Təranə Əhmədova



Yüklə 75,45 Kb.
səhifə4/4
tarix01.01.2022
ölçüsü75,45 Kb.
#105739
1   2   3   4
I qonaq uzaqdan gəlmişdirsə və tez-tez gələn qohumlardan deyilsə yaxın qohum və I qonşular onu qonaq çağırırlar. Qonaq düşdüyü evdə axşamlar, qonağın başına yaxm qohumları yığışar, onunla söhbətləşər, hal-əhval tutardılar. Hamı uzaqdan gələn ğa yeni xəbərlər müjdəçisi kimi baxırdı. Ləyaqətsizlik edən qonağm atmm uğunu kəsib yola salırdılar. Bunu ona görə edirdilər ki, onun özünü ləyaqətsiz I aparması haqqında hamı bilsin.


Azərbaycan Arxeologiyası 2003

Azerbaijan Archeology Vol.: 5 Num.: 1-4


Qonaqpərvərliyin mənəvi-etik xüsusiyyətləri bu günədək yaşamaqdadır.j Qonağa hörmət, qonaqpərvərlik adəti haqqında onlarla atalar sözləri və məsəllər mövcuddur:

«Qonaq evin gülüdür», «Qonaq evin xeyir-bərəkətidir», «Qonaqsız ev suyu sovulmuş (qurumuş) dəyirmana bənzəyir», «Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq» və s.

Qonağa ona görə yüksək hörmət var idi ki, qonaq gəldiyi ev, ailə və el haqqmda xəbərlər aparır, onların barəsində təssürat yaradırdı.

Məlumdur ki, keçmişdə yayılmış mənfı adətlərdən biri də qisasçılıq Cinayət və eləcə də qan intiqamı məsələlərinə adətən divan (məhkəmə) bax Lakin əhalinin böyük əksəri, qan intiqamını özü həll edirdi. Qan intiqamının ə səbəbləri: böyük maddi ziyan vurmaq, insan həyatma qəsd, qadm və qızın ləya tinin təhqir edilməsi idi. Intiqamın alınmasmda ölənin yaxın dostları (yoldaşları), həmtayfaları iştirak edirdilər. Qan intiqamınm həyata keçirilməsi üçün mü qoyulmurdu. Əgər cinayət təsadüfən baş vermişdisə, onda barışıq olurdu. Bə tərəfləri barışdırmaq üçün öldürənin bacısını və ya yaxın qohumunu ölənin qardaşı verirdilər. Çox az hallarda intiqam pul ödənişi ilə əvəz olunurdu.

Qan intiqammın ənənəsinin nümunəsi olan bu adət XtX əsr ədəbi əsərlərind N.Vəzirovun «Müsibəti-Fəxrəddin», Ə.Haqverdiyevin «Dağılan tifaq» və eləcə döj ı.Şıxlınm «Dəli Kür» əsərində öz əksini tapmışdır. Atalar sözləri və məsəllərində dal qisasçılıqla bağlı deyimlər var. Məsələn: «Düşməninə inanan özünə düşməndio), «Nahaq qan yerdə qalmaz», «Qanlını qan tutar», «Qam qan ilə yumazlar, qanı su ilə yuyarlar», «Qanlıdan qada əskik olmaz», «Buynuzsuz qoyunun qisasını buynuzlu qoçda qoymazlar», «Qardaşın qanını qardaşdan almazlar», «Çörək kəsənin çörəyini kəsərlər» və s.

Qisasçılıq Azərbaycan bayatılarmda da öz əksini tapmışdır.
Qaraquc ay qaraquc Qanadı ayrıc-ayrıc, Məni vuran bəy oğlu, Qan qussun ovuc-ovuc
Maralm gözü qanlı Yolun qan, izi qanlı, Balam gedib gəlməsə, Tutaram sizi qanlı
Mən aşiq qanlıları, Qan tutsun qanlıları Quduz qurda dönəydim Tutaydım qanlıları.
Ictimai məişətdə daxil olan problemlərdən biri də qohumluq münasibətləridir. Bu münasibətlər folklorda öz əksini tapmışdır. Məsələn, «Qardaş adamın pisini istəməz», «Qardaş yaman gündə arxadır».
Əzizi Qarasudur, Içməli qara sudur, Qardaş can yonqarıdır, Oğul göz qarasıdır.

Əziziyəm qardaşı Get dağlarda qar daşı Bayramı о gün olur Bacı görsə qardaşı.
Bulağın başı dayı Dibinin daşı dayı, Durum başma dönüm, Anam qardaşı dayı
Bayatılarından məlum olur ki, qohumluq münasibətləri əsasən yaxın qohumlar arasında olur, Bəzən yaxın qohumlar arasında gəliş-gediş olmayanda yadlaşma artır. Bu haqda bir atalar məsəlində deyilir: «Gedə-gedə yad olar, gələ-gələ övlad».

Beləliklə yuxarıda deyilənlərdən məlum olur ki, Azərbaycan folkloru ictimai məişətin öyrənilməsi üçün zəngin material mənbəyidir və onun tədqiq olunması üçün böyük köməkdir.
ƏDƏBİYYAT

  1. 0.1. Abdullayev. Ictimai münasibətlər sistemi və adət-ənənələr. Bakı, 1998, s.51.

  2. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. VI kitab. Bakı, 1981, s.26.

  3. B.H. Путилов Методология сравнительно-исторического изучения фольклора. Ленинград, 1976, с.203.

  4. R.Əfəndiyev. Azərbaycan şifahı xalq ədəbiyyatı. Bakı, 1992, s.106.

  5. Zinyət Əlizadə. Azərbaycan atalar sözlərinin həyatı. Bakı, 1985, s. 193.

  6. Azərbaycan Şifahi xalq ədəbiyyatma dair tədqiqlər. Bakı, 1961, s.128.

  7. O.I.Abdullayev. Ictimai münasibətlər sistemi və adətlər, s.51.

  8. Азербайджанцы. Историко-Этнографический очерк. Бакы, 1998, с.243.

  9. Дубровин Н. История войны и владычества русских на Кавказе, т.1. Очерк Кавказа и народов его населяющих, книга 1. Санкт-Петербург, 1871, с.74 .




  1. Азербайджанцы. Историко-этнографический очерк, с. 244.

  2. Azərbaycan folklorşünaslığı məsələləri. Bakı, 1989, s. 26.

  3. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, c.VII, Bakı, 1987, s. 18.

  4. Очерки общей этнографии. Азиатская часть СССР, с. 87.

Yüklə 75,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin