«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi



Yüklə 1,63 Mb.
səhifə17/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   13   14   15   16   17   18   19   20   ...   29
TTQ FHN emr 150

Şək.24. Yarıqları keçmə:

a - bir əl və ayaq tam yarıqdadır;

b - əlləri və ayaqları yarığın tinlərinə dayayaraq keçmə.

Şək.25. Xarici qaya künclərini keçmə.



Şək.26. Qaya tavalarını keçmə:

a-qalxmada;

b - enmədə.


Şək.27. Qaya qılıclarını keçmə:

a-üstdən oturaraq;

b - yandan hərəkətlə.
5.4.23.5. karnizlərdə və terraslarda üzü yamaca hər addımda ayaqları birləşdirərək, əllərlə müvazinət üçün divardan yapışıb hərəkət etmək lazımdır (şək.28);

5.4.23.6. üfüqi yarıqlarda və karnizlərdə sürünmək lazımdır (şək.29).

5.4.24. Çətin və mürəkkəb qaya sahələrini keçəndə qayaya dırmaşmanın bütün üsulları tətbiq edilir. Xüsusi yeri qarmaq texnikası tutur. Düzgün istifadə etdikdə o, hərəkətin təhlükəsizliyini təmin edir. Bunun əsasını qaya qarmağı üçün düzgün yarıq seçil-məsi təşkil edir. Qaya qarmağının tini mütləq daşa söykənməlidir. Vurulmuş qarmağa, yaxud repşnurun ilməyinə yaylı qar-maq, (karabin) asılır, belə ki, o, sürtünmə olmadan sürüşə bilsin və qalxmada karabində ilmək əmələ gəlməsin.




Sək.28. Üfüqi terrası keçmə.

Sək.29. Üfüqi yarığı sürünməklə keçmə
5.4.25. Qaya qarmağı yarığın dərinliyinə vurulursa, karabinlərin sayını artırmaq, yaxud ilməklərdən istifadə edib karabini onlara elə geydirmək lazımdır ki, ip qayanın çıxıntılarına sürtünməsin və asan sürüşsün.

30. 31.



Şək.30. Dağ ipinin köməyi ilə yamacda addım – addım enmə.

Şək.31. Dağ ipi ilə cəftəli halqada enmə.
5.4.26. Belə sahələri keçməyi sürətləndirmək məqsədilə birinci əsgər keçəndən sonra ip bərkidilir. Qalanları onun köməyi ilə qalxırlar (şək.30).



Şək. 32. Dağ ipi ilə enmə: a – ayaqların dayağı ilə; b - ipi özünə geydirərək; c - azad enmə.
5.4.27. Asan və orta çətinlikli qayalarda enmədə, bir qayda olaraq, idman üsullarından istifadə edilir (şək.31). Çətin qayalarda ip asılır və enmə ipdə oturaraq təşkil edilir (şək. 32).

5.4.28. Dağ çaylarını keçmə üsulları.

5.4.28.1. Dağ çayları ciddi maneədir və onları keçmə üsullarına xüsusi diqqət vermək lazımdır. Dağ çaylarım fərqləndirən xüsusiyyətlər - böyük axın sürəti, suyun temperaturunun aşağı olması, daşlı dibi, suyun səviyyəsinin mövsümdən, sutkadan asılı olaraq dəyişməsi və dik, çətin çıxılan sahilləridir.

5.4.29. Dağ çaylarını ayaqla və çay üstü ilə keçmək olur:

5.4.29.1. Ayaqla keçmək üçün elə yer seçilir ki, çayın axını sakit, suyun səthi hamar olsun. Çayın dərinliyi elə olmalıdır ki, su beldən yuxarı qalxmasın. Çayı ayaqla yalın ayaqlara geyilmiş ayaqqabıda keçirlər ki, daşlar ayaqları yaralamasın və dolaqlar (corablar) quru qalsın.
5.4.30. Dağ çayını ayaqla keçmək üçün çoxlu üsullar vardır, onlardan əsasları aşağıdakılardır:
Şək.33. Şüvülün (uzun ağacın) köməyilə öz təhlükəsizliyinin təmin edərək çayı ayaqla keçmə.
5.4.30.1. şüvülün (uzun ağacın) köməyilə öz təhlükəsizliyini təmin edərək keçmə (şək.33) ayaqla keçməkdən ötrü yer axtarmaq (kəşfiyyat) üçün, həmçinin su üzərindən keçməyi təşkil edəndə ipi keçirmək üçün tətbiq edilir. Ağac keçənin boyundan kiçik olmamalıdır və onun ucunu ipə, yaxud çayı keçənin kəmərinə bağlamaqla öz təhlükəsizliyi təmin edilir. Çayı keçəndə axına qarşı kiçik bucaq altında gedərək, ağacı axının aşağısına dayaq etmək lazımdır.



Şək.34. Çayı üç-üç cərgə ilə keçmə.

Şək.35. Çayı bir-bir kolonla keçmə.
Ağacı, qolları geniş açmaqla tutmaq (yuxarı ucunu aşağıdan, ağacın ortasını isə əllə yuxarı-dan tutmaq) lazımdır. Hərəkət vaxtı iki nöqtədə dayaq saxlamağa riayət etmək lazımdır. Ağacı və ayaqları çayın dibindən çox yuxarı ayırmadan möhkəm dayaq nöqtəsi axtarmaq lazımdır.

Şək.36. Çayı çəkilmiş ip boyu keçmə .

5.4.30.2. üç-üç cərgə ilə keçmə (şək. 34) su dizdən yuxarı olmayanda dağ çayını tez keçmək üçün tətbiq olunur. Axına çəpinə getməli və bu zaman əsgərlər bir-birini döş sarığından, yaxud bel kəmərindən tutmalıdır.

5.4.30.3. bir-bir kolonla keçmə (şək. 35) suyun dərinliyi dizə qədər olduqda və axının sürəti böyük olmayan çayı tez keçmək məqsədilə tətbiq edilir. Əsgərlər azad addımla (hamı birdən addım atmayaraq) axına qarşı yuxarı çəpinə hərəkət edirlər, özü də bu zaman bir-birinin döş sarığından tuturlar. Öndə gedənlər qüvvətli və təcrübəli olmalıdırlar.

5.4.30.4. çəkilmiş ip boyu (məhəccərlə) keçmə (şək. 36) dərinlik boyu su belə qədər, axın sürətli olan yerlərdə tətbiq olunur. Keçmək üçün məhəccərə bağlanıb addım-addım yanaşı getmək lazımdır. Məhəccərdə yalnız bir nəfər o taya keçən olmalıdır. Çayı keçəndən sonra təhlükəsizliyi təmin edən ipi açıb geriyə göndərmək lazımdır. Sonrakı əsgər də birinci kimi çayı keçir.




Şək.37. Çayı daşlar üzərində keçmə.
5.4.31. Dağ çayını suyun üstündən keçmək üçün əsas üsullar aşağıdakılardır:

5.4.31.1. sudan çıxıntısı olan daşlar və tir üzərindən keçmə (şək.37) ensiz çaylarda tətbiq edilir. Təhlükəsizliyi təmin etmək üçün əsas ip (məhəccər) çəkilir. Əsgərlər çəkilmiş ipdən əllə yapışaraq, bir daşdan o birisinə tullanırlar, yaxud tir üzəri ilə keçirlər.

5.4.31.2. Dağ işə blokla (karabinlə) keçmə (şək. 38) dərin coşqun çayları keçəndə tətbiq edilir. Bu üsulla keçmək üçün hündür sahilli və çıxıntısı olan böyük daşlar, yaxud ağaclar (bərkitmək üçün etibarlı nöqtələr) olan yer seçilir.Təhlükəsiz yerdə bir nəfər ağacla və ipin ucunu götürüb o tərəfə keçir, sonra ip əvvəlcədən müəyyən edilmiş yerə keçirilir, bərkidilir və dartılıb tarımlanır. İp hərəkət istiqamətinə tərəf maili İp blok sistemi ilə (karabin bərkidici düyünlə) dartılır. İplə hərəkət, göndərilən adamın, yaxud yükün kütləsi hesabına sürüşməklə, yaxud köməkçi iplə edilir. Keçirilən adam ipdən əlləri ilə dartılıb çəkilərək sərbəst hərəkət də edə bilər. Əsas ipə bağlanma karabin vasitəsilə olur.

B u üsulla həm bölmələr, həm də silah, döyüş sursatı və əmlak kanyonlardan, dərin xəndəklərdən keçirilir. Dağ çayı mövcud olan asma piyada körpülər ilə və mühəndis-istehkam bölmələrinin xüsusi düzəltdiyi körpülərlə də keçilir. Dağ çaylarını keçəndə bütün hallarda xilasetmə postu təşkil edilir. Post axınla aşağıda qoyulur və təhlükəsizliyi təmin etmək üçün su üzərindən sahildən sahilə ip çəkilir.


Şək.38. Çayı dağ ipi ilə blokda keçmə (cəftəli halqa ilə.)


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin