DÖVLƏT BÜDCƏSİNİN FUNKSİYALARI, PRİNSİPLƏRİ VƏ BÜDCƏ SİSTEMİ
Büdcə aşağıdakı funksiyaları həyata keçirir:
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;
İqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;
Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;
Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.
Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyaları vasitəsilə həyata keçirir. Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər həlqələrindən heç biri vəsaitlərin yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrrası, ərazilərarası və s.) və çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və xərc təyinatlı göstəricilərdə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin hərəkəti bölgü funksiyasının əasını təşkil edir. Inkişaf etmiş ölkələrdə müxtəlif səviyyəli büdcələr vasitəsilə ÜDM – un 30 – 50 % - ə qədəri yenidən bölüşdürülür. Azərbaycan Respublikasında isə ÜDM – un bölgüsündə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 16 % , xərclərinin isə xüsusi çəkisi 16,4 % olmuşdur. Büdcə vasitəsilə ÜDM – un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir – birilə sıx əlaqədə olan ikitərəfli prosesdir: