«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


QAYNAQ İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ ZAMANI



Yüklə 1,63 Mb.
səhifə21/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
TTQ FHN emr 150

9. QAYNAQ İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ ZAMANI

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
9.1. Elektroqaynaq işləri yerinə yetirərkən baş verə biləcək hadisələr:

9.1.1. qurğu işləyən və yaxud elektrik şəbəkəsinə qoşulu olduğu zaman onun hissələrinə, həmçinin üstü izolə edilməyən naqillərə toxunmaqla elektrik cərəyanı ilə zədələnmə halları;

9.1.2. elektrik qövsünün ultrabənövşəyi və infroqırmızı şüalarının dərini və gözləri zədələməsi;

9.1.3. metal ərintilərinin bədənin açıq hissələrini yandırması;

9.1.4. qaynaq zamanı əmələ gələn zəhərli qazların orqanizmə mənfi təsiri.

9.2. Bu halların baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət olunmalıdır:

9.2.1. qaynaq işlərinə ancaq bu işləri bacaran və icazə verən sənədləri olan şəxslər buraxılmalıdır;

9.2.2. elektroqaynaq qurğusu və qaynaq olunan məmulat möhkəm torpaqlanmalıdır;

9.2.3. qurğunun cərəyan naqillərində açıq və zədəli yerlər olmamalıdır;

9.2.4. qaynaq tutacağı qaynaq aparatına qədər yumşaq (əyilib düzələn) naqildən olmalı, aparatdan elektrik şəbəkəsinə qədər isə üstü şlanq və yaxud başqa materialdan izolə edilmiş naqil olmalıdır. Aliminumdan olan naqilin tətbiqi qadağandır;

9.2.5. qaynaq işləri zamanı qaynaq işləri üçün nəzərdə tutulan xüsusi dəbilqədən (ŞEU – 1 S) istifadə olunmalıdır;

9.2.6. elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin qarşısını almaq üçün qaynaqçı xüsusi geyimdə və əlcəklərdə işləməlidir;

9.2.7. qaynaq olunan metal çirkdən və paslardan təmizlənməlidir;

9.2.8. aparatın üzərində naqillərin hər hansı yerdəyişmələrini, bərkitmə və təmir işlərin yerinə yetirilməsi aparat şəbəkədən ayrıldıqdan sonra yerinə yetirilməlidir.

9.3. Qaz qanağı işləri yerinə yetirərkən baş verə biləcək hadisələr:

9.3.1. nəfəs alıb verərkən asetilenlə zəhərlənmə;

9.3.2. metal ərintilərinin bədənin açıq hissələrini yandırması;

9.3.3. asetilinin miqdarı normadan artıq olması və qızması nəticəsində partlayışın baş verməsi;

9.3.4. asetilen, oksigen və havanın qarışığının partlayış əmələ gətirməsi;

9.3.5. oksigen balonlarının partlama təhlükəsi.

9.4. Bu halların baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət olunmalıdır:

9.4.1. qaynaq işlərinə ancaq bu işləri bacaran və icazə barədə sənədləri olan şəxslər buraxılmalıdır;

9.4.2. qaynaq otağında ventilyasiya sistemi işlək vəziyyətdə olmalıdır;

9.4.3. qaynaqçının işçi masasıının üzəri dəmir örtükdən olmalıdır ki, qaynaq olunan metalların o tərəf bu tərəfə çevrilməsində çətinlik yaranmasın;

9.4.4. qaynaqçının daimi iş yerində odluqu asmaq üşün xüsusi asılqan və odluqu soyutmaq üçün su ilə dolu vanna olmalıdır;

9.4.5. iş yeri yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır;

9.4.6. işlərə başlamazdan əvvəl qaynaqçı təlimatlandırılmalıdır;

9.4.7. qaynaqçının işləri eynəkdə (TS – 2 markalı) yerinə yetirməlidir;

9.4.8. qaynaqçıya kömək məqsədi ilə təyin olunmuş şəxslərdə eynəklərlə (QS – 3 markalı) təmin olunmalıdırlar;

9.4.9. qaynaq işlərinə başlamazdan əvvəl iş yeri kənar cisimlərdən təmizlənməlidir;

9.4.10. qaynaq işləri oksigen və asetilen balonlarından ən azı 5 metr kənarda aparılmalıdır;

9.4.11. ayda bir dəfədən az olmayaraq, həmçinin qaz sızması hallarının olduğuna şübhə yarandıqda qaz odluğu yoxlanılmalı, təmizlənməli və bərkidilməlidir (odluqdan alov çıxarkən odluqun uc hissəsində partıldama və alovun geri vurma halları olmamalıdır. Belə hallar olduqda dərhal asetilen, oksigen ventilləri bağlanmalı və odluq suda soyudulmalıdır).

9.5. Yadda saxlamaq lazımdır ki, qaz qaynağı aparatından istifadə edərkən oksigenin yağlarla, asetilenin isə oksigen və hava ilə qarışması partlayışa səbəb ola bilər.

9.6. Donmuş asetilenin və oksigenin ancaq isti su ilə qızdırılmasına icazə verilir.

9.7. Asetilen generatoru saxlanılan yerdən 10 metr yaxın məsafədə alovdan istifadə qadağandır. Həmin yerlərdə “Oddan təhlükəlidir”, ”Siqaret çəkmək qadağandır” və ”Alovdan istifadə etmək qadağandır” lövhələri asılmalıdır.

9.8. Qaynaq işlərinə başlamazdan əvvəl yoxlanılmalıdır:

9.8.1. qaz şlanqlarının odluqa və reduktora etibarlı bağlanılması;

9.8.2. çaxmaqda suyun səviyyəsi və çaxmaqın birləşmələrinin etibarlı olması;

9.8.3. odluqun, reduktorun və şlanqların sazlığı.

9.9. İşin sonunda asetilen generatoru çirkdən və palçıqdan təmizlənməli və balonda olan asetilen boşaldılmalıdır.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin