud ört-bastır etmək istəyirlər.Bizcə Azərbaycanın"şuşa"şəhərinin də "Yardımlı"nın bu "Avun" kəndi ilə ilgisi olmalıdır və demək olar ki Avunların ulu əcdadı,Qarabağın şuşasının ilk sakinləri olmuşlar və şuşada yerləşdikdən sonra öz tapındıqları "şuş"// "şuşen" //"sus"//"susen" tanrının adını yeni məskun olduqları yerə vermiş olublar.Bizcə türk dilində "sus" və "susmaq","sakit və səssiz olmaq" da elə həmən bu "Avun"ya "Avın" türklərinin tanrısının adından alınma söz və termindir. Bu"Avun"ların ulu əcdadları da Azərbaycandan İranın cənub-qərbi ərazisinə köçəndən sonra da, elə həmən ərazidə yerləşdikləri zaman,öz şəhər və yurdlarına da həmən tanrıları olan "sus"//"şuş" və "Şuştər" tanrılarının adını veriblər.Biz Avun//Avın Türk tayfasının Azərbaycan ərazisində ,o sıradan Yardımlı bölgəsində məskun olma tarixini və zamanını düşünmək üçün,tanınmış və dünya şöhrətli Avustraliyalı arxeolog "Daniel T.Patts"in dediyinə14və həmçinin"M.Voigt"və"R.H.Dayson"15 və"H.Weiss"gilin dediklərinə16 diqqətinizi cəlb etmək istəyirik. Bu arxeologların iddialarına görə"İLAM"ın "Şuş"şəhərinin tikilən zamanı bəlli deyil,amma"Radio-karbon" şivəsi və texnikası ilə bu şəhərin ən qədim layəsinin(suxurunun) ömürü və yaşı, eradan əvvəl 3955 və 4395 arasındadır.Bu arxeolog alimlər deyirlər ki biz ilk öncə buna inananmadıq ,amma bir sıra başqa saxsı qablar üzərində bu Radio-karbon analizini "Dollfus" 1978 ci ildə Cəfər Abad kənd təpəsində apararkən ,"Şuş" şəhərinin yaranma və tikiliş tarixinin və zamanının ədədləri,bir daha təsdiq olundu.Deməli bu profesenal alimlərin analizlərinin dediyi ilə "Şuş" şəhərinin yaranma tarixi 4000 il eradan əvvələ çatır.İndi hörmətli oxucular hesab etsinlər ki bu "Avun" türklərinin Altay-Tianşan və Türkistan ərazisindən Azərbaycan ərazisinə və Yardımlı bölgəsində yerləşdikləri çağ,nə zaman ola bilər.Bəlli dir ki Azərbaycanda Yardımlı və Qarabağ bölgələrində məskunlaşma tarixi, 4000 il eradan əvvəl zamanından da qabaq olmalıdır,yəni 6000 il bundan qabaq,bu tayfa artıq Azərbaycanda(Yardımlıda və Qarabağda və Güney Azərbaycanın Miyana bölgəsində) məskun imiş. Avustraliyalı Arxeolog Daniel T.Potts qeyd edir ki "İlam"adı qədim antik Uruk(şumer)yazılarında eradan əvvəl 3-cü minilliyin başlanışında qeydə alınıbdır və bu zaman"Evan"(Avan) adlı başqa bir İran zonası,həmən ilama oxşar vəziyyətdə peyda olunur və o zamandan bəri 3-cü minilliyin 1-ci yarısına ayid müxtəlif şumer mənbələrində bu iki(ilam və Evan) adı zikr olunub.17Avun// Avın//Evan şahlıq sülaləsindən olan şahlardan birisinin adı(e.ö 2100-cü il)"Puzur İnşuşinak"dır.18Bu Avun//Avın// Avan//Evan türk şahının adı Şumer Tanrılarından olan,sırrlar və gizlər tanrısı,yer altı yolların və keçidlərin Tanrısı yəni"Buzur"Tanrısının adıdır.19Bu qədim türk Avun xalqının iki şəhəri indi də İranda həmən qədim adlarını qoruyub saxlayıbdır,biri "ŞUŞ"və o biri isə "ŞUŞTƏR"dir.Şuştər şəhər adı əslində "sustar"//"Şuştar"dır və anlamı "Sus tanrısı","Sakit və siküt tanrısı" deməkdir."Şuş" özü təklikdə elə həmən tanrının sadəcə adıdır.Azərbaycanın Qarabağındakı "şuşa" mifik adı da əslində "Şuş.Ağ" //"Sus.Ağ"dır ,yəni "Sus Tanrısı"//"Şuş Tanrısı" deməkdir və zamanla yumuşaq "ğ" səsi düşərək"şuşa"formuna düşübdür.Demək belə nəticə almaq olar ki Qarabağda Şuşa şəhərinin qurucuları və ilk məskunları,elə həmən Yardımlı rayonun"Avun"//"Avın" kənd sakinlərinin ulu əcdadları olmuş və bu şəhər ya bölgəyə də öz tayfa və etnik tanrılarının adını veriblər."Avun"ların şimali siberiyada məskun olmuşların adının"EVENK" formada olması da belə izahlamaq olar ki bu etnonim əslində "Avın.uk" olmuş və xalq dialekt şivəsində ilkin"A"səsi"E"yə və qıssa sait olan"ı"səsi,"E"yə və "uk"sözünün "u" saiti düşərək ,"Evenk" formunu əldə edibdir.Bu adda "UK" sözü qədim türkcə olan "nəsil", "soy","oğul" deməkdir və bu etnonimin külliyyətdə anlamı olur "Avın"// "Avun" nəsli,Avun evladı,Avin soyu. Avun//Avın türklərinin əsas yeri kamçatka yarımadasının qərbində yerləşən sibirya ərazisidir.Digər güclü bir ehtimal da bu ki "Evenk"adı əslində"Evenq" olmuş olsun,yəni bu adın sonluğunu təşkil edən hissə,"nun-i ğunnə"ya"nun-i səğir"(burun səsli nq)olmuş olsun,və bu etnosun adı("q" səsi düşərək)"Even"formada özünü göstərmiş olsun.Yeri gəlmişkən qeyd edək ki bu kəndin adaşı Güney Azərbaycanın Miyana şəhərinin kəndlərindən olan, "Ovun" kəndidir. عکس: ‏باغی زیبا و رویایی در روستای اووون (ovun) میانا عکسی گوندرن: فرشته یعقوبی عكاس: قادر رستمي‏ Ovun kəndi G.Az. Miyana Şəhəri / Ovun kəndindən gözəl görüntü / Şəkili çəkən : Qadir Rüstəmi Bu kəndin kənarında bir göl var ki onun da adı "Ovunluq" gedir. عکس: ‏miyana,ovunluq gölü və vəhşi ördəklər میانا، دریاچه اوونلوق و اردکهای وحشی عکاس: طالبی‏. G.Az.Miyana,Ovun kəndinə ayid "Ovunluq gölü" və vəhşi ördəklər. Şəkili çəkən: Talibi
"Even" türk soylu xalqın miflərinin digər qitələrdə və o sıradan Avropada və Afrikada yayılmasının səbəbi də,Azərbaycandan digər bölgələrə türklərin köç etmələri əsərində olubdur. "Avun"//"Avın"söz və adının öncə saydığımız anlamlarından biri də "avınmaq" və "təsəlli tapmaq"dır və elə bu anlamı daşıdığı üçündür ki Avropa və Yunan mifologiasında"Afion"ya "Efion" kimi yer almış"Avun" sözü,indilikdə də,anaşa və nə`şə verici,məng edici,narkotik anlamında işləyir və tiryak və geroin kimi narkotik maddələrə,"Əfyun" da deyilir.Qədim İlamilərin ,yəni Avun//Avın Türklərinin Türk soylu olduğunda dünya alimləri,hələlik şüphə ilə yanaşırlar və bu nəslin Türk olduğuna, başqa Türk tayfalar və xalqları kimi,Türkdən başqa,hər bir soya və nəsilə mənsub edə bilirlər.Rus Antropologu(insanşünası) "A.Bernshtam" yazır ki Sarmatları və Alanları ,eranın başlanış yüzilliklərində hələ Türkmən hesab edə bilərik və yeni-sey Qırqızları eradan sonra 3-cü yüzillikdə, hələ Tianşan Qırqızı olmayıblar və Baktrianın xalqı 1-ci yüzillikdə hələ Tacik olmayıblar. 20 Görünür ki xalqların etnogeneziyası və soy mənsubiyyətini Alimlərin istəyi ilə bəlli olunur və bir xalqın soyu, onların istədiyi bir soya çevirilə bilər,necə ki orta Asiyada,Qafqaz, Türkistanda,Azərbaycan,İran və Anadoluda nə qədər türk soylu və Türkdilli xalqlar vardısa ,bu alimlərin istədiyi zaman Türk ola bilərlər və hələlik heç biri Türk deyil və yaxud hələ Türk olmayıblar. Hörmətli oxucuların gərəkdir buradan hesab-kitab əllərinə gəlmiş olsun ki biz kimlər ilə və nə tisbir və xarakterdə olan alimlər,Tarixçilər ,Arxeologlar və araşdırıcılar ilə tərəf-hesab olmuşuq. Bizcə "Avun" (Avın/Avan) türkləri ,Azərbaycan ərazisində yerləşdikdən sonra ,onların bir bölümü də ,indiki EREVAN şəhərinin yerində məskunlaşıb və Erevan ya İravan (Yerevan)şəhərini tikib –qurublar ,çünki bu şəhərin adı məhz bu türk tayfası ilə bağlı olmalıdır və anlamı Avanlar//Avunlar //Evanlar mərkəzi və şəhəri deməkdir. M.W.Stolper`in dediyinə görə Şumerlərin şahlar siyahısının əsasında, Avan ya Evanların bir sülaləsi İranın cənub-qərbində (indiki Xuzistan əyalətində)İLAM dövlətini yaradanda 356 il hökmranlıq ediblər. 21 Daniel T.Potts`un, İ.J.Gelb və B.Kienast`ın araşdırmaları əsasında və dediklərinə görə ,Evanların iki şahının adı yazıda aradan gedibdir və üçüncü şahın da ,adının bir qismi "ku-ol-[...]" salim qalıbdır. 22 Avun ya Evan türklərinin ELAM-da ikinci şahlıq sülaləsi qədim Babil dövründən başlayır və bu sülalənin 12 şahının heç birisinin adının tərkibində "ku-ol" sözü işlənməyib və ya bu söz ilə başlanmayır. Şuş`un yaxınlığında bir təpə var ki "Apadana" adlanır və deyilənlərə görə Əhəməni şahı Dara ,bu təpədə bir saray tikir və bu saray münasibətinə görə bu təpə "Apadana" adlanır ,amma bizcə bu təpənin adı ,Dara`dan qabaqkı zamanlara, yəni Şuş`un öz tikilmə tarixinə (eradan əvvəl 4-cü minilliyə) ayid olmalıdır və çox ehtimal verilir ki bu Apadana deyilən ad ,həmən "Abdinli" kənd adının tərkibində gələn "Abidin" sözünün qədim Farsca yazılış formasıdır və "Avan/Avun/Evan türkləri Şuşda yerləşdikdən sonra ,bu təpədə "Ab.edin" ya "Ab.odin" tanrının şərəfinə bu saray və ya əslində ,bu məbədi və tapınağı tikmiş olsunlar. Ab.Odin ----> Ap.Odin ----> Ap.Adin ----> Apadin.a ----> Apadana ( Bizcə Cuma günü Türklərdə "Adina" deyildiyi də bu "Odin" Tanrının adı ilə bağlıdır və bu gün onun adının şərəfinə "Odina" ya "Adina" qoyulub və bu Tanrıya həsr olunan gün sayılır. Necə ki Avropanın şimalında həmçinin Türklər vasitəsilə , Türk tanrılar və mifləri əsasında həftənin günlərinə ad qoyulubdur. "Loren Auerbach"ın yazdığına görə həftənin ikinci günü "Tuseday","Tir" tanrının adı ilə, üçüncü günü "Wednesday", "Voden" tanrının adı ilə,dördüncü günü "Thursday" ,"Thor" tanrının adı ilə və beşinci günü "Friday","Frigg" tanrının adı ilə bağlıdır 23).Bu təpənin adı və onda tikilən sarayın adının Dara`nın adına bağlamaq,sonradan Əhəməni Daranın təşəbbüsü ilə həmən məbədin və tapınağın yenidən bərpa etmə və remontu ilə bağlı və onu Dini məbədlikdən çıxardıb və bir şahlıq sarayına çevirməsindən irəli gəlir.Yəni Avun türkləri Azərbaycan ərazisindən köçüb indiki "Xuzistan" ərazisində yerləşdikdən sonra,öz doğma yurdlarının adlarını və daha doğrusu,öz sevdikləri və tapındıqları Tanrılarının adını,yeni məskunlaşdıqları ərazidəki toponimlərə veriblər.Beləliklə də biz nəticə alırıq ki Avan ya Avun Türkləri öz yaşadıqları toponimlərin adlarını ,o sıradan Yardımlı bölgəsindəki "Avun" ,"Abidin"(Abdinli) , Soşo kəndləri və Qarabağ bölgəsindən Şuşa`nin adını ,bu sonradan yaşadıqları yerlərin adına da veriblər.Avun Türkləri eyni halda İLAM-da Şuş şəhərini tikəndən sonra ,onun yaxınlığında "Abıdin"dən başqa ,bir şəhərcik də tikirlər və ona qədim türk tanrılarından olan "Ağra" ya "Akra" adını verirlər. Tədqiqatçı Arxeologlar bu yaşayış qəsəbəsinə "Akropol" ya "Akropolice" adlandırırlar. Latınca "Police" sözü həmən türkcə Balık(= şəhər) sözünün latın yazılış formasıdır. Balık ----> palık ----> palıc(k) -----> polic -----> polic(s)e . Akropol adında "Akro" ,Tanrı adıdır və "Pol" isə həmən türkcə "Bal" Tanrı deməkdir(Bel--->Bal --->Pal ---> Pol)və Akropol , Akro (Ağ.ra//Ak.ra//Ağ.Rə) ıldırım tanrısı deməkdir. Bu tanrı sonra Türklərin köçləri ilə Misirə gedib və Misirlərin ən böyük tanrılarından birisi kimi vəzifə daşıyırmış. Bu İlam şuş şəhərinin Akropol qəsəbəsinin yaşını "Voigt","Dayson" və "Weiss" kimi arxeolog alimlər ,Radio-karbon analizi ilə ,eradan əvvəl 3955 və 4395 arasında bəlləndiriblər. Bizcə Avun tanrı ("v"//"b" hərflərin "m" ilə əvəzlənməsi qanuna görə) Amun formantında ,Türklərin vasitəsilə Misir və Yunana da köçüb və özəlliklə də Misir mifləri içində böyük və baş tanrı sayılırmış və Yunanlılar isə onu "Zevs"(Zeus) tanrısı ilə bərabər və birgə nəzərdə alırmışlar. Mifologların və o sıradan Q.Məsumi`nin iddialarına görə "Amun" Misir və özəlliklə də "Teb" şəhərinin böyük allahına çevirilmişdi və onu Tanrıların padişahı bilib ,onu "Amun-Rə" çağırırmışlar və sonda Misir din xadimləri onu "Rə" (ıldırım ) tanrısı ilə bir tutub və Misirin doqquzluk tanrı panteonasının başçısı və lideri seçirlər. 24 Elam /Evan türk xalqının inanclarına diqqət edərkən belə bir nəticəyə çatmaq olur ki Azərbaycanın Yardımlı bölgəsində yerləşmiş Avun əhalisi və eyni halda Qarabağın Şuşa əhalisinin ulu əcdadı ,ölümdən sonra həyata inanırmışlar və biz bunu onların qəbirlərindən tapılmış əşya ilə əldə edə bilirik. Onlar ölünü qəbirə qoyarkən ,onunla mütləq bir saxsı küzə, hədiyə və padarka adı ilə qəbirə qoyarmışlar. O zaman bir Avunlu ölərkən ,çox sadə halda ,kəfənsiz halda evinin tərkinin (pol`unun)torpağı altında basdırarmışlar və nə qədər yoxsul da olmuş olsayıdı,yenə də bir saxsı qab ya küzə,onun ayaq tərəfində dəfn edərmişlər . Varlılar da qəbirlərində ,istər palçıqdan qayırılmış qəbir olsun və ya istərsə də gözəl kərpiclərdən hörülmüş qəbir olsun ,mütləq belə bir saxsı qab-qacaqları olarmış və eyni halda bir su kanallar və boruları düzəldirmişlər ki onun vasitəsi ilə qəbirin içərisinə suyu hidayət etmək olurdu və su qəbirin içinə tökülə bilirdi. Avun xalqı belə inanırmışlar ki su da,yemək kimi ölümdən sonra ölüyə lazimdir. Bu mövzu,Yardımlı,Cəlil Abad bölgələrində tapılmış Anu qəbirləri və Anu camlarını(yerli xalq diyalekt şivəsində:Ənov qəbir və camlarını) bizə xatırladır. Avun xalqı belə inanırdı ki belə bir hədiyələr və padarkalar (saxsı qab-qacaq) ,ölüyə yumnuludur və xoş yumnuluk gətirər və ölünün ruhunu əbədi narahatçılıkdan qurtarır.Avunlular eyni halda belə inanırdılar ki qəbir əyər yaxşı hazırlanmış olsa və yaxşıca bəzədilmiş olsa ,eləyə bilər ki ölünün vəziyyətində və keyfiyyətində çoxlu təsirlər buraxsın. Belə əldə olunur ki tanrıların ölünü yaxşı və gülər üzlə qarşılaması üçün,onun ağzını yağ ilə doldurmaq və ət , çörək qabağına qoymaqlarını və həmçinin ona şərab ya su verməni də düşünmək olar. Bunların hamısı bunu göstərir ki həm Elam /Evan ölkəsində və həm də Yardımlının Avun toponimində və eyni halda Yardımlı,Lerik,lənkəran, Cəlil Abad ,indiki Ermənistanın"Erevan"ında və,Qarabağın Şuşasında yaşayan türklərin ulu əcdadları,ölümdən sonra ölünün həyat və yaşamasına inanırmışlar.Bizcə Elam və Evanda,və eyni halda Avunda və yuxarıda saydığımız Azərbaycan ərazi bölgələrində,bu tayfalar və xalqların ulu əcdadı,ölüləri öz əşyaları ilə(ki onun sərvət və varının göstəricisi kimi sayılırmış), pişmiş palçıqdan qayırılmış tabuta qoyarmışlar və çox ehtimal ki bu saydığımız bölgələrdə,ölünün əti çürüyüb aradan gedəndən sonra ,basdırarmışlar və belə ki başını bir dərin kasa ya camda və böyük –uzun sümükləri böyük su bardağı şəkilində olan qabda və bala qazançalar onun kənarında qoyarkən, basdırarmışlar.Bu əşya və saxsı qab-qacaq hər bir adi və normal qəbirdə tapılarmış.Mis metalından qayırılmış ayna (güzgü),enli oraqlar və sancaq kimi əşyanı da bu qəbirlərdə görmək olar.Bu əşya bizə bunu göstərmiş olur ki metal və mis metal peşə və sənəti Azərbaycanın yuxarıda saydığımız bölgələrində nə dərəcədə parlak və yüksək səviyyədə inkişaf etməsini bəyan edir.Bu qəbirlərin ən önəmlisi qövsi halətdə taqları olan sərdabələrdir ki bir və ya ailənin bir neçə ölüsünü ,zamanla çürüyüb aradan gedəndən sonra,bir-birinin ardıca orada dəfn edilməsi və basdırılmasıdır.Bu sərdabə qəbirlərin dam örtüyünün dibində bir sənduqə kimi düzəldirmişlər ki ölüyə sunulan hədiyələr və padarkaları və bir sıra onun haqqında yazılan gil tabletləri onun içinə qoyub saxlanırmış.Belə bir gil-tablet yazıları,ELAM/Evan(indiki Xuzistan bölgəsində)Avunların qəbirlərindən aşkarlanıb və üzə çıxarılıb. Elam/Evan Avunlarının ölü basdırma adət-ənənə və törənlərinə diqqət edərkən belə düşünürük ki onların Azərbaycandakı "Avun"lu soydaşları və eldaşları ilə eyni olmuş olalar . Ölünün sənduqəsində yerləşmiş gil-tablet yazılarında , o zamanım (6000 il bundan qabaq) yəni qədim Türk və antik şərqın dəfn və ölü basdırma adət-ənənəsini bizə açıklayıb və qədim türk ölü mərasiminin göstəricisi kimi bu mərasim və törənin maddi və fiziki yaddaşı da sayılır.Bu gil-tabletlər ölən insanın Tanrı qarşısında və tanrı tərəfindən davərlik və qəzavət olunması haqda və tanrının ona söylədikləri öyüd və nəsihətlərdən söz gedir və tanrı onun yaxşı və pis əməllərini öz tərəzisində çəkməyə başlayır və çox ehtimal ki bu sayaq düşüncə və inam bu xalqda tərəzı şəklində simvolizma olunub və elə buna görədir ki çoxlu qəbirlərdə qoyulmuş tərəzı ölçü daşları yəni müxtəlif çəki daşlarının qəbirlərdə tapılması , bu fikir və inancdan irəli gəlirmiş. Bizcə Avunlar sonralar çalışırmışlar ki öz ölülərinin özəlliklərini,xarakterlərini və şəkillərini saxlamış olsunlar və istəmirdilər ki onun üzündəki çizgilər belə aradan getsin. Avunlar da bu hədəf və istəklərinə görə öz qəbirlərində ,çi palçıq və gildən qayırılmış adam kəllələrini (baş) naxışlayıb ,boyamış halda qoyurmuşlar və çox güman ki ölünün başından öncə qəlibini tuturmuşlar ki ,olduqca ölünün üz və başının həqiqi keyfiyyatını qorumuş və əldə etmiş olsunlar və olduqca sün`i olmasın və gahdan da bu heykəllər bütöv olurmuş və ölü nə halətdə qəbirdə yatmış kimi də , o heykəli də eləsinə qəbirdə uzaldıb qoyurdular və gahdan da bir maska kimi qayırılırmış ki ölünün üzünü tutmuş və örtmüş olsun. Avun türkləri ölüləri çox vaxtlar daşdan döşənmiş böyük tabutların altında və ya kərpicdən hörülmüş bir qəbir yerində dəfn edib basdırırmışlar. Bu tabutlar pişmiş palçıqdan və dörd bucaq şəkillər ilə naxışlar və bəzəklə və ya qabarıq dairələrlə düzəlirdi.Qəbir hissəsində,dəfn və basdırma mərasimi və törənləri üçün bir sıra tikintilər tikilmişdir. Ölünün meyiti çoxlu bər-bəzəklər ilə süslənib ,bəzədilirmiş və onun kəfəninin üzərində qızıldan düzəlmiş bandalar və rubanlar tikilirmiş ,gümüşdən düzəldilmiş başlıq (papaq) və qadın ölüləri üçün gümüş sinəbənd və qızıl ya gümüş sırğalar və bilərziklər, bürünçdən düzəlmiş bir güzgü və ölünün iki əllərinin arasında bürünz (tunc)tos ,kasa ya cam qoyulurmuş. Çox vaxt yeməli hədiyələri müxtəlif küzələrdə və qablarda ,tabutdan eşikdə və ya onun üzərinə qoyurmuşlar və Elam və Evan`da ,Avunlar gahdan ölünün kənarında onun atını və arabasını da basdırarmışlar. Elam və Evanlara ayid tapılmış gil-tabletdə yazılıb ki "İnşuşinak" ölülərin əməllərinin ölçü-biçini və qəzavətini və onların əməllərinə davərlik və həkəmlik etmə vəzifəsini də daşıyırmış. Yerdən üzülmüş və ayrılmış ölünün ruhu , iki yol göstərici tanrının vasitəsi ilə,birisi "lağım tanrısı"ya Elamca "Lagamal" və o birisi isə "Qaravisli"ya Elamca"İşne Karab"qarşılanır və istiqbal olunub və "İnşuşinak"ın hüzuruna hidayət olunur və İnşuşinak "Ruhların yoxlayıcısı" və "Ruhların həkəmi" vəzifəsində ,öz hökmünü verir. Bizcə Avun/Elam türklərinin "İnşuşinak" adının həqiqi etimologiası "siküt evinin Tanrısı" deməkdir. Bu Türk teofor ad,qədim türkcə"in"(=yuva,ev,dincəlmək yeri)və "şuşin"//"susin"(=siküt, sakit,dinclik,səssizçilik) və "ak"//"aq"(=Tanrı ,Allah) sözlərin tərkibindən yaranıbdır.Bizcə Avunlar və Yardımlının "Avun" kənd sakinlərinin ulu əcdadı , oğuz soyunun üç-oqlar bölümündəndilər, çünki tarixi rivayətlər də bunu bizim üçün təsdiqləyir.Bu haqda Mir Əli Seyidov yazır:"Oğuz qağandan sonra ,qızıl çadıra şərəfli yerdə Günxan otururdu. Günxanın çadırının içəri qapısında vəziri Ərqil xoca,eləcə də vəzirlər otururdu... sol yöndə birinci çadırda Gökxanın böyük oğlu Bayanduru ,ikincidə Çavulduru,... altıncı çadırda "Avan"ı oturdurdular.Bunlar üç-oqlardılar.Deməli mərkəz göydən (günəşdən) xaqanlığı ,hakimliyi verilən xaqan və xaqanın sağında ,solunda özünün və qardaşlarının evladları oturur." 25 Avun haqqında sözümüzü burada yekunlaşdırmalıyıq və bircə bunu deyə bilərik ki zahirdə çox bir önəmsiz və Yardımlının ucqar bir bölgəsində gözlərdən itib-batıb gedən bir kəndin ,Azərbaycan,Turan və türk tarixində ,Elam/Evan tarixində kimsənin inanmadığına rəğmən, nə dərəcədə rol oynadığını və bu senariyonun baş rolu oynadığını görürük. Kimsə inanmaz idi ki həmən bu Yardımlının sadcə bir kiçik kəndinin əhalisinin ulu əcdadı Dünya tarixi və mədəniyyətində nə izlər buraxıb və nəkimi parlaq staja malik bir türk xalqı olub.Kimsə inana bilməz idi ki Avunluların ulu əcdadı haradan haralara köç edib və eradan 4000 il qabaq Elam/Evan kimi bir hökümət və dövlət təşkilatı qurubdur və eyni halda Azərbaycanın Erevan və Şuşa kimi şəhərlərinin də qurucusu və inşa edəni olubdur və sonra da Elam/Evan dövlətini yaradandan sonra həmən Tanrı və toponim adlarını da,orada tikdiyi toponimlərə və şəhərlərə vermiş olsun. Kimsə inana bilməz idi ki həmən Avunların bir böyük bölümü də saka türkləri ilə qovuşaraq ,sibiryanın şimal-şərqində məskən salsın. Bu idi Avun kəndinin haqqında Tarixin küsüfləri . Azərbaycanın Yardımlı rayonun digər toponimlərində birisi,"Avur" kəndidir. Yardımlı rayonun yerli əhalisindən olan Alar kəndli rəssam və şair Melik Bextiyaroglu deyir ki " Avur da Avun kəndi kimi Peştesər silsilesinin şimal yamacında yerleşir. Her iki kendi meşəler əhatə edir. Her iki kend Yardimliya getmek uçun yamac aşaqı gedib Vileşden keçmeli olurlar".c:\documents and settings\user\рабочий стол\yardimli\image_20.jpgAvur kəndindən bir görüntü /Şəkili göndərən:Ucar şəhərindən Kazım Məmmədov Yardımlının "Vərgədüz" kənd əhalisindən olan və Yardımlı toponimləri üzrə tədqiqat aparan gənc "Bəhram Əhədov" ,Yardımlının "Avur" kəndi haqqında soruşduqda ,öz facebook səhifəsində belə qeyd etdi ki " Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir Şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır! Bahram Ahadov

Yüklə 371,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin