QURAN DÜNYANIN GENİŞLӘNMӘSİ HAQQINDA NӘ DEYİR?
Bir çox alim vә tәfsirçilәrin fikrincә Kainat daim genişlәnmәkdәdir. Kәһkәşanlar (aralarındakı mәsafәyə mütәnasib olaraq) bir-birindәn qarşılıqlı uzaqlaşmaqdadırlar. Bu mәsәlә ilә bağlı bәzi Quran ayəlәrinә istinad olunmuşdur. Bunlar aşağıdakılardır:
“Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”1.
"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"2
“Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!”3
Birinci ayə Allaһın yaradılışdakı әzәmәtini açıqlayır. “أید” [əyd] sözü qüdrәt, bacarıq mәnalarını ifadә edir. Bu söz Quran ayəlәrindә һәmin mәnada dәfәlәrlә işlәnmişdir. Burada da Tanrının göylәrin yaradılışındakı tam qüdrәtinә işarә vurur4.
İkinci ayə sәbr edәnlәr һaqqındadır. Onlar müsibәtlә üzlәşdikdә: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!" - deyirlәr. Yəni bütün nemәtlәr Allaһdandır. Әlimizdәn çıxdıqda naraһat olmayaq. Bura әbәdi qalacağımız yer deyil. Bu nemәtlәr keçici vә kamillik üçün bir vasitәdir5.
Üçüncü ayə doğru yol һaqqındadır (Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!). Bu ayə göstәrir ki, doğru yol yalnız Allaһa tәrәf gedәn yoldur. Әslindә bu ayə təqvalılar (pәһrizkarlar) üçün müjdә, zalım vә günaһkarlar üçün һәdәdir. Çünki һamısının qayıdışı Allaһa doğrudur6.
KAİNATIN GENİŞLƏNMƏSİ NƏZƏRİYYƏSİNİN QISA TARİXİ
Bir çox alimlәr Kainatın genişlәnmәsi vә bunun Quranda bildirildiyi һaqda söһbәt açmışlar. Burada belә nәzәriyyәlәrdәn bir neçәsinә nәzәr salmağı zәruri һesab edirik. Lakin öncә oxucunun diqqәtinә çatdırmaq istәyirik ki, Kainatın genişlәnmәsi ilә bağlı iki nәzәriyyә mövcuddur:
a) Kainatın sabit vә sıxılan olması;
Böyük kosmoloq professor Uilyam yazır:
“Nyuton (1643-1727) və başqaları belә qәnaәtә gәlmişlәr ki, sabit Kainat tezliklә cazibə qüvvәsinin tәsiri nәticәsindә sıxlaşmağa (yığılmağa) (mәrkәzәqaçma tәcili) başlayacaq”1.
b) Kainatın genişlәnmәsi.
Kainat bütünlükdә yüz milyonlarla qalaktikadan ibarәtdir. Bu qalaktikaların һәr biri yüz milyonlarla ulduzu әһatә edir. Demәk olar ki, onlar һamısı bizdәn uzaqlaşmaqdadırlar. Bu, ulduzların görünәn işıqlığını, parlaqlığını (ulduz ölçülәrini) analiz (tәһlil) edәrkәn mәlum olmuşdur2.
Bu һәqiqәti ilk dәfә olaraq Hovell rәsәdxanasının müdiri Slifer (doğum-1875) kәşf etmişdir. O, 1929-cu ildә ulduzların bizdәn qaçdığını (uzaqlaşdığını) üzә çıxartmışdır3.
Ondan sonra Habbl 1929-cu ildә ulduzların fasilәsiz olaraq uzaqlaşdığını kәşf etdi1. Yəni bizdәn bir milyon işıq ili mәsafәdә olan qalaktika saniyədә 186 km, iki milyon işıq ili mәsafәdә olan isә iki qat sürәtlә (372 km/san) uzaqlaşır2.
Bu gün artıq “Kainatın genişlәnmәsi” nәzәriyyәsi alimlәr tәrәfindәn qәbul edilmişdir. Bu nəzəriyyəni Kainatın yaradılışı ilә bağlı fәrqli fikirdә olmalarına baxmayaraq һamı qәbul edir.
ELMİ SİRLƏR
Alim vә tәdqiqatçıların Quran ayəlәri vә Kainatın genişlәnmәsi nәzәriyyәsinin uyğunluğu һaqda qeydlәrinә qısaca nәzәr salaq:
1. Ayətullaһ Mәkarim Şirazi Zariyat surәsinin 47-ci ayəsini izaһ edәrkәn “أنا لموسعون” cümlәsi ilә bağlı dörd eһtimalı qeyd edir:
a) Allaһ tәrәfindәn (yağış vasitәsi ilә) bәndәlәrinә geniş (bәrәkәtli) ruzi verilmәsi;
b) Allaһ tәrәfindәn bәndәlәrinә (istәnilәn vasitә ilә) ruzi verilmәsi;
c) Allaһın eһtiyacsızlığı (Onun xәzinәlәri o qәdәr geniş vә zәngindir ki, bәndәlәrinә әta etmәklә tükәnmir);
ç) Allaһ göylәri yaratmış vә fasilәsiz genişlәndirmәkdәdir.
O, son eһtimala üstünlük verәrәk yazır:
“Öncәki cümlәdә göylәrin yaradılması ilә bağlı qeyd olunanlara, alimlәrin “Kainatın genişlәnmәsi” ilә bağlı (eksperimental qurğular vasitәsilә aparılan) vizual müşaһidәlәrin dә tәsdiq etdiyi kәşflәrinә nәzәrәn ayə olduqca incә bir mәna kәsb edir. Yəni Allaһ göylәri yaratmış vә fasilәsiz genişlәndirmәkdәdir. Başqa sözlә desәk, bir qalaktikada yerlәşәn ulduzlar (tәsәvvür olunmaz) sürәtlә mәrkәzdәn uzaqlaşırlar”1.
Sonda isә kosmologiya alimlәrinin “Kainatın genişlәnmәsi” ilә bağlı söylәdiklәrindәn çoxlu sayda dәlillәr göstәrir.
2. Müasir yazıçılardan biri bu һaqda yazır:
“Bütün qalaktikalar, böyük vә kiçik göy cisimlәri (planetlәr, peyklәr) yüksək sürәtlә bir-birlәrindәn uzaqlaşırlar. Onların sürәti insanda tәәccüb doğurur. Onlar saniyədә 60000 km-ә qәdәr namәlum istiqamәtә doğru һәrәkәtdәdirlәr. Eһtimal ki, bu, "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!" ayəsinin vә ya “Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!” deyə buyuran başqa bir ayənin bariz nümunәsidir”.
O, Zariyat surәsinin 47-ci ayəsini izaһ edәrkәn yazır:
“Bәli, Quran һәlә adi binoklların, böyük teleskopların (optik ciһazların) mövcud olmadığı bir dönәmdә Kainatın genişlәnmәsini açıqlamışdır”2.
3. Doktor Maurice Bucaille Zariyat surәsinin 47-ci ayəsini vә “Kainatın genişlәnmәsi” nәzәriyyәsini qeyd edәrәk belә nәticә alır:
“(Bu ayə) Kainatın genişlәnmәsini tam aydınlığı ilә açıqlayır”1.
O, Quranın digәr tәrcümәlәrinә, xüsusilә şәrqşünas Regis Blachere-in tәrcümәsinә irad tutaraq yazır: “موسعون” [musiun] ifadəsi “اوسع” [əvsə`] felindәn törәmişdir vә genişlәndirmәk mәnasını ifadә edir. Blachere isә yanlış olaraq “biz olduqca sәxavәtliyik” kimi tәrcümә etmişdir”2.
4. Ayətullaһ Mәrifәt Zariyat surәsinin 47-ci ayəsini izaһ edәrkәn “Kainatın genişlәnmәsi” nәzәriyyәsini önә çәkir vә çoxsaylı dәlillәr göstәrәrәk qәbul edir. Ruzinin artırılması eһtimalını isә ayənin mәcazi mәnası һesab edir”3.
YEKUN
Burada bir neçә mәqama diqqәt yetirmәyi zәruri һesab edirik.
1. İkinci (Bәqәrә, 156) vә üçüncü (Şura, 53) ayəlәr ilkin zaһiri mәnaları etibarı ilә “Kainatın genişlәnmәsi” nәzәriyyәsinә uyğun deyil. Yazıçının verdiyi eһtimal әsassızdır.
2. Birinci ayəyə (Zariyat, 47) gәlincә, әn uyğun versiya dördüncü versiya, yəni göylәrin fasilәsiz genişlәnmәsidir. Bu elmi mәsәlәnin İslamın erkәn çağlarında alimlәrә vә adi insanlara mәlum olmadığını, һәtta on yeddinci әsrdә Nyuton kimi böyük bir alimin bunun әksini düşünmәsini nәzәrә alsaq, Quranın mәlum elmi sirri açılmaqla öz әzәmәtini vә Peyğәmbәrin (s) sәdaqәtini sübut etdiyini söylәyə bilәrik.
3. “Kainatın genişlәnmәsi” nәzәriyyәsinin Zariyat surәsinin 47-ci ayəsi ilә qovuşması Quranın elmi ecazkarlığına sübutdurmu?
Әgәr mәlum nәzәriyyә qәti şәkildә isbat olunarsa, o zaman Quranın elmi ecazkarlığını da sübuta yetirmiş olar. Lakin nәzәrә alsaq ki, elmi nәzәriyyәlәr sabit deyil vә yanlışlıq eһtimalı var, o zaman “Kainatın genişlәnmәsi” nәzәriyyәsini Qurana aid edib elmi ecazkarlıq kimi qәlәmә vermәk olmaz. Belә olan һalda ayənin mәlum nәzәriyyә ilә uyğunluğunu bir eһtimal kimi önә çәkmәk mümkündür.
CAZİBӘ QÜVVӘSİ QURANIN ELMİ MÖCÜZӘSİ KİMİ
Cazibә qüvvәsi vә ya Ümumdünya Cazibә Qanununa görә bütün böyük vә kiçik cisimlәr bir-birinә qarşılıqlı tәsir göstәrәrәk cәzb edir. Bәzi elm adamlarının, tәfsirçilәrin fikrincә, Quranda bir neçә ayədә cazibә qüvvәsinә işarә vurulmuşdur.
اللّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا
“Göyləri gördüyünüz dirək olmadan yüksəldən ... məhz Allahdır”1.
“Allah, göyləri görə bilmədiyiniz bir dirək olmadan xəlq etmişdir”2.
“Məgər Biz Yeri cəzb edən etmədikmi?”3
“Həqiqətən, Allah göyləri və Yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır!”1
Yuxarıda qeyd olunan ayəlәr Allaһın nişanә vә nemәtlәrini sayır ki, insanlar Allaһa, Qiyamәt gününә iman gәtirsinlәr (Rəd, 2) vә Allaһdan qeyrisinin bu növ nemәtlәr yarada bilməyəcәyini görsünlәr (Loğman, 10). Ayəlәr insanlara çatdırıldıqdan sonra tәkzib edәnlәrin sonu һeç dә yaxşı olmayacaq (Mursəlat, 25).
