Tələbə: Mustafayeva Naidə Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 223,01 Kb.
səhifə4/7
tarix26.11.2023
ölçüsü223,01 Kb.
#136253
1   2   3   4   5   6   7
anatomiya

Eşitmə-müvazinət üzvü.Eşitmə üzvünün funksiyası səs dalğalarını havadan tutub, eşitmə siniri oyanıqlığına çevirmək, müvazinət üzvünün funksiyası isə orqanizmin müvazinət dayanıqlığını, gövdənin fəzada yerləşmə vəziyyətini müəyyənləşdirmək və saxlamaqdır. Anadangəlmə bu üzvlərin hər ikisi daxili qulağın içindəki labirintdə yerləşir.
Qulaq 3 hissədən ibarətdir.
Xarici qulaq-səs dalğalarını toplayan seyvandan və ötürən xarici qulaq keçəcəyindən ibarətdir. Keçəcək daxilində toz və başqa hissəcikləri tutan tükcüklər, piy və qulaq kiri vəziləri vardır. Onların şirəsinin həmin hissəciklərlə birləşməsi nəticəsində yaranan qulaq kiri çənə oynağının hərəkət təkanı nəticəsində vaxtaşırı öz-özünə xaric olur.Yapışqanlığı çox olan kir yığışaraq, keçəcəkdə tıxac əmələ gətirir ki, bu da səs dalğalarının ötürülməsinə mane olaraq, eşitməni zəiflədir.Xarici və orta qulaq arasında qulaq pərdəsi-membran yerləşir.Təbil pərdəsinin səthi 70x90mm2 , qalınlığı 0,1mm olub,içə doğru basılmış qıfı xatırladır.
Orta qulaqda çəkic,zindan, üzəngi adlı sümükcüklər yerləşir.Çəkicin dəstəyi membranın iç tərəfinə söykənir, başqa ucu isə zindanla oynaq əmələ gətirir.Bir tərəfdən zindanla əlaqəli olan üzənginin başqa ucu orta və daxili qulaq arasını tutan daxili membranın oval pəncərəsinə söykənir.Təbil boşluğu hava ilə doludur. Orta qulağı burun-udlağa birləşdirən Yevstax borusu hesabına təbil boşluğunun təzyiqi atmosfer təzyiqi ilə bərabərləşir.Zökəm zamanı bu boru şişib tutulduğundan, qulaqda gərginlik, xışıltı eşidilir.Təyyarə ilə qalxıb-enərkən atmosfer havası ilə orta qulaqdakı hava təzyiqi arasında münasibət pozulduğundan qulaqda ağrı, küy və eşitmənin pozulması müşahidə edilir.
Sübut edilmişdir ki, qulaq keçəcəyinin xəstəlikləri zamanı gicgah sümüyü məməvari çıxıntısına,yaxud təpə sümüyünə dəyən səs dalğaları eyni yolla daxili qulağa ötürülə bilər.Bu isə eşitməni təmin edir.
Daxili qulaqda sümük və zarlı labirint ayırd edilir.Zarlı labirint sümük labirintin daxilində yerləşir, formaca bir-birinə müvafiqdirlər.Sümük labirint dəhliz, ilbiz və 3 ədəd yarımdairəvi sümük kanallardan ibarətdir.Ortada yerləşən dəhliz öndən ilbizlə,arxadan beş dəlik vasitəsilə yarımdairəvi sümük kanallarla birləşir.
Uşaq doğularkən eşitmə üzvləri tam formalaşmış olur.Daxili qulağın ölçüləri yaşla əlaqədar çox cüzi böyüyür, eşitmə kanalı divarlarında sümükləşmə-10, üzvlərin tam inkişafı isə 12 yaşadək davam edir.Eşitmə analizatorunun mərkəz hissəsinin təkmilləşməsi 6-7 yaşda tamamlanır.
Yenidoğulmuşun eşitmə yollarının seliklə tutulması onun eşitməsini nisbətən zəiflədir.Yenidoğulmuş körpə səsə qarşı diksinir, mimiki əzələlər gərilir, amma səs tərəfə dönmə olmur.Həyatın 7-8 günündə eşitmə hissi o qədər güclənir ki, səs qıcığına şərti refleks də yaranır.2-3-cü ayların arası eşitmə tam aydınlaşır, 3 aydan sonra danışığa reaksiya verir, müxtəlif səsləri fərqləndirir, gözünü qırpır,6-cı aydan qulaq asır, 7 aylığında səsləri differensiasiya qabiliyyəti yaşlılara yaxınlaşır.
Uşaqlar 3-5 aylıqda12 musiqi tonu, 4-5 aylıqda 13-14, 5-ci ayın axırında 7-10, 6 aylıqda isə 3-4 səs tonu arasındakı fərqi ayırd edə bilir.
Böyüdükcə eşitmə həssaslığı dəyişir, südəmər 22000 hersli səs dalğalarını qəbul edir.Bu qabiliyyət sonradan 14 yaşadək müəyyən qədər zəifləyir, 19-20 yaşda yenidən artaraq ən yüksək həddə 22-32 min hersə çatır.Eşitmə itiliyi yaşlı və ahıllarda zəifləyərək 15000 hersə və daha aşağı enir.


Yüklə 223,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin