TəDQİQİn predmeti


BEŞİNCİ FƏSİL QURAN VƏ TİBB ELMLƏRİ (TƏBABƏT)



Yüklə 1,65 Mb.
səhifə11/22
tarix27.07.2020
ölçüsü1,65 Mb.
#102729
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

BEŞİNCİ FƏSİL

QURAN VƏ TİBB ELMLƏRİ (TƏBABƏT)

BİRİNCİ HİSSƏ

QURAN VƏ GİGİYENA

GİRİŞ


Quranda bir çox məsələlərə toxunulmuşdur ki, gigiyenik baxımdan böyük əhəmiyyət daşıyır. Başqa sözlə desək, Quranda qeyd olunan bir çox dini hökmlər tibb və gigiyena baxımından çox faydalıdır. Zaman keçdikcə, təbabət inkişaf etdikcə, bu sirlər daha da aydınlaşır. Quranın önə çəkdiyi bu məsələlər İslamın erkən çağlarında adi ağılla, günün təbabəti ilə düşünülə bilmirdi. Bu Quranın elmi ecazkarlığı deməkdir.

Aşağıda qısa da olsa bəzi ayə və hökmləri, onların tibbi faydalarını diqqətinizə çatdırırıq.

QİDALANMA GİGİYENASI

1. TƏMİZ ƏRZAQ MƏHSULLARI “طیب” [TƏYYİB]1


Quranda oxuyuruq:

1. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ

Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!” 1


2. يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً

Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin”2.





3. (Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?3"

QURANIN TƏKLİF ETDİYİ YEMƏK REJİMİ


Quranda bir sıra ayələr insana necə deyərlər, özünəməxsus yemək rejimi (yemək pəhrizi) təklif edir. Bu Quran ayələrində bir neçə mərhələdə əks olunmuşdur.

Birinci: Təmiz (ürəyəyatan) yeməklər (ərzaq məhsulları) yeyin.

İkinci: Təmiz və halal yeməklər yeyin.

Üçüncü: Təmiz yeməkləri özünüzə haram etməyin (təmiz yeməkləri özlərinə haram edənləri bu işdən çəkindirin).

Dördüncü: Təmiz (ürəyəyatan) ərzaq məhsullarını tanıtdırır (ət, süd, bal və s.)

Beşinci: İyrənc (ikrah doğuran) qida məhsullarının insan üçün haram olduğunu bildirir1.

Altıncı: İyrənc (ikrah doğuran) ərzaq məhsullarının (qan, leş və s.) adını çəkir və haram olduğunu bildirir.

İnsan təbii olaraq bir çox ərzaq məhsullarını xoşlayır. İslam dini insanın fitrətinə uyğun olduğu üçün bizə təmiz (ürəyəyatan, ürəkoxşayan) yeməklərlə qidalanmağı əmr edir. Lakin bəzi cərəyanlar doğru yoldan sapındıqlarına görə bəzi təmiz (ürəyəyatan) qida məhsullarını yeməyə qadağa qoymuşlar2.

HÖKMLƏR


İslamda insanın qidalanması ilə bağlı bir neçə başlıca hökm mövcuddur.

1. Qida pak olmalıdır (yəni murdar olmamalıdır).

2. Qida təmiz olmalıdır (yəni iyrənc, ikrah doğuran olmamalıdır).

3. Yemək halal olmalıdır (yəni haram olmamalıdır).

4. İki növ qida haramdır:

Birinci: Quranda və ya əhli-beytdən (ə) gələn rəvayətlərdə haram olduğu bildirilən qida məhsulları (qan və s.).

İkinci: Şəriətdə göstərilən yollarla əldə olunmayan qida məhsulları (sahibi olmadığımız və ya istifadə iznimiz olmadığı qida məhsulları).

ELMİ SİRLƏR


Murdar ərzaq məhsullarının haram edilməsinin səbəbləri haqqında ətraflı söhbət açacağıq (qan, leş və s.). Digər qadağalar haqqında elm adamlarının söyləmlərinə nəzər salaq:

Quran bir tərəfdən insanı ziyanlı və iyrənc ərzaq məhsullarını yeməkdən çəkindirir, digər tərəfdən isə pak və faydalı qidalarla qidalanmağı tövsiyə edir. İslam insanın psixi dincliyini, ictimai saflığını da unutmur və “halal” prinsipinin önə çəkir. Çünki insan öz alın təri ilə, halal zəhməti ilə qidalanarkən xüsusi zövq alır və böyük xoşbəxtlik hissi keçirir1.
YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir:

1. Quranın təmiz və halal qida məhsulları haqqındakı tövsiyələri insanın cisim və ruhunda gigiyenik iz buraxmışdır. Bu, Quranın bəşəriyyətə ən böyük xidmətidir.

2. Təmiz və pak qida məhsullarına meyl insanın təbiətindən qaynaqlandığı üçün İslamın bu növ hökmləri “bələdçilik” xarakteri daşıyır. Belə olan halda bunu elmi möcüzə hesab etmək olmaz. Əlbəttə, qida məhsullarının halal olması ilə bağlı bəzi məsələlər var ki, ilahi bələdçilik olmadan insan ağılı onları mənimsəyə bilməz.

3. Qida məhsullarının “təmiz” və ya “halal” olması ilə bağlı söylənilənlər məlum hökmlərin səbəblərinin yalnız kiçik bir hissəsini aydınlaşdırır. Çox güman ki, bu göstərişlərin arxasında digər səbəblər də dayanır.

2. QEYRİ-GİGİYENİK ƏRZAQ MƏHSULLARI (خبیث)


خبیث
[xəbis] dedikdə iyrənc, ikrah doğuran mənaları nəzərdə tutulur (yəni insan təbiətinə uymayan, qüsurlu, iyrənc şeylər).

Quranda oxuyuruq:

(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər”1.



Ayədə peyğəmbərlərin missiyalarından biri haqqında söhbət açılır və bildirilir ki, onlar pak, təmiz şeyləri halal, qüsurlu, iyrənc şeyləri isə haram etmək (haram olduğunu çatdırmaq) üçün göndərilmişlər. Pak, təmiz şeylərin halal, iyrənc şeylərin haram edilməsi bütün ilahi dinlərdə mövcud olan fitri məsələlərdəndir.

QISA TARİX


İnsanda təbii olaraq bəzi qida məhsullarına qarşı nifrət var. İslam fitrət dini olduğundan bu növ qida məhsullarını haram etmişdir. İslamdan öncəki ilahi dinlərdə də qan, leş və donuzun yeyilməsinə qadağa qoyulmuşdur.

HÖKMLƏR


Məlum ayəyə və Əhli-beytdən (ə) gələn hədislərə əsasən bəzi iyrənc (ürəyə yatmayan, qüsurlu) qida məhsulları haram olunmuşdur. Bu qəbildən olan haramlara diqqət yetirək.

1. İyrənc qida məhsullarını (hansı ki, insan təbiəti onlara qarşı nifrət hissi bəsləyir, onlardan iyrənir - iylənmiş meyvə və s.) yemək haramdır.

2. Murdar şeyləri yemək haramdır.

3. Burun suyunu (selikini) udmaq haramdır.

4. Sinə bəlğəmini (tənəffüs yollarının ifraz etdiyi patoloji sekret) udmaq haramdır.

5. Torpaq yemək (bir-iki istisna ilə) haramdır.

6. Ölümlə nəticələnən şeyləri yemək haramdır.

7. İnsana ümumilikdə ziyanı olan şeylərin yeyilməsi haramdır.

8. İnsan ifrazatı ilə qidalanan heyvanın ət və südünü yemək haramdır.

9. Əti halal heyvanların bəzi hissələri (qan, ifrazat, erkək və dişi cinsi orqanları, sperma, sidik kisəsi və s.).

10-13. Qan, leş, donuz əti və spirtli içki haramdır. Bunlar haqqında Quranda xüsusi ayələr mövcuddur.

ELMİ SİRLƏR


Elm adamlarından biri yazır:

خبیث
[xəbis] o şeylərə deyilir ki, insanlar ondan iyrənir (xoşagəlməz, iylənmiş, xarab olmuş şeylər).

Qidanın xarab olması, kiflənməsi və iylənməsinə səbəb onun üzərinə qonan mikrob və zəhərli göbələklərdir. Məlumdur ki, bu növ qida məhsullarında müxtəlif xəstəliklər mövcuddur. Qida insan orqanizmində canlı hüceyrəyə çevrilir. Çirkin, iylənmiş qidalar funksiyasını itirmiş hüceyrələrə çevrilir. Hüceyrələr az ömürlüdür. Bəzən yeddi gündən qırx günədək, bəzənsə yeddi ilə qədər orqanizmdə qala bilirlər”1.
YEKUN

1. Qeyri-gigiyenik ərzaq məhsullarının istifadəsinə qadağa qoyulması ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir. Çünki hələ mikroblar kəşf olunmadığı, natəmiz qida məhsullarının törədə biləcəyi xəstəliklər aşkarlanmadığı bir dönəmdə bu növ qidalanmaya qadağa qoyulmuşdur. Bu həm də insanların sağlamlığına çox böyük xidmətdir.

2. Bu qadağalar Qurana məxsus deyil. Öncə də qeyd etdiyimiz kimi keçmiş dinlərdə də bu qadağalara rast gəlirik.

3. İnsanın iylənmiş, kiflənmiş və s. qida məhsullarına nifrəti təbii və daxili bir prosesdir. Elə buna görə də Quranın məlum hökmləri “bələdçilik” xarakteri daşıyır (“irşadi” hökmdür) və ilahi dinlərin, yaxud da Quranın elmi möcüzəsi hesab olunmur.

4. Bu növ qida məhsullarının gigiyenik ziyanları olduğu üçün haram olunması doğrudur. Lakin bu, heç də tam səbəb deyil. Digər səbəblərin də mövcudluğu istisna olunmur.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin