TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə128/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   124   125   126   127   128   129   130   131   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
147 
informasiyalara tətbiq edilidkdə yeni məna alan proseslər kimi dəyrələndirilir. Kontekstual 
nəzəriyəyə əsasən təlim o zaman baş verir ki, şagird öz bilik dairəsi çərçivəsində yeni 
informasiyalar və biliklər emal etsin. İnformasiyaların emalı məzmunda yeni məna 
axtarmaqla və həmin mənaları inandırıcı şəkildə əlaqələndirməklə həyata keçirilir.
Qavrama 
materialı başa düşmək, mənasını dərk etmək, dəyişmək, izah etmək
sözlərini dəyişmək, təsvir və ya şərh etməklə bağlıdır. Buraya aşağıdakılar aiddir:

Biliyin yeni kontekstə köçürülməsi;

İzah, təsvir, şərh (bir dildən və ya səs sistemindən digərinə dəyişmə);

Nümunələrin gətirilməsi;

Öyrənilmiş və ya tanış olan xassələrə görə təsnifat;

Yekunlaşdırma;

Qarşılıqlı əlaqənin yaradılması.
Tətbiqə 
məlumatdan istifadə etmək, yeni şəraitə metod və konsepsiyaları tətbiq 
etmək, məlum olan, müəllim tərəfindən verilən və müstəqil hazırlanmış təlimata əsasən 
tapşırığın icra olunması daxildir.
Təhlil 
ayrı
-
ayrı hissələrə bölünmə və bu hissələrin tama necə aid olunmasını təyin 
etmək, diferensiallaşma (tamın əsas hissələrə bölünməsi), sıralanma, xarakterik
xüsusiyyətlərin təyini və s. ibarətdir. Təhlildə əlaqələrin sezilməsi, hissələrin təşkili, qapalı 
mənaların anlaşılması, komponentlərin ayırd edilməsi fəaliyyətləri aparılır. Burada əsas 
fəaliyyətlərə təşkil, təhlil və müqayisə etmək, fərqləndirmək, ayırmaq, seçmək, sıralamaq, 
birləşdirmək, əqli nəticə çıxarmaq, sxematik təsvir etmək, izah etmək daxildir.
Sintez
yeni ideyaların yaranması üçün köhnə ideyalardan istifadə, verilmiş faktların 
ümumiləşdirilməsi və bir neçə sahə üzrə biliklərin əlaqələndirilməsidir. Buraya ayrı
-
ayrı 
hissələrdən yeni “məhsulun” yaradılması, müəyyən meyarlar üzrə fikirlərin, hipotezlərin, 
alternativ həllərin generasiya edilməsi, planlaşdırılma (fəaliyyət ssenarilərinin, 
tədqiqatların, eksperimentlərin yaradılması) aiddir.
Diaqnostik qiymətləndirmənin aparılması üçün təlimin məqsədlərinə uyğun üsul, 
vasitələr və fəaliyyət növlərindən istifadə olunur. Onlar cədvəl 3.3
-
də ümumiləşdirilir:

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin