Təkamülü dedikdə, onun dəyişilməsi, tarixi inkişafı və sistemləşdirilmiş elmi fənnə çevrilməsi prosesi başa düşülür. Müasir dövrdə idarəetmə nəzəriyyəsi və təcrübəsinin inkişafında dörd mühüm yanaşma məlumdur. I. Proses yanaşma


II. Klassik və ya inzibati idarəetmə məktəbi (1910-1950–ci illəri əhatə edir)



Yüklə 19,93 Kb.
səhifə4/4
tarix05.10.2022
ölçüsü19,93 Kb.
#118119
1   2   3   4
Menecment

II. Klassik və ya inzibati idarəetmə məktəbi (1910-1950–ci illəri əhatə edir)
Klassik məktəbin tərəfdarları, elmi idarəetmə məktəbinin nümayəndələri kimi, idarəetmənin sosial aspektlərinə çox da qayğı göstərmirdilər. Onların işi elmi idarəetmənin metodologiyasına əsaslanmayıb, əsas etibarı ilə şəxsi müşahidələrindən yaranırdı. “Klassiklər”“ təşkilata geniş perspektiv nöqteyi — nəzərdən baxmağa səy etməklə təşkilatın ümumi xarakteristikaları və qanunauyğunluqlarını müəyyən etməyə çalışırdılar. Klassik məktəbin məqsədi idarəetmənin universal prinsiplərini yaratmaq idi. Bu, o ideyadan irəli gəlirdi ki, bu prinsiplərə əməl etmək, təşkilata müvəffəqiyyət gətirə bilər.

  1. Fayolun idarəetmə nəzəriyyəsinə əsas töfhəsi ondan ibarətdir ki, o, idarəetmə prinsiplərini sistemləşdirdi və bir neçə qarşılıqlı əlaqəli funksiyaları menecmentin universal funksiyaları kimi təqdim etməklə onların tətbiqinə tam proses kimi baxdı. Bu funksiyalara misal olaraq: planlaşmdırmatəşkiletməmotivləşdirmənəzarət və marketinqi göstərmək olar.
    Bu məktəb ona görə klassik adlanır ki, tarix boyu yaranan bütün idarəetmə prinsipləri, funksiyaları və metodları bu məktəb tərəfindən sistemləşdirilib nizamlanmış və menecmentdə tətbiq olunmağa başlanmışdır.
    Klassik idarəetmə məktəbinin cəmiyyət üçün həyata keçirdiyi başlıca yenilik, əvvəllər tətbiq olunan idarəetmə təcrübəsi əsasında yeni elmi yanaşmalar və çalarlar gətirməsidir. Bu məktəb, idarəetmə prinsiplərini, funksiyalarını, metodlarını və üslublarını müəyyən etməklə yanaşı, onların təcrübi olaraq həyata keçirilməsi (icrası) mexanizmini də hazırlamış oldu.

  2. Klassik idarəetmə məktəbinin müəyyən etdiyi menecmentin funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək olar: 1.planlaşdırma; 2.təşkiletmə; 3.motivləşdirmə; 4.nəzarət; 5.marketinq.
    1).Planlaşdırma - mahiyyət etibarı ilə görüləcək işin ardıcıllığının necə, hansı vaxtda, hansı vasitə ilə yerinə yetirilməsini qabaqcadan müəyyənləşdirməkdir.
    2).Təşkiletmə - həm texnoloji, həm də idarəetmə üzrə bütün strukturların müəyyən edilməsi və icra mexanizminin (bölmələrin, şöbələrin, vəzifələrin və s.) müəyyən edilməsidir.
    3).Motivləşdirmə - bütün idarəetmə prosesinin icrası üçün stimul yaratmaqla, görüləcək işlərin real həyata keçirilməsini təmin etməkdir.
    4).Nəzarət - görülən və görüləcək işlərin hamısını planla müqayisəli şəkildə yoxlamaq, əldə edilmiş nəticəni standartla (layihə, norma, əmr, sərəncam və s.) tutuşdurmaq və qərar qəbul etmək üçün imkan yaratmaqdır.
    5). Marketinq — bazarın cari və gələcək tələbatını öyrənmək və tələbata uyğun məhsulun istehsalını təşkil etməklə bazarda tələb-təklif nisbətini tarazlaşdırmağı təmin etməkdir.

  3. Klassik idarəetmə məktəbinin müəyyən etdiyi üsullar (metodlar) aşağıdakılardır:
    İqtisadi üsul. İşçilərin marağını ödəmək yolu ilə onların işə cəlb edilməsi. Bunun üçün iqtisadi təsir və tədbirlər tətbiq edilir. Əsasən maddi maraq prinsipinə əsaslanır.
    İnzibati üsul. İqtisadi üsuldan fərqli olaraq, burada məcburiyyət vardır. Hər bir işçi müəyyən qanunlara, əmrlərə tabe olmalı və plana, norma və normativlərə əməl etməlidir.
    Sosial-psixoloji üsul. İqtisadi və inzibati üsullardan fərqli olaraq, bu üsulda hər bir fərdin, qrupun və kollektivin sosial və psixoloji durumunu nəzərə alınmaqla onların tələbatının ödənilməsi nəzərə alınır.
    İdeoloji üsul. Firmanın müsbət imicinin yaradılması və qorunması ideologiyası bütün işçilər tərəfindən qəbul edilir.
    Klassik idarəetmə məktəbinin müəyyən etdiyi üslublar aşağıdakılardır:
    1).Avtokrat üslub. İnzibati idarəetmədə tətbiq olunan mövqedir. Qanunçuluğa, məcburiyyətə və vahid liderə üstünlük verilir. Mənfi tərəfi odur ki, bu üslubda lider, digər işçilərin bütün hüquqlarını poza bilir.
    2).Liberal üslub. Bütün hüquqlar rəhbər tərəfindən xətti rəhbərlərə və işçilərə verilir. Rəhbər işin son nəticəsinə diqqət yetirir. Bu halda, heç bir fərdin hüququ pozulmur. Mənfi cəhəti odur ki, nəticədə anarxiya yarana bilər.
    3).Demokratik üslub. Avtokrat və liberal üslublar arasında elə mövqedir ki, hər iki üslubun mənfi cəhətlərini atıb, müsbətlərini saxlayır.
    İnzibati (klassik) idarəetmə məktəbi idarəetmə prinsiplərini aşkarladı, idarəetmə funksiyalarını təsvir etdi və təşkilatın bütünlüklə idarə olunmasına sistemli yanaşmanı izah etdi. Bu məktəb: 
    idarəetmə prinsiplərini;
    — idarəetmə quruluşunu (strukturunu);
    — idarəetmə funksiyalarını;
    menecmentin metodlarını;
    menecmentin üslublarını elmi surətdə müəyyənləşdirdi və bərqərar etdi.

Yüklə 19,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin