Büdcə vəsaitlərinin gəlirləri və xərclərinin balanslaşdırılması;
Maliyyə göstəricilərinin sosial – inkişaf proqramının göstəriciləri ilə uyğunluğunun təmin edilməsi.
Büdcə planlaşdırılması dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən həyata keçirilir. Büdcə planlaşdırılmasının əsasları Konstitutsiya və dövlət qanunları vasitəsilə müəyyən edilir.
Büdcə prosesinin məzmunu ölkənin dövlət və büdcə quruluşu ilə, dövlət orqanları ilə və hüquqi şəxslərin büdcə hüquqları ilə müəyyən edilir. Büdcə prosesinin bütün mərhələləri bir- birlə əlaqədardır və cəmiyyətin nəinki iqtisadi, həmçinin siyasi mədəniyyətini bilavasitə əks etdirir.