10. AKKUMLYATOR BATAREYALARI İLƏ İŞLƏYƏN ZAMAN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
10.1. Sulfat turşusu və elektrolitlə davranarkən. Sulfat turşusu ilə davranarkən, elektroliti hazırlayarkən və onu akkumlyator batareyalarına doldurarkən mütləq mühafizə kostyumunu, müdafiə eynəklərini, rezin materialdan hazırlanmış əlcəkləri, çəkmələri və önlüyü geyinmək lazımdır.
10.2. Bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə aşağıdakı qaydalara riayət olunmalıdır:
10.2.1. sulfat turşusu ağzı kip bağlanan taxta qutuların içərisində olan şüşə butulkalarda saxlanılmalıdır;
10.2.2. sulfat turşusu saxlanılan butulkaları bir yerdən başqa yerə ancaq iki nəfərin aparmasına icazə verilir;
10.2.3. sulfat turşusunun butulkadan boşaldılması ancaq xüsusi nasos və yaxud boşaldıcı qurğu vasitəsindən istifadə etməklə yerinə yetirilir;
10.2.4. elektrolit sulfat turşusuna davamlı qablarda (ebonit, keramik, saxsı və s.) hazırlanmalıdır (şüşə qabda hazırlanmasına icazə verilmir, beləki elektrolitin hazırlanması zamanı sulfat turşusunu suya əlavə edərkən yüksək hərarət yaranır və nəticədə şüşə material partlayır).
10.3. Qadağandır:
10.3.1. elektroliti hazırlayarkən suyu sulfat turşusunun üzərinə tökmək;
10.3.2. sulfat turşusunu taxta qutudan çıxararkən ağızlığından yapışaraq qaldırıb çıxartmaq;
10.3.3. butulkanı tək adamın daşıması;
10.3.4. butulkadan turşunu xüsusi qurğudan istifadə etmədən başqa qaba tökmək.
10.4. Akkumlyator batareyasını doldurarkən (zaryadka). Akkumlyator doldurma otağında saatda adi ventilyasiya sistemindən 6-8 dəfə sürətli təmizləyən ventilyasiya sistemi quraşdırılmalıdır. Ventilyasiya sistemi doldurmadan 1 saat əvvəl işə salınmalı və iş qurtardıqdan 1,5 saat sonra söndürülməlidir. Akkumlyator doldurma otağının qarşısında “Akkumlyator sexi”, ”Oddan təhlükəlidir” və “Siqaret çəkmək qadağandır” yazıları olan lövhələr asılmalıdır.
10.5. Doldurulmaya qoyulmuş akkumlyator batareyalarına baxış keçirərkən açıq alovdan istifadə qəti qadağandır. Baxış üçün ancaq 12 v və yaxud 24 v gərginlikli daşınan lampalardan istifadə etməyə icazə verilir. Bundan əlavə doldurulmada olan AKB əyilərək baxmaq ki, doldurma prosesi necə gedir qadağandır. Beləki, həmin an elektrolitin üzə və gözə sıçraması nəticəsində bədbəxt hadisə baş verə bilər.
10.6. AKB doldurulmaya qoyularkən elektrik sıxacları etibarlı sıxılmalıdır ki, doldurma zamanı qığılcım baş verməsin. AKB dolmasını klemmaların biri birinə toxundurmaqla qığılcım yaratmaqla yoxlanılması qadağandır.
10.7. AKB texniki xidmət göstərərkən və təmir edərkən. AKB texniki xidmət göstərərkən, təmir edərkən xəsarət almamaq məqsədi ilə mühafizə kostyumunu, müdafiə eynəklərini, rezin materialdan hazırlanmış əlcəkləri, çəkmələri və önlüyü geyinmək lazımdır. AKB dolu vəziyyətdə olarkən onun təmiri zamanı lehim lampası ilə hər hansı bir təmir işini yerinə yetirmək qadağandır. Təmir işləri ancaq bunun üçün nəzərdə tutulmuş yerdə və masının üzərində aparılmalıdır. AKB klemmalarının üzərinə qurğuşun əridib tökərkən həmin qurğuşunun içərisinə suyun və yağın (YSM) tökülməsinə yol vermək olmaz. Belə ki, bu zaman qurğuşunun ərintisi kənara sıçraya bilər. Ona görədə əridilmiş qurğuşunu tökdükdən sonra onu su ilə soyutmaq qəti qadağandır.
10.8. Doldurucu aparatlarla işləyərkən. Aparat elektrik şəbəkəsinə qoşulmazdan əvvəl onun torpaqlanması yoxlanılmalıdır.
10.9. Doldurucu qurğunun elektrik naqillərinə əlcək olmadan toxunmaq qadağandır.
10.10. Qurğuya texniki xidmət göstərərkən onu mütləq elektrik şəbəkəsindən ayırmaq lazımdır. Bu zaman qoruyucu əlcəklərdən, çəkmələrdən və izolə edilmiş alətlərdən istifadə edilməlidir.
Dostları ilə paylaş: |