Təsdiq edilmişdir



Yüklə 210,07 Kb.
tarix20.01.2017
ölçüsü210,07 Kb.
#741
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2006-cı il 16 fevral



tarixli 52 nömrəli qərarı ilə

təsdiq edilmişdir
1 nömrəli əlavə
Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya onların ilk kütləvi ifa hüququnun alınmasına görə ödənilən müəllif qonorarının minimum
M İ Q D A R I
I. Dram əsərləri

Əsərlərin növləri

Müəllif qonorarının minimum miqdarı

(yeni manatla)

1

2

1. Çoxpərdəli pyeslər:




Nəsrlə

5 000

Nəzmlə (şerlə)

6 000

2. Birpərdəli pyeslər:




Nəsrlə

2 400

Nəzmlə

2 800

3. Kukla teatrı üçün pyeslər:




Nəsrlə

2 600

Nəzmlə

3 000

4. Çoxpərdəli səhnələşdirmələr:




Nəsrlə

2 000

Nəzmlə

2 400

5. Birpərdəli səhnələşdirmələr:




Nəsrlə

1 200

Nəzmlə

1 600

6. Çoxpərdəli pyeslərin tərcüməsi (bədii):




Nəsrlə

2 000

Nəzmlə

2 400

7. Çoxpərdəli pyeslərin tərcüməsi (sətri):




Nəsrlə

1 600

Nəzmlə

2 000

8. Birpərdəli pyeslərin tərcüməsi (bədii):




Nəsrlə

1 200

Nəzmlə

1 600

9. Birpərdəli pyeslərin tərcüməsi (sətri):




Nəsrlə

800

Nəzmlə

1 200

II. Musiqi əsərləri


1

2

1.Opera (çoxpərdəli)

20 000

2.Balet (çoxpərdəli)

15 000

3.Operetta, musiqili komediya, müzikl

10 000

4.Oratoriya

4 000

5.Simfoniya

7 000

6.Kantata, iri proqramlı simfonik əsər, simfoniyetta

3 000

7.Konsert (solo aləti və simfonik, kamera, xalq çalğı alətləri orkestrləri üçün)

2 400

8.Uvertüra, fantaziya, rapsodiya ( simfonik, kamera, xalq çalğı alətləri, estrada orkestrləri üçün)

2 000

9. Süita, variasiyalar (simfonik, kamera, xalq çalğı alətləri orkestrləri üçün)

1 600

10. Birhissəli kiçik əsərlər ( simfonik, kamera, xalq çalğı alətləri, estrada orkestrləri üçün)

1 100

11. Kvartet, kvintet, sekstet, septet, oktet və s.

2 000

12. İrihəcmli birhissəli instrumental əsərlər

700

13. Nəfəs alətləri orkestri üçün marş

500

14. Xalq çalğı alətləri və estrada orkestrləri üçün süita

500

15. Simfonik, kamera, xalq çalğı alətləri və estrada orkestrləri üçün rəqslər

300

16. Kamera orkestrləri üçün işləmələr

400

17. Fortepiano triosu, simli kvartet, nəfəs alətləri kvinteti və başqa ansambllar üçün süita

400

18. Solo alətləri üçün sonata

600

19. Orkestr ilə solist üçün romans (vokal)

450

20. Kiçik kamera əsərləri

300

21. Xor üçün irihəcmli əsərlər (müşayiət ilə)

700

22. Xor üçün irihəcmli əsərlər (müşayiətsiz)

600

23. Xor üçün kiçikhəcmli əsərlər (müşayiət ilə)

400

24. Xor üçün kiçikhəcmli əsərlər (müşayiətsiz)

300

25. Müşayiətli səs üçün romanslar, balladalar,

vokalizlər, ariyalar və digər kamera sərləri



240

26. Mahnı üçün musiqi

500

27. Tamaşalar üçün musiqi

2 000

28. Sirk nömrələri üçün musiqi (silsilə əsərlər)

500

29. Sirk attraksionu, pantomima, birşöbəli süjetli sirk tamaşası üçün musiqi

300

Qeydlər: 1. Birpərdəli opera, balet, operetta və musiqili komediyalara görə müəllif qonorarı əsərin həcmi və keyfiyyətindən asılı olaraq çoxpərdəli əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-40 faizi həcmində ödənilir.

2. Xalq mahnılarının işlənməsinə görə orijinal əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-30 faizi həcmində müəllif haqqı ödənilir.



III. Musiqi ilə bağlı ədəbi əsərlər

1

2

1. Çoxpərdəli opera üçün libretto

5 000

2. Çoxpərdəli operetta, musiqili komediya, müzikl üçün libretto

4 000

3. Çoxpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettoya əlavə şerlərin mətni

2 000

4. Çoxpərdəli balet üçün libretto

3 000

5. Oratoriya və kantata üçün mətn

1 000

6. Çoxpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettonun tərcüməsi

1 100

7.Birpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettonun tərcüməsi

700




Qeyd. Birpərdəli opera, operetta, musiqili komediya və balet üçün librettoya görə müəllif qonorarı əsərin həcmindən və keyfiyyətindən asılı olaraq çoxpərdəli əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-40 faizi həcmində ödənilir.




8. Çoxpərdəli baletin xoreoqrafiyası

5 000

9. Bir balet nömrəsinin xoreoqrafiyası

1 000


IV. Estrada və sirk üçün əsərlər

1. Kiçik məzhəkələr, dramatik etüdlar

400

2. Felyetonlar, miniatürlər, intermediyalar, novellalar, monoloqlar

300

3. Mahnı mətni

200

4. Meyxana və bayatılar

100

5. Meyxana və bayatılar üçün musiqi

140

6. Montaj, kompozisiya, orijinal janrlı estrada əsərlərinin tərtibatı

300

7. Aparıcı üçün giriş sözü

200

8. Kollektiv ifa üçün nəzərdə tutulan proloq və final

200

9. Qısa dialoq (intermedia)

160

10. Həcvlər

160

1

2

11.Antrenin ədəbi işlənməsi

100

12.Oyunbaz antresi, komik rolların ifaçıları üçün antre

100

13.Pantomima, süjetli sirk tamaşası (libretto və mətn)

600

14.Sirk nömrəsi ssenarisi

200

15.Sirk attraksionunun ssenarisi

500

16.Musiqili çıxış, yaxud estrada tamaşalarına musiqi

200

17.Marşlar, cəld rəqslər, intermessolar, romanslar, valslar və digər xırda pyeslər

160

18.Sirk, yaxud estrada nömrələrini müşayiət etmək üçün nəzərdə tutulan kiçik musiqili əsərlər

100

19.Sirk, yaxud estrada nömrələrinin musiqili

kompilyativ tərtibatı



120

20.Süjetli estrada tamaşaları üçün ssenari və mətnlər

100

21.Kütləvi bayramlar üçün ədəbi ssenari

400




Qeyd. Estrada və sirk üçün yazılmış ədəbi əsərlərin tərcüməsi üçün orijinal əsərlərə görə nəzərdə tutulan minimum miqdarın 50 faizi həcmində qonorar ödənilir.




22.Folklor xoreoqrafiyası əsasında səhnə üçün rəqs

400

23.Müəllif rəqsi

600




Qeydlər: 1. Bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı və orijinal üslubu ilə fərqlənən əsərlərin dəyəri müstəsna hal kimi Dövlət Alqı Komissiyası tərəfindən minimum qiymətlərdən artıq, sərbəst qiymətlərlə müəyyən oluna bilər.

2. Kommersiya təşkilatları əsər sifariş verərkən, yaxud ilk kütləvi ifa hüququnu alarkən bu əlavədə göstərilən minimum miqdardan az olmamaq şərti ilə əsərlərin dəyəri müqavilə əsasında sərbəst qiymətlə müəyyən edilir.

__________


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2006-cı il 16 fevral

tarixli 52 nömrəli qərarı ilə



təsdiq edilmişdir
2 nömrəli əlavə
Təsviri və dekorativ tətbiqi sənət əsərlərinin sifariş əsasında yaradılmasına, yaxud onların ilk nümayiş hüququnun alınmasına görə müəllif qonorarının minimum
M İ Q D A R I


Əsərlərin növləri

Müəllif qonorarının minimum miqdarı

(yeni manatla)

1

2

I. Dəzgah rəngkarlığı

1. Tematik tablo (300 sm-dən artıq)

20 000

2. Tematik tablo (300 sm-ə qədər)

14 000

3. Qrup portreti (200 sm-dən artıq)

12 000

4. Natürmort (150 sm-dən artıq)

3 000

5. Mənzərə (150 sm-dən artıq)

3 000

6. Etüd (100 sm-dən artıq)

2 000

7. Sərgi xarakterli teatr və kino eskizləri

2 000

II. Dəzgah qrafikası

1. Sulu boya, quaş, tampera, pastel

3 000

2. Portret

2 000

3. Mənzərə

2 000

4. Natürmort

2 000

5. Səhnə kostyumu eskizləri

1 000

6. Plakat

1 000

II. Dəzgah heykəltaraşlığı

1. Heykəl və ya çoxfiqurlu kompozisiya (ölçüsü 1,5 metrdən çox)

20 000

2. Çoxfiqurlu kompozisiya (ölçüsü 1,5 metrə qədər)

16 000

3. Yarım fiqur

6 000

4. Portret

4 000

5. Kiçik formalı heykəllər

3 000




Qeyd. Əsərlərin dəyəri müəyyən olunarkən işlənən materialın qiyməti nəzərə

alınır.





IV. Dekorativ tətbiqi sənət



1

2

1. Xalça və xalça məmulatları, vərni, məfraş və s. (3 kv.m-ə qədər)


6 000

2. Xalça və xalça məmulatları (3 kv.m-dən böyük)


10 000

  1. Saxsı, şamot və s.




600




Qeydlər: 1. Görkəmli fırça ustalarının bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı, orijinal üslubu ilə fərqlənən təsviri və dekorativ tətbiqi sənət əsərlərinin dəyəri müstəsna hal kimi Dövlət Ekspert Alqı Komissiyası tərəfindən minimum qiymətlərdən artıq, sərbəst qiymətlərlə müəyyən oluna bilər.

2. Dövlət Ekspert Alqı Komissiyası, digər hüquqi və fiziki şəxslər tərəfindən əsərlərin qiyməti müəyyən olunarkən onların mürəkkəbliyi, keyfiyyəti, ölçüləri və texnologiyası nəzərə alınır.

3. Kommersiya təşkilatları təsviri və dekorativ-tətbiqi sənət əsərləri sifariş verərkən həmin əsərlərin dəyəri bu əlavədə göstərilən minimum miqdardan az olmamaq şərti ilə müqavilə əsasında sərbəst qiymətlərlə müəyyən edilir.



________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2006-cı il 16 fevral

tarixli 52 nömrəli qərarı ilə



təsdiq edilmişdir
3 nömrəli əlavə
Yubiley və dövlət tədbirləri, habelə xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyətə və ifaçılara ödənilən haqqın minimum
M İ Q D A R I


Əsərlərin növləri

Müəllif qonorarının minimum miqdarı

(yeni manatla)

1

2

I. Yaradıcı heyət üçün

1. Ssenari müəllifi

1 200

2. Quruluşçu rejissor

1 000

3. Quruluşçu rəssam

800

4. Tərtibatçı rəssam

500

5. Musiqi tərtibatçısı

400

6. Rejissor assistenti

300

7. Redaktor

400

8. Direktor-təşkilatçı

300

9. İnzibatçı-əlaqələndirici

200

10.Səs rejissoru

300

11.İşıq üzrə rəssam

300

II. İfaçılar üçün (bir konsert nömrəsinin ifasına görə)

  1. Vokalçı (opera və musiqili komediya teatrları):

-xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı,

-əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı

-solist-vokalçı


600
400


300

2. Solist-musiqiçi (pianoçu, skripkaçı, tarzən, kamançaçı və s.)

-xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı

-əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı

-solist-ifaçı



500
300


200

1

2

3. Balet artisti (solo ifa)

200

4. Balet artisti (kütləvi ifa)

100

5. Milli rəqs (solo ifa)

120

6. Milli rəqs (kütləvi ifa)

60

  1. Muğam ifaçısı və müğənni:

  • xalq artisti

  • əməkdar artist

- xanəndə-müğənni

300


200

160


  1. Estrada ifaçıları:

  • xalq artisti

  • əməkdar artist

  • ifaçı

250


200

140


9. Aktyor sənəti ifaçılığı və bədii qiraət, aparıcı

160

10. Ansamblın tərkibində ifaçılıq

90

11. Simfonik orkestr və ya kamera orkestrində ifaçılıq

110

12.Xor tərkibində ifaçılıq

60




Qeyd. Bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı orijinal üslubu ilə fərqlənən tədbirlərdə yaradıcı heyətə və ifaçılara, habelə xaricdən dəvət olunan ifaçılara ödənilən haqq müstəsna qaydada sərbəst qiymətlər əsasında müəyyən oluna bilər (bu və ya digər tədbirdə yaradıcı heyət və ifaçılar üçün ayrılan vəsait daxilində).



________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2006-cı il 16 fevral

tarixli 52 nömrəli qərarı ilə



təsdiq edilmişdir
4 nömrəli əlavə
Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi
Q A Y D A L A R I
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il «___»________ tarixli _______ nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə ədəbiyyat və incəsənət əsərlərinin yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsinin (müqavilə əsasında) nəzərdə tutulmuş minimum miqdarı Azərbaycan Respublikası ərazisində tətbiq edilir.

2. Müəllif qonorarının miqdarı əsərin bədii keyfiyyətindən və əhəmiyyətindən asılı olaraq müəssisə (təşkilat) ilə müəllif arasında bağlanmış müqavilə əsasında minimum miqdardan az olmamaq şərti ilə müəyyən olunur.

1 və 2 nömrəli əlavələrdə göstərilən müəllif qonorarının minimum miqdarından istifadə müəlliflə müqavilə bağlamış müəssisənin (təşkilatın) kimə tabeçiliyindən asılı deyildir.

3. Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına görə müəllif yalnız bir müəssisə (təşkilat) ilə müqavilə bağlaya və bu əsərə görə həmin müəssisədən (təşkilatdan) yalnız bir dəfə qonorar ala bilər.

4. Sifariş əsasında kütləvi ifa üçün əsər yaratmağa görə müqaviləsi olan müəllif, əsəri qurtaran kimi onun nəşri üçün də müqavilə bağlaya və nəşrinə görə müəyyən olunmuş tarif dərəcələrinə uyğun qaydada müəllif qonorarı ala bilər.

Əsərin nəşrinə görə müqaviləsi olan müəllif eyni zamanda müəllif qonorarı ödənilməklə onun kütləvi ifası üçün də müqavilə bağlaya bilər.

5. Nəşr edilmiş əsərdə teatrın tələbinə uyğun surətdə müqavilə üzrə düzəlişlər etməyə görə müəllif qonorarı ödənilmir.

6. Nəşr edilmiş əsərin tamamilə yenidən işlənilməsinə görə müvafiq Yaradıcılıq İttifaqları, Mədəniyyət və Turizm Nazirliyi, yaxud onun yerli idarələri tərəfindən təsdiq edilmiş rəyi əsasında 75 faizə qədər müəllif qonorarı ödənilə bilər.

7. Aktual ictimai-siyasi mövzularda estrada və sirk üçün yazılmış və nəşr edilmiş əsərlərdə düzəlişlər etmək zərurəti ortaya çıxarsa, müqavilə əsasında 50 faizə qədər müəllif qonorarı ödənilə bilər.

8. Estrada və sirk üçün yazılmış əsərlərə görə müəllif qonorarı aşağıdakı qaydalara əməl etməklə ödənilir:

a) 6 və daha artıq misradan ibarət olan meyxanalar həcmindən asılı olmayaraq iki rübai kimi götürülür;

b) qısa dialoq (intermedia) üçün nəzərdə tutulan minimum müəllif qonorarı nömrələr arasında əlaqə yaratmaq, yaxud nömrəyə giriş xarakterində yazılmış intermediyalar üçün də tətbiq edilir.

9. Nəşr olunmamış əsərin kütləvi ifası üçün müəllif müqavilə (səhnə müqaviləsi) bağlamış müəssisə (təşkilat) aldığı əsəri özünün tabeçiliyində olan təşkilatlara verə, radio və televiziya ilə ifa edə, yaxud heç bir əlavə qonorar ödəmədən nüsxələrinin sayını artıra bilər. Müəllifin kütləvi ifaya görə qonorar almaq hüququ saxlanılır.

10. Teatrları rəngarəng repertuarla təmin etmək məqsədi ilə nəşr olunmamış dram və estrada əsərlərinin müəllifin razılığı əsasında Müəllif Hüquqları Agentliyi vasitəsi ilə əlyazma şəklində artırılmasına onun nəşri kimi baxılmır.

Belə əsərlərin kütləvi ifasını ilk dəfə həyata keçirən müəssisə (təşkilat) müəllif qonorarı ödəməyə borcludur (əvvəllər müəllif qonorarı ödənilməyibsə).

11. Teatrların, sirklərin, konsert təşkilatlarının və ifaçılıq kollektivlərinin rəhbərləri ilkin ifa hüququnun alınmasına və ya sifariş əsasında yaradılmasına görə müəllif qonorarı ödənilməsini nəzərdə tutan müqavilələri yalnız yuxarı orqanların icazəsindən sonra bağlaya bilərlər.



Sifariş əsasında yaradılan əsərə görə müəllif qonorarı müəlliflərin vərəsələrinə müəyyən olunmuş qaydalar əsasında Müəllif Hüquqları Agentliyi vasitəsi ilə verilir.

___________
Yüklə 210,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin