TəHLÜKƏLƏr və bu təHLÜKƏLƏRƏ qarġi döVLƏt təDBĠRLƏRĠ


Rəqabətdən yaranan təhlükələr



Yüklə 32,96 Kb.
səhifə3/5
tarix08.01.2023
ölçüsü32,96 Kb.
#122069
1   2   3   4   5
rəqabətdən yaranan təhlükə

Rəqabətdən yaranan təhlükələr.


Biznes fəaliyyətində mövcud olan təhlükələrdən əvvəlki fəsillərdə geniş məlumatlar verilmişdir. Bu təhlükələrdən biri olan rəqabətdən yaranan təhlükələrdir ki, özünəməxsusluğu ilə fərqlənir. Bu təhlükələri ABŞ iqtisadçısı İ.Kirçiner mahiyyət etibarı ilə beş qrupa bölür.


Rəqabətdən yaranan birinci təhlükə bazarda rəqiblərin bir-biri ilə bazar payı uğrunda apardığı mübarizədir ki, strateji baxımdan hər bir firma heç bir qanun pozuntusuna yol vermədən və rəqibə qarşı qeyri- qanuni hərəkət etmədən öz mənfəətini artırmağa çalışır. Təbiidir ki, onun apardığı siyasət uğurlu olarsa, firma bazarda əlavə müəyyən payı ələ keçirmiş olacaqdır. Bu əldə edilən əlavə bazar payının azalması hesabına baş verəcəkdir. Belə olduqda bəzən bəzi firmalar öz bazar payının çox hissəsini itirir və sahədən tamamilə çəkilməli olur. Göründüyü kimi rəqib firmalardan birinin və ya bir neçəsinin uğurlu strategiya seçməsi digər firmalar üçün təhlükə mənbəyidir.
Bazarda ikinci bir qanunla qadağan olunmaya təhlükə mənbəyi də mövcuddur ki, bu da əvəzedici məhsulların yaradılması və istehsalı ilə bağlı olan təhlükələrdir. Məlum olduğu kimi elm-texnika və texnologiyalar müasir dövrdə yeni məhsulların, materialların yaranmasına səbəb olur ki, bu da sənayedə tətbiq olunan xammal və materialları qismən və yaxud tamamilə əvəz olunmasına gətirib çıxarır. Belə yeniliklərin meydana gəlməsi əsas xammal istehsalçılarının fəaliyyətinə, daha doğrusu gəlirlərinə
mənfi təsir göstərir. Müasir dövrümüzdə dəri, yun, taxta, şüşə kimi materialların əvəzedicilərinin meydana gəlməsi bu əmtəə və xammalların ucuzlaşmasına gətirib çıxarmış və istehsala başlandığı dövrdən təbii xammalın ucuzlaşmasına səbəb olmuşdur.
Üçüncü bir təhlükə isə bazara yeni rəqiblərin daxil olması ilə baş verə bilər. Bazarda yeni rəqiblərin yaranması təhlükəsi aşağıdakı iki amildən asılıdır:

  1. Bazara daxil olma maneələrindən;

  2. Mövcud firmaların sahəyə yeni daxil olmuş firmalara qarşı gözlənilən reaksiyasından.

Sahəyə daxil olmağın aşağıdakı əsas maneələri vardır:

  1. İstehsalın səmərəli ölçüsü (miqyası);

  2. Məhsulun həyat tsiklindən yaranan səmərə;

  3. İstehlakçıların müəyyən ticarət məkanına davamlı şəkildə üstünlük vermələri;

  4. Kapitala olan tələbat;

  5. Satış kanallarından istifadə imkanları;

  6. Dövlət siyasəti və tədbirləri.

Bundan başqa sahələrarası rəqabət də mövcuddur ki, investisiya qoyuluşları ilə bağlıdır. Belə ki, investisiya qoyuluşları zamanı hansı sahənin daha səmərəli olması sahələrarası rəqabətin yaranmasına səbəb olur.
Dördüncü təhlükə təchizatçılar ilə bağlıdır. Belə ki, təchizatın şirkətlər bazarda təklifin azalması və ya başqa vəziyyətlər yarandıqda xammalın və ya dəstləşdirici detalların qiymətini qaldırmaq və ya kəşfiyyatı aşağı salmaqla müəyyən təhlükələr yarada bilər. Qiymətin qaldırılması məhsulun maya dəyərinin artmasına, yəni
məhsulun qiymətinin bahalaşmasına gətirib çıxara bilər ki, bu da satışın həcminin aşağı düşməsi nəticəsində gəlirin azalmasına səbəb olar. Keyfiyyətin aşağı düşməsi də eyni nəticəyə gətirib çıxarır. Keyfiyyətsiz məhsul məlum oldu- ğu kimi bazarda yaxşı satılmadığından gəlirə mənfi təsir göstərir.
Aşağıdakı amillər mövcud olduqda təchizatların rəqabətə təsiri daha güclü olur:

  • təchizat xərcləri alıcı üçün vacib rol oynadıqda;

  • təchizatçıların məhsullarının alıcı üçün dəyişmək istəyi çətinləşdikdə;

  • alıcı təchizatçı firma üçün vacib müştəri olmadıq-

da;

  • təchizatçının məhsulu əvəzedici məhsullarla rəqa-

bət apardıqda.
Alıcıların da təchizatçılara təsir imkanları mövcuddur və bu aşağıdakı hallarda baş verir:

  • alıcının əhəmiyyəti böyük və az olduğu hallarda;

  • istehlakın həcmi sahədəki bütün satışların əhə- miyyətli hissəsidir;

  • təchizatçılar nisbətən kiçik firmalardırlar;

  • təklif olunan məhsullar nisbətən standartdır, sərbəst seçim imkanı vardır;

  • alınan məhsul vacib dəstləşdirici hissə deyil;

  • dəstləşdirici məmulatlar bir neçə firmadan alınır.

    1. Yüklə 32,96 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin