Təsdiq edilmişdir Sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi qaydas I



Yüklə 0,61 Mb.
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#83618
növüQaydalar

Dərc edilməməlidir

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 10 iyul

tarixli 226 nömrəli qərarı ilə



sdiq edilmişdir

rnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mülki aviasiyanın təhlükəsizliyinin təmin olunması, mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının, mülki hava gəmisinin ələ keçirilməsinin (hava gəmisinin girov götürülməsinin, dağıdılmasının, qaçırılmasının, partladılmasının) qarşısının alınması, həmçinin hava gəmisinin ekipaj üzvlərinə və sərnişinlərinə qarşı hücum aləti kimi istifadə edilə bilən və ya fövqəladə aviasiya hadisəsinin baş verməsinə səbəb ola bilən silah, döyüş sursatı, təhlükəli əşya, qurğu və maddələrin vaxtında aşkar olunması və onların mülki hava gəmisinin bortuna keçirmək cəhdlərinin qarşısının alınması üçün sərnişinlərə, onların əl yükünə və baqajlarına baxış keçirilməsi üzrə tədbirləri nəzərdə tutur.

1.2. Aviasiya təhlükəsizliyi baxımından sərnişinlərə, onların əl yükünə və baqajlarına baxışın keçirilməsi mülkiyyət formasından asılı olmayaraq, hava gəmisi istismarçıları tərəfindən yerinə yetirilən bütün daxili və beynəlxalq reyslərdə tətbiq edilir.

1.3. Aviasiya təhlükəsizliyi üzrə baxışdan keçməmiş sərnişinlər, onların əl yükü və baqajları hava gəmisinə buraxılmır. Daşınması qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş əşya və maddələrin hava gəmisində aparılmasına görə sərnişinlər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

1.4. Sərnişinlərə, onların əl yükünə və baqajlarına baxışın keçirilməsinin təşkil edilməsinə görə məsuliyyət hava limanında aviasiya təhlükəsizliyi xidmətinin üzərinə düşür. Aviasiya təhlükəsizliyi xidməti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarında və tövsiyə olunan təcrübəsində, həmçinin bu Qaydada nəzərdə tutulan baxış üzrə prosedur və normaların yerinə yetirilməsini təmin edir.

1.5. Hava limanı kompleksinin binalarında, agentliklərdə, biletlərin satış yerlərində sərnişinlərə müvafiq məlumatların çatdırılması üçün xüsusi lövhələr asılır, yaddaş kitabçaları paylanılır, aviabiletlərin üzərində qeydlər aparılır və radioyayım şəbəkəsi ilə mütəmadi olaraq aşağıdakıları əks etdirən məlumatlar elan olunur:

1.5.1. sərnişinlərin, ekipaj üzvlərinin aviasiya təhlükəsizliyinin təminatı, həyat və sağlamlıqlarının qorunması üçün hava gəmisinin salonlarında partlayıcı, zəhərləyici, tezalışan, radioaktiv və digər təhlükəli maddə və əşyaların daşınması qadağan edilir;

1.5.2. hava gəmisinin salonlarına daşınması qadağan olunmuş maddə, əşya və məmulatların keçirilməsinin qarşısının alınması və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanlarında sərnişinlərə, onların əl yükünə, baqajına və şəxsi əşyalarına baxış keçirilir;

1.5.3. hava gəmisində daşınması qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş əşya və maddələrin aparılmasına görə sərnişinlər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;

1.5.4. baxışdan keçməyən və yaxud şəxsiyyəti təsdiq edən sənədi olmayan sərnişinlər daşınmaya buraxılmırlar.
2. Sərnişinlərə aviasiya təhlükəsizliyi üzrə baxışın keçirilməsinin təşkilinə dair tələblər və prosedurlar
2.1. Sərnişinlər təhlükəsizlik zonalarına daxil olana və yaxud hava gəmisinə qalxanadək baxışdan keçirlər.

2.2. Sərnişinlərə, onların əl yükünə və baqajlarına baxışın keçirilməsi hava limanının xüsusi təchiz edilmiş aviasiya təhlükəsizliyi üzrə baxış məntəqələrində həyata keçirilir.

2.3. Hər bir hava limanında baxış məntəqələrinin, eləcə də baxış zamanı tətbiq edilən texniki vasitələrin sayı sərnişindaşımanın həcmindən, reyslərin sayından və hava limanının konstruktiv (layihə) quruluşundan asılı olaraq müəyyən edilir. Baxış məntəqələri sanitariya-gigiyena normalarına cavab verməli, kondisioner, ventilyasiya, işıqlandırma və ehtiyat elektrik qidalanma sistemi ilə təchiz olunmalıdır.

2.4. Təyin olunan müddətdə sərnişinlərə yüksəkkeyfiyyətli baxışı təmin etmək məqsədi ilə hava limanında aviasiya təhlükəsizliyi xidmətinin işçilərinin ştat sayı hava limanının iş rejimindən, sərnişindaşımaların həcmindən, baxış məntəqələrinin texniki təchizatından asılı olaraq müəyyən edilir. Hər bir baxış məntəqəsinə işçilər ayrılır və baxış qrupuna rəhbər təyin olunur.

2.5. Sərnişinlərə baxış keçirilən məntəqələrdə ilboyu baxış keçirən qrupun əməkdaşlarının normal iş şəraitini və baxış zamanı tətbiq edilən texniki vasitələrin işlək vəziyyətini təmin edən temperatur rejiminə riayət olunmalıdır.

2.6. Baxış məntəqələrinin hasarlanması və onlara olan keçidlər (giriş və çıxışlar) elə quraşdırılmalıdır ki, sərnişinləri yola salanlar və digər şəxslər baxışdan keçmiş sərnişinlərlə əlaqə yarada, eləcə də baxışın keçirilmə prosesini müşahidə edə bilməsinlər.

2.7. Hava gəmisinin bortuna baxışdan keçməyən şəxsin daxil olmasının qarşısının alınması məqsədi ilə hər məntəqədə keçidin eni 1 (bir) nəfər üçün nəzərdə tutulmalıdır. Məhdud girişli kritik zonadan minik üçün açılan qapı isə daim qıfılla bağlı olmalıdır.

2.8. Baxış məntəqələrinin girişində “BAXIŞ MƏNTƏQƏSİ” sözləri yazılmış lövhə asılmalıdır.

2.9. Baxış məntəqələrinin qarşısında, görünən yerdə hava gəmisinin salonlarında daşınması qadağan olunmuş təhlükəli əşya və maddələrin siyahısı yerləşdirilir.

2.10. Baxış məntəqələri aşağıda göstərilənlərlə təchiz olunmalıdır:

2.10.1. baxış zamanı tətbiq olunan xüsusi texniki vasitələrlə;

2.10.2. xüsusi baxış keçirmək üçün xüsusi otaqlarla (kabinələrlə);

2.10.3. baxış keçirmək üçün masa və oturacaqlarla;

2.10.4. baxış qrupunun xidməti sənədləri üçün xüsusi saxlanc yerləri ilə;

2.10.5. saatla, tibbi dərman qutuları, telefon rabitəsi və gizli siqnalizasiya sistemi ilə.

2.11. Baxış prosesi elə təşkil olunmalıdır ki, sərnişinə baxış prosesində istifadə olunan standart və prosedurların təhlil edilməsi mümkün olmasın.

2.12. Sərnişinlərə xidmət göstərən hava limanının və aviamüəssisələrin personalının, eləcə də mülki aviasiya sahəsində vəzifələri yerinə yetirən idarə, müəssisə və təşkilatların işçilərinin ümumi əsaslarla baxışdan keçmədən baxış məntəqələrindən keçməsi və orada olması qadağandır.

2.13. Baxış məntəqəsi fəaliyyət göstərmədiyi dövrdə etibarlı şəkildə bağlanmalıdır.

2.14. Sərnişinlərə baxışın keçirilməsi buna səlahiyyəti olan, xüsusi hazırlıq keçmiş, sertifikatlaşdırılmış, lazımi ixtisasa, biliyə və təcrübi vərdişlərə malik olan aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.

2.15. Baxış keçirən zaman baxış qrupu müəyyən edilmiş xidməti geyim formasında olmalıdır.

2.16. Baxış üzrə personalın işinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə növbə ərzində müntəzəm olaraq, onların baxış məntəqəsində yerinə yetirdikləri vəzifələr dəyişdirilir.

2.17. Aviasiya təhlükəsizliyi xidməti personalının sərnişinlərə baxış məntəqəsində iştirakı yalnız baxışın keçirilməsi müddətində tələb olunur.

2.18. Aviasiya təhlükəsizliyi baxımından sərnişinlərə baxış aşağıdakı növlərə bölünür:

2.18.1. ümumi əsaslarla baxış (fiziki baxış);

2.18.2. xüsusi baxış.

2.19. Aviasiya təhlükəsizliyi baxımından sərnişinlərə baxış aşağıda göstərilən üsullarla həyata keçirilir:

2.19.1. əllə;

2.19.2. texniki vasitələrlə;

2.19.3. əllə və texniki vasitələrlə.

2.20. Sərnişinlərə aviasiya təhlükəsizliyi baxımından baxışın keçirilməsi prosedurları həmin sərnişinlərə nəzarətin təmin edilməsini nəzərdə tutur və bu prosedurlar onların qeydiyyatının başlanılması ilə eyni vaxtda başlanılır. Bu mərhələdə aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən əsaslı surətdə yoxlanılması tələb olunan sərnişinin və onun baqajının aşkar olunması məqsədi ilə sərnişinə və onun baqajına ilkin müşahidə tədbirləri həyata keçirilir, həmçinin yük bölməsinə daşınma üçün verilən baqaj qeydiyyat dayağında xüsusi yoxlama üçün ayrılır və sərnişinlərə onların baqajlarına aid suallar verilir.

2.21. İlkin müşahidənin nəticəsinə əsasən hərtərəfli yoxlanılması tələb olunan şəxslər barədə baxış məntəqəsinə əvvəlcədən məlumat verilir və ya sərnişinin biletində, yaxud minik talonunda şərti nişanlar qoyulur.

2.22. Baxış məntəqəsində sərnişinlərə baxış aşağıda göstərilən ardıcıllıqla həyata keçirilir:

2.22.1. minik talonları, aviabiletlər yoxlanılır və onlar sərnişinin şəxsiyyətini təsdiq edən sənədlərlə (1 nömrəli əlavə) tutuşdurulur. Baxışı keçirən əməkdaşın sərnişinlə və onun uçuşu ilə bağlı əlavə sualı yarandıqda, həmin əməkdaş daşımaların təşkilinə (qeydiyyata) cavabdeh növbənin əməkdaşına və ya aviaşirkətin nümayəndəsinə müraciət edir;

2.22.2. sərnişinlərə üst geyiminin (palto, plaş, kürk, gödəkcə, pencək), bel kəmərinin və onların üzərində olan bütün metal əşyaların, siqaretlərin, alışqanların, həmçinin hava gəmisinin salonunda daşınması qadağan olunmuş təhlükəli maddələrin, məmulatların və əşyaların çıxarılaraq xüsusi sinilərə qoyulması təklif edilir;

2.22.3. sərnişin stasionar metalaxtaran qurğudan keçirilir.

2.23. Sərnişinlərə baxış zamanı texniki avadanlıqda xəbərdaredici siqnal işə düşdükdə, bunun səbəbləri araşdırılaraq aradan qaldırılır. Bu aşağıda göstərilən üsullarla həyata keçirilir:

2.23.1. sərnişinlər əllə əlavə baxışdan keçirilir;

2.23.2. sərnişinlər bu Qaydanın 2.22.2-ci yarımbəndinin tələblərinə əməl edilməklə, təkrarən stasionar metalaxtaran qurğudan keçirilir.

2.24. Sərnişinlərə baxış zamanı texniki avadanlıqda xəbərdaredici siqnal işə düşmədikdə belə, əlavə təhlükəsizlik tədbiri kimi, seçmə yolu ilə (10 faizdən az olmayaraq) sərnişinlərə əllə baxış həyata keçirilir.

2.25. Əl metalaxtaranından istifadə etməklə, sərnişinlərə baxışın keçirilməsi yalnız əlavə təhlükəsizlik tədbiri kimi qəbul edilir və bu prosedur əllə baxış növünü əvəz etmir.

2.26. Əllə baxış zamanı əvvəl sərnişinin üst geyimi (palto, plaş, kürk, gödəkcə, pencək) və onda olan əşyalar yoxlanılır. Sonra sərnişinin üst geyimi və həmin əşyalar kənara qoyularaq, onun öndən və arxadan bədəninin və paltarının müəyyən edilmiş ardıcıllıqla bütün sahələri yoxlanılır.

2.27. Sərnişinlərə əllə və texniki vasitələrlə baxış zamanı qanunvericiliyə əsasən gömrük orqanlarına bəyan olunmalı hər hansı bir əşya aşkarlandıqda, bu barədə dərhal gömrük orqanının əməkdaşı məlumatlandırılır.

2.28. Ölkə hüdudlarından kənara çıxarılan şəxslərə (deportasiya olunan sərnişinlərə) baxış ümumi əsaslarla həyata keçirilir.
3. Sərnişinlərə əllə baxışın keçirilməsi qaydası
3.1. Sərnişinlərə əllə baxışın keçirilməsi zamanı aşağıda göstərilənlərə riayət olunmalıdır:

3.1.1. yoxlanılan sərnişin baxışı keçirən əməkdaşla üzbəüz dayanmalıdır;

3.1.2. sərnişində üst geyimi (palto, plaş, kürk, gödəkcə, pencək), kitab və başqa əşyaları olduğu hallarda bu əşyalar yoxlanılmalı və kənara qoyulmalıdır. Həmin əşyalar yalnız əllə baxış bitdikdən sonra sərnişinə qaytarılmalıdır;

3.1.3. qadın və kişi sərnişinlərə aviasiya təhlükəsizliyi xidmətinin eyni cinsdən olan əməkdaşları tərəfindən baxış keçirilməlidir.

3.2. Sərnişinlərə əllə baxış aşağıdakı ardıcıllıqla həyata keçirilir:

3.2.1. baş geyimi, saçlar əllə və ya vizual olaraq yoxlanılır;

3.2.2. üst geyiminin kürək, yaxalıq, yaxa, çiyin, cib (daxili və xarici) və qol hissələri ardıcıllıqla yoxlanılır;

3.2.3. qalstuk, jilet, bluzka, köynək və sviter (cibləri də daxil olmaqla) əllə yoxlanılır;

3.2.4. şalvarın və yubkanın kəməri, cibləri, manjeti və tikiş yerləri ardıcıllıqla yoxlanılır;

3.2.5. əllə baxış zamanı ayaqqabılara xüsusi diqqət yetirilir və ayaqqabıların üst səthi sıxılaraq yoxlanılır;

3.2.6. yoxlama zamanı qeyri-adi, qabarıq görünən yerlərə daha ətraflı baxış keçirilir;

3.2.7. qoltuq nahiyəsinə, sinəyə, aralığa, bel ətrafı sahəyə, paltarla örtülmüş ayaq və topuğa xüsusi diqqət yetirilir.

3.3. Texniki vasitələrlə sərnişinlərin ayaqqabılarına baxış iki üsulla həyata keçirilir:

3.3.1. hündürdaban və iri platformalı ayaqqabılar çıxarılaraq, səbətə qoyulur və rentgen qurğusundan istifadə edilməklə baxışdan keçirilir;

3.3.2. digər ayaqqabılar isə çıxarılmadan, xüsusi texniki vasitələrdən istifadə edilməklə baxışdan keçirilir.

3.4. Əlil (qoltuqağacı və ya əlil arabasından istifadə edənlər) və bədəninin hər hansı hissəsinə gipsdən sarğı qoyulmuş sərnişinlər, həmçinin çox qiymətli və ya incə əşyalar aparan şəxslər ümumi əsaslarla baxışdan keçirilirlər. Belə hallarda sərnişinlər tərəfindən istifadə edilən alətlərdə, həmçinin sərnişinin bədənində silah, digər təhlükəli qurğu və ya əşya gizlədilmədiyinə əmin olmaq lazımdır. Bu sərnişinlərin apardıqları əşya (qoltuqağacı, əlil arabası və s.) və əl yükü əllə baxışdan keçirilir.

3.5. Baxışdan yayınmaya meyilli olan, həmçinin daşınmasına icazə olmayan əşyanı gizlətməyə cəhd edən sərnişinlərin əllə baxışdan keçirilməsi məcburidir.

3.6. Aviasiya təhlükəsizliyi xidməti əməkdaşlarının sərnişinləri xüsusi baxışdan keçirmək hüququ vardır.

3.7. Sərnişinə xüsusi baxış aşağıda göstərilən hallarda keçirilir:

3.7.1. konkret reysi yerinə yetirən və ya müəyyən istiqamətdə uçan hava gəmisinin girov götürülməsinə və ya qaçırılmasına hazırlıq barədə məlumat daxil olduğu halda;

3.7.2. sərnişində daşınmaya icazə verilməyən silahın, döyüş sursatının, partlayıcı qurğunun, əşyanın və maddələrin olması barədə məlumat daxil olduğu halda;

3.7.3. sərnişinin əl yükündə silahın, döyüş sursatının, partlayıcı qurğunun, maddənin və əşyaların aşkar edildiyi halda;

3.7.4. aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən şəxsi müşahidə üsulu ilə sərnişinin cinayət niyyətinin və ya onda daşınmaya icazə verilməyən silahın, döyüş sursatının, təhlükəli maddə və əşyaların olmasının mümkünlüyü barədə şübhə doğuran hərəkətlər aşkar olunduğu və ya sərnişinin uçuşdan imtina etdiyi halda.

3.8. Xüsusi baxış təcrid edilmiş yerdə, sərnişinlə eyni cinsdən olan aviasiya təhlükəsizliyi xidmətinin iki əməkdaşı tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır. Bu məqsədlər üçün xüsusi otaqlar olmadıqda, səyyar şirmalardan (üzərinə parça və digər materiallar çəkilmiş çərçivə aralıqlardan) istifadə edilir.

3.9. Xüsusi baxış keçirilən zaman sərnişinin üzərində çətin yoxlanılan hissələrə, eyni zamanda paltarın qadağan olunmuş əşyaların gizlədilməsi üçün istifadə oluna biləcək yerlərinə (pencəyin astarına, çiyinliyə, baş geyiminə, dini baş örtüyünə, qalstuka, cibə, yaxalığa, kəmərə, ayaqqabının dabanına və boğazına) xüsusi diqqət yetirmək lazımdır.

3.10. Sərnişinlərə xüsusi baxış keçirilən zaman qadağan olunmuş əşyalar gizlədilə bilən adi predmetlər (kitab, qəzet və s.) onlardan götürülməlidir. Həmin predmetlər sərnişinə yalnız xüsusi baxışdan sonra qaytarılır.

3.11. İnsan bədənini yoxlayan skaner qurğusu ilə təchiz edilmiş hava limanlarında sərnişinlərin üzərində qadağan olunmuş əşyanın olmamasına tam əminliyin yaranması məqsədi ilə baxış prosesində həmin avadanlıqdan (Avropa Mülki Aviasiya Konfransının (ECAC-ın) 30 nömrəli sənədinin 4.1.1.8-ci bəndinin “d” yarımbəndinə uyğun olaraq insan hüquqlarının müdafiə olunması, o cümlədən sərnişinlərə skaner qurğusu vasitəsilə baxışın eyni cinsdən olan əməkdaşlar tərəfindən həyata keçirilməsi, həmçinin skaner qurğusunun həmin sənədin 12.10.2-ci bəndində nəzərdə tutulan standartlara cavab verməsi şərtilə) əlavə baxış metodu kimi istifadə olunur.

3.12. İnsan bədənini yoxlayan skaner qurğusu stasionar metalaxtaranda xəbərdaredici siqnalın yaranmasına səbəb olan sərnişinlərin, həmçinin xəbərdaredici siqnal yaratmayan sərnişinlərin bir qisminin yoxlanılmasında əlavə baxış metodu kimi istifadə olunur.

3.13. İnsan bədənini yoxlayan skaner qurğusundan baxış prosesində istifadə edərkən, hər bir sərnişinin yoxlama müddəti 60 saniyədən çox olmamalıdır.

3.14. Gecikən sərnişinlərə (tranzit və transfer reysləri ilə uçan sərnişinlər də daxil olmaqla) baxışın sadələşdirilməsi qadağandır.

3.15. Baxışdan keçməmiş şəxslər məhdud girişli kritik zonaya buraxılmırlar.

3.16. Aviasiya təhlükəsizliyi baxımından baxışdan keçən sərnişinlərlə (şəxslərlə) baxışdan keçməyən sərnişinlər (şəxslər) arasında təmas olduqda və qarışma halları baş verdikdə, həmin sərnişinlərə hava gəmisinə minməzdən əvvəl təkrar baxış keçirilir.

3.17. Hər hansı bir sərnişin şəxsən özünə və üzərində olan əşyalara aviasiya təhlükəsizliyi baxımından baxışın keçirilməsindən imtina etdikdə, onun hava gəmisində daşınmasına icazə verilmir və həmin sərnişinin uçuşa buraxılmamasına dair akt (4 nömrəli əlavə) tərtib edilərək, hüquq mühafizə orqanlarına təhvil verilir.

3.18. Sərnişinlərə aviasiya təhlükəsizliyi baxımından baxış keçirildiyi andan hava gəmisinin bortuna minənədək nəzarət təmin edilir.


4. Psixi pozuntusu olan sərnişinlərə dair tədbirlər
4.1. Psixi pozuntusu olan şəxs, onun uçuş müddətində ehtimal olunan arzuolunmaz hərəkətlərinin qarşısını almaq üçün kifayət qədər fiziki gücə, onu sakitləşdirmə vərdişlərinə, həmçinin həkimin müvafiq icazəsi ilə sakitləşdirici vasitələrə malik olan tibb işçisinin müşayiət etdiyi hallarda hava gəmisində daşınmaya buraxılır.

4.2. Hava gəmisində daşınması zamanı psixi pozuntusu olan şəxsin sakitləşdirici dərmanlar qəbul etməsi tələb olunduqda, uçuş müddətində tibb işçisi tərəfindən həmin sərnişinə verilən müvafiq sakitləşdirici dərmanın effektiv təsir etdiyi vaxtın reysin təyinat hava limanına çatmasına mütənasib olması nəzərə alınmalıdır.

4.3. Psixi pozuntusu olan şəxs uçuşa qeydiyyatdan əvvəl hava limanının tibb məntəqəsində qeydiyyata alınmalı və hava limanının tibb xidməti işçisinin müşayiəti ilə və aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşının iştirakı ilə təyyarəyə qədər aparılmalıdır.

4.4. Hava limanının tibb xidməti personalının rəyinə əsasən, aviasiya təhlükəsizliyi xidməti və istismarçı psixi pozuntusu olan şəxslərin hava gəmisində daşınmasından imtina etmək hüququna malikdir.


5. Xüsusi diqqət tələb olunan sərnişinlər və onlara baxışın

keçirilməsi qaydası
5.1. Xüsusi diqqət tələb olunan sərnişinlər aşağıdakılardır:

5.1.1. beşiklərdə olan körpə uşaqlar;

5.1.2. hamilə qadınlar;

5.1.3. fiziki qüsurlu şəxslər;

5.1.4. əlil arabalarında olan sərnişinlər;

5.1.5. bədəninin hər hansı hissəsinə gipsdən sarğı qoyulmuş sərnişinlər;

5.1.6. dini baxışlarına görə əllə baxışın keçirilməsinə icazə verməyən sərnişinlər.

5.2. Xüsusi diqqət tələb olunan sərnişinlərə baxış aşağıdakı qaydada həyata keçirilir:

5.2.1. körpə uşaqlara əllə və ya əl metalaxtaranı ilə baxış keçirilməsi üçün beşiklərdə olan körpə uşaqlar valideynlərin əllərinə götürülməlidir;

5.2.2. körpəni valideyndən ayıra biləcək hərəkətlərin edilməsi barədə valideynlərə müraciət olunmamalıdır;

5.2.3. beşiklərə rentgen qurğuları vasitəsilə baxış keçirilməlidir;

5.2.4. hamilə qadınlar ümumi əsaslarla baxışdan keçirilməlidirlər. Lakin hamilə qadın əl metalaxtaranı, stasionar metalaxtaran və ya insan bədənini yoxlayan skaner qurğusu vasitəsilə baxışa dair narahatlığını bildirərsə, ona xüsusi otaqda baxış keçirilməsi təşkil edilməlidir;

5.2.5. fiziki qüsurlu şəxslərə keçirilən baxışın həcmi onların fiziki qüsurlarının xarakterinə uyğun olmalıdır;

5.2.6. fiziki qüsurlu şəxslərə baxışın keçirilməsi qaydaları izah olunmalıdır;

5.2.7. fiziki qüsurlu şəxslərə baxış prosedurlarına dair narahatlıq keçirib-keçirmədiklərinə və onlara necə yardım edilməsinə dair suallar verilməlidir;

5.2.8. fiziki qüsurlu şəxslərin baxış prosedurlarına dair şəxsi xahişləri olduqda, onlara xüsusi otaqda baxış keçirilməsi təşkil edilməlidir;

5.2.9. əlil arabalarında olan sərnişinlərə əllə baxış keçirilməli, əlil arabalarının arxa və alt hissələri vizual, əl metalaxtaranı və ya partlayıcı maddə buxarlarını aşkarlayıcıları (analizatorları) ilə yoxlanılmalıdır;

5.2.10. sərnişinin bədəninin gipsdən sarğı qoyulmuş hissəsinə əl metalaxtaranı ilə, digər hissələrinə isə əllə baxış keçirilməlidir;

5.2.11. çəlik və qoltuqağacları kimi əşyaları baxış üçün götürməzdən əvvəl, sərnişinin ayaq üstə sərbəst dura biləcəyinə əmin olmaq lazımdır;

5.2.12. görmə qabiliyyəti məhdud olan sərnişinin əl yükünə baxış onu müşayiət edən şəxsin iştirakı ilə keçirilməlidir;

5.2.13. dini baxışlarına görə əllə baxışın keçirilməsinə icazə verməyən sərnişinlər üçün baxışın keçirilməsi xüsusi otaqda təşkil edilməlidir.
6. Sərnişinlərin qarışması zamanı tətbiq edilən prosedurlar
6.1. Baxışdan keçmiş sərnişinlərin baxışdan keçməmiş sərnişinlərlə aşkar edilmiş və ya güman edilən qarışması hallarında həmin qarışmanın aşkar edildiyi və ya güman edildiyi yerlər (boşaldıldıqdan sonra), oradakı sərnişinlər və onların əl yükü təkrar baxışdan keçirilir.

6.2. Sərnişinlərin qarışması aşağıdakı hallarda baş verdikdə, bu Qaydanın 6.1-ci bəndində göstərilən tələblər şamil edilmir:

6.2.1. eyni hava gəmisində yola düşən ekipaj üzvləri ilə qarışdıqda;

6.2.2. eyni hava gəmisində yola düşən tranzit sərnişinlərlə qarışdıqda;

6.2.3. bu Qaydaya uyğun olaraq baxışdan keçmiş digər şəxslərlə qarışdıqda;

6.2.4. sərnişinlərdən asılı olmayan səbəblərdən baş verdikdə.

6.3. Sərnişinlərin aеrоvağzal binasından hava gəmisinə çatdırılması zamanı nəqliyyat vasitəsindən istifadə edildikdə, yalnız baxışdan keçmiş sərnişinlərin bu nəqliyyat vasitəsinə minməsi təmin edilir.
7. Əl yükünə baxışın keçirilməsi qaydası
7.1. Əl yükünə baxışın keçirilməsində əsas məqsəd hava gəmisində daşınması qadağan olunmuş əşyaların vaxtında aşkar olunmasından ibarətdir.

7.2. Əl yükünə baxış keçirilərkən, aşağıdakı hallarda əl yükü mütləq açılıb baxılmalıdır:

7.2.1. əl yükündə qanunsuz müdaxilə aktının törədilməsi üçün istifadə oluna biləcək hər hansı bir əşya və maddələr varsa;

7.2.2. əl yükündə maye halında hər hansı maddə varsa (həcmi 100 ml-dən artıq olduğu təqdirdə).

7.3. Əl yükünə rentgen qurğusu vasitəsilə baxış zamanı aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı aşağıda göstərilən tədbirləri yerinə yetirir:

7.3.1. rentgen qurğusundan keçərkən, bütün elektron və elektrik qurğuların (fərdi elektron hesablama maşınları, mobil telefonlar) radiomaneələrdən təcrid olunması üçün həmin avadanlıqların əl yükündən çıxarılmasının və sinilərə yerləşdirilməsinin zəruriliyi barədə sərnişinləri xəbərdar edir;

7.3.2. ekranda aydın təsvirin alınması üçün əl yükünün rentgen qurğusunun konveyerində lazımi formada yerləşdirilməsini təmin edir;

7.3.3. rentgen qurğusunun monitorunda yaranan əl yükünün tərkibinin təsvirini təhlil edir;

7.3.4. əllə baxışın keçirilməsi üçün içərisində daşınması qadağan edilmiş əşyaların ola biləcəyi çantaları seçir;

7.3.5. baxış üzrə əməkdaşa (əl yükünə nəzarətçiyə) yükün açılması yolu ilə əl yükünə əllə baxışın keçirilməsi barədə göstəriş verir.

7.4. Sərnişinin qadağan olunmuş əşyanı əl yükünə qoyması və yaxud oradan götürməsi imkanının qarşısının alınması məqsədi ilə texniki vasitələrdən istifadə etməklə, sərnişinə baxış əl yükünə baxışdan əvvəl keçirilir.

7.5. Əl yükünə baxışın keçirilməsi zamanı adi rentgen qurğusundan istifadə etdikdə, baxılan əşyanın hər bir hissəsinin təsviri monitorda 5 saniyədən az olmamaqla əks etdirilməli və diqqətlə öyrənilməlidir. Baxış zamanı 12 saniyə ərzində əl yükündə daşınması qadağan olunmuş əşyaların olmamasının müəyyən edilməsi mümkün olmadıqda, həmin əl yükünə əllə baxış keçirilir.

7.6. Çantanın təsvirinin düzgün təhlil edilməsi üçün əsas diqqət aşağıda göstərilənlərə yönəldilməlidir:

7.6.1. çantada partlayıcı qurğuların tərkib hissələrinin gizlədilə biləcəyi ciblərə və ya açıq qabarıq metal hissələrin mövcudluğuna;

7.6.2. rentgen qurğusunun monitorunda rentgen şüasının nüfuz edə bilmədiyi obyekti və ya hissəni göstərən və həmin yerdə partlayıcı qurğunun gizlədilməsi ehtimalı olan hər hansı tutqun obyektin, yaxud hissənin təsvirinə (belə çantalar əllə baxışdan keçirilir).

7.7. Radioaparatlara və teleaparatlara, audio və video texnikaya, portativ kompyuterlərə ayrı-ayrılıqda baxış keçirilməlidir.

7.8. Foto və kino aparatlarda çəkiliş lenti olmayan hallarda onlara mövcud texniki vasitələrlə və futlyarların (üzlüklərin) yoxlanılması ilə baxış keçirilməlidir. Aparatda çəkiliş lenti olduğu halda onun sahibinə lentin yığılaraq, kameranın baxış keçirmək üçün boşaldılması təklif olunur.

7.9. Musiqi alətlərinin üzlükləri çıxarılaraq (futlyarlar açılaraq), müvafiq baxış vasitələrindən istifadə edilməklə, onların bütün oyuq və boşluqlarına baxış keçirilməlidir. Daxili boşluqlara xüsusi güzgülü ləvazimatlar və qurğular vasitəsilə baxış keçirilməlidir.

7.10. Baxış zamanı hava gəmisinə partlayıcı qurğuların, silah və daşınması qadağan edilən digər təhlükəli əşya və maddələrin keçirilməsində istifadə oluna biləcək termoslara, radioaparatlara və teleaparatlara, audio və video texnikaya, kompyuterlərə, iriölçülü oyuncaqlara, çətirlərə, kitab və digər əşyalara xüsusi diqqət yetirilməlidir.

7.11. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı sərnişinlərin və baqajın qeydiyyatı, həmçinin baxış zamanı sərnişinlərə hava gəmisinin salonunda daşınması qadağan olunmuş əşyaların yük bölməsində daşınmasını təklif etməlidir. Sərnişin bundan imtina etdikdə, həmin əşyalar götürülməli və bu barədə akt (2 nömrəli əlavə) tərtib edilməlidir.

7.12. Sərnişinlərdə elektron oyunlar, portativ videokameralar, video maqnitofonlar, mobil telefonlar və digər elektron cihazlar olduğu halda, aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı və aviaşirkətin nümayəndəsi sərnişinləri bu cihazlardan hava gəmisində istifadə edilməsinin qadağan olduğu barədə xəbərdar etməlidir.

7.13. Kitab, çətir, çəlik və qoltuqağacları kimi əşyalara xüsusi diqqət yetirilməlidir. Həmin əşyaların təhlükəsiz olmalarına tam əminlik məqsədi ilə onlar rentgen qurğusu ilə yoxlanılırlar.

7.14. Konteynerlərin üzərində yağ ləkələrinin və ya kiçik oyuqların olmasına, həmçinin partlayıcı maddələrin olmasına işarə verən badam qoxusuna, dırnaq üçün lak, yapışqan, ətir və digər saxta buxar qoxusuna diqqət yetirilməlidir.

7.15. Hava gəmisinin salonunda əl yükü kimi daşınmaya buraxılan heyvan və quşlar vizual, onların daşındığı qəfəslər isə əllə yoxlanılır. Daşınmaya buraxılan heyvan və quşlar üçün baytarlıq xidmətinin müvafiq sənədi təqdim edilməlidir.

7.16. VİP, CİP və biznes aviasiya zallarından uçan sərnişinlərə, eləcə də onları yola salan və qarşılayan şəxslərə məxsus əl yükünə baxış həmin zalların girişində ümumi əsaslarla həyata keçirilir.

7.17. Tranzit və transfer sərnişinlərə məxsus əl yükünə məhdud girişli kritik zonaya girişdə baxış keçirilir.

7.18. Diplomatik toxunulmazlıq hüququna malik olan sərnişinlərə məxsus əl yükünə hava gəmisinin bortuna minməzdən əvvəl ümumi qaydada baxış keçirilir.

7.19. Potensial problemli sərnişinlərə məxsus əl yükünə baxış ümumi əsaslarla (zərurət olduqda, xüsusi baxış) keçirilir.

7.20. Psixi pozuntusu olan və sağlamlıq imkanı məhdud sərnişinlərə məxsus əl yükünə baxış ümumi əsaslarla həyata keçirilir.

7.21. Diplomatik statuslu sərnişinlərin əl yükünə baxış onların və ya nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

7.22. Qadağan olunmuş əşya aşkar olunduqda, aşağıda göstərilən tədbirlər həyata keçirilməlidir:

7.22.1. silah aşkar edildikdə, aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı soyuqqanlı olmalı və öz hərəkətləri ilə sərnişinlər arasında çaxnaşma yaratmamalıdır;

7.22.2. gizlicə, şərti siqnal verməklə, baxış məntəqəsinin yaxınlığında olan hüquq mühafizə orqanının əməkdaşı çağırılmalıdır;

7.22.3. sərnişinin əl yükündə silah aşkar olunduqda, çanta bağlanılmalı və sərnişindən əlçatmaz yerə kənarlaşdırılmalı və ya rentgen qurğusunun içərisində saxlanılmalıdır;

7.22.4. yoxlanılan əşyanın partlayıcı qurğu olması ehtimalı təsdiqlənərsə, bu halda ona toxunulmamalı və əl yükü yoxlanılmadan mütəxəssis-pirotexniklər dəvət olunmalıdır;

7.22.5. əl yükünün açılaraq yoxlanılması sərnişinin iştirakı ilə həyata keçirilir.


8. Əl yükünə baxışın keçirilməsinin üsul və prosedurları
8.1. Əl yükünə baxışın keçirilməsi aşağıdakı üsullarla həyata keçirilir:

8.1.1. əllə;

8.1.2. texniki vasitələrdən (rentgen qurğusu, partlayıcı maddələrin aşkarlanması sistemləri) istifadə edilməklə;

8.1.3. xidməti itlərdən (biodetektorlardan) istifadə edilməklə.

8.2. Əl yükünə baxışın keçirilməsi aşağıda göstərilən prosedurlardan ibarətdir:

8.2.1. əl yükünün yoxlanılması hər zaman sərnişinin iştirakı ilə, lakin onun müdaxiləsi olmadan həyata keçirilir;

8.2.2. texniki vasitələrin köməyi ilə şübhəli əşya aşkar olunduğu hallarda əl yükünün əllə yoxlanılması həyata keçirilir. Baxış zamanı əlavə təhlükəsizlik tədbirləri məqsədi ilə texniki vasitələrdən istifadə edilməklə yanaşı, mütəmadi olaraq əl yükünə əllə də baxış həyata keçirilir (seçmə yolu ilə 10 faizdən az olmayaraq). Əl yükündə ikinci dibin olmamasına əmin olmaq və onun daxili və xarici səthləri arasında fərqi müəyyən etmək məqsədi ilə xətkeş, şup və başqa qurğulardan istifadə olunur;

8.2.3. əl yükünə əllə baxış zamanı odlu və digər silahlar və ya partlayıcı qurğular gizlədilə bilən elektrik cihazları (elektrik ülgücü, kalkulyatorlar, radioqəbuledicilər, saatlar, fotokameralar, digər elektron cihazlar) dəqiq yoxlanılmalıdır. Həmin cihazların yenidən düzəldilməməsinə, təyin olunmuş proporsional çəkiyə malik olduğuna və qadağan olunmuş əşya və maddələrin olmamasına əmin olmaq üçün onlar rentgen qurğusu ilə yoxlanılır;

8.2.4. daşınması qadağan olunmuş əşyaların gizlədilməsi mümkün olan təmir yerlərini aşkar etmək üçün astardaxili işləmələrə, tikiş yerlərinə, kənarların bağlanmasına, böyük başlıqlı birləşdirici sancaqlara, zəncirbəndlərə, bərkidici ilmələrə, təkərlərə və qulplara xüsusi diqqət yetirilir;

8.2.5. möhürlənmiş diplomatik valizlər əllə baxışa aid edilmir;

8.2.6. şəxsə onun əl yükü yalnız həmin şəxs baxışdan keçirildikdən sonra qaytarılır.

8.3. Əl yükünü aviasiya təhlükəsizliyinə dair baxışa təqdim etməkdən imtina edən sərnişinlərin uçuşa buraxılması qadağandır.

8.4. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı əl yükündə hər-hansı təhlükəli maddənin və ya predmetin olub-olmamasını təyin edə bilmədikdə, həmin əl yükü daşınmadan imtina edilməli və ya baxış üzrə əməkdaşın tam əminliyinə qədər yenidən baxışdan keçirilməlidir.
9. Mayelərin, gellərin və aerozolların baxışdan keçirilməsi
9.1. Mayelərə, gellərə və aerozollara (bundan sonra - MGA) aşağıda göstərilənlər aiddir:

9.1.1. su və digər içkilər, şorbalar, siroplar, cemlər, konservləşdirilmiş ət, sous və pastalar, sousa qarışdırılmış və ya maye tərkibli yeyinti məhsulları, kosmetik vasitələr və yağlar, ətir, sprey, losyon, saç və duş üçün gellər, üzün qırxılması üçün nəzərdə tutulmuş köpüklər, digər növ köpük və dezodorantlar, içərisində təzyiq altında maddələr olan qablar, diş pastası və digər pastalar, bərk maddələrlə maye qatışıq, kirpiklər üçün tuş, dodaq üçün parıltı və ya gigiyenik dodaq pomadası və otaq temperaturunda analoji tərkibli istənilən məhsullar;

9.1.2. maye tərkibli tibbi preparatlar.

9.2. MGA-ya baxışın keçirilməsinə dair tələblər aşağıda göstərilənlərdən ibarətdir:

9.2.1. bütün MGA-ya şamil edilir;

9.2.2. əl yükünün daxilində bir neçə bağlı MGA konteynerlərinə baxış keçirmək imkanı verən avadanlıq istifadə edildiyi hallar istisna olmaqla, baxış keçirilməzdən əvvəl bütün MGA əl yükündən çıxarılaraq ayrıca baxışdan keçirilir.

9.3. MGA aşağıda göstərilən vasitələrlə baxışdan keçirilir:

9.3.1. rentgen avadanlığı ilə;

9.3.2. partlayıcı maddələrin aşkarlanması sistemlərinin avadanlığı ilə (EDS);

9.3.3. partlayıcı maddələrin buxarının aşkarlanması avadanlığı ilə (ETD);

9.3.4. kimyəvi reaksiya test zolaqları ilə;

9.3.5. qablaşdırılmış (şüşədə olan) mayelər üçün skanerlərlə.

9.4. Bu Qaydanın 9.5-ci, 9.7-ci, 9.8-ci və 9.10-cu bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, MGA-lar 100 ml-dən və ya ona bərabər həcmdən çox olmayan ayrıca qablarda və ümumi həcmi 1 litrdən çox olmayan, ağzı bağlanan bir şəffaf plastik paketdə olduqda, hava gəmisinin salonunda sərnişinin əl yükündə daşına bilər. Belə plastik paketin daxilindəki əşyalar rahat yerləşdirilməli və paket tam bağlı olmalıdır.

9.5. Maye partlayıcı maddələri aşkar edən avadanlıqla təchiz olunmuş hava limanlarında əl yükündə daşınan mayelərin həcminə məhdudiyyət qoyulmur.

9.6. Xüsusi geyim formasında olan uçuş heyətinin üzvləri səfər günü xidməti vəzifələrinin icrası zamanı MGA ilə bağlı məhdudiyyətlərdən azad edilirlər.

9.7. Hava limanının mühafizə edilən məhdud girişli zonasında (kritik hissələr daxil olmaqla) yerləşən pərakəndə ticarət müəssisələrində və ya hava gəmisinin salonunda səfər günündə əldə edilmiş istənilən həcmdə MGA aşağıdakı şərtlərlə buraxılır:

9.7.1. onlar icazəsiz açılmalardan qorunan paketdə qablaşdırılıbsa;

9.7.2. onlar hava limanının pərakəndə ticarət müəssisələrinə və hava gəmilərinin bortuna çatdırılması və anbarlarda saxlanılması prosesində qanunsuz müdaxilə aktlarından qorunursa.

9.8. Həcmi 100 ml-dək tutumlarda daşınması mümkün olmayan, lakin səfər zamanı tibbi baxımdan həyat üçün vacib olan və ya xüsusi, yaxud həyat üçün diyetik tələbatı təmin etməyə görə zəruri olan MGA digər daşınan əşyalara tətbiq olunan qaydalardan azad edilir.

9.9. Əgər MGA-nın mənşəyi haqqında şübhə vardırsa (həyat üçün vacib olsa belə), onların hava gəmisinin salonuna keçirilməsinin mümkünsüzlüyü barədə yoxlanılan şəxsə bildirilir.

9.10. Dərmanlar həcmi 100 ml-dən artıq olan tutumlarda daşınarsa, sərnişindən onların nə üçün bu miqdarda olması və baqajda daşınılmasının mümkün olub-olmaması dəqiqləşdirilir və yalnız inandırıcı izahatdan sonra onların hava gəmisinin salonunda daşınmasına icazə verilir.

9.11. Həcmi 100 ml-dən artıq olan qutular və mayelər aviasiya təhlükəsizliyinə dair baxışdan keçirilir.

9.12. Əl yüklərində həcmi 100 ml-dən çox olan tutumlarda mayeləri daşımağa əsası olan sərnişinlərə seçmə üsulu ilə aviasiya təhlükəsizliyinə dair baxış keçirilir.
10. Baqaja baxışın keçirilməsinə dair tələblər, üsullar və prosedurlar
10.1. Baqaja baxışın keçirilməsinin məqsədi mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasından, mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının, eyni zamanda aviasiya təhlükəsizliyi qaydalarına görə hava nəqliyyatında qadağan olunmuş əşya və maddələrin (silahın, partlayıcı, zəhərləyici, tezalışan və digər təhlükəli əşyaların) daşınmasının qarşısının alınmasından ibarətdir.

10.2. Baqajlara baxış hava gəmilərinin yerinə yetirdiyi həm daxili, həm də beynəlxalq reyslərdə həyata keçirilir.

10.3. Hava gəmisinin yük bölməsində daşınan baqaj, o cümlədən aviaşirkətə məxsus poçt və uçuş sənədləri hava gəmisinə yüklənməzdən əvvəl baxışdan keçirilir. Bu tələb tranzit və transfer sərnişinlərə məxsus baqaja və müşayiət edilmədən daşınan baqaja da şamil edilir. Baqaja baxış aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.

10.4. Yük bölməsində daşınan baqaja baxış texniki vasitələrdən və bu Qayda ilə müəyyən edilmiş hallarda əllə və (və ya) təhlükəli maddə və (və ya) predmetləri aşkar edə bilən itlərdən istifadə edilməklə həyata keçirilir.

10.5. Baxışdan keçirilməmiş baqajın hava gəmisinə yüklənməsi qadağandır. Hava gəmisinə yalnız onun bortuna minmiş sərnişinlərin baxışdan keçirilmiş baqajı yüklənir.

10.6. Sahibinin bortda olmaması ilə bağlı hava gəmisinə yüklənmiş və statusu müşayiət olunandan müşayiət olunmayana dəyişdirilən baqaj hava gəmisinin yük bölməsindən boşaldılır. Belə baqajın hava gəmisinin bortuna daşınması qadağandır. Borta gəlməyən istənilən tranzit və ya transfer sərnişinlərin baqajı hava gəmisindən boşaldılır.

10.7. Sərnişinin hava gəmisində daşınmasından imtina edildikdə, ona məxsus baqaj yük bölməsindən boşaldılır.

10.8. Baqajda silah, döyüş sursatı, partlayıcı qurğu və qanunsuz müdaxilə aktının törədilməsi məqsədi ilə istifadə oluna bilən digər təhlükəli əşya və maddələrin olması haqqında məlumat daxil olduqda, baxış mütləq qaydada əllə keçirilir və bu işlərə xidməti itlər də cəlb olunur.

10.9. Baqajın səhvən göndərilməsi və ya gecikdirilməsi səbəbindən sərnişin tərəfindən müşayiət edilməyən baqaj əlavə yoxlamadan keçirilir.

10.10. Baqajın qeydiyyatı və emalı aviasiya təhlükəsizliyi xidməti personalının nəzarəti altında həyata keçirilir.

10.11. Baxışdan keçirilmiş baqajın baxışdan sonra açılmasına yol verilmir və həmin baqaj hava gəmisinə yüklənənədək daimi nəzarət altında saxlanılır.

10.12. Baqajda təhlükəli maddə və (və ya) predmet aşkarlandıqda, baqajın sahibi müəyyən edilir və onun iştirakı ilə baqaj baxışdan keçirilir. Bu mümkün olmadıqda, baqaja baxış və onun açılması aviasiya təhlükəsizliyi xidmətinin, aviaşirkətin, gömrük və hava nəqliyyatında polis orqanlarının səlahiyyətli nümayəndəsinin əsaslandırılmış qərarına əsasən, hal şahidlərinin iştirakı ilə həyata keçirilir və baxışın nəticəsi rəsmiləşdirilir.

10.13. Yük bölməsində daşınan və əllə baxış üçün seçilmiş baqaja baxış sərnişinin iştirakı ilə, lakin onun birbaşa müdaxiləsi olmadan keçirilir. Əllə baxış zamanı baqajın daxilindəki bütün əşyalar hərtərəfli yoxlanılır.

10.14. Baxış məntəqəsində yük bölməsində daşınan baqajın üzərinə istismarçıya aid baqaj etiketləri (yapışqanlar) və birkalar, həmçinin aviasiya təhlükəsizliyi xidmətinin stikerləri vurulur. Etiketin üzərində reysin nömrəsi, tarixi və baqaj birkasının nömrəsi göstərilir. Bu məlumatlar baqajın qeydiyyat vərəqinə köçürülür və hər bir baqajın yeri göstərilməklə müvafiq baqaj siyahısı doldurulur.

10.15. Baqajın qeydiyyat vərəqi hava gəmisi perrondan yedəklənənədək, hava gəmisinin istismarçısına və ya onun nümayəndəsinə təhvil verilir.

10.16. İstismarçı hava gəmisinin yük bölməsində daşınan baqajın bu reyslə uçan sərnişinlərə məxsus olmasını təmin etməlidir.

10.17. Sərnişinlərə başqa şəxslərə məxsus baqajı qeydiyyatdan keçirmələrinə icazə verilmir. Sərnişinin başqa sərnişinə məxsus baqajı qeydiyyatdan keçirməsinə dair şübhə yarandıqda, yük bölməsində daşınan baqajın sərnişinə məxsusluğunu müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

10.18. Qeydiyyat duracağında sərnişin olmadıqda, baqajın daşınmaya qəbul edilməsi qadağandır.

10.19. Baqajın qablaşdırılması şübhə yaratdıqda, həmin baqaj əlavə baxışdan keçirilir.

10.20. Hava gəmisinə minmiş sərnişinlərin hava gəmisinin qapıları bağlananadək və hava gəmisi uçuş üçün yedəklənənədək onu tərk etməsinə yol verilmir.

10.21. Baqajın alınma zonasında sərnişinin baqajdan təhlükəli maddə və (və ya) predmetləri götürməsinin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir və həmin zоnаdа aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları müşahidə aparırlar.

10.22. VİP və biznes aviasiya zallarından istifadə edən sərnişinlərə məxsus baqaja baxış VİP və biznes aviasiya zallarının girişində ümumi əsaslarla həyata keçirilir.

10.23. Diplomatik statuslu sərnişinlərin baqajlarına baxış onların və ya nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

10.24. Tranzit və transfer sərnişinlərə məxsus baqaja baxış məhdud girişli kritik zonaya girişdə həyata keçirilir.

10.25. Diplomatik toxunulmazlıq hüququna malik olan sərnişinlərə məxsus baqaja baxış hava gəmisinin bortuna minməzdən əvvəl ümumi qaydada keçirilir.

10.26. Potensial problemli sərnişinlərin baqajına xüsusi baxış keçirilir.

10.27. Psixi pozuntusu olan və sağlamlıq imkanları məhdud olan sərnişinlərə məxsus baqaja baxış ümumi əsaslarla həyata keçirilir.

10.28. Ölkə hüdudlarından kənara çıxarılan şəxslərə (deportasiya olunan sərnişinlərə) məxsus baqaja baxış ümumi əsaslarla həyata keçirilir.

10.29. Baqajın sahibi olmadan baqajın açılması və ona baxışın keçirilməsi 3 (üç) nəfərdən az olmayan komissiya (aviasiya təhlükəsizliyi xidmətinin, aidiyyəti aviaşirkətin və gömrük orqanının (beynəlxalq reyslərdə) nümayəndələri tərəfindən həyata keçirilir, baqajın içərisində olan əşyaların siyahısı tutulur və bu barədə akt tərtib edilir (3 nömrəli əlavə).

10.30. Baqaja baxış aşağıda göstərilən üsullarla həyata keçirilir:

10.30.1. rentgen qurğusu və əllə yoxlama vasitələri ilə;

10.30.2. baqajlara baxış zamanı hava gəmisində daşınması qadağan olunmuş əşya, maddə və məmulatların aşkar olunması üçün bütün digər mövcud üsullar vasitəsilə (kompyuter tomoqrafiyası, qaz analizatorları, partlayıcı maddələrin aşkar edilməsi sistemi (EDS), xidməti itlər və s.).

10.31. Aviasiya təhlükəsizliyinin təmin edilməsi prosesinin əsas şərtlərindən biri yük bölməsində daşınan baqajın sərnişinə məxsus olmasının təyin edilməsi və onun daşınmasına icazə verilməsidir. Bu icazə yalnız hava gəmisinin bortuna faktiki miniyi həyata keçirmiş sərnişinlərin baqajının lazımi yoxlamadan keçdikdən sonra yüklənməsinə və həmin reyslə daşınmasına icazə verilməsinə zəmanət verir.

10.32. Texniki vasitələrlə baxış sərnişinlərin qeydiyyatı zamanı və qeydiyyatdan sonra həyata keçirilir. Texniki vasitələrlə baxışla yanaşı, əlavə təhlükəsizlik tədbirləri kimi mütəmadi olaraq seçmə yolu ilə (10 faizdən az olmayaraq) baqaja əllə baxış, yaxud partlayıcı maddələrin aşkar edilməsi sistemi vasitəsilə baxış və ya rentgen qurğusundan yenidən istifadə etməklə təkrar baxış (fərqli rakursla baxış) da həyata keçirilir.

10.33. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən yoxlanılmış baqajın mühafizəsi məqsədi ilə qeydiyyat anından hava gəmisinə yüklənənədək tədbirlər görülür.

10.34. Yoxlanılmış baqaj hava gəmisinə yüklənənədək, çeşidləmə zonasında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşlarının və gömrük xidmətinin nəzarəti altında (beynəlxalq reyslər zamanı) saxlanılır və müşayiət altında nəqliyyat vasitəsilə və ya arabacıqlarla hava gəmisinə çatdırılır.

10.35. Baqajları nəqliyyat vasitəsinə yerləşdirdikdən sonra aviasiya təhlükəsizliyi xidmətinin baqaj bölməsinin əməkdaşı baqajla bağlı bütün məlumatları baqajları hava gəmisinədək müşayiət edən, həmçinin baqaj tam yüklənənədək və baqaj bölməsi bağlananadək orada qalan əməkdaşa ötürür.

10.36. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı bütün qeydiyyatdan keçmiş sərnişinlərin, onların baqajının, uçuş ekipajı üzvlərinin və bort bələdçilərinin hava gəmisində olmasına tam əmin olmalıdır. O, baqaj siyahısında baqajın göstərilən sayının hava gəmisinin yük bölməsinə faktiki yüklənmiş baqajın sayı ilə uyğunluğunu yoxlayır.

10.37. Balta, mişar, buzkəsən, arbalet, pnevmatik silah, sualtı ov üçün silah və bu kateqoriyadan olan digər əşyaların ekipaj üzvlərinin nəzarəti altında baqajda daşınmasına yol verilir.
11. Transfer və tranzit sərnişinlərə məxsus yük bölməsində daşınan baqaja baxışın keçirilməsi
11.1. Transfer sərnişinə məxsus baqaj həmin sərnişin qeydiyyatdan keçdikdən sonra müvafiq baqajın qeydiyyat cədvəlində qeyd aparıldıqdan sonra daşınmaya qəbul edilir və ümumi əsaslarla baxışdan keçirilir.

11.2. Transfer sərnişinə məxsus baqaj onun bu hava gəmisində uçmasına dair təsdiqləyici sənədlər təqdim olunduqdan və baqajın həmin sərnişinə məxsusluğu müəyyən edildikdən sonra hava gəmisinə yüklənilir.

11.3. Tranzit sərnişin aralıq hava limanında düşürüldükdə, onun hava gəmisinin yük bölməsində daşınan baqajı və əl yükü hava gəmisindən düşürülür.

12. Yük bölməsində daşınan sahibi tərəfindən müşayiət olunmayan baqaja baxışın keçirilməsi və tələb edilməyən baqaja dair tədbirlər
12.1. Hərəkət məntəqələrindən birində baqajın emalı sistemində iş rejiminin pozulması səbəbindən sahibindən ayrı çatdırılmalı olan baqaj yük bölməsində daşınan müşayiət olunmayan baqajdır.

12.2. Baqajın emalı sistemində nasazlığa görə baqajın hər hansı bir yeri onun sahibindən ayrılıbsa, həmin baqaj hava gəmisinə yüklənilməzdən əvvəl aviasiya təhlükəsizliyi məqsədi ilə əlavə yoxlamadan keçirilməlidir. Bu yoxlama sərnişinin şəxsiyyətinin müəyyən edilməsi və onun baqajdan ayrılması səbəblərinin aydınlaşdırılması da daxil olmaqla əllə, adi rentgen qurğusu ilə, həmçinin partlayıcı maddələrin, əşyaların və məmulatların aşkar olunması üçün nəzərdə tutulmuş sistemlər vasitəsilə həyata keçirilir.

12.3. Yük bölməsində müşayiət olunmayan baqajın daşınması ilə bağlı riskin uçan sərnişinlərin müşayiət olunan baqajı ilə müqayisədə daha yüksək olduğu nəzərə alınaraq, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müşayiət olunmayan baqajla bağlı daha ətraflı nəzarət tədbirləri həyata keçirilir.

12.4. Müşayiət olunmayan baqaja dair məlumat yük bölməsində daşınan baqaj üçün nəzərdə tutulmuş baqaj siyahısına əlavə edilir və həmin baqajın üzərində onun statusu haqqında qeyd yazılır.

12.5. Yük bölməsində daşınan baqaj hava gəmisindən düşürüldükdən sonra sərnişin tərəfindən götürülmədikdə, onun sahibi müəyyənləşdirilir. Baqajın sahibini müəyyən etmək mümkün olmadıqda, həmin baqaj sərnişinlər və personal üçün təhlükəsiz zonada yerləşdirilir və texniki vasitələrlə və ya əllə baxışdan keçirildikdən sonra mühafizə siqnalizasiyası sistemi ilə təchiz olunmuş anbar təyinatlı otaqlarda, yaxud həmin baqajın sahibi tərəfindən götürülməsinə və ya sahibinə göndərilməsinə və yaxud müəyyən edilmiş qaydada məhv edilməsinə qədər aviasiya təhlükəsizliyi personalının nəzarəti altında saxlanılır.

12.6. Bu Qaydanın 12.5-ci bəndində göstərilən tədbirlər gömrük orqanları ilə razılaşdırılmaqla həyata keçirilir.


13. Yük bölməsində daşınan baqajın sərnişinlərə məxsusluğunun müəyyən edilməsinin fiziki metodu
13.1. Təhlükə mövcud olduqda, yük bölməsində daşınan baqaj hava gəmisinin bortuna yüklənənədək, onların sərnişinlər və ekipaj üzvləri tərəfindən şəxsən tanınması proseduru həyata keçirilməlidir. Bu prosedurun köməyi ilə hava gəmisinə partlayıcı qurğu olan kənar baqajın yerləşdirilməsinə yol verilmir.

13.2. Sərnişinlər və ekipaj üzvləri tərəfindən baqajın şəxsən tanınması proseduru hava gəmisinə 100 m-dən yaxın olmayan yerdə aviasiya təhlükəsizliyi xidməti əməkdaşlarının tam nəzarəti altında həyata keçirilir.

13.3. Sərnişinlər və ekipaj üzvləri tərəfindən öz baqajının şəxsən tanınması proseduru yük bölməsində daşınması nəzərdə tutulan, lakin onlara məxsus olmayan baqajın borta yüklənməməsinə təminat verməlidir.
14. Hava gəmilərində daşınması qadağan olunmuş əşya və məmulatların götürülməsi, saxlanılması və məhv edilməsi
14.1. Baxış zamanı sərnişinin əl yükündə (baqajında) olan təhlükəli maddə və ya əşyalar barəsində müvafiq jurnalda qeydiyyat aparılır və həmin əşyaların götürülməsinə dair müvafiq akt tərtib edildikdən sonra bu barədə gömrük orqanlarına yazılı məlumat verilir (2 nömrəli əlavə).

14.2. Pərakəndə satışda olan, lakin hava gəmisində daşınması qadağan edilən təhlükəli maddə və ya əşyalar (qaz balonları, lak-boya məmulatları və s.) sərnişinlərdən götürülür və 30 (otuz) gün müddətində hava limanında xüsusi otaqlarda saxlanılır. Bu müddət başa çatdıqdan sonra həmin əşyalar, sahibi tərəfindən götürülməyən baqaj kimi rəsmiləşdirilir və müvafiq qaydada məhv edilir.

14.3. Baxış zamanı sərnişində hazırlanmasına, gəzdirilməsinə və saxlanılmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyəti nəzərdə tutulmuş təhlükəli maddə və ya mayelər aşkarlandıqda, bu barədə müvafiq akt tərtib edilir və onların zərərsizləşdirilməsi üçün mütəxəssis dəvət olunur (2 nömrəli əlavə). Həmin sərnişin reysdən kənarlaşdırılır və materiallarla birlikdə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təhvil verilir.

14.4. Aviasiya təhlükəsizliyi xidməti əməkdaşları partlayış təhlükəli, zəhərləyici və radioaktiv əşyalarla işlədikdə, aşağıda göstərilən xüsusi təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər:

14.4.1. içərisi partlayış təhlükəli, zəhərləyici və radioaktiv məmulatlarla doldurulmuş əşyaları özbaşına sökməməli və zərərsizləşdirməməlidirlər;

14.4.2. partlayış təhlükəli, zəhərləyici və radioaktiv tərkibli məmulatların saxlanılmasının mümkünlüyü, yaxud başqa təşkilatlara təhvil verilməsi barədə qərar vermək üçün baxış məntəqəsinə dərhal mütəxəssis çağırmalıdırlar.


________________________

“Sərnişinlərə, onların əl yükü və

baqajlarına baxış keçirilməsi Qaydası”na
1 nömrəli əlavə
rnişinin şəxsiyyətini təsdiq edən sənədlərin
S İ Y A H l S I
1. Şəxsiyyət vəsiqəsi, pasport və ya onu əvəz edən sənəd.

2. Hərbi bilet (həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular üçün).

3. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və siyasi mühacirlər üçün:

3.1. pasport;

3.2. vətəndaşlığı olmayan şəxslər üçün vəsiqə;

3.3. siyasi mühacirlər üçün mühacirliyi təsdiqləyən sənəd;

3.4. şəxsiyyəti təsdiq edən digər sənəd.
_______________

“Sərnişinlərə, onların əl yükü və

baqajlarına baxış keçirilməsi Qaydası”na
2 nömrəli əlavə
rnişinlərə baxış keçirilərkən, hava gəmisinin bortunda daşınması qadağan olunmuş təhlükəli maddələrin, əşyaların və yüklərin aşkar edilməsi və götürülməsi barədə
A K T
№ ___
“____” ____________ 20___ il
_____________________________________________________________

(hava limanının adı)

Mən ________________________________________________________

(aktı tərtib edənin vəzifəsi, soyadı, adı, atasının adı)

bu aktı ona görə tərtib edirəm ki, ________ nömrəli reyslə _____________

___________________________________________ hava limanına gedən


sərnişinə _____________________________________________________

(soyadı, adı, atasının adı)

onda ola biləcək mülki hava gəmilərində daşınması qadağan olunmuş təhlükəli maddələri və əşyaları təqdim etmək təklif edilmişdir.
Sərnişin ________________________ bildirmişdir ki,________________

(soyadı, adı, atasının adı)

_____________________________________________________________

(mülki hava gəmilərində daşınması qadağan olunmuş maddələrin və əşyaların sərnişində olub-olmaması)


Əl yükünə, baqaja və sərnişinə baxış zamanı (lazım olanın altından xətt çəkməli) sərnişindən ________________________ mülki hava gəmilərində

(soyadı, adı, atasının adı)

daşınması qadağan olunmuş______________________________________

(təfsilatı ilə göstərilməlidir - nə və hansı miqdarda götürülmüşdür, qablaşmanın vəziyyəti,

______________________________________________aşkar edilmişdir.

fərqləndirici əlamətləri, nişanələri, silahın nömrəsi, kalibri, soyuq silahın ölçüləri və s.)

Götürülənləri sərnişin _________________________________________

(soyadı, adı, atasının adı)

qanunsuz aparmağa cəhd etmiş və bununla da aviasiya təhlükəsizliyi normalarını, qaydalarını və prosedurlarını pozmuşdur.

Götürülmə faktını təsdiq edən hal şahidləri:
1.___________________________________________________________

(hal şahidinin soyadı, adı, atasının adı, yaşadığı ünvan)


2.___________________________________________________________

(hal şahidinin soyadı, adı, atasının adı, yaşadığı ünvan)


Hal şahidlərinin imzaları: 1. _____________________________
2. _____________________________
Aktı tərtib edənlərin imzaları __________________________
Sərnişin haqqında məlumat:

1. soyadı, adı, atasının adı _______________________________________

2. təvəllüdü və doğulduğu yer ____________________________________

3. təhsili, xidmət və yaxud iş yeri _________________________________

(müəssisənin, idarənin adı, ünvanı)

4. yaşayış yeri ________________________________________________

5. şəxsiyyətini təsdiq edən sənəd __________________________________

(sənədin adı, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir)


Sərnişinin izahatı ______________________________________________

_______________________________________________________________________________________________________________________________________________________________________________________

Həmin məlumatlar və izahat mənim sözlərimə əsasən düzgün yazılmışdır və aktın surətini aldım.

Sərnişinin imzası ___________________________

Aktı tərtib edənin imzası _______________________

Aktda göstərilmiş götürülən maddələr və əşyalar ____________________

1. _____________________________________________təhvil verilmişdir

(təhvil verilmiş orqanın adı)

2. _______________________________________________qaytarılmışdır

(qohumunun, yola salanın adları, soyadları, yaşadıqları ünvan)

Götürülənləri almış şəxsin imzası ________________________________
Götürülənləri təhvil verən şəxsin vəzifəsi və imzası ___________________

_______________


“Sərnişinlərə, onların əl yükü və

baqajlarına baxış keçirilməsi Qaydası”na


3 nömrəli əlavə
rnişinin iştirakı olmadan baqaja baxış keçirilməsi barədə
AKT
Hava limanının adı ____________________ “___” ___________ 20___il
Mən ________________________________________________________

(aktı tərtib edənin vəzifəsi, soyadı, adı, atasının adı)


_____________________________________________________________
bu aktı ondan ötrü tərtib edirəm ki, ________________________________

(baxış keçirmək üçün sərəncam vermiş şəxsin soyadı, adı və vəzifəsi)

_____________________________________________________________

yazılı sərəncamına əsasən hal şahidləri:


1. ___________________________________________________________

(soyadı, adı, atasının adı, iş yeri, telefon nömrəsi )


2. ___________________________________________________________

(soyadı, adı, atasının adı, iş yeri, telefon nömrəsi)

iştirakı ilə_____________________________________________________

(baxış keçirilən otaq)


sərnişinin iştirakı olmadan,_______________ nömrəli reyslə ___________
hava limanından ___________ hava limanına _________________ nömrəli baqaj yarlıkı ilə daşınan sərnişinə məxsus baqaja baxış keçirdim.
Baxış keçirən zaman____________________________________________

__________________________________________________________________________________________________________________________

(hava nəqliyyatı ilə daşınması qadağan olunmuş hansı maddələr və əşyalar aşkar olunmuşdur (təfsilatı ilə göstərilməlidir), yaxud belə maddələr və əşyalar aşkar olunmamışdır)
Hal şahidlərinin imzaları: 1.________________________
2.________________________
Baqaja baxış keçirən şəxsin vəzifəsi və imzası ______________________
Baxış zamanı götürülmüş təhlükəli maddələr, yüklər və əşyalar ________

_____________________________________________________________

(nə vaxt, kimə və hansı məqsədlə)

təhvil verilmişdir.


Götürülənləri təhvil alan şəxsin imzası _____________________
Götürülənləri təhvil verən şəxsin imzası _____________________
“____” ____________20 ___ il
_______________

“Sərnişinlərə, onların əl yükü və

baqajlarına baxış keçirilməsi Qaydası”na
4 nömrəli əlavə
rnişinin uçuşa buraxılmaması haqqında
AKT
№____
_______________________________ “___” ____________ 20___ il

(hava limanının adı)

_____________________________________________________________

(barəsində akt tərtib edilən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________


Akt ona görə tərtib edilmişdir ki, __________________________________
aviaşirkətinin ________________ marşrutu ilə ________________ nömrəli
reyslə uçan sərnişin ____________________________________________

(soyadı, adı, atasının adı)

_____________________________________________________________

(sərnişinin uçuşa buraxılmamasının səbəbi)

_____________________________________________________________
________________________________________ uçuşa buraxılmamışdır.
Sərnişin haqqında məlumat _____________________________________

(pasport və aviabilet barədə məlumatlar)

_____________________________________________________________
Aktda göstərilən sərnişin _______________________________________

(təşkilatın adı, qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

______________________________________________təhvil verilmişdir.
Sərnişin ______________________________

(imzası, soyadı)

Təhvil verdi ___________________________

(imzası, soyadı)

Təhvil aldı ____________________________

(imzası, soyadı)

_____________


№-li nüsxə
Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin