281
Təəssüb
1294. Təəssüb.
Quran:
«Kafirlər öz ürəklərində cahiliyyət təkəbbürünə və təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə Öz dərgahından xatircəmlik, qəlb rahatlığı göndərmiş və onlara təqva kəlməsini xoş etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!»900
Hədis:
4276. Allahın Peyğəmbəri (s): «Təəssübkeşlik edən və yaxud təəssübü çəkilən, iman halqasını öz boynundan açmışdır.»901
4277. Allahın Peyğəmbəri (s): «Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə təəssüb olarsa, Allah qiyamət günündə onu cahiyyət dövrünün ərəbləri ilə birgə dirildər.»902
4278. Allahın Peyğəmbəri (s): «Təəssübkeşliyə çağıran kimsə bizdən deyil. Təəssüb yolunda döyüşən də bizdən deyil. Təəssüblə ölən kimsə bizdən deyil.»903
4279. İmam Əli (ə) (İblisi pisləyərkən):–«Öz yaradılma səbəbinə (oddan olduğuna) görə Adəmə öyündü və əslinə, gövhərinə xatir, ona qarşı təəssübə qapandı. Bu, Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin və özünü böyük görənlərin başçısıdır. O, həm təəssübün bünövrəsini qoydu və həm də qüdrət, böyüklük üstündə Allahla çəkişməyə qalxdı, əyninə izzət paltarı geyinib təvazökarlıq nigabını uzağa atdı.»904
4280. İmam Səccad (ə) (Təəssübkeşliyə aid suala cavabından): «Sahibi ona görə günaha batan təəssübkeşlik budur ki, insan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saysın. Kimsənin öz qövmünü və camaatını sevməsi, təəssübdən deyil. Təəssüb odur ki, zülmdə öz qövmünə kömək edəsən.»905
1225. Bəyənilmiş təəssüb.
4281. İmam Əli (ə) (Qasiə xütbəsindən): «Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid ərəb ailələri və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır.Buna görə də qonşunun haqq hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin.» 906
4282. İmam Əli (ə): «Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin.»907
ioooooop
282
İsmət
1296.İsmət.
4283. İmam Əli (ə): «Hər kimə isməti ilham olunarsa, büdrəyişlərdən amanda qalacaqdır.»908
4284. İmam Səccad (ə) : «Bizim ailənin imamı məsumdan qeyrisi olmaz. İsmət elə bir şey deyil ki, insanın zahirində olsun və onun vasitəsilə tanınsın. Buna görə də məsum təyin olunmalıdır.» Ərz etdilər: «Ey Rəsulullahın övladı! Məsumun mənası nədir?» Həzrət buyurdu: «Məsum o şəxsdir ki, Allahın kəndirindən yapışsın. Allahın kəndiri, elə həmin Qurandır. Bu ikisi (məsum və Quran) qiyamət gününə qədər bir-birindən ayrılmaz. İmam Qurana tərəf üz tutar, Quran da İmama doğru. Bu Allahın buyruğudur. Allah buyurur: Bu Quran, doğru olana yol açır.»909
4285. İmam Sadiq (ə) (Məsumun mənası barədə Hişamın sualına cavabından): «Məsum o kəsdir ki, Allahın köməyi ilə özünü ilahi qadağalardan qorusun. Allah-taala buyurmuşdur: Hər kim Allaha görə ismətli olub Ona sığınsa,doğru yola yönəldilmişdir.»910
1297. İsmət yaradanlar.
4286. Allahın Peyğəmbəri (s): «Allah-taala ona itaət edən kimsəni (hər bir şərr və məkruhdan) qoruyar və Ona itaətsizlik edən isə Allah tərəfindən qorunmaz.»911
4287. İmam Əli (ə): «İbrət öyrənmək ismətə (və büdrəməməyə) gətirib çıxarar.»912
4288. İmam Əli (ə): «Günahlardan çəkinmək sağ ikən sənin ismət qaynağın və (günahdan) qoruyucun, ölümdən sonra isə məqamının Allaha yaxınlaşmasına səbəb olar.»913
4289. İmam Əli (ə): «İsmət təqva ilə bənzər olmuşdur.»914
4290. İmam Əli (ə): «Hikmətin özü bir ismətdir. İsmət isə bir nemətdir.»915
4291. İmam Əli (ə) (Münacatında):–«Xudaya! Günahdan çəkinmək üçün Sənin qorumağından başqa bir yol yoxdur. Yaxşı işlər bizlərə Sənin istəyindən qeyri yolla müyəssər olmur. Belə isə Sənin istəməyindən necə fayda götürüm? Sənin qorumağın dadıma çatmasa, özümü günahdan necə saxlayım?»916
4292. İmam Baqir (ə): «Allah-taala kimsənin xoş məramı olduğunu bildikdə, onu öz pənahında qoruyar.»917
4293. İmam Sadiq (ə) (İmamları vəsf edərkən):–«Büdrəyişdən qorunmuşlar, hər bir çirkinlik və alçaqlıqdan amandadırlar.»918
4294. İmam Sadiq (ə): «Biz Allahın fərmanının tərcumanlarıyıq. Biz məsum camaatıq.»919
4295. İmam Rza (ə): «İmam günahlardan pak və eyblərdən kənardır.»920
4296. İmam Rza (ə): «İmam məsumdur, (Allah tərəfindən) təsdiqlənib, uğurlanıb və möhkəmləndirilib.Hər bir xəta, büdrəyiş və səhvdən amandadır. Allah bu xüsusiyyətləri ona bəxş edib ki, bəndələrinə Allahın hüccəti, yaratdıqlarına isə sübutu olsun.»921
ioooooop
283
Böyük saymaq
1299. İbadətkarların böyük sayılması.
4297. Allahın Peyğəmbəri (s): «Əcəmlər kimi bir-birinizin ayağına qalx-mayın.»922
4298. Allahın Peyğəmbəri (s): «Özü oturmuş halda olduqda, camaatın onunçun ayağa qalxmasını istəyənin yeri oddur.»923
4299. Əbuzər (r.ə): «Gördüm ki, Salmanla Bilal Peyğəmbərə tərəf gəlirlər. Birdən, Salman Allahın Peyğəmbərinin (s) ayağına düşüb onu öpməyə başladı. Peyğəmbər onu bu işdən çəkindirib sonra buyurdu: Ey Salman! Əcəmlərin öz padşahları ilə gördüyü işi mənə qarşı etmə! Mən Allahın bəndələrindən biriyəm. Bəndə kimi xörək yeyir və bəndə kimi oturub dururam.»924
4300. İmam Əli (ə) («O Həzrətin (ə) Şam şəhərinə yolunun üstündə atlarından düşüb onun qarşısında qaçan Ənbarın torpaq sahiblərinə): «Bu nə işdir görürsünüz?» Dedilər: «Bu bir adətdir və bununla öz hökmdarlarımıza hörmətimizi bildiririk.» Həzrət buyurdu: «Allaha and olsun! Sizin hökmdarlarınız bu işdən fayda götürməzlər. Siz də dünyada özünüzə əziyyət verirsiniz və axirətdə isə bu əməlinizə görə bədbəxt olacaqsınız. Arxasında cəza olan əzab və məşəqqət necə də ziyanlıdır. Necə də faydalıdır oddan asüdəlik yaradan rahatlıq.»925
1300. Layiqli insana hörmət qoyulması.
Quran:
«Hər kəs Allahın mərasiminə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin paklığındandır.»926
«Hər kəs Allahın haram buyurduqlarını böyük sayarsa, Rəbbinin yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olan halda, murdar bütlərdən və yalan sözlərdən çəkinin.»927
Hədis:
4301. Allahın Peyğəmbəri (s): «Ağsaqqala, Quran bilənə və ədalətli rəhbərə ehtiram qoymaq Allahın cəlal və əzəmətinə hörmət etmək deməkdir.»928
4302. İmam Sadiq (ə) (Kiməsə hörmət üçün ayağa qalxmaq barədə verilən suala cavabından):–«Bu, təkcə dini şəxsiyyət üçün edilməsi istisna olmaqla bəyənilməyən işdir.»929
4303. İmam Kazim (ə): «Alimə elminə görə hörmət et və onunla çarpışma. Nadanı nadanlığına görə kiçik say, ancaq onu özündən qovma. Əksinə, özünə yaxınlaşdır və ona elm öyrət.»930
«Şəhidi əvvəl» özünün «Qaydalar» kitabına yazır: «Bu rəftar barədə əvvəlkilərdən bir şey nəql olunmasa da, möminin gündəlik adət-ənənələrə uyğun olaraq hörmət qoymasının eybi yoxdur. Bunun səbəbi ayə və rəvayətlərin ümumiliyidir. Allah-taala buyurur: «Hər kəs Allahın nişanələrinə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin paklığındandır.» Yenə də buyurur: «Hər kəs Allahın haram buyruqlarını böyük saysa, bu Rəbbi yanında onun üçün xeyirli olar.» Allahın Peyğəmbəri (s) də buyurmuşdur: «Bir-birinizə qarşı düşmənçilik və paxıllıq etməyin, bir-birinizə arxa çevirməyin və bir-birinizlə əlaqəni kəsməyin, ey Allahın bəndələri! Bir-birinizə qardaş olun.» Buna görə də hörmət üçün ayağa qalxmaq, əyilmək və bu qəbildən olan işlər caizdir. Bu işlərin görülməməsi düşmənçilik, əlaqənin kəsilməsi və möminə hörmətsizliklərlə nəticələnəcəyi halda yerinə yetrilməsi vacib olar. Əldə olan səhih rəvayətə görə Peyğəmbər (s) Fatimə (ə) üçün və Həbəşədən qayıdarkən Cəfər (ə) üçün ayağa qalxıb və Ənsarlara da buyurardı: «Sərvəriniz və öz böyüyünüz üçün ayağa qalxın!» Eyni zamanda nəql olunur ki, İkrəmə ibn Əbicəhl Yəməndən gələndə Allahın Peyğəmbəri (s) onun gəlməyinə şad oldu və onunçün ayağa qalxdı.»931
ioooooop
Dostları ilə paylaş: |