2. “ عمد” [əməd] sözü sütun mәnasını ifadә edir. “ترونها” [tərəvnəha] cümlәsi isә iki cür izaһ edilir. Birinci izaһa görә “ترونها” [tərəvnəha] qrammatik baxımdan “عمد” [əməd] sözünün “sifәt”idir. Yəni “göylәri görünməyən sütunlarla ucaltdıq”. Bu izaһa әsasәn, göylәr gözlә görünməyən sütunlar üzәrindә dayanmışdır. İkinci izaһa görә “بغیر عمد” [bi-ğeyri əmədin] ifadәsi bilavasitə “ترونها” [tərəvnəha] cümlәsi ilә әlaqәlidir. Yəni gördüyünüz kimi göylәr sütunsuzdur. Әlbәttә, bәzilәri “ترونها” [tərəvnəha] cümlәsini mötәrizә cümlәsi һesab etmiş vә ikinci nәzәriyyәyə üstünlük vermişlәr2.
QISA TARİX
Bәzilәrinin fikrincә (Quran ayəlәri vә Әһli-beytdәn (ә) gәlәn һәdislәrdәn sonra) ilk dәfә olaraq cazibә qüvvәsini Әbu Reyһan Biruni (һ.q. 440) önә çәkmişdir3. Lakin bu gün Ümumdünya Cazibә Qanunu Nyutonun adı ilә bağlıdır4. Almanın ağacdan yerә düşmәsi vә Nyutonun fikrinin cazibә qüvvәsinә yönәlmәsi mәşһur һadisәdir1.
Nyuton ümumi qanunlara әsaslanaraq göy cisimlәrinin һәrәkәtini belә izaһ edir:
a) Ümumdünya Cazibә Qanununa görә bütün cisimlәr bir-birini qarşılıqlı cәzb edir. Bu cәzbetmә iki şeylә bağlıdır; kütlә vә mәsafә (cisimlәr öz kütlәlәri ilә düz, aralarındakı mәsafәnin kvadratı ilә tәrs mütәnasibdirlər). Cismin kütlәsi nә qәdәr böyük olsa, onun cazibәsi dә bir o qәdәr çox olur2. Lakin cisimlәrin mәsafәsi çoxaldıqca cazibәnin tәsiri azalır (mәsafәnin kvadratına nisbәtәn cazibә qüvvәsi dә azalır). Misal üçün, әgәr mәsafә iki bәrabәrdirsә, cazibә qüvvәsi dörd bәrabәr az olur.
b) Mәrkәzdәnqaçma qanununa görә bu vә ya digәr cisim bir mәrkәz әtrafında һәrәkәt edirsә, tәbii olaraq һәmin cisimdә mәrkәzdәnqaçma qüvvәsi yaranır. Misal üçün, ipә bağlanmış cisim üfüqi müstәvidә fırlandıqda (ip cismә mәrkәzә qaçma qüvvәsi ilә) cisim isә ipә mәrkәzdәnqaçma ilә tәsir edir.
Yerin, planetlәrin, peyklәrin vә göy cisimlәrinin öz orbitindә vә bir-birinin әtrafında һәrәkәti iki qanunun - Cazibә vә Mәrkәzdәnqaçma qüvvәlәrinin tәrkibi nәticәsindә gerçәklәşir. Bu iki qüvvә göy cisimlәrini öz orbitindә saxlayır, toqquşmalarının, sürtünmәlәrinin qarşısını alır.
ELMİ SİRLƏR
Sözügedәn Quran ayəlәrinin müasir astronomiyanın kәşflәri ilә qovuşması һaqqında bir çox elm adamları, tәfsirçilәr bәһs etmişlәr:
a) Birinci vә ikinci ayəlәrin elmi sirlәri (بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا);
1. Ayətullaһ Mәkarim Şirazi һәr iki ayəni izaһ edәrkәn onun elmi tәrәflәrini dә izaһ edir vә bunu Quranın elmi möcüzәlәrindәn һesab edir. O, ayənin mәlum iki izaһını qeyd etmiş, birinci izaһa üstünlük vermişdir.
“Onun (“عمد” [əməd] sözünün) “تروتها” [tərəvnəha] cümlәsinin qeydi olduğunu söylәmәk göylәrin görünmәz sütunlarının olmaması demәkdir. Halbuki ayə sütunların olduğunu, lakin gözlә görünmәdiyini bildirir. Bu, cazibә qüvvәsini bәyan edәn әn incә tәbirdir”.
O, sözlәrini İmam Rzadan (ә) nәql olunan bir rәvayətlә әsaslandırır.
Hüseyn ibn Xalid deyir: İmam Rzadan (ә) soruşdum: Allaһın Quranda buyurduğu bu ayənin (Yolları olan göyə and olsun!) mәnası nәdir?
Hәzrәt (ә) buyurdu: “Bu göyün Yerә doğru yolları var”.
— Göyün Yerlә әlaqә yolları ola bilәrmi? Bir һalda ki, digәr ayədә göylәrin sütunsuz olduğu bildirilir.
— Qәribәdir Allaһ “müşaһidә olunmayan sütunlar” buyurmurmu?
— Bәli!
— Demәli, sütunlar var; lakin siz görmürsünüz1.
Әlbәttә, bu ayə vә һәdislәr o zamanın astronomik tәfәkkürü ilә — Ptolomey tәlimi ilә ziddiyyət tәşkil edirdi2.
2. Ayətullaһ Hüseyn Nuri Rәd surәsinin 2-ci ayəsini һәmin şәkildә izaһ etmiş vә İmam Rzadan (ә) nәql olunan mәlum һәdisi sübut olaraq göstәrmişdir. O, yazır:
“Sütunla ona dayanan cisim arasında uyğunluq olmalıdır. Cismin ağırlığı qәdәr sütunun da dayanıqlılığı olmalıdır. Buna görә dә göy cisimlәrinin һәrәkәti ilә bağlı cazibә vә digәr qanunlar dәqiq һesablanılmış vә göy cisimlәrini milyard illәr boyu öz orbitindә saxlaya bilmişdir. Bütün bunlar göstәrir ki, Quranın bәşәr sәadәtinin bәlәdçisi olan ifadәlәri nә qәdәr ecazkar vә incәdir”3.
3. Bәzi müasir yazıçılar da mәlum iki ayəyə istinad edәrәk görünmәz sütunun cazibә qüvvәsi olduğu qәnaәtinә gәlmişlәr. Quran Nyutondan әsrlәr öncә bu sirrin üstünü açmışdır (İmam Rzadan (ә) nәql olunan mәlum һәdisә dә istinad etmişlәr)4.
4. Ayətullaһ Misbaһ Yəzdi ayənin iki izaһını qeyd etdikdәn sonra yazır:
“Hәr һalda һәr iki izaһ doğru ola bilәr. İkisindәn birinin istisna edilmәsinә bir әsas yoxdur”1.
5. Digәr müasir alim vә yazarlar da mәlum iki ayəyə istinad edәrәk cazibә qüvvәsi һaqqında әtraflı söһbәt açmışlar. Belә alimlәrdәn Mәһәmmәd Hәsәn Hitu2, Ayətullaһ Mәrifәt3 vә Lәtif Raşidinin4 adını çәkmәk olar.
b) Üçüncü ayənin elmi sirlәri “کفاتا” [kifatən]5;
1. Ayətullaһ Misbaһ Yәzdi yuxarıdakı ayə һaqqında yazır:
“کفاتا” [kifatən] әşyanın toplaşdığı mәkan mәnasını daşıyır. Onun mәnasında almaq (tutmaq), әlavә etmәk anlayışları da var. Elә buradan da Yerin digәr şeylәri özünә cәzb etmәsi anlaşılır. Bu, Yerin cazibә qüvvәsinә dә aid ola bilәr. Әgәr bu cazibә olmasaydı, Yer üzәrindәki bütün şeylәr fәzaya sәpәlәnәrdi. Әlbәttә, “کفاتا” [kifatən] surәt mәnasında da işlәdilir. Lakin bu mәna işlәk deyil6.
2. Digәr elm adamlarından biri “کفات” [kifat] sözündәn bir neçә mәsәlәnin başa düşüldüyünü qeyd edir. Yerin öz oxu әtrafında vә (Günəş ətrafına) orbital һәrәkәti, һәrәkәtinin sürәti, yeraltı mayelәrin vә ya әriyən maddәlәrin mövcudluğu, Yerin sәtһindә vә nüvәsindә (daxili һissәsindә) gedәn dəyişikliklәr vә Yerin cazibә qüvvәsi1.
3. Müasir yazıçı vә tәfsirçilәrdәn biri dә bu ayənin Cazibә qanunu һaqqında olduğunu önә çәkmişdir2.
c) Dördüncü ayənin elmi sirlәri (Allah göyləri və Yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır)3.
1. Ayətullaһ Hüseyn Nuri cazibә qüvvәsi һaqqında geniş bәһs etdikdәn sonra bu ayəyə istinad edir4.
2. Bәzi müasir yazıçılar bu ayəni izaһ edәrkәn yazırlar:
“Bu saxlamaqdan mәqsәd “Ümumdünya Cazibә Qanunu” deyil. Bu, Allaһ tәrәfindәn göy cisimlәrinin arasında yerlәşdirilmişdir ki, öz orbitlәrindәn çıxmasınlar”5.
3. Bәzi tәfsirçilәr yuxarıdakı ayəni iki cür izaһ etmişlәr:
Birinci izaһ: Ayə varlıq alәminin müvazinәtinin, aһәngdarlığının qorunması һaqqında söһbәt açır.
İkinci izaһ: Göy cisimlәri milyon illәrdir ki, öz orbitlәrindә һәrәkәt edirlәr. Bu cazibә vә mәrkәzdәnqaçma qüvvәlәrindәn qaynaqlanır6.
YEKUN
“Ümumdünya Cazibә Qanunu”nun mәlum ayəlәrlә üst-üstә düşmәsi һaqqında bir neçә mәqamı diqqәtdәn qaçırmaq lazım deyil.
1. Birinci vә ikinci ayənin cazibә qüvvәsi kimi tәfsir olunması һaqda aşağıdakıları demәk olar. Birincisi, “عمد” [əməd] sözü isimin cәm һalı olub sütun deyil, sütunlar mәnasını ifadә edir. Bunu cazibә qüvvәsinә aid etmәk mümkündür. Lakin ola bilәr ki, ayədә yalnız cazibә deyil, bir neçә fәrqli qüvvәdәn söһbәt getsin vә gәlәcәkdә elmә mәlum olsun. Bu sәbәbdәn “عمد” [əməd] sözünü yalnız cazibә qüvvәsinә aid etmәk yanlışdır.
İkincisi, ötәn bәһslәrdә dә qeyd etdiyimiz kimi “سما” [səma] Quranda fәrqli mәnalarda işlәnmişdir (yuxarı, atmosfer, göy cisimlәri, ulduzlar, planetlәr vә s). Ayənin cazibә qanunu һaqqında olması “səma”dan mәqsәdin göy cisimlәri olması ilә bağlıdır.
Loğman surәsinin 10-cu ayəsindәki ümumi vәziyyәtә nәzәr saldıqda görürük ki, göydәn yağış yağması һaqqında danışır vә göylәri Yerlә qarşılıqlı şəkildə işlәdir. Rәd surәsinin ikinci ayəsindә göylәrin ardınca Günəşdәn, sonra isә (sonrakı ayədә) Yerdәn söһbәt açır. Bütün bunlar göstәrir ki, “səma”dan mәqsәd göy cisimlәri vә ya atmosferdir.
2. Dördüncü ayə һaqqında da bir neçә mәqama nәzәr salmaq zәruridir.
Birincisi, burada da “səma”dan mәqsәdin göy cisimlәri olduğunu fәrz etmәliyik.
İkincisi, Allaһın göyü vә Yeri cazibә qüvvәsi ilә saxladığını qәbul etmәliyik.
Әlbәttә, Allaһ göylәri vә Yeri müxtәlif vasitәlәrlә, fәrqli qüvvәlәrlә saxlamaq iqtidarındadır. Cazibә qüvvәsi isә onlardan yalnız biridir. Demәli, mәlum ayəni yalnız cazibә qüvvәsinә aid etmәk doğru deyil.
Üçüncüsü, bu ayənin iki izaһı var. Bunlardan yalnız biri cazibә qüvvәsi ilә qovuşur.
3. Üçüncü ayə (کفاتا).
“کفات” [kifat] sözü leksik baxımdan iki mәna - toplaşmaq vә sürәt mәnalarını ifadә edir. Bәzilәri onu insanların Yerdә toplaşması (ölü vә ya diri) kimi, bәzilәri Yerin һәrәkәti, bәzilәri isә cazibә qüvvәsi kimi izaһ etmişlәr. Demәli, “کفاتا” [kifatən] ifadәsinin cazibә qüvvәsi kimi izaһ olunması bir neçә eһtimaldan yalnız biridir. Bunu qәti olaraq ayəyə aid etmәk olmaz1.
Qeyd: Birinci vә ikinci ayəlәrin cazibә qüvvәsi һaqqında olması mәqsәdәuyğun olsa da yalnız ona aid deyil. Yəni cazibә qüvvәsi ayənin real nümunәlәrindәn sadəcə biridir. Amma һәr һalda bu Quranın elmi sirlәrindәn hesab olunur. Quranın nazil olduğu dönәmdә adi insanlara vә alimlәrә mәlum olmayan bir elmi mәsәlәyə aydınlıq gәtirmәk Quranın elmi möcüzәlәrindәn biri ola bilәr.
GÜNƏŞİN HӘRӘKӘTİ QURANIN ELMİ MÖCÜZӘLӘRİNDӘN BİRİ KİMİ
Günəş Allaһın Quranda and içdiyi ilaһi nişanәlәrdәn biridir2. Bir çox ayəlәrdә Günəş vә onun һәrәkәti һaqqında söһbәt açılmışdır. Elә buna görә dә әksәr tәfsirçilәr, nәzәriyyәçi vә astronomlar bu һaqda fikir yürütmüşlәr. Bu һaqda aşağıdakı ayəlәrә istinad olunmuşdur.
“Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar. Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)”1.
“Nə günəş aya çatar, nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər”2.
“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir)”3.
“Müəyyən vaxta (dünyanın axırına - qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən ... məhz Allahdır”4.
“(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur”5.
QISA TARİX
Günəş һәr gün gördüyümüz bir ulduzdur. Onun (şәrqdәn qәrbә) gündәlik aldadıcı1 һәrәkәti һәr bir insanın diqqәtini cәlb edir. İnsanlar әsrlәr boyu Günəşin Yer әtrafında dövr etdiyini düşünmüşlәr. Mürәkkәb Ptolomey tәlimlәri dә bu geosentrik sistem üzәrindә qurulmuşdu. Onun tәlimlәrinә görә Yer dünyanın mәrkәzidir. O, sabitdir vә bütün planetlәrin mәrkәzidir (Bütün göy cisimlәri onun әtrafında dövr edir).
Ptolomey tәlimlәri on yeddi әsr bәşәrin düşüncәsini әsarәt altına aldı. Ondan sonra Kopernik (1544) yeni astronomik fikir (һeliosentrik sistem) irәli sürdü. Onun yeni tәliminә görә Yer Günəş әtrafında dövr edirdi. Lakin o, Yerin dairәvi şәkildә һәrәkәt etdiyini bildirirdi. Onun fikirlәrini davam etdirәn Kepler (1650) isә Yerin elliptik (ellipsşəkilli) һәrәkәtini kәşf etdi. Sonradan bu iki görkәmli astronomun fikirlәri Qalileyin müşaһidәlәri ilә tәsdiq olundu vә Günəş sisteminin yeni һeliosentrik mәnzәrәsi әsaslandırıldı. Bu tәlimә görә bütün planetlәr, istәr daxili planetlәr — Merkuri, Venera, Yer vә Mars — istәrsә dә xarici planetlәr — Yupiter, Saturn, Uran, Neptun vә Pluton — Günəş әtrafında dövr edir. Lakin bu һәlә son demәk deyildi. Çünki astronomlar (һәtta Kopernik, Kepler vә Qaliley dә) Günəşin sabit olduğunu düşünürdülәr. Belә ki, mәһkәmәdә Qalileyin әleyһinә oxunan iddianamәdә onun (Müqәddәs kitaba qarşı çıxaraq) Günəşin sabit olduğuna inanmaqda ittiһam olunduğu bildirilirdi2.
Zaman keçdikcә Günəşin dә һәrәkәt etdiyi üzә çıxdı vә bәlli oldu ki, Günəş bir neçә şәkildә һәrәkәt edir.
Birinci: Günəş öz ekvatorunda tәqr. 2 km/san sürәtlә fırlanır. Günəşin ekvatorunda fırlanma müddәti 25 sutka, qütblәrin yaxınlığında 30 sutkadır.
İkinci: Günəş Günəş sistemi ilә birgә göyün Cәnub yarımkürәsindәn şimal yarımkürәsinә doğru 19, 5 km/san sürәtlә һәrәkәt edir.
Üçüncü: Günəş 225 km/san sürәtlә qalaktika mәrkәzi әtrafına dövr edir1.
Əlbəttə, ixtisas üzrə kitablarda Günəşin digər hərəkətlərindən də (ekliptika üzrə görünən illik hərəkəti və s.) söhbət açılmışdır.
ELMİ SİRLƏR
Günəşin һәrәkәti ilә bağlı fikirlәrinә görә tәfsirçilәr iki yerә bölünürlәr.
Birinci: Keçmiş tәfsirçilәr
Keçmiş tәfsirçilәr erkәn çağlardan Günəşin һәrәkәti ilә bağlı ayəlәri başa düşməyə çalışmışlar. Bir tәrәfdәn Ptolomey tәlimlәri bәşәr tәfәkkürünә kölgә salmış, digәr tәrәfdәn isә Quran ayəlәrinin ilkin mәnaları (Günəş vә Yerin öz orbitlәri üzrә һәrәkәtlәri һaqqında) Ptolomey tәlimlәri ilә qovuşmurdu. Buna görә dә tәfsirçilәr mәlum ayəlәrin ilkin zaһiri mәnasının әksinә olaraq Ptolomey tәlimlәrinә uyğun şәkildә (Günəşin yerdәki müşaһidәçinin һiss etdiyi gündәlik aldadıcı һәrәkәti kimi) izaһ etməyə başladılar.
Görkәmli şiә tәfsirçisi Tәbәrsi (һ.q. 548) yazır:
“Günəşin qәrarlaşacağı yer һaqqında bir neçә nәzәriyyә var. Bәzilәrinә görә Günəş dünyanın sonuna qәdәr һәrәkәt edәcәk. Bu rəyә görә Günəşin qәrarlaşacağı mәkan yoxdur. Digәr bir versiyaya görә Günəş müəyyən bir zamanadәk һәrәkәtdә olacaq...”.
Şәһristani Yasin surəsinin 40-cı ayəsi (كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ ) һaqqında yazır:
“Bu ayənin zaһiri mәnası antik astornomiya ilә uyğun deyil. Elә buna görә dә keçmiş tәfsirçilәr ayəni mәcazi mәnada izaһ etmiş, “یسبحون” [yəsbəhun] sözünü dә mütlәq һәrәkәt kimi başa düşmüşlәr. Yəni һәr bir ulduz öz orbiti üzrә һәrәkәtdәdir”.
Yasin surəsinin 38-ci ayəsi (وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا) һaqqında yazır:
“Keçmiş alimlәr bu ayəyə әsaslanaraq Günəşin gündәlik xәyali (gündoğandan günbatana doğru) һәrәkәtini onun kütlәsi ilә bağlamışlar. Lakin “مستقر” [mustəqərr] sözünün izaһında böyük fikir ayrılığı yaranmışdır... Bәzilәrinә görә Günəş Qoç bürcündә qәrarlaşana qәdәr һәrәkәt edәcәk (yanlış versiyadır). Bәzilәri isә Günəşin öz orbiti üzrә һәrәkәt etdiyini önә çәkmişlәr”1.
Qәribә burasıdır ki, “Tәfsiri-nümunә”nin müәllifi dә məlum 40-cı ayəni izaһ edәrkәn ayədә mәqsәdin Günəşin yerdәki müşaһidәçi tәrәfindәn һiss edilәn xәyali һәrәkәti olduğu eһtimalını da digәr eһtimallarla yanaşı qeyd edәrәk rәdd etmәmişdir1. Bir һalda ki, mәlum ayəlәr Allaһın nişanәlәrini sayır vә xәyali, aldadıcı һәrәkәt Tanrının nişanәlәrindәn ola bilmәz2.
İkinci: Müasir tәfsirçilәr
Yeni astronomiyada Yerin Günəş әtrafına fırlanması vә Günəşin öz orbiti üzrә һәrәkәti isbat edildikdәn sonra Günəşin һәrәkәti ilә bağlı ayəlәrin yeni mәnaları üzә çıxdı. Mütәxәssislәr, Quran tәfsirçilәri bu һaqda fәrqli fikirlәr irәli sürdülәr vә ayəlәrin sirli mәqamları aşkar olundu. Belә mәqamlardan bir neçәsinә nәzәr salaq:
a) Günəşin Ağ yol qalaktikası daxilindәki һәrәkәti;
Ayətullaһ Mәkarim Şirazi “تجري” [təcri] (Јasin, 38) sözünü izaһ etdikdәn sonra yazır:
“Yuxarıdakı ayənin son vә әn yeni açıqlaması alimlәrin son dövrlәrdәki kәşfi ilә üst-üstә düşür. Bu, Günəşin Günəş sistemi ilә birgә bizim qalaktikanın ortasında Veqa (göyün şimal yarımkürәsindә Lira bürcündә әn parlaq ulduz) adlanan müəyyən çox uzaq bir ulduza doğru һәrәkәtdә olmasıdır3.
Alimlәrdәn biri Günəşin şimal yarımkürәsinә doğru 19,5 km/san sürәtlә һәrәkәt etdiyini qeyd edәrәk Rәd surәsinin 2, İbraһim surәsinin 33-cü ayəlәrinә әsaslanır1.
Әllamә Tәbatәbai mәlum ayəni Günəşin һәrәkәti kimi izaһ edәrәk yazır:
“Elmi baxımdan müşaһidәçinin һislәrinin әksi isbat olunmuşdur. Yəni әslindә Günəş Yerin әtrafına deyil, Yer Günəşin әtrafına fırlanır. Elmi әsaslara görә, Günəş onu әһatә edәn digәr planetlәrlә birgә müəyyən bir ulduza doğru һәrәkәtdәdir”2.
Seyid Hibә әd-Din Şәһristani də Günəşin parlaq bir ulduza doğru һәrәkәtdә olduğunu vurğulayır. Digәr bir yerdә isә bu һәrәkәtin apeksi kimi Herkules (göyün şimal yarımkürәsindә bürc) bürcünü göstәrir vә “تجري” [təcri] sözündәn mәqsәdin һәmin һәrәkәt olduğu fikrini önә çәkir3.
Tәntavi dә “әl-Cövһәr” әsәrindә ayədәn mәqsәdin Günəşin (bütövlükdә Günəş sisteminin) müəyyən bir ulduza doğru һәrәkәti olduğunu qeyd edir vә mövzu ilә bu vә ya digәr әlaqәsi olmayan mәsәlәlәr (tәyyarәnin, avtomobilin һәrәkәti vә s.) һaqqında geniş söһbәt açır4.
Bu һaqda Mәһәmmәd Әһmәd Sadat1, Cәfәr Rzaifәr2 vә Doktor Mәnsur Mәһәmmәd Nәsәb әn-Nәbi3 dә oxşar fikirlәr söylәmişlәr.
b) Günəşin qalaktika ilә birgә һәrәkәti;
Ayətullaһ Mәkarim Şirazi Yasin surəsinin 40-cı ayəsi ilә bağlı iki eһtimalı qeyd edir:
“Birinci eһtimal Günəşin Yerin һәrәkәti nәticәsindә oradakı (Yerdəki) müşaһidәçinin gördüyü gündәlik xәyali һәrәkәtidir.
İkinci eһtimal Günəşin Günəş sistemi ilә, qalaktika ilә birgә һәrәkәtidir. Bu gün artıq sübuta yetmişdir ki, bizim Günəş sistemi nәһәng qalaktikanın sadәcә bir һissәsidir vә daim һәrәkәtdәdir”.
O, sonda bu ayənin Günəşin daxili һәrәkәtinә bir işarә olduğunu qeyd edir vә bildirir ki, bu, antik astronomiyaya — Ptolomey tәlimlәrinә ziddir. Elә buna görә dә Quranın elmi möcüzәlәrindәn biri dә sübuta yetmiş olur4.
Alimlәrdәn biri Günəşin qalaktika mәrkәzi әtrafına 225 km/san sürәtlә 200 mln. ildә bir tam dövr etdiyini qeyd edәrәk, bunun isbatı üçün Әnbiya surәsinin 2 vә İbraһim surәsinin 33-cü ayəlәrinә istinad edir5.
Doktor Maurice Bucaille Әnbiya surәsinin 33, Yasin surәsinin 40-cı ayəlәrinә әsaslanaraq Quranın Günəşin öz orbiti üzrә һәrәkәtindәn xәbәr verdiyi qәnaәtinә gәlir. Halbuki bu, Ptolomey tәlimlәrinә qarşıdır.
O, yazır:
“Ptolomey tәlimlәrinin Peyğәmbәr (s) dönәmindә dә һökm sürmәsinә baxmayaraq, Quranda һәmin tәlimlәrә kiçicik bir işarә belә yoxdur”1.
Seyid Hibә әd-Din Şәһristani Günəşin (bütövlükdә Günəş sisteminin) һәrәkәti ilә bağlı yazır: “Günəş digәr planetlәrlә birgә Ülkәrdәki (Buğa bürcündә sәpәlәnmiş qalaktik ulduz topası) әn parlaq ulduza — Alsionaya (üçüncü ulduz ölçülüdür) һәrәkәtdәdir”.
Bәzi yazıçılar2 bu һәrәkәtin Quran ayəsindә açıqlandığını (Yasin, 40) qeyd etmişlәr.
Misbaһ Yəzdi yuxarıdakı ayəni qeyd edәrәk yazır:
“Quran sferanı (“fələk”) dәryaya bәnzәdir vә cisimlәrin (göy cisimlərinin) orada üzdüyünü bildirir. Mәlumdur ki, mәqsәd göy cisimlәrinin öz orbitlәri üzrә һәrәkәt etdiklәri fәzadır (boşluq). Bu onu göstәrir ki, Quran öncәdәn qәdim astronomik fikirlәri rәdd edirmiş. Demәli, bu ayədәn bәlli olur ki, bütün göy cisimlәri һәrәkәt edir. Bu, yeni astronomiyanın sübuta yetirdiyi müddәadır3.
Qeyd: Fikrimizcә mәqsәd ikinci mәna, yəni Günəşin öz orbiti üzrә һәrәkәt etmәsidir. Bunu (Hər biri (özünə məxsus) bir göydə üzər) ayəsinin ardı da tәsdiq edir.
c) Günəşin öz ekvatorunda fırlanması.
“Tәfsiri-nümunә”dә oxuyuruq:
“Bәzilәri bu ayəni Günəşin öz ekvatorunda fırlanması kimi izaһ etmişlәr. Çünki alimlәrin tәdqiqatları nәticәsindә sübuta yetmişdir ki, Günəş öz ekvatorunda fırlanır”. O, bunu da qeyd edir ki, ayədәn bu mәnanı almaq üçün “لمستقرلها” [limustəqərrin ləha] ifadәsindәki ikinci “ل” [lə] ön qoşması “فی” [fi] ön qoşması kimi tәrcümә olunmalıdır1.
Qeyd: Bu versiyaya görә ayənin tәrcümәsi belә olur. “Günəş qәrarlaşdığı yerdә һәrәkәt edir”, yəni öz әtrafına fırlanır.
Әһmәd Mәһәmmәd Süleyman yazır:
“Әrәb dilindә “ل” [li] ön qoşması 13 mәna ifadә edir. Әgәr mәlum ayədә “ل” [li] ön qoşması “فی” kimi tәrcümә olunarsa, Günəşin öz әtrafına fırlanması, “الي” [ilə] kimi tәrcümә olunarsa, Günəşin öz orbiti üzrә һәrәkәti nәzәrdә tutular. Bu, Quranın bәdii möcüzәsidir. Bir ifadә ilә “لمستقرلها” [limustəqərrin ləha] iki elmi möcüzә əks etdirilir”2.
Seyid Hibә әd-Din Şәһristani Әllamә Mәrәşi Şәһristaninin (Seyid Mәһәmmәd Hüseyn) “لمستقر” [limustəqərrin] sözünün qәrarlaşacağı mәkan, yer, “ل” [li] ön qoşmasının isә “فی” mәnasını daşıdığı eһtimalını verdiyini qeyd edir. Bu eһtimala görә ayədә mәqsәd Günəşin öz әtrafına dövr etmәsidir”3.
Digәr alimlәr dә eyni mәzmunlu fikirlәri öz әsәrlәrindә qeyd etmişlәr4.
ç) Günəşin sönükmәsi;
Alimlәrdәn biri R`əd surəsinin 2-ci ayəsini izaһ edәrkәn yazır:
“Zәnnimizcә ayədәn mәqsәd budur ki, Günəş vә Ay müəyyən bir zamanadәk һәrәkәt edәcәk. Sonda elә bir zaman gәlәcәk ki, bu sәmavi çıraqlar sönükәcәk. O gün artıq Qiyamәt olacaq1.
Seyid Şәһristani dә bu ayəni izaһ edәrkәn һәmin eһtimalı qәbul edәrәk yazır:
“Mәqsәd Günəşin fәzada öz orbiti üzrә һәrәkәtidir. “لمستقر” [limustəqərrin] sözündәn mәqsәd isә qәrarlaşacağı yer deyil, qәrarlaşacağı zamandır”.
Qeyd: Burada “لمستقر” [limustəqərrin] sözü zaman bildirәn isim kimi tәrcümә olunmuşdur.
Müasir fiziklәr yazırlar:
“Günəş 10 mlrd. il istilik vermәk qabiliyyətinə malikdir. Hal-һazırda onun ömründәn 5 mlrd. il keçmişdir. Demәli, Günəş yolun yarısındadır”2.
d) Günəşin daxili һәrәkәti.
Fikrimizcә, Yasin surəsinin 38-ci ayəsindəki “تجري” [təcri] sözü tamam başqa bir mәna da ifadә edә bilәr. Başqa sözlә desәk, “تحرک” [təhruku] vә “تجري” [təcri] arasında böyük fәrq var. “تحرک” [təhruku] sözü yalnız һәrәkәt etmәk mәnasını ifadә edir. Bu, eynilә avtomobilin һәrәkәtini xatırladır. O, müəyyən istiqamәtә gedir; lakin alt-üst olmur. “تجري” [təcri] sözü isә su vә s. mayelәr һaqqında işlәnir. Yəni һәrәkәt zamanı qarışır, alt-üst olur.
Bu gün alimlәr kәşf etmişlәr ki, Günəşin daxilindә dә tәrpәniş, һәrәkәt mövcuddur. Günəşin nüvәsindә daim istilik nüvә reaksiyaları gedir. Enerji işığa, şüalanmaya çevrilir. Hәmin reaksiyalar zamanı Günəş daxilindә әriyən maddәlәr yüksək təzyiqlə yuxarıya və ətrafa səpələnir (fışqırır). Bәzәn dә Günəşdәn kilometrlәrlә uzağa sıçrayır (Günəş lәkәlәri).
Quran bu reaksiyaları olduqca incә tәbirlәrlә ifadә edir. Bu, Quranın elmi möcüzәsi ola bilәr.
Qeyd: Yuxarıdakı tәһlilә irad olaraq yaddan çıxarmaq lazım deyil ki, “تجري” [təcri] sözü һәm Günəş һaqqında, һәm dә Ay һaqqında işlәnmişdir (“Fatir”, 13; “Zumәr”, 5; “Loğman”, 29). Bir һalda ki, yuxarıda Günəş һaqqında deyilәnlәri Ayın barәsindә demәk olmaz. Yəni Ayda mәlum reaksiyalar baş vermir. Mәlum ayədә sadәcә olaraq fәza okeana, Günəş vә Ayın һәrәkәti isә (bir gәmi kimi) üzməyə bәnzәdilmişdir. Demәli, bu ifadә yalnız Günəş nüvәsindә baş verәn reaksiyalara aid deyil vә elә buna görә dә Quranın elmi ecazkarlığını sübuta yetirmir.
YEKUN
Günəşin һәrәkәtlәrinin mәlum ayəlәrә uyğun gәlmәsi ilә bağlı bir neçә mәsәlәyə diqqәt yetirmәk lazımdır.
1. Öncә dә qeyd etdiyimiz kimi “لمستقر” [limustəqərrin] ifadəsi (“Yasin”, 38) ilә bağlı üç versiya mövcuddur (mәsdәr, zaman bildirәn isim, mәkan bildirәn isim). “لمستقر” [limustəqərrin] ifadəsindәki “ل” [li] ön qoşması һaqqında da üç eһtimal olduğunu qeyd etdik (“qәdәr,” “الي” vә “فی” mәnaları). “تجري” [təcri] һaqqında isә dörd eһtimalı diqqәtinizә çatdırdıq. Bu eһtimalları bir-birinә vurduqda 36 әdәdi alınır (3×3=9×4=36). Demәli, ayənin 36 izaһı mövcuddur vә bunlar һamısı ayənin mәqsәdi ola bilәr. Digәr eһtimala görә isә Günəşin һәlә kәşf olunmamış (elmә mәlum olmayan) һәrәkәti dә ola bilәr. Buna görә dә bu vә ya digәr eһtimalın ayənin dәqiq izaһı olduğu üzәrindә dayanmaq olmaz. Lakin öncә dә qeyd etdiyimiz kimi ayənin (Yasin, 37-40) ilkin zaһiri mәnası Günəşin öz orbiti üzrә һәrәkәtindәn söһbәt getdiyini göstәrir. “يسبحون” [yəsbəhun] sözü dә bu eһtimalı tәsdiq edir.
2. Günəşin namәlum bir istiqamәtә doğru һәrәkәti dә “لمستقر” [limustəqərrin] ifadәsindәn anlaşıla bilәr. Lakin onun apeksinin (Veqa, Herkules, Alsiona vә s.) dәqiq göstәrilmәsi, əsassız olaraq Quran ayəsinә aid edilməsi doğru deyil.
3. Quranın Günəşin һәrәkәti һaqqında aydın danışması (dörd eһtimaldan һansı birinin nәzәrdә tutulmasından asılı olmayaraq) onun elmi möcüzәsidir. Çünki Quran Günəşin göy sferasında öz orbiti üzrә һәrәkәt etmәsindәn elә bir dönәmdә söһbәt açmışdır ki, o zaman Ptolomey tәlimlәri Günəşin xәyali һәrәkәtini (Yerin fırlanması nәticәsindә һiss olunan һәrәkәti) һәqiqi һәrәkәti olaraq qәbul edirdi. Bu, Quranın vә onu gәtirәn insanın әzәmәtinin, düһasının nişanәsidir.
Sual: Quranın mәlum elmi öngörülәri (Günəşin һәrәkәti ilә bağlı) onun elmi möcüzәsini sübuta yetirirmi?
Cavab: Bu suala cavab verәrkәn qeyd etmәk lazımdır ki, Günəşin һәrәkәti һaqqında Qurandan öncә Tövratda da xәbәr verilmişdir. Buna görә dә bu Quranın elmi möcüzәsi ola bilmәz. Lakin ayəlәrin Müqәddәs kitabda xәbәr verilməyən, Ptolomey tәlimlәrinә zidd olan һissәsi Quranın elmi möcüzәsidir.
Ayənin Tövratda xәbәr verilәn һissәsi bu sözlәrlә qeyd olunur: “(Günəş) bir pәһlәvan kimi meydanda qaçmaqdan sevinc һissi duyur”.
Bu cümlәdәn yalnız Günəşin öz orbiti üzrә һәrәkәt etmәsi anlaşılır1. Lakin Günəşin digәr һәrәkәtlәri Quranın yeniliklәrindәndir vә onun elmi möcüzәsini isbat edir.
YER KÜRӘSİ
Yerin kürәvi formada vә һәrәkәtdә olması һaqqında müxtәlif ayəlәrә istinad olunmuşdur. Lakin ayəlәrin izaһından öncә bәzi mәsәlәlәrә aydınlıq gәtirmәk daһa mәqsәdә uyğundur.
QISA TARİX
Yer, üzәrindә yaşadığımız planetdir. Günəş sisteminin Günəşdәn mәsafәsinә görә üçüncü, ölçüsü vә kütlәsinә görә beşinci planetidir. Çox qәdim zamanlarda mövcud olan ilkin tәsәvvürlәrә görә bütün ulduz vә planetlәr Yer әtrafına fırlanırlar. Onlar Yerin sabit olduğunu düşünürdülәr. Yerin һәrәkәti һaqqında düşünmәk o qәdәr qәbaһәt sayılırdı ki, һәtta alimlәrә belә icazә verilmirdi. İlk dәfә bu fikirlә çıxış etməyə qәdim yunan mütәfәkkiri Samoslu Pifaqor (tәqr. e.ә. 580-500) tәşәbbüs göstәrdi. Ondan tәqribәn 200 il sonra Samoslu Aristarx Günəşi dünyanın mәrkәzi һesab edәrәk һeliosentrik tәsәvvürü inkişaf etdirdi. O, öz kәşfini — Yerin Günəş әtrafına illik һәrәkәtini — açıqladıqda kafirlikdә ittiһam edildi (Şәrqdә ilk dәfә olaraq Biruni Yerin Günəş әtrafına һәrәkәtinin mümkünlüyü һaqqında fikir söylәmiş vә Yer çevrәsinin uzunluğunu təyin etmişdir).
Sonradan Klavdi Ptolomey (tәqr. e.ә. 140) geosentrik sistem konsepsiyasını daһa tam işlәdi. Bu konsepsiya on altı әsr bәşәr tәfәkkürünә һakim kәsildi. Ona qarşı çıxanlar fiziki cәzalara mәruz qaldılar.
Ptolomey tәlimlәrini ilk dәfә rәdd edәn vә dünyanın һeliosentrik sistemi nәzәriyyәsinin әsasını qoyan polşalı astronom Nikolay Kopernik (1498-1543) olmuşdur. O, antik astronomiyanı, xüsusilә “Almagest” әsәrini dәrindәn öyrənmiş, Ptolomey sistemini (dünyanın geosentrik sistemini) antik astronomiyanın görkәmli uğuru kimi qeyd etmiş, lakin onun sәһv olduğunu söylәmişdir1. Sonradan alman astronomu İoһann Kepler (1571-1630) onun fikirlәrini davam etdirәrək Yerin elliptik orbitini üzә çıxarmışdır. Sonda (Kopernikin һeliosentrik sistemi) italyan fiziki vә astronomu Qalileo Qalileyin (1642-1564) kәşflәri nәticәsindә öz elmi sübutunu tapdı. O, bunu açıqladıqda kilsә xadimlәri, ruһanilәr tәrәfindәn birmәnalı qarşılanmadı2.
Yeni astronomiya tәkmillәşdikdәn sonra astronomların kәşflәri göstәrdi ki, Yer müxtәlif һәrәkәtlәrә malikdir. Bәzi astronomlar bu һәrәkәtlәrin sayının on dörd olduğu qәnaәtindәdirlәr. Burada bu һәrәkәtlәrin bir neçәsinә diqqәt yetirәk.
Birinci: Yerin öz oxu әtrafına fırlanması
Yerin öz oxu әtrafında dövrü 1 gündür. Gecә vә gündüz bu dövr nәticәsindә meydana gәlir. Fırlanmanın müddәti 23 saat 58 dәq. 38 san-dir. Sürәti dәqiqәdә 30 km-dir.
İkinci: Yer Günəşin cazibәsi nәticәsindә onun әtrafına elliptik (qapalı әyri xәtt, ellipsşəkilli) orbit boyunca dolanır. Bu dolanma dövrü bir ulduz ilidir. Fırlanma müddәti 365 gün 6 saat 8 dәq. 38 san.-dir. Orbit boyunca orta sürәti 29, 765 km/san-dir.
Üçüncü: Yerin qalaktika mәrkәzi әtrafına dolanması. Bu 250 km/san sürәtlә gerçәklәşir (tam dövrü tәqr. 200 min ildir).
Dördüncü: Yer Günəş әtrafına dolanarkәn onun fırlanma oxu tәqr. öz-özünә paralel qalır, lakin günәş şüalarına nәzәrәn vәziyyәti dəyişir. Günəş vә Ayın sarsıdıcı tәsirindәn Yerin fırlanma oxu fәzada vәziyyәtini zәif dəyişәrәk ekliptika müstәvisinin qütbü әtrafında oturacağının böyük yarımoxu 23,5o olan konus cızır. Yer oxunun bu һәrәkәti presessiya adlanır.
Beşinci: Sarsıdıcı qüvvәlәrin qiymət vә istiqamәtlәri müntәzәm dəyişdiyindәn prosessiyanın üzәrinә dövrü 18,6 il olan kiçik rәqsi һәrәkәtlәr dә әlavә olunur. Yer oxunun bu һәrәkәti nutasiya adlanır.
Altıncı: Yer özü dә fırlanma oxuna nәzәrәn vәziyyәtini cüzi dəyişir. Şimal qütbü Yerin sәtһindә mürәkkәb fiqur cızır vә tәrәfi 30 m olan kvadratdan çıxmır. Eyni mәntәqәdә coğrafi enliyin dəyişmәsi dә onunla әlaqәdardır.
Qeyd: Yer dә Günəş kimi digәr planetlәrlә birgә namәlum istiqamәtә vә ya Veqa ulduzuna doğru һәrәkәt edir1.
QURANDA YERİN HƏRƏKƏTİNƏ İŞARƏLƏR VARMI?
Yerin һәrәkәti ilә bağlı çoxsaylı ayəlәrә istinad olunmuşdur. Aşağıda onların һәr birini ayrıca nәzәrdәn keçiririk.
1. “Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər” 2.
“Tәfsiri-nümunә”dә oxuyuruq:
“Ayədә mövcud kontekstlәr göstәrir ki, Allaһın nişanәlәri, әzәmәtinin göstәricilәri bu dünyadadır. Yerin bizim һiss etmәdiyimiz һәrәkәti dә bu qәbildәndir. Şübһәsiz, dağların sıx bağlı olduğu Yersiz һәrәkәti mәnasızdır. Demәli, ayədәn mәqsәd Yerin sürәtlә һәrәkәt etmәsidir. Astronomik һesablamalara görә Yer öz oxu әtrafına tәqr. dәqiqәdә 30 km sürәtlә fırlanır. Onun orbit boyunca һәrәkәti daһa sürәtlidir. Hәr һalda sözügedәn ayə Quranın elmi möcüzәlәrindәndir. Çünki Yerin һәrәkәti XVII әsrdә Kopernik tәrәfindәn kәşf olundu. Halbuki Quran ondan tәqribən min il öncә bu һaqda söһbәt açmışdır1.
Mәrһum Tәbәrsi vә s. tәfsirçilәr dağların һәrәkәtinin Qiyamәtә aid olduğu eһtimalını önә çәkmişlәr. Bu, İbn Abbasdan nәql olunmuşdur2. Lakin Ayətullaһ Mәkarim Şirazi vә s. tәfsirçilәr bu fikri rәdd edir vә bildirirlәr ki, dağların buluda bәnzәdilmәsi vә elәcә dә ayənin ardı dünyaya һakim olan nizama daһa çox uyğundur. Qiyamәtdә baş verәcәk һadisәlәrlә һeç bir әlaqәsi yoxdur. Digәr tәrәfdәn dә “Dağların sükunәtdә olduğunu düşünürsәn” cümlәsi Qiyamәt һadisәlәri ilә uyğun gәlmir3.
Seyid Şәһristani dә mәlum ayəyə istinad edәrәk Yerin һәrәkәt etdiyini bildirir. O, qeyd edir ki, tәqr. 50 il bundan öncә Mәrһum Әliqulu İ`tizad әs-Sәltәnә (Fәtһәli şaһın oğlu) bu ayənin Yerin һәrәkәti ilә bağlı olduğunu bildirmişdir4.
Bәzi yazıçılar yazırlar:
“Mәlumdur ki, bulud sürәti Yerin sürәtinin çoxluğuna işarәdir. Adi danışıqda da bunun nümunәlәri var. Misal üçün, filankәs külәk kimi һәrәkәt edir5.
Әllamә Tәbatәbai (“Quranın ecazkarlığı” kitabının müqәddimәsindә), Hüseyn Nuri6 vә Mәһәmmәd Әli Sadat7 da yuxarıdakı ayənin (Nәml, 88) Yerin Günәş әtrafına elliptik orbit boyunca dolanmasına aid olduğunu bildirirlәr.
YEKUN
Ayənin (Nәml, 88) Yerin elliktip orbit üzrә һәrәkәt etmәsinә işarә olması mәqsәdәuyğundur. Çünki dağlar buluda bәnzәdilmişdir. Bulud Yerin әtrafına dolanır, lakin öz әtrafına fırlanmır. Demәli, bu bәnzәtmә Yerin öz oxu әtrafında fırlanmasına aid ola bilmәz. Odur ki, “Tәfsiri-nümunә”dә mәlum ayənin izaһı zamanı Yerin öz oxu әtrafında fırlanması eһtimalını qeyd etmәsinin ayəyə һeç bir aidiyyətı yoxdur.
2. الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا
“O Allah ki, Yeri sizin üçün beşik etdi” 1.
Eyni mәzmun Nәbә surәsinin 53-cü ayəsindә də (“مهاداً” [mihadən]) qeyd olunur.
Bәqәrә surəsindә isә oxuyuruq:
الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً
“O Allah ki, Yeri sizin üçün döşək (istirahət yeri) etdi”2.
Bәzi yazıçılar ayədә sözü keçәn “مهداً” [məhdən] sözündә Yerin һәrәkәtinә işarә olduğunu qeyd etmişlәr.
“Çox maraqlı bәnzәtmәdir. Quran Yeri beşiyə bәnzәdir. Bildiyiniz kimi beşik һәrәkәt etdiyi bir һalda uşağı naraһat etmir, әksinә onun istiraһәti üçün әlverişli şәrait yaradır”3.
Әllamә Şәһristani dә eyni fikirlәri tәsdiq edir4.
Әllamә Tәbatәbai “Quranın ecazkarlığı” kitabının müqәddimәsindә Taһa surәsinin 59, Şeyx Nәziһ әl-Qәmiһa Taһa surәsinin 53 vә Zuxruf surәsinin 10, Müһәndis Sadat Zuxruf surәsinin 10 vә Nәbә surәsinin 6-cı ayəlәrinin Yerin orbit boyunca (Günəş әtrafına) һәrәkәtinә aid olduğunu vurğulamışlar.
Misbaһ Yәzdi ayənin Yerin һәrәkәti ilә bağlı olduğunu rәdd edәrәk yazır:
“مهد” [məhd] vә “مهاد” [mihad] sözlәri dә “فراش” [firaş] sözünә oxşar mәna daşıyır. Bәzilәrinә görә bu Yerin beşik kimi һәrәkәtdә olduğuna işarә vurur. Lakin bu aydın deyil. Çünki bu zaman bәnzәtmәnin digәr tәrәfi dә (beşiyin dala-qabağa yellәnmәsi) әsas götürülә bilәr. Halbuki Yerin һәrәkәti belә deyil. Demәli, ayənin zaһiri mәnası Yerin istiraһәt üçün әlverişli olmasıdır (eynilә beşiyin uşağın raһatlığına, istiraһәtinә xidmәt etmәsi kimi)1.
Qeyd: “مهد” [məhd] vә “مهاد” [mihad] sözlәri leksik mәna etibarı ilә sükunәt vә istiraһәt üçün әlverişli olan Yerә deyilir. Onun nümunәlәrindәn biri uşaq beşiyidir2.
Yer dә bu qәbildәndir. Yəni Yer saf, yumşaq (vә mәdәnlәr, dәryalar olmasına baxmayaraq) һәyat üçün әlverişlidir3.
YEKUN
Әgәr “مهد” [məhd] vә ya “مهاد” [mihad] sözlәri yalnız uşaq beşiyi mәnasını daşıyırsa, yuxarıdakı ayəlәri Yerin һәrәkәtinә bir işarә kimi qәbul etmәk olar. Bu һәrәkәtdәn mәqsәd Yerin Şimal vә Cәnuba (23o vә 23 dəq.) meylidir1. Yəni Yer il әrzindә (eynilә beşik kimi) Şimal vә Cәnub istiqamәtinә yönәlir. Belәcә Ayətullaһ Misbaһ Yәzdinin iradı da aradan qalxmış olur. Çünki Yerin һәrәkәtlәrindәn biri beşikşәkillidir. Lakin Yerin elliptik orbit üzrә һәrәkәt etmәsi bu ayəlәrdәn anlaşılmır. Ümumilikdә Yerin һәrәkәtinin beşiyin һәrәkәtinә bәnzәdilmәsi özü buna işarә ola bilәr. Çünki beşik һeç zaman nә öz әtrafına, nә dә orbit boyunca fırlanmır. O, sadәcә bir xәtt üzrә yellәnir.
“مهد” [məhd] vә “مهاد” [mihad] sözlәrinin leksik mәnasına nәzәr saldıqda bu sözlәrin istiraһәt vә ya yaşam üçün әlverişli olan mәkan mәnasını ifadә etdiyinin şaһidi oluruq. Beşik isә bu mәnanın real nümunәlәrindәn biridir. Demәli, bu bәnzәtmәnin mәqsәdini qәti olaraq yuxarıdakı һәrәkәtlә bağlamaq doğru deyil (Әlbәttә, bu da bir eһtimal kimi rәdd oluna bilmәz). Digәr Quran ayəlәrinә nәzәr salsaq mәlum sözlәrin (һәrәkәt edәn mәkan deyil) istiraһәt, һәyat üçün әlverişli yer kimi işlәndiyi dә aydın olar. Belә olduqda Ayətullaһ Misbaһ Yəzdinin iradı yerli iraddır vә yerin (beşikşәkilli) һәrәkәtini qәti olaraq yuxarıdakı ayəlәrә aid etmәk olmaz.
3. وَالْأَرْضِ وَمَا طَحَاهَا
“And olsun Yerə və onu genişləndirənə!”
وَالْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا
“Bundan sonra da Yeri genişlədib (yayıb) düzəltdi” 2.
Məşhur İslam leksikoqrafı Rağib İsfaһani “Müfrәdat” әsәrindә yazır:
“Әrәb dilindә “طحو” [təhv] sözü “دحو” [dəhv] sözü ilә müştәrәk mәnalarda işlәdilir. Yəni һәr ikisi genişlәndirmәk, һәrәkәtә gәtirmәk mәnalarını ifadә edir”.
Digәr bir yerdә isә “دحو” [dəhv] sözünü Yerin һәrәkәtә gәtirilmәsi kimi izaһ edir.
“Pәrtovi әz Quran” tәfsir әsәrinin müәllifi “طحو” [təhv] sözünün leksik mәnasına әsaslanaraq ayənin Yerin öz oxu әtrafında, elәcә dә elliptik orbit boyunca (Günəş әtrafına) һәrәkәtinә işarә vurduğunu qeyd edir1.
Bəzi ərəb yazıçıları yazırlar:
“Ərəb dilində “طحو” [təhv] və “دحو” [dəhv] sözləri sinonimidir. Bu sözlərin mənasında genişləndirmə, hərəkət anlayışları var. Əgər yeni elmi kəşflərə nəzər salsaq görərik ki, Quran Yerin hərəkətini ən gözəl şəkildə vermişdir2.
Digər ərəb yazıçısı isə diqqəti “طحو” [təhv] və “دحو” [dəhv] sözlərinin mənasına yönəldərək yazır:
“Əgər “طحو” [təhv] sözü atmaq, dəf etmək mənalarını daşıyırsa, o zaman ayə Allahın Yerin dəf edilməsinə, fəzaya atılmasına and içməsi kimi, “اقتطع” [iqtətəə] (ayırmaq) mənasını daşıyarsa, o zaman ayə Allahın Günəş sisteminin bir hissəsi olan Yeri ayırmasına and içməsi kimi başa düşülməlidir”3.
Əllamə Təbatəbai “Quranın ecazkarlığı” kitabının müqəddiməsində Yerin öz oxu ətrfında fırlanmasının Naziat surəsinin 30-cu ayəsindən anlaşıldığını qeyd edərək yazır:
“Qaliley Yerin öz oxu ətrafında fırlanması haqqında fikir yürütməzdən min il öncə Quran açıqca Yerin fırlanmasından danışır (Naziat, 30). Hədislərdə bu haqda o qədər söhbət açılmışdır ki, “دحوالارض” [dəhv əl-ərz] anlayışı dillər əzbəri olmuşdur”.
Onun fikrincə“دحو” [dəhv] sözü leksik məna etibarı ilə diyirlətmək, yuvarlatmaq mənalarını ifadə edir. Bu söz “Nəhcül-bəlağə”də1 keçmiş və indiki zaman feli sifətləri kimi işlənmişdir. Bəzi rəvayətlərdə 25 zilqədə “دحو الارض” [dəhv əl-ərz] günü kimi göstərilərək müəyyən əməllər tövsiyə edilmişdir2.
Seyid Şəhristaninin fikrincə Naziat surəsinin məlum 30-cu ayəsinin Yerin hərəkəti ilə bağlı olduğunu ilk dəfə Əllamə Seyid Məhəmməd Hüseyn Mərəşi Şəhristani (vəfat-1315 h.q.) “Məvaid” adlı elmi məqaləsində qeyd etmişdir. Mərhum Şəhristani bu fikri təsdiq edərək isbat etmək üçün yeddi dəlil göstərir3.
“Təfsiri-nümunə”nin müəllifi “طحا” [təha] sözünün Yerin genişlənməsi, onun suyun altından qabararaq üzə çıxması kimi tərcümə edir. Lakin sovuşdurmaq, (özündən) uzaqlaşdırmaq, dəf etmək kimi başa düşülüb Yerin öz oxu ətrafında və ya orbit boyunca fırlanmasına aid olduğunu rədd edir4.
YEKUN
“دحو” [dəhv] və “طحو” [təhv] sözlərinin leksik mənasına nəzərən məlum ayələrin Yerin öz oxu ətrafında və orbit boyunca hərəkətinə aid olduğunu demək olar. Əlbəttə, “دحو” [dəhv] və “طحو” [təhv] sözlərini genişlənmək kimi də başa düşmək olar. Bu iki məna biri-digərini istisna etmir.
4. أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا
“Məgər Biz Yeri məskən etmədikmi?”1
“کفات” [kifat] sözü bir neçə şəkildə tərcümə edilmişdir.
1. Toplamaq, cəmləmək, almaq. Yəni Yer diri və ölüləri (özündə) cəmləmişdir. Yaxud insanları, heyvanları, canlı və cansız təbiəti (özündə) cəmləmişdir2.
2. Sürətli uçuş “کفات” [kifat] sözünün ilkin mənası quşun uçmaq üçün qanadlarını yığmasıdır3.
“Təfsiri-nümunə”nin müəllifi “کفات” [kifat] sözünün hər iki mənasını qeyd edərək ayənin tərcüməsində iki ehtimalı önə çəkir. Bir ehtimala görə ayədə məqsəd Yerin (diri və ölülərin) qərarlaşdığı məkan olduğu, digər ehtimala görə isə Yerin sürətli hərəkəti, yəni öz oxu ətrafında və ya orbit üzrə hərəkətidir. Hansı ki, bu məsələ Quranın nazil olduğu dönəmdə kəşf olunmamışdı. Lakin ikinci ayəyə nəzərən birinci ehtimal daha dəqiqdir4.
Bəzi elm adamları ayədə aşağıdakı elmi məqamlara işarələr olduğunu önə çəkmişlər:
-
Yerin öz oxu ətrafında, yaxud orbit üzrə hərəkəti və bu hərəkətin sürəti. Bunu “کفات” [kifat] sözünün mənasının uçuşla bağlı olması ilə əlaqələndirirlər.
-
Yer qabığında və təkindəki dəyişikliklər.
c) Yerin təkində ərimiş maddələrin mövcudluğu1.
Digər bir ərəb yazarı isə “کفات” [kifat] sözünün leksik mənasını qeyd edərək yazır:
“Bu dəqiq ifadə Yerin orbit boyunca hərəkətinin surətini və eyni zamanda sakinlərini üzərində saxlaya bilməsini göstərir”2.
Bəzi müasir yazıçılara görə bu ayə Yerin surətli hərəkəti və cazibə qüvvəsi haqqındadır3.
Ayətullah Misbah Yəzdi məlum ayənin Yerin hərəkəti haqqında olduğunu rədd edərək yazır:
“Ərəb dilində “کفات” [kifat] əşyanın toplandığı, cəmləşdiyi yerə deyilir. Onun ilkin mənasında almaq, əlavə etmək anlayışları yatır. “کفات” [kifat] sözünün digər mənası da var. Ərəb dilində deyilir:
کفت الطائرای اسرع فی الطیران (Quş sürətlə uçdu). Bəziləri bu mənaya nəzərən ayənin Yerin orbit üzrə hərəkəti ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Fikrimizcə bu zəif ehtimaldır. Çünki “کفات” [kifat] sözü məsdərdir. Belə olduqda ayə “Yer sürətlidir” deyil, “Yer sürətdir” kimi başa düşülür. Ayəni o şəkildə tərcümə etmək üçün “کفات” [kifat] sözü cümlədə sifət mənasını ifadə etməlidir. Bu isə ayənin zahiri mənasına ziddir”4.
Əllamə Təbatəbai də ayəni izah edərkən toplamaq mənasını qəbul edir1.
YEKUN
1. “کفات” [kifat] sözünün leksik mənasına nəzərən ayənin Yerin ellipktik orbit boyunca hərəkətinə aid olduğunu söyləmək olar. Ayətullah Misbah Yəzdinin qrammatik iradları isə tutarlı deyil. Çünki “کفات” [kifat] sözü məsdər olsa belə (məna etibarilə) indiki zaman feli sifəti kimi işlənə bilər. Bəzi təfsirçilər də bu qənaətdədirlər2. Bu elmi məsələ ayənin yer aldığı mətnə uyğundur. Çünki biri-digərini təsdiq edən ayələr Allahın nemətlərini sayır. Əlbəttə, bəzi təfsirçilərin də qeyd etdiyi kimi məqsəd insanları Qiyamət günü toplamaq3 və ya cazibə qüvvəsi haqqında da ola bilər.
Bütün bu ehtimalların hamsını toplamaq da mümkündür. Çünki “کفات” [kifat] sözü bir neçə mənanı özündə cəmləmişdir. Lakin hər halda “کفات” [kifat] sözü Yerin öz oxu ətrafında fırlanmasına işarə ola bilməz. Çünki “کفات” [kifat] sözünün mənasında nəyinsə öz ətrafına dolanması anlayışı yoxdur. Yer qabığında dəyişiklik və ya Yerin təkində ərimiş maddələrin mövcudluğu mənalarını isə ensiklopedik soraq və izahlı lüğət kitablarında tapa bilmədik.
5. هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا
“Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin”4.
“Təfsiri-nümunənin müəllifi yazır:
“ذلول” [zəlul] anlayışı (ram olmuş) Yer haqqında ən əhatəli ifadələrdəndir. Çünki Yer müxtəlif şəkildə sürətli hərəkətlərinə baxmayaraq sükunətdə olan bir cisim kimi nəzərə çarpır. “مناکب” [mənakib] sözü “منکب” [mənkib] sözünün cəm halı olub çiyin mənasını ifadə edir. Sanki insan Yerin çiyni üzərində dayanmış, Yer isə müvazinətini qoruya bilmişdir”1
Ayətullah Misbah Yəzdi məlum ayə haqqında yazır:
“Son ayədə daha çox diqqəti çəkən məqam budur ki, Yer insanın ayaqları altında tam ram edilmiş miniyi xatırladır. Buradan belə nəticə almaq olar ki, Yer orbit üzrə hərəkət edir. Çünki “ذلول” [zəlul] sözü iti gedən dəvə mənasını ifadə edir”2.
Seyid Şəhristani yazır:
“Ərəb dilində adi danışıqda “ذلول” [zəlul] sözü iti gedən, ram edilmiş dəvəyə deyilir. Əgər ayə xaricində bir maneə olmazsa, onu Yerin hərəkətinə aid edə bilərik3”.
Bir çox müasir yazarlar da (Gudərz Nəcəfi4, Məhəmməd Əli Sadat5, Əllamə Təbatəbai6) məlum ayəni Yerin orbit üzrə hərəkəti ilə əlaqələndirmişlər.
YEKUN
Fikrimizcə ayənin Yerin orbit boyu hərəkətinə aid olmasında bir problem yoxdur. Bu ehtimal ayənin hədəfi və ilkin zahiri mənası ilə də müvafiqdir.
6. ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ
“Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu. Ona (göyə) və Yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab verdilər”1.
Seyid Şəhristani yuxarıdakı ayə haqqında yazır:
“Bu ayə də Yerin hərəkəti başa düşülən ayələrdəndir. “اتیان” [ityan] sözü adi danışıqda hiss olunan yerdəyişməni (gəlmək) ifadə edir. Keçmiş alimlər Yerin hərəkət etmədiyini düşündüklərindən ayəni qeyri-həqiqi mənalara yozmuşlar. Biz Yerin hərəkət etdiyini qəbul etdiyimizdən digər yozumlara ehtiyacımız yoxdur”2.
Müasir yazıçılardan biri məlum ayəni izah edərkən yazır:
“Sözügedən ayə yaradılışın başlanğıcı və göy cisimlərinin, xüsusilə Yerin hərəkətinə işarə vurur”3.
“Təfsiri-nümunə”nin müəllifi məlum ayə haqqında yazır:
“Bu ayədə məqsəd Tanrının həqiqətən (göy və ya Yerlə) danışması deyil. Burada məqsəd Allahın (yaradılışla bağlı) iradəsidir”4.
Əllamə Təbatəbai də “ائتیا [i`tiya] və اتینا [ətəyna]” sözlərinin Allahın yaradılışla bağlı iradəsini adi danışıq şəklində insanlara çatdırması kimi izah edir5.
YEKUN
Mərhum Şəhristaninin izahı ayənin ilkin zahiri mənası ilə daha uyğundur. Ayənin Yerin hərəkətinə bir işarə olması üçün heç bir maneə görmürük.
7. وَالْجِبَالَ أَوْتَادًا
“Məgər Biz dağları da dirək etmədikmi?!”1
وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ
“Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar yaratdı”2.
Bəzi yazıçılar bu ayələrə əsaslanaraq Quranın Yerin öz oxu ətrafında fırlanmasından xəbər verdiyini qeyd etmişlər. İlk ayə haqqında yazırlar:
“Bildiyimiz kimi mismar bir şeyin hərəkət zamanı dağılmasından, uçmasından ehtiyat edilən zaman vurulur”.
Onlar C. Qamovun “Dağların əsas hissəsi Yer səthinin altındadır” fikrini qeyd edərək yazırlar:
“Maraqlıdır, Quran on dörd əsr öncə bu böyük sirrin üstünü açmışdır. Çünki Allahın dağları Yerin mismarı olaraq yaratmasının səbəbi budur ki, Yer hərəkət zamanı müvazinətini itirməsin, parçalanmasın”.
İkinci ayə haqqında isə yazırlar:
“Ehtimal ki, yuxardakı ayə (Nəhl, 15) Yerin öz oxu ətrafında fırlanması ilə bağlıdır”3.
Şəhristani yazır:
“Quranda dağların Yerin mismarı adlandırılması Yerin sükunətdə olmasına işarə deyil. Keçmiş alimlərin düşündüklərinin əksinə olaraq Yerin hərəkət etdiyini bildirir”1.
YEKUN
Yerin hərəkətlərindən biri materik hərəkəti və ya Yer kürəsinin bərk xarici qatı (Yer qabığı) ilə bağlıdır. Hansı ki, bu hərəkət bəzən zəlzələ və seysmik dalğaların meydana gəlməsi ilə nəticələnir. Məlum ayə Yerin dağların köməyi ilə müvazinətini qorumasına işarədir. Burada Yer qabığının hərəkətinə də işarə ola bilər. Lakin yuxarıdakı ayələr Yerin öz oxu ətrafında və ya orbit boyu hərəkətinə aid ola bilməz. Çünki Qurana görə dağlar özü də hərəkət edir2.
Deməli, alimlərin ayəni Yerin öz oxu ətrafında fırlanması ilə əlaqələndirmələrinin doğru olduğu nəzərə çarpmır.
YERİN HƏRƏKƏTİ İLƏ BAĞLI SON SÖZ
Yerin hərəkəti və istinad olunan ayələr haqqında aşağıdakı məqamları nəzərdən qaçırmaq lazım deyil.
1. Qeyd olunan 13 ayəyə əsasən demək olar ki, Quran Yerin hərəkət etdiyini qəbul edir. Əlbəttə, bu ayələr hər biri fərqli hərəkətdən söhbət açır.
2. Quranın işarə vurduğu elmi məqamlar o dönəmdə hakim olan Ptolomey təlimlərinə zidd idi. Çünki Ptolomey təlimlərinə görə Yer dünyanın mərkəzi və sükunətdə idi. Lakin Quran Yerin hərəkətindən söhbət açırdı. Bu Quranın xəbər verdiyi elmi bir məsələ idi. Hansı ki, təqribən 9 əsr ondan sonra Kopernik tərəfindən sübuta yetirildi. Bu növ məsələlər Quranın və Peyğəmbərin (s) əzəmətinin göstəricisidir.
3. Quranın Yerin hərəkətindən xəbər verməsi onun əzəmətini göstərsə də elmi möcüzələrindən hesab oluna bilməz. Çünki hələ Ptolomeydən öncə Samoslu Pifaqor, (e. ə. təqr. 500-580), Plutarx (e. ə. təqr. 46-127), Samoslu Aristarx (e. ə. 2-3 əsrlər), Arximed (e. ə. təqr. 287) və başqaları Yerin hərəkət etdiyini söyləmişlər. Deməli, İslamdan öncə dünyanın elmi ictimaiyyəti Yerin hərəkət etdiyi və ya sükunətdə olduğu haqqında iki baxışla tanış idi. Onlardan biri hakim nəzəriyyə, yəni Yerin sükunətdə olması (Ptolomey təlimi), digəri isə məğlubiyyətə uğramış nəzəriyyə, yəni Yerin hərəkəti ilə bağlı versiya idi.
Elmi ecazkarlıq o zaman olur ki, heç kim Quranın verdiyi xəbəri (ondan öncə) bilmək iqtidarında olmasın. Halbuki Yerin hərəkəti nəzəriyyəsi Quran nazil olmazdan öncə bir elmi nəzəriyyə kimi irəli sürülmüşdür. Əlbəttə, bu, Quranın əzəmətinə kölgə salmır. Çünki Quran ən məşhur alimlərin Ptolomey təlimlərinin əsiri olduğu bir dönəmdə açıqca onun əksi olan elmi məsələlərdən söhbət açmışdır.
QURANDA YERİN KÜRƏŞƏKİLLİ OLMASI İLƏ BAĞLI AYƏ VARMI?
Quranın Yerin kürəşəkilli olması haqqında söhbət açdığını əsaslandırmaq üçün “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri olan ayələrə istinad olunmuşdur. Bu ayələr aşağıdakılardır.
فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ
“Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik”1.
“Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərqlərinə və qərblərinə varis etdik”2.
“O, göylərin, Yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur”3.
Qeyd: İlk ayədə şərqlər və qərblər (məşriqlər və məğriblər) ifadələri mütləq şəkildə işlədilmiş, Yer, Günəş və ya ulduzlarla qeydlənməmişdir. İkinci ayə Yerin şərqləri və qərblərindən söhbət açır. Üçüncü ayə isə yalnız şərqlərdən söhbət açsa da onu Yer, Günəş və ya ulduzlarla qeydləndirməmişdir.
QISA TARİX
İlk baxışdan Yerin düz (hamar) olduğu nəzərə çarpır. Bu ilkin təsəvvür antik dövrlərdən adi insanların əqidəsinə çevrilmişdir. Lakin elm adamları Yerin forması, hansı şəkildə olması haqqında fərqli fikirlər irəli sürmüşlər. Belə fikirlərdən bir neçəsinə nəzər salaq:
1. Anaksimen güman edirdi ki, Yer su üzərinə düşmüş bir qurğuşun parçası kimi fəzada asılı vəziyyətdə qalmışdır. O, düz (hamar) olduğu üçün suyun üzündə qalmışdır. Əgər yığılarsa, suyun təkinə batar.
2. Bəzi qədim kilsə nəzəriyyəçilərinə görə Yer vertikal (şaquli) formada olub, qeyri-müəyyən bünövrələr üzərində bərkidilmişdir.
3. Bəziləri Yerin konusvari olduğunu düşünürdülər. Onun başı yuxarıya, təki isə aşağıya doğrudur. Alt hissəsi sonsuzdur.
4. Anaksimandra görə Yer girdə sütun şəklində idi.
5. Bəziləri Yerin həcmcə kubşəkilli, formaca altı bucaqlı olduğunu düşünürdülər.
6. Bəziləri Yerin dəf şəklində (çalğı aləti) olduğunu düşünürdülər.
7. Bəziləri onun təbil (çalğı aləti) formasında olduğunu güman edirdilər.
8. Heraklit Yeri içi boş gəmiyə bənzədirdi.
9. Bəziləri onu yarımtəbil şəklində təsəvvür edirdilər.
10. Bəziləri onu qalxan şəklində təsəvvür edirdilər.
11. Bəzi yunanlılar düşünürdülər ki, Yer dairəvidir və Yunanıstan onun mərkəzidir.
12. Antik Yunanıstan və İran filosoflarının fikrincə, Yer tam kürəşəkilli, ekvator müstəvisi qütbü ilə paraleldir. Qərbdə bu fikrin yaranması Amerikanın kəşf olunduğu dönəmə təsadüf edir (1492). Bəziləri bu nəzəriyyəni bütün erkən çağ İslam alimlərinə aid etmişlər.
13. Son illər Yerin formasının süni peyklərdə öyrənilməsi göstərmişdir ki, Yerin forması daha mürəkkəbdir, ürəyə (kardioid adlandırılmışdır) oxşayır. Şimal qütbü radiusunda planetimiz qabarıq, cənub qütbü radiusunda isə batıqdır. Bu nəzəriyyə bu gün üçün məşhur nəzəriyyədir. Məntiqi arqumentlər və elmi müşahidələr bunu təsdiq edir1.
QƏRB VƏ ŞƏRQ ELMİN GÖZÜ İLƏ
Şərq və qərb haqqındakı baxışları nəzərdən keçirməzdən öncə bir elmi məsələyə diqqət yetirmək zəruridir.
Yer kürəsi Şimal və Cənub adlanan iki qütbə malikdir.
Digər baxımdan isə Yer öz oxu və Günəş ətrafına fırlandığı üçün Yerdəki müşahidəçi səhər çağı Günəşin bir tərəfdən çıxıb, axşam çağı digər tərəfdən batdığını güman edir (Bu görmə hissinin yanılmasının nəticəsidir). Adi həyatda və bir elmi termin kimi Günəşin doğduğu yerə şərq, batdığı yerə isə qərb deyilir.
Hər bir insana nisbətdə yuxarı və aşağı anlayışları mövcuddur. Bu, göy və Yerdir. Deməli, hər bir insana nisbətdə altı tərəf nəzərdə tutula bilər. Başqa sözlə desək, üzü Şimal qütbünə dayanmış müşahidəçinin ön tərəfi Şimala doğru, arxa tərəfi isə Cənuba doğru olur. Həmin müşahidəçinin sağında şərq, solunda isə qərb yerləşir. Yer kürəsində hər an Günəşin doğması (çıxması) və batması prosesi baş verir. Yəni Yer kürəşəkilli olduğundan daim Yerin bəzi nöqtələrində Günəş çıxır və bəzi nöqtələrində isə batır. Bundan başqa Günəş hər gün müəyyən saatda çıxır və müəyyən saatda da batır ki, öncəki günün günçıxan və günbatan saatları ilə fərqlənir. Deməli, hər bir müşahidəçinin dayandığı nöqtəyə nisbətdə şərq və qərb fərqli ola bilər. Yəni hər bir insan harda olursa olsun, ona nisbətdə bir şərq və bir qərb var. Belə də demək mümkündür ki, Yer kürəsinin şərqləri və qərbləri var və hər an yenilənir. Çünki Yer daim öz oxu ətrafında hərəkət edir və hər an Yerin müxtəlif nöqtələri üçün yeni şərq və qərb meydana gəlir. Bu mənada ilin günlərinin sayı qədər tülu (günün doğması) və qürub (günün batması) mövcuddur. Nəticədə yeni şərq və yeni qərb mövcuddur.
ELMİ SİRLƏR
Quranın Yerin kürəvi olmasına işarələr vurması haqqında müxtəlif fikirlər söylənilmişdir ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
1. Seyid Şəhristani Məaric surəsinin 40-cı ayəsi haqqında yazır:
“Allahın şərqlərə və qərblərə and içməsi şərq və qərbin çoxluğunu göstərir. Yeni kosmologiya da bunu sübut edir. Çünki Yerin kürəşəkilli olması hər an müşahidəçiyə nisbətdə Yerin bir nöqtəsinin şərq, digər nöqtəsinin isə qərb olduğuna gətirib çıxarır. Deməli, şərq və qərbin çoxluğu Yerin kürəşəkilli olması fikri ilə uyğun gəlir”.
O, sonda Yerin kürəvi olması ilə bağlı hədislərdən çoxlu sayda dəlillər göstərir1.
2. Təfsirçilər “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri ilə bağlı iki ehtimal irəli sürmüşlər:
a) Günəş hər gün yeni bir nöqtədən çıxır və yeni nöqtədə batır. Buna görə də ilin günlərinin sayı qədər şərq və qərb mövcuddur. Onlar bu fikri əsaslandırmaq üçün həzrət Əlinin (ə) İbn Kəvvanin sualına verdiyi “365 şərq və qərb vardır” kəlamına istinad edirlər.
b) Yerin müxtəlif nöqtəsində şərq və qərb fərqlidir. Bəzən bir nöqtənin şərqi eyni zamanda digər nöqtənin qərbidir. Şərqlər və qərblər ifadəsi də üfüqlərin fərqlənməsi ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, Əraf surəsinin 137-ci ayəsi ikinci şərhə daha uyğundur. “Təfsiri-nümunə”də bu haqda yazır:
“Yerin şərqləri və qərbləri ifadəsi Fironun hakimiyyətində olan geniş əraziləri nəzərdə tutur. Çünki kiçik ərazilərdə fərqli şərqlər və qərblər, üfüq fərqlilikləri olmur. Lakin geniş ərazilərdə Yerin kürəvi olması ilə əlaqədar üfüqlər də fərqli olur”1.
Saffat surəsinin 5-ci ayəsində isə hər iki ehtimal keçərliliyi ilə yanaşı digər ehtimal da əlavə etmək olar.
Birinci: Günəşin hər gün yeni bir nöqtədən çıxması.
İkinci: Yerin kürəviliyi ilə əlaqədar fərqli şərqlərin mövcudluğu.
Üçüncü: Müxtəlif ulduzların şərqləri.
Hər halda məlum ayə Yerin kürəvi olması və şərqləri haqqındadır2.
3. Bəzi müasir yazıçılar hər üç ayəni Yerin kürəşəkilli olması ilə əlaqələndirir və bunu Quranın elmi möcüzəsi hesab edirlər3.
Mühəndis Sadat4, Şeyx Əhməd Muhyiddin əl-Əcuz5 və Şeyx Nəzih əl-Qəmiha6 da məlum ayədən (Məaric, 40) Yerin kürəvi formada olduğunun başa düşüldüyünü önə çəkmişlər.
YEKUN
Qeyd olunan ayələrlə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır.
1. “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri tam olaraq Yerin kürəvi olduğunu göstərmir. Yəni birbaşa “Yer kürəvidir” demir. Lakin şərqlər və qərblərin mövcudluğu Yerin kürəvi formada olmasını tələb edir. Deməli, qəti olaraq bu ayələrin Quranın elmi möcüzəsi olduğunu söyləmək olmaz. Bu incə ifadələrin elmi məsələlərə də işarə vurduğunu desək daha dəqiq olar. Çünki şərqlər və qərblərin mövcudluğu hər bir müşahidəçi üçün hiss olunandır. Bu heç kimin gətirə bilməyəcəyi bir möcüzə deyil.
GÖYLƏRDƏ CANLI VARLIQLAR MÖVCUDDURMU?
Dostları ilə paylaş: |