TəLİMİn qanunauyğunluqlari və priNSİPLƏRİ


Pedaqoji ziddiyyət anlayışı



Yüklə 25,15 Kb.
səhifə7/9
tarix23.11.2022
ölçüsü25,15 Kb.
#119738
1   2   3   4   5   6   7   8   9
telimin prinsipleri

Pedaqoji ziddiyyət anlayışı. Pedaqoji prosesdə ziddiyyətlər məsələsi pedaqogikada köklü məsələlərdən biridir. Bu məsələnin düzgün başa düşülməsi və elmi şərhi pedaqogikanın digər məsələlərinin uğurlu həlli üçün xüsusi əhəmiyyət kəsb edir.
Ziddiyyətlər özlüyündə pedaqoji prosesin irəliyə hərəkətini ləngidən amillərdən biridir. Təlim və tərbiyədə, bütövlükdə pedaqoji prosesdə müşahidə olunan uyğunsuzluqlar, ziddiyyətlər aradan qaldırıldıqda hərəkətverici qüvvəyə çevrilir. Deməli, pedaqoji prosesin səmərəsini azaldan uyğunsuzluqlar onun ziddiyyətləridir. Bu cür ziddiyyətlərin aradan qaldırılması, dəf edilməsi isə pedaqoji prosesin hərəkətverici qüvvəsidir.
Pedaqoji prosesin ziddiyyətləri iki qrupa ayrılır: zahiri ziddiyyətlər və daxili ziddiyyətlər.
Zahiri ziddiyyətlər. zahiri ziddiyyətlər müxtəlif səciyyəli olur: tədris müəssisəsi qarşısında qoyulan vəzifələrlə onun imkanları arasında uyğunsuzluqlar; pedaqoji təsirlərlə sosioloji təsirlər arasında uyğunsuzluqlar; şəxsə ailənin təsiri ilə tədris müəssisəsinin təsiri arasında uyğunsuzluqlar; ayrı-ayrı müəllimlərin tələbəyə təsirləri arasında uyğunsuzlar və s.
Bu cür uyğunsuzluqlar, yəni ziddiyyətlər dərk edilmədikdə və ya onlara laqeydlik göstərildikdə təlim və tərbiyənin səmərəsi azalır.
Tədris müəssisəsinin və ailənin şagirdə təsirindəki fərq də pedaqoji işə mane olur. Tədris müəssisəsinin, müəllimlərin şagird qarşısında qoyduğu tələbələrin pedaqoji mənasını lazımınca başa düşməyən valideynlər, istər-istəməz pedaqoji işi çətinləşdirirlər. belə hallarda tədris müəssisəsi də, müəllim də şagirdlərin (tələbələrin) gözü qarşısında nüfuzdan düşə bilir. Bu səbəbdən də tədris müəssisəsi valideynlər arasında əlavə iş aparmalı olur, uyğunsuzluğu aradan qaldırır.
Zahiri ziddiyyətlər pedaqoji işi çətinləşdirərək onun səmərəsini azaldırsa, bu ziddiyyətləri vaxtında görmək, onları dəf etmək üçün əməli fəaliyyət göstərmək pedaqoji işin səmərəsini artırır, pedaqoji prosesin hərəkətverici qüvvəsinə çevrilir.
Pedaqoji prosesin cərəyan etdiyi mühit amillərindən ona təsir göstərərək gedişinin çətinləşdirən, lakin aradan qaldırılması mümkün olan uyğunsuzluqlar zahiri ziddiyyətlərdir.

Yüklə 25,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin