Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə



Yüklə 1,28 Mb.
səhifə13/17
tarix21.10.2017
ölçüsü1,28 Mb.
#8144
1   ...   9   10   11   12   13   14   15   16   17

Yeddinci bölmə: Aydınlıq



Birinci fəsil: Şübhələr

Fələstinin ərəb məsələsi olmaması

Bir çox ərəb hökumətləri Qəzzə hadisəsində və ondan öncəki digər hadisələrdə çox pis imtahan verdilər. Nə zaman Fələstin məsləsindən söz düşdüsə, daim dedilər ki, Fələstin məsələsi ərəb məsələsidir, əməl zamanı çatdıqda isə Fələstin məsələsi ümumiyyətlə, kənara qoyuldu. Fələstinə, fələstinliyə, özlərinin ərəb qardaşlarına kömək etmək əvəzinə hamısı geri çəkildilər, çox pis imtahan verdilər. Bunlar da tarixdə qalacaq. Bu cəzalar yalnız axirətə məxsus deyil, dünyada da belədir. Necə ki, Allahın mübarizə aparan sizlərə yardımı oraya məxsus deyil. Burada oxunan və cənab Xalid Məşəlin də təkrarladığı bu ayədə mələklər deyirlər: "Biz dünyada da, axirətdə də sizin dostlarınızıq".424 Buna əsasən, yalnız axirət üçün deyil, dünyada da Allahın mələkləri və mənəvi qüvvələri "Rəbbimiz Allahdır" - deyib sonra möhkəm dayanan425 şəxslərə kömək edirlər.426

Bəzi adamlar "Fələstin bir ərəb məsələsidir" – deyirlər. Bu sözün mənası nədir? Əgər məqsəd ərəblərin daha yaxın qohumluluq hisslərinin olduğu və daha çox xidmət və iş təqdim etmək istədikləridirsə, bu, xoşagələn bir şeydir və biz buna görə təbrik edirik. Lakin əgər bu sözün mənası bəzi ərəb dövlət başçılarının Fələstin xalqının "ey müsəlmanlar" fəryadına ən az diqqət belə yönəltməmələri, Qəzzə faciəsi kimi mühüm bir məsələdə işğalçı və zalım düşmənlə əməkdaşlıq etmələri və vəzifə çağırışının rahat buraxmadığı digər adamların başına qışqırıb "siz nə üçün Qəzzəyə kömək edirsiniz?" demələridirsə, heç bir qeyrətli və vicdanlı müsəlman və ərəb bu sözü qəbul etməz, onu deyəni məzəmmət edər.427
Altmışillik reallıq!

Fələstin məsələsində bəzi məsul şəxslərin etdiyi böyük sofistlik budur ki, İsrail adlı bir ölkə altmışillik bir reallıqdır və onunla razılaşmaq lazımdır. Mən bilmirəm bunlar nə üçün onların gözü qarşısında olan digər reallıqlardan dərs almırlar. Məgər Balkan ölkələri, Qafqaz və Cənub-Qərbi Asiya ölkələri səksən il kimliksizlikdən və keçmiş Sovetlərin bir hissəsinə çevrildikdən sonra yenidən öz kimliyinə qayıtmadı?!

Nə üçün İslam dünyasının bir parçası olan Fələstin yenidən özünün İslam və ərəb kimliyinə qayıda bilməz?! Nə üçün ən ayıq və ən müqavimətli ərəb gəncləri sırasında olan fələstinli gənclər öz iradələrini bu zalım reallığa qalib edə bilməzlər?!428

Bu gün bəziləri deyirlər ki, nə üçün Fələstin məsələsini müzakirə edirsiniz, bu məsələ bitmişdir. Mən deyirəm ki, Fələstin məsələsi əsla bitmiş deyil. Siz fələstinlilərin - torpaq sahiblərinin özlərinin və övladlarının həmişəlik öz torpaqlarından bayırda, yaxud daxildə olsalar da, məğlub bir azlıq kimi yaşayacaqlarını və işğalçı əcnəbilərin orada qalacaqlarını güman edə bilməzsiniz. Xeyr, belə bir şey yoxdur. Yüz il bir supergücün işğalı altında olan ölkələr – Qazaxıstan, Gürcüstan, Orta Asiyanın yeni müstəqil olmuş ölkələri SSRİ-nin, bəzisi isə daha öncə Rusiyanın ixtiyarında idilər. İndi bunlar yenidən müstəqil olub öz xaqlarına qayıtmışlar. Odur ki, bu, əlçatmaz deyil və mütləq baş tutmalıdır. İnşallah, baş tutacaq və Fələstin öz xalqına qayıdacaq.429


Fələstin xalqının yeganə xilas yolu İsraillə, Qərblə, yaxud beynəlxalq təşkilatlarla müzakirədən ibarətdirmi?

Başqa bir böyük sofistlik budur ki, Fələstin xalqının yeganə xilas yolunun müzakirədən ibarət olduğu deyilsin. Kiminlə müzakirə?! Gücdən başqa heç bir şey anlamayan işğalçı, hegemon və azğın bir rejimlə?! Bu oyun və hiylə ilə özlərini ümidvar edən şəxslər nə əldə etdilər?! Onlar sionsitlərdən muxtar hökumət adlı bir şey aldılar. Təhqiramiz və həqarət dolu mahiyyətindən əlavə:

Əvvəla, işğalçı rejimin təxminən bütün Fələstinə malik olmasını qəbul etməkdən ibarət ağır qarşılıqla bitdi;

İkincisi, həmin yarımçıq və yalançı hökuməti də bir çox yerlərdə puç bəhanələrlə ayaq altında tapdadılar. Yasir Ərəfatın Ramallahdakı iqamətgahının mühasirəsi, onun müxtəlif yollarla təhqir edilməsi unudulası məsələlər deyil;

Üçüncüsü, istər Ərəfatın dövründə, xüsusən də ondan sonra muxtar hökumətin başçıları ilə öz polis rəisləri kimi rəftar etdilər. Onların vəzifəsi fələstinli mücahidləri təqib etmək, tutmaq, yerlərini, fəaliyyətlərini izləmək idi. Beləliklə, Fələstin təçkilatları arasına kin toxumu səpib onları bir-birinin canına saldılar;

Dördüncüsü, bu cüzi nailiyyət də yalnız təslim olmayan kişi və qadınların qeyrətli müqaviməti və mücahidlərin cihadı sayəsində əldə edildi. Əgər intifazə olmasaydı, sionistlər Fələstinin ənənəvi başçılarının onların qarşısında əzildiyinə görə bu qədərini də heç zaman verməzdilər.

Yoxsa ABŞ və İngiltərə ilə müzakirə?! Bu xərçəng vəzisini yaratmaqda və dəstəkləməkdə ən böyük günaha onlar batıblar və özləri vasitəçi olmazdan öncə, münaqişə tərəfidirlər. ABŞ dövləti heç zaman özünün sionizm rejiminə və hətta onun aşkar cinayətlərinə, o cümlədən son Qəzzə macərasına qeyd-şərtsiz dəstəyini dayandırmamışdır.

Hətta Buş hökumətinin siyasətlərində dəyişiklik şüarı ilə iş başına gəlmiş yeni ABŞ prezidenti də İsrailin təhlükəsizliyinə dair qeyd-şərtsiz öhdəlikdən dəm vurur; yəni dövlət terrorizmini, zülm və zorakılığı, iyirmi iki gün ərzində yüzlərlə fələstinli kişi, qadın və uşağın qətliamını müdaifə. Bu elə Buş dövrünün yanlışlığıdır, ondan geri qalmır.

Birləşmiş Millətlər Təşkilatına bağlı qurumlarla müzakirə də başqa bir qısır cəhətdir. Birləşmiş Millətlər Təşkilatı bəlkə Fələstin məsələsi kimi az məsələdə belə ifşaedici və rüsvayçı sınağa məruz qalmışdır.

Təhlükəsizlik Şurası bir gün təhlükəli terror qruplarının vasitəsilə Fələstinin işğalını sürətlə rəsmən tanıdı, bu tarixi zülmün yaranmasında və davam etməsində əsaslı rolu oynadı. Ondan sonra bir neçə onillikdə həmişə soyqırımlar, deportasiyalar, müharibə və digər cinayətlər qarşısında razılıq sükutu etdi və hətta Baş Məclisin sionizmin irqçi olmasına dair rəyilə də nəinki razılaşmadı, hətta əməldə tam təkzib etdi. Təhlükəsizlik Şurasında daimi uzvlüyü olan hegemon dövlətlər bu beynəlxalq təşkilatdan alət kimi istifadə edirlər.

Nəticə budur ki, bu şura dünyada təhlükəsizlik işinə nəinki kömək etmir, hətta harada insan hüquqları, demokratiya, yaxud bu kimi digər dəyərlər onun daha artıq istismarçılığına vasitə olursa, köməyə gedir və onların qanunsuz işlərinə hiylə və yalandan pərdə asır.

Fələstinin xilası Birləşmiş Mİllətlər Təşkilatına, yaxud istismarçı güclərə və təbii ki, işğalçı rejimə dilənçiliklə də baş tutmayacaq. Xilas yolu yalnız dirəniş və müqavimətdir; fələstinlilərin söz tövhidi (birliyi) və tükənməz cihad ehtiyatı olan tövhid sözü ilə.430


Qəzzə məsələsinin lokal məsələ olmaması

Bu gün İslam dünyasında Qəzzə məsələsini şəxsi və lokal bir məsələ hesab edən hər kəs indiyə qədər xalqların evini yıxan dovşan yuxusuna düçar olmuşdur. Xeyr, Qəzzə məsələsi təkcə Qəzzəyə aid deyil, regionun məsələsidir. Hələlik orada zəif nöqtə olduğundan hücumu oradan başlayıblar. Əgər uğur qazansalar, regiondan əl çəkməyəcəklər. Fələstinin ətrafında olub kömək edə bilən, amma etməyən müsəlman hökumətləri səhvə yol verirlər. İsrailin mismarı bu regionda nə qədər dərinə batsa, hegemonizmin hökmranlığı nə qədər çox olsa, bu hökumətlərin bədbəxtliyi, zəifliyi və xarlığı da bir o qədər artıq olacaq. Nə üçün bilmir və xalqları da öz arxalarınca rəzalətə sürükləyirlər?! Xar, müti və asılı bir hökumət bir xalqı müti, xar və asılı edir. Buna görə də, xalqlar özlərinə gəlməlidirlər.431


Fələstinlilərdən daha fələstinli?

Mən özüm prezidentlik dövrümdən ərəb ölkələrinin bəzi başçıları ilə bu problemim olub. Bir söz deyirdim, amma onlar deyirdilər ki, biz fələstinlilərdən daha fələstinli deyilik, özləri nə istəsələr, o da olmalıdır. Əlbəttə, o zaman sülh müzakirələri bu formada deyildi, lakin əlamətləri görünürdü.

Əvvəla, Fələstin məsələsi İslam dünyasına aid bir məsələdir, siyasi, təhlükəsizlik və iqtisadi cəhətlərdən əlavə, ilahi və islami məsələdir. Amma əgər kiminsə Allaha etiqadı olmasa və yalnız Fələstin xalqı üçün iş görmək istəsə də, Fələstin xalqının nə dediyinə baxmalıdır. Bu gün Fələstin xalqı - işğalçı dövlətin zindanlarında olanlar, xiyabanlarda, Əqsa məscidində, bazarlarda və bütün işğal olunmuş torpaqlarda şüar verib əməliyyat keçirənlərdir. Tamahlanaraq sülh sazişinə imza atan kiçik bir azlıq Fələstin xalqı deyil ki, biz fələstinlilərdən daha fələstinli olmadığımızı deyək. Mənim yadımdadır, 13-14 il öncə ərəb hökumətlərindən biri - mən indi adını çəkmək istəmirəm - o zaman fəsada doğru gedən bir hökumət olduğunu göstərmirdi; çünki inqilabçı keçmişi vardı. O bu sözü dedi. Mən o zaman bunların xətdən yayındığını duydum. Sonra isə tamamilə yayındılar.432
İslamın sülh dini olması

Fələstin hadisəsinin həqiqəti uzun illərdir İslam Respublikasının açıq və əsaslandırılmış şəkildə bəyan etdiyidir. Qlobal güclərə bağlı və onların muzduru olan bir banda və qrup həmin əlaqələrinə güvənərək Fələstin torpağını işğal etdilər. Bunu kimsə inkar edə bilərmi?! Bu gün Fələstində bizim işğal olunmuş torpaqlarımızda yaşayan bu bir neçə milyon sionistin neçə nəfəri fələstinlidir?! Ataları Fələstində olub, yaxud özləri Fələstində doğulublar?! Mənfur məqsədlərlə müxtəlif yerlərdən gəlmiş və regionda hegemon güclərin nüfuzunun asanlıqla genişlənməsi üçün buranı bazaya çevirmiş əcnəbilərdir. Bu, işğal deyil?! Bu, zülm deyil?! Bu, qınanmalı deyil?! Əgər bir qrup gedib başqasının evini, şəhərini tutsa, bu, hər hansı bir din və məzhəbin ardıcılı olan azadlıqsevərlərə, adi və insaflı insanlara görə pis deyil?! Biz "sionistlər işğalçıdırlar, zalımdırlar" dedikdə səhv söz dedik?! Torpaqları işğal olunan və məzlum edilən bir xalq uzun illər mübarizə aparıb. Öz torpaqlarını müdafiə etmək üçün mübarizə aparan şəxs terrorçudur, yoxsa qəhrəman?! Hegemon dünyanın hər tərəfindən rəsmi qurumlar sionistlərin özlərinə məxsus və ya sionizmə bağlı oliqarxların əlində olan mediada uzun illər dayanmadan təkrarlayıblar ki, bunlar terrorçudurlar, nə üçün vuruşurlar. Nəhayət, bir-iki il öncədən bu işləri hazırlayıb adını sülh qoyublar. Bu, sülhdür?! O kişi də orada bizim üçün islamşünas olub deyir ki, Quran "sülh edin" demişdir. Bu, sülhdür?! Bu sülhü İslam və Quran demişdir?! Biri digərinə zülm edir və sonra məzlumu məcbur edirlər ki, onun zülmünü qəbul et! Halbuki zalım tərəfdən azca güzəşt də görünmür və öz zülmünü azaltmır. Bu, sülhdür, yoxsa rəzillik?! Bu, zülmə təslim olmaqdır. Bu, müqəddəs İslam şəriətində haram və bəyənilməz buyurulan zülmü qəbul etməkdir.433


Fələstinlilərin torpaqlarının sionistlərin vasitəsilə pulla alınması

O vəziyyətin əksi burada baş verdi. Burada dünya gücləri bu böyük işğala və bənzərsiz zülmə kömək etdilər. Onlar müasir dünyada və hətta keçmişdə də misli görünməmiş bu hərəkətə yardımçı oldular. Daha acınacaqlısı budur ki, Fələstin xalqını öz torpaqlarından qovmaq adi şəkildə baş tutmadı. Bir zaman gəlib torpaqlarını satın alırlar, pulunu verirlər və deyirlər ki, gərək gedəsiniz. Əlbəttə, bu da zülmdür, işğaldır, lakin belə də etmədilər. Gecə vaxtı gedib bir kəndi əhalisi ilə birgə yandırdılar. Kim bacardısa, özünü xilas etdi, kim qaldısa, yandı. Deyr-Yasin, Kəfər Qasim faciələri, sionistlərin kəndləri yandırması gerçəkdir. Bu işi gördülər. Sionistlərin bu yaxınlarda cəhənnəmə vasil olan və ölümünə görə amerikalıların təəssüfləndiyi keçmiş Baş naziri434 Fələstin kəndlərinin və evlərinin yandırılmasında əli olmuş şəxslərdən idi. Dünya təbliğatı lal oldu və bu acı hadisəni demədi ki, dünya xalqı dünyanın bu küncündə nə baş verdiyini anlamasın. Köməksiz və məzlum bir xalq zorakılıqla, quldurluqla, yalanla və hiylə ilə üz-üzə qaldı. Bu yalan, hiylə, zorakılıq və quldurluq bu günə qədər də davam edir.435


İsrailin məhvinin mümkün deyil?!

Biz müasir tariximizdə elə ölkələr tanıyırıq ki, əlli, yaxud altmış il əcnəbi dövlətlərin ixtiyarında olublar, sonra dünyanın vəziyyəti dəyişib və işğalçılar kənara çəkiliblər. SSRİ-nin parçalanması ilə nə qədər ölkə öz sahiblərinə və xalqlarına qayıtdı. Bu, mümkündür və yeni bir şey deyil. Bu bizim öz dövrümüzdə və gözümüz önündə baş vermişdir. Bu, baş tutmalıdır; gec, yaxud tez baş tutacaq.436


Fələstin xalqı nasibidirmi?

Fələstini müdafiə məsələsində - bu, bir misaldır - heç bir ölkə və heç bir hökumət İslam Respublikasının tozuna çatmadı. Bunu bütün dünya təsdiqlədi. Elə oldu ki, bəzi ərəb ölkələrinin narahatlıqdan fəryadları ucaldı; dedilər ki, İran burada öz məqsədləri üçün çalışır. Təbii ki, fələstinlilər buna etina etmədilər. O cümlədən, Qəzzə məsələsində - bir neçə ay öncəki iyirmi iki günlük müharibədə İslam Respublikası bütün səviyyələrdə - rəhbərdən, prezidentdən və müxtəlif məmurlardan tutmuş adi xalq yürüşlərinə, pula, yardıma - hər şeyə qədər məzlum və müsəlman fələstinli qardaşların xidmətində durdular. Bu işlərin qızğın çağında birdən gördük ki, bir virus törəyib çoxalmaqdadır: daim bəzi böyüklərin, bəzi din alimlərinin və görkəmli insanların yanına gedib deyirlər ki, cənab, siz kimə kömək edirsiniz, qəzzəlilər nasibidirlər. Nasibi Əhli-beytin düşmənidir. Bəziləri də inandılar. Mesajlar gəldi ki, bəs deyilənə görə, bunlar nasibidirlər. Dedik ki, lənət sənə, kor şeytan! Qəzzədə İmam Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) məscidi var, İmam Hüseyn (ə) məscidi var. Bunlar necə nasibidirlər?! Bəli, sünnidirlər, amma nasibi deyillər. Belə danışdılar, belə işlər gördülər.437


Müsəlman, məsihi və yəhudilərin Qüdsdə birgə yaşaması

Biz müsəlmanları birliyə dəvət edirik. Bu birlik nə məsihilərin əleyhinədir, nə də digər din və xalqların. Bu, təcavüzkarlarla, işğalçılarla və müharibə törədənlərlə mübarizə, əxlaq və mənəviyyatın icrası, məntiqin və İslam ədalətinin dirçəldilməsi, İslam izzətinin yenidən əldə olunması, elmi və iqtisadi inkişaf üçündür. Bütün dünyaya xatırladırıq ki, Raşidi xəlifələr dövründə Qüds müsəlmanların əlində olanda məsihi və yəhudilər tam dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Amma indi, sionistlərin, yaxud sionist səlibçilərin hökmranlığı altında olanda görün müsəlmanların qanını necə sorurlar!438


Bitərəflik haqda yanlış təsəvvür

İslam Respublikasının mövqeyinə gəlincə, İslam Respublikasının məsul şəxslərinin elan etdiyi bu mövqe tam islami və inqilabi mövqedir, xalq əleyhinə təcavüzlərin pislənməsidir. Bəziləri bitərəflik sözünü səhv izah etməyə çalışırlar. Biz inqilabın əvvəlindən Şərq və Qərb arasında bitərəf olmamışıq, həmişə hər ikisinə qarşı vuruşmuşuq. Məgər belə deyil?! Şərq və Qərb də bizim əleyhimizə birləşmiş və vuruşmuşdur. Şərq və Qərbin hələ bir-biri ilə barışmadığı zaman bizim inqilabımızın şüarı "nə şərqçi, nə qərbçi" olmuşdur; yəni hər ikisinin inkarı və hər ikisinə müxaliflik. Bunun mənası bitərəflik deyil, biz heç zaman solun xeyrinə sağla və ya sağın xeyrinə solla düşmənçilik etməmişik.439


Bizim həm işğalçı dövlətlə, həm də onun xalqı ilə düşmənliyimiz

Bir nəfər peyda olub İsraildə yaşayan xalq barədə fikir bildirir. Əlbəttə, bu, yanlış fikirdir. Bizim İsrailin xalqı ilə dünyanın digər xalqları kimi dost olmağımızın deyilməsi düzgün deyil və məntiqsizdir. Məgər İsrail xalqı kimdir?! Evin, torpağın, tarlanın, ticarətin işğalını törədən şəxslərdir. Sionizm qoşununun qələbəliyini bunlar yaradırlar. Müsəlman xalqın İslam dünyasının əsas düşmənlərinin bu şəkildə aləti olan şəxslərə laqeyd qalması düzgün deyil. Xeyr, bizim yəhudilərlə heç bir problemimiz yoxdur; məsihilərlə də heç bir problemimiz yoxdur. Dünyada din sahibləri ilə heç bir problemimiz yoxdur. Lakin Fələstin torpağını işğal edənlərlə problemimiz var. İşğalçı da yalnız sionist hökumət deyil. Bu, quruluşun, inqilabın və xalqın mövqeyidir. Bu, başqa ölkələrlə fərqlənir. Onların xalqları işğal olunmuş torpaq üzərində oturmayıblar. Yəhudi qəsəbələri bu gün İsrail xalqı deyilənlərlə doldurulmuşdur. Qondarma sionizm dövləti bunları fələstinli müsəlmanlar əleyhinə silahlandırıb ki, fələstinlilər bu qəsəbələrə yaxınlaşmağa cürət etməsinlər.440



İkinci fəsil: Məqamlar

Fələstini müdafiənin fiqhi əsası

Bu məsələnin İslam hökmü aydındır. Müsəlmanların heç birinin Fələstin məsələsinin hökmü barədə şühbəsi yoxdur. Bu, cihad mövzusunun araşdırıldığı bütün fiqh kitablarında göstərilmişdir. Əgər kafirlər gəlib müsəlmanların şəhərini tutsalar, yaxud mühasirə etsələr, müsəlmanların qədim və yeni fəqihlərinin heç biri bu yerdə eyni441 cihadın vacib olmasına şübhə etməmişdir. Bütün İslam məzhəbləri bunda həmrəydirlər. İbtidai cihad kifai vacibdir, müdafiənin ən aşkar nümunəsi olan müdafiə cihadı eyni vacibdir.

Belə aydın və əhəmiyyətli bir məsələyə bu gün İslam dünyasında ikinci dərəcəli bir məsələ kimi baxılır. Əlbəttə, birinci günah müsəlmanların başçılarının boynuna düşür. Əgər müsəlmanların rəhbərləri və müsəlman dövlət başçıları bir yerdə və ciddi şəkildə Fələstinin xilasına qərar versələr, bacararlar.442
İranın İsraillə əlaqəsi varmı?

Ötən on bir il ərzində beynəlxalq qurumlar nə zaman İslam Respublikasının sözünün xalqlar arasında nüfuzundan çox qorxmuşlarsa, İslam Respublikasına bir neçə ittiham irəli sürmüşlər. Biz onların işinin qaydasını bilirik. Nə zaman dünyada bu bir neçə ittihamın çox yayıldığını görürüksə, hegemon güclərin İslam Respublikasının nüfuzundan çox qorxduqlarını anlayırıq. Haradasa bizim xəbərimiz olmayan hadisələr də baş verə bilər. Onlar xəbərdardırlar və qorxaraq bir neçə ittiham irəli sürürlər:

Bir ittiham İsraillə əlaqədir. Müsəlman xalqların işğalçı İsrail üzərində həssas olduqlarını və həmçinin sözün həqiqi mənasında və səmimi şəkildə müsəlman xalqlarla həmrəy olan dövlətin birinci növbədə İslam Respublikasının olduğunu bilirlər. Bilirlər ki, bizim böyük və mərhum imamımız hərəkatın əvvəlində İsraillə mübarizəni əsas prinsip seçmişdir. Buna görə də, İslam Respublikasının nüfuzunu azaltmaq məqsədilə bir dezinformasiya, şayiə düzəldib deyirlər ki, İslam Respublikası ilə İsrail alış-veriş etmişdir.

Bu onların həmişə atdıqları böhtanlardan biridir. Maraqlı və qəribəsi odur ki, bu böhtanlar ətrafında ajiotaj yaradanların özlərinin İsraillə açıq, yaxud gizli əlaqələri var. Regionun İsraillə gizli və məxfi əlaqələri olan bəzi mürtəce dövlətləri radiolarında bu məsələni şok xəbər kimi qabardırlar. Biz elan edirik ki, hətta bir gün və bir saat da işğalçı, qanunsuz və xəbis İsrail dövləti ilə dostluq etməmişik, onlara məhəbbət göstərməmişik, ən kiçik və zəif əlaqəmiz olmayıb və olmayacaq.443


Son Peyğəmbərə qarşı təhqir

Bir neçə il öncə Avropa rəhbərlərindən biri mənimlə görüşdə məsihi-müsəlman müharibəsindən danışdı, mən etiraz etdim. O, çox nüfuzlu adam olmasa da, ABŞ-a bağlı və onun ardıcılı olduğundan bu söz məndə həssaslıq yaratdı. Bu gün görürəm ki, sionizm əlləri məsihi dünyasında və Avropada bu işə zəmin hazırlayırlar. Ay yarım, yaxud iki ay öncə bir qəzetdə dərc olunmuş təhqir bir müddət ötdükdən sonra nə üçün Mərkəzi və Qərbi Avropa ölkələrində yenidən çap olunmalı idi?! Bu işdə məqsəd nədir?! Hansı əl bunu edir?! Müsəlman xalqlar yerində və zamanında reaksiya verdilər və verməlidirlər də. Son Peyğəmbərin müqəddəs varlığı İslam dünyasının bütün eşq və məhəbbətlərinin yönəldiyi mərkəz, bütün İslam məzhəblərinin birlik meyarıdır. Müsəlmanların təəssübkeşliyi, reaksiyası lazım idi. Lakin hamı bilsin ki, bu mitinqlər, müsəlmanların bu vacib və müqəddəs qəzəbi dünya məsihiləri əleyhinə deyil, sionistlərin gizli və xəbis əlləri əleyhinədir. Onlar hegemon dünyanın siyasətçilərini oyuncağa çevirmişlər. Çoxlu media və informasiya vasitələri də onların ixtiyarındadır. Onlar bu gün ABŞ dövlətinə tam hakimdirlər və Avropada da fəaliyyət göstərirlər. Onlar Fələstində vurulduqda, Həmasın qələbəsi onları ən ağır şoka saldıqda məğlubiyyət və rüsvayçılıqlarının əvəzini başqa şəkildə çıxmaq istəyirlər.444





Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin