Təranə Əhmədova



Yüklə 75,45 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü75,45 Kb.
#105739
1   2   3   4
1 son dövrlərə qədər məşğul olduğu fəaliyyət sahələrini, peşəsini, dünyagörüşünii, 1 arzu və istəyini ifadə edir (2). Folklor genetik, funksional və obraz-məzmun 1 baxımmdan xalq həyatınm sosial və məişət təcizatları, mərasim, məişət ənənələri və 1 sabit təkrar olunan durumlarla əlaqədardır (3).

Xalq yaradıcılığmın qollanndan olan atalar sözləri, məsəllər və bayatılarda I xalqm həyatı, adət və ənənələri, davranış qaydalan, psixologiyası haqqmda genişl məlumata rast gəlmək olur. Atalar sözləri və məsəllərdə xalq hikməti, xalq zəkası, I xalqın əsrlərdən bəri əldə etdiyi sınaq və təcrübələrin nəticələri ümumiləşdirilir (4). 1 Cəmiyyətdəki əxlaqi normalar, cəmiyyət üzvlərinin davranış qaydaları tərbiyəl prosesində fornıalaşır. Uşaqlarda doğraçuluq, yaxşılıq etmək, zəhməti sevmək, çətin I anda bir-birinə arxa durmaq, mərd adamlarla dostluq etmək kimi keyfıyyətlər I aşılanır. Tərbiyəli olmaq, abır-həyalı dolanmaq, cəmiyyətdə özünü aparmaql qaydaları, uşaqlarda yaxşı vərdişlər tərbiyə edilməsi atalar sözləri, məsəllər vəl bayatılarda öz əksini tapmışdır.

Ağır otur, batman gəl. Yersiz danışmaqdan yerli gəyirmək yaxşıdır. Həyasızdan həyanı saxla və s.
Xalqın pisini damşma Pis deməyə çalışma, Oz pisinə arif ol, Özgənkinə alışma
Mən aşiqəm dürüs din, Dürüs iman, dürüs din, Ya məclisdə lal otur Ya dinirsən dürüs din.
Xalq ən yaxşı mənəvi keyfıyyətləri - vəfalı, vicdanlı olmağı, əməksevərliyi, dostluğu və yoldaşhğı, cəsarətli və təvazökarlığı təqdir etdiyi halda, insanın qəbahət və eyblərinə, tənbəlliyə, yalançılığa, boşboğazlığa, oğurluğa və qorxaqlığa öz nifrətini bildirir (5). Atalar sözlərində bu barədə deyilir: "Düzlük adama hörmət artırar", "Düzə zaval yoxdur", "Mərd ilə daş daşı, namərd ilə bal yemə" və s.

Hər bir xalqın şifahi yaradıcılığı həmin xalqın ictimai həyat tarixidir, çünki hər hansı bir xalqm şifahi xalq ədəbiyyatını öyrənməklə onun tarixinin mühüm cəhətlərini öyrənmək mümkündür (6). Azərbaycan xalqınm ən qədim adətlərindən

Azərbaycan Arxeologiyası 2003

Azerbaijan Archeology Vol.: 5 Num.: 1-4


olan ağsaqqallara hörmət və qonaqpərvərlik ictimai məişətin əsas institutlarmdandır. Adətlər ən çox ictimai şüurun əxlaq, din və hüquq kimi formaları ilə bağlı olub, əsasən məişət münasibətləri sahəsində təzahür edir (7).

Ağsaqqalların cəmiyyətdə yüksək mövqeyi patriarxal əsasa malik olan, kiçik-lərin böyüklərə tabeçiliyi ilə, kişilərin məişət həyatının bütün sahələrində hakim mövqe tutmaqları ilə şərtlənməsi həyatın özündən irəli gəlirdi (8). Ağsaqqallara hör-mət etmək xalqımızın ən qədim adətlərindən biridir.

Azərbaycan ailələrində erkən yaşlarından uşaqlarda böyüyə hörmət hissi tərbiyə olunurdu. Yüksək əsilli gənc belə ağsaqqal qocanm qarşısında ayaq üstə dunnalı, onun adını soruşmadan ən hörmətli yeri ona verməlidir (9). Gənclər ağsaq-qalların fıkirlərini yüksək qiymətləndirir, onların hörmətini qazanmaq istəyirdilər (10). Azərbaycanda ailə qurarkən, ev tikərkən ağsaqqalların xeyir-duasını alar, həm də məsləhətləşərdilər.

Azərbaycanda ev tikilərkən bünövrəyə qoyulan ilk daş müqqədəs bilinib eldə yurd daşı, "təməl daşı" adlanır. Əbədilik bina, yurd salmaq rəmzi sayılan evə xeyir-bərəkət, uğur gətirən kimi başa düşülən bu daşı bünövrəyə el ağsaqqalı qoyur. Daşm qoyulması münasibətilə el-oba ev tikdirəni təbrikə gəlir (11).

Böyük sözünü eşitməyən, böyüyün məsləhəti ilə oturub durmayan, axırda tutduğu işdən, əməldən peşman olan adamlara xalqımız, ulu sözünə baxmayan uluya-uluya qalar və ya "Adm nədir? Daşdəmir! Yumşalırsan yumşalır" deyərək rişxənd etmişdir (12).

Ictimai, bəzən də ailə məsələlərini adət əsasmda həll edən ağsaqqallar adi hüququn qoruyucularıdır (13). Böyüyə hörmət haqqında Azərbaycan folkloranda müdrik kəlamlar vardır: Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyük sözünə baxmayan çörək tapmaz. Ata-ana sözünə baxmayan külxanada yatar.

Azərbaycan xalqınm səciyyəvi cəhətlərindən biri də qonaqpərvərlik adətidir. i Qədim adətlərdən biri kimi qonaqpərvərlik özünün bütün gözəl xüsusiyyətlərini bu gün də saxlayır. Bu adəti pozanlar ictimai məzəmmətə, el qınağına məruz qalır və el
Yüklə 75,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin