5. DAĞ MANEƏLƏRİ, ONLARI KEÇMƏ ÜSULLARI VƏ
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
5.1. Əsas dağ maneələrinə otlu yamaclar, töküntülər, qayalıq sahələr, buzlu və qarlı yamaclar, dağ çayları aiddir. Bu dağ maneələrini keçmək, hərəkət vaxtı təhlükəsizlik tədbirlərini təmin etmək dağlarda xilasetmə əməliyyatı aparan bütün şəxsi heyətin başlıca vəzifələrindən biridir. Dağ maneələrini keçmə texnikası, bir qayda olaraq, dağ-idman şəhərciyində və dağ ərazisində xüsusi hazırlanmış sahələrdə fiziki və taktiki hazırlıq məşğələləri prosesində öyrənilir.
5.2. DAĞ LƏVAZİMATI VƏ ƏMLAKI
5.2.1. Dağ ləvazimatı fərdi və qrup üçün olur.
5.2.2. Fərdi dağ ləvazimatına (şək.1) fırtına kostyumu və isti geyim, trikonlu botinkalar, buz baltası, ondişli ayaq qarmağı, döş kəməri, yaylı qarmaq (karabin), köməkçi ip (repşnur), mühafizə eynəyi aiddir.
5.2.3. Fırtına kostyumu və isti geyim (yarıyun sviter - toxunma uzunboğaz köynək, yarıyun corab). Fırtına kostyumu kapyuşonlu (başlıqlı) kurtka və aşırımlı cibli, bağlamalı, rezinlə sıxılan şalvardan ibarət olur. Materialı su keçirməyən nazik brezentdəndir. Hər hansı hava şəraitində dağ maneələrini keçmək üçün müəyyən edilib.
5.2.4. Şək.1 Fərdi dağ ləvazimatları:
- 1-buz baltası;
- 2-trikonlu dağ botinkaları;
- 3-ondişli ayaq qarmağı;
- 4-döş kəməri;
- 5-köməkçi ip;
- 6-dilli halqa;
- 7-mühafizə eynəyi
5.2.5. Trikonlu (ucluqlu lövhəcik) botinkalar yuftadan, qalın sərt altlıqlı, böyrü yüksək bağlanan tikilir; kip örtülən klapanı içəriyə xırda qırışlar nəmişliyin düşməsinə yol vermir, bərk burnu qar və pilləkən düzəltmək imkan verir. Bərkidilən trikonlar səthə ilişərək altlığı dağılmaqdan qoruyur. Botinkanın içərisinə keçə qat qoyulur. Botinkalar mürəkkəb sürüşkən səthli dağ maneələrini keçmək üçündür.
5.2.6. Buz baltası buzda pillə düzəltmək üçün kürəcəyi olan başlıqdan ibarətdir; beldəki altıüzlü «buravçik» tipli açar buz qar-maqlarmı burmaq və konus tipli qarmaqları dartıb çıxarmaq üçündür. Başlığın ortasında təhlükəsizliyi və öz təhlükəsizliyini balta vasitəsilə təmin etməkdən ötrü onun özü-özünü çıxarması üçün dəlik vardır. Baltada halqalı qaytan olur. Halqanın balta ağacın-da hərəkətini stopor vinti məhdudlaşdırır. Baltanın ucunda burulan süngücük və öz-özünü dartıb çıxaranda ipi bərkitmək üçün deşik var. Baltanın uzunluğu 60-dan 90-sm-ə qədər olur; balta boydan asılı olaraq fərdi qaydada seçilir. Sırada dayananda balta süngücüyü ilə yerə söykənir, başlıq sol əldə olur. Buz baltasından həm qarda, həm buzda, həm də otlu yamaclarda təhlükəsizliyi və öz təhlükəsizliyini təmin etmək üçün istifadə olunur; onun vasitəsilə qolun əlavə qaldırılma qüvvəsi hərəkətə gətirilir, o, müvazinət üçün əlavə istinad nöqtəsi olur. Balta çadır düzəldəndə dirək kimi istifadə oluna bilər; tormoz-lama qurğularında tətbiq edilir; buz baltalarından yaralılar üçün xərəklər düzəltmək olar.
5.2.7. Ondişli ayaq alpinist qarmaqları buzlu-qarlı yamaclarda hərəkət üçündür. Onlar ayaqqabıdakı altlığa kip geydirilir, uzunluğu altlığı uyğun olmalıdır, qayışlarla xüsusi toqqalarda bərkidilir. Sağ və sol ayağın qarmaqları bir-birindən fərqlənmir. Qar-maqların burun və daban tərəfdəki dişləri qarmaq oxu boyuna köndələn, qalanları isə qarmaq oxu istiqamətində itilənir.
Döş kəməri eni 35 mm və beşdişli toqqa kəmərdir; möhkəm lentdən hazırlanır; kəməri aşağı düşməyə qoymayan aşırım ilgəkləri olur. Bu, təhlükəsizliyi təmin etmək üçündür. Yaylı qarmaq (karabin) tormozlama qurğusu üçün xətti istinadı ipin nöqtə istinadı ilə (qarmaq, buz baltası) birləşdirmək üçündür; blok funksiyasını da icra edir; nəqliyyat üçün asma vaxtı mütəhərrik nöqtə dayağı kimi istifadə olunur. Karabin müxtəlif formada ola bilər (üçbucaq, trapesvari, zəncirvari). Karabin xüsusi poladdan hazırlanır, en kəsiyi 10 mm, qırılma möhkəmliyi 1500 kq olur.
5.2.8. Köməkçi ip (repşnur) 5 m uzunluqda diametri 7-8 mm olur, dağ maneələrini keçəndə təhlükəsizlik üçün ayaq nərdivanı və oturacaq düzəltməkdən ötrü tətbiq olunur. İpin dartılmada qırılma möhkəmliyi 500 kq-dan az olmur.
5.2.9. Mühafizə eynəyi yüksək dağlıqda lazımdır, xüsusən qar üzərində hərəkətdə gözləri ultrabənövşəyi şüalardan qoruyur.
5.2.10. Qrup dağ ləvazimatına (şək.2) əsas ip, köməkçi ip, dağ çəkici, qaya qarmaqları, çadır, bel, sistemli blok aiddir.
5.2.11. Əsas ip müxtəlif dağ maneələrini keçəndə təhlükəsizliyin təmin edilməsi üçün istifadə olunur. İpin sintetik iplikdən əsası və sarığı olur, uzunluğu 40-80 m, diametri 10 mm, qırılmada maksimum 1700 kq-a davam gətirir (1 m ipin çəkisi 60 q-dır).
5.2.12. Köməkçi ip (uzunluğu əsas ip kimi 40-80 m) əsas ip, köməkçi kimi ən müxtəlif məqsədlər üçün istifadə olunur. Köməkçi ipdən və yüngül metal üçbucaq lövhəciklərdən ip nərdivanı düzəltmək olar və bu, əsgərlər tərəfindən çox da yüksək olmayan qayalıq və buzlu divarlara tez qalxmaq üçün istifadə oluna bilər (1 m köməkçi ipin çəkisi 32 q-dır).
5.2.13. Dağ çəkici qarmaqları vurmaq və çıxarmaq iti daşları əzmək, tormoz qurğuları düzəltmək və qaya süxurlarını vurub səslə yoxlamaq üçündür. Çəkic küpdən, ağac dəstəkdən, əl, yaxud çiyindən asmaq üçün ilgəcdən ibarətdir (çəkicin kütləsi 900 q olur).
5.2.14. Qaya qarmaqları əsas ipi qayaya bərkitmək üçün tətbiq edilir.
5.2.15. Buz qarmaqları əsas ipi buzlu yamaca bərkitmək üçün tətbiq edilir.
5.2.16. Çadır uzun müddət istirahət, soyuq və pis havadan qorunmaq üçündür. Tutumu 4 adamlıqdır (kütləsi 3 kq).
2.
1.
5.2.17. Şək. 2. Qrup dağ ləvazimatları:
- 1 - dağ əsas ipi:
- 2 – B. İ.Turovsk sistemli blok;
- 3 - qaya qarmaqları;
- 4 - bağlanan halqalar;
- 5 - dağ çəkici;
- 6 - buz qarmaqları;
- 7 - yüksək dağ çadırı.
5.2.18. Kürək qarlı yamaclarda iş üçün tətbiq edilir.
5.2.19. Sistemli blok insanların dağ ipi ilə təhlükəsiz enməsini təmin etməkdə, yüklərin həm qaldırılmasında, həm də endirilmə-sində, həmçinin dağ çayları, kanyonlar və s. üzərindən keçidin təşkilində istifadə olunur.
5.2.20. Lazımi dağ ləvazimatını və əmlakın şəxsi heyətin təlim tapşırığından (dağlıq, yaxud yüksək dağlıq ərazidə fəaliyyəti üçün), xilasedicilərin dağlarda qalma müddətindən, ilin fəslindən və havanın vəziyyətindən asılı olaraq qrup komandiri seçir. Xilasedici qrupun yüksək dağlıq rayonda fəaliyyəti üçün qrup ləvazimatı təxminən aşağıdakılardan ibarət olur: əsas ip (40 m) - 7 ədəd; köməkçi ip (40 m) - 3 ədəd, dağ çəkici - 10 ədəd; qaya qarmaqları - 30 ədəd; buz qarmaqları - 7 ədəd; çadır - 10 ədəd.
5.2.21. Dağ ləvazimatının və əmlakının düzgün seçilməsi, nəinki maneələrin keçilməsini yüngülləşdirir, eyni zamanda təhlükəsizlik tədbirlərini təmin edir.
5.3. DAĞ MANEƏLƏRİNİ KEÇƏRKƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
5.3.1. Dağlarda hərəkətin təhlükəsizliyi, təhlükəsizlik və öz təhlükəsizliyini təmin etmə tədbirlərinin bacarıqla təşkil edilməsi, buz baltası, əsas və köməkçi iplər, qaya və buz qarmaqları, yaylı qarmaqlar (karabinlər) və dağ çəkicinin köməyi ilə əldə edilir. Təhlükəsizliyin təmin edilməsi bütün səviyyələrdən olan rəhbər heyətinin (komandir və rəis) birinci vəzifəsidir.
5.3.2. Əsas və köməkçi iplərdən istifadə edərək təhlükəsizliyi və öz təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif düyünlər (bağlamalar) tətbiq olunur (şək.3).
5.3.3. Şək. 3. Əsas və köməkçi iplərdən düyünlər:
- 1 - toxuculuq;
- 2 - düzünə;
- 3 - brom-şkot;
- 4 - «provodnik» (bələdçi) düyünü;
- 6 - «stremya» (üzəngi) düyünü;
- 7 - «bulin» düyün
5.3.4. Düyünləri tez və düzgün bağlamaq əksər hallarda qalxma və enmədə vaxta qənaətə kömək edir.
5.3.5. Dağa dırmaşma texnikasında ən çox geniş tətbiq edilən düyünlər üç əsas kateqoriyaya bölünür: iki ipi bağlamaq üçün düyünlər; köməkçi düyünlər; sinəni bağlamaq üçün düyünlər.
5.3.6. Eyni diametrli ipləri bağlamaq üçün düz (dəniz) və toxuculuq düyünləri, başqa diametrli ipləri bağlamaq üçün isə brom - şkot düyünü tətbiq olunur.
5.3.7. Düzünə (dəniz) düyün kifayət qədər möhkəmdir, lakin ip yüklənməyəndə öz-özünə açılmağa meylli olur ki, bu da onu tətbiq edəndə diqqətli olmağı tələb edir.
5.3.8. Toxuculuq düyünü həm eyni, həm də müxtəlif diametrli ipləri bağlamağa imkan verir. O, möhkəmdir, lakin onu bağlamaq çətindir.
5.3.9. Brom - şkot düyünü müxtəlif diametrli ipləri bağlamaq üçün daha yaxşı düyündür. Yüksək möhkəmliyi, sadə açılıb-bağlanması onun başlıca üstünlüyüdür. Brom-şkot düyünündə nazik ip yük altında yoğun ipi düzünə düyünlə bağlayanda olduğu kimi yırtmır.
5.3.10. Əsas ipi döş qəfəsi dövrəsində sarıyıb bağlamaq və müəyyən məsafədə iki-üç xilasedicinin öz aralarında bir birlərinə bağlanmaları üçün «bələdçi» və «bulin» düyünləri tətbiq olunur.
5.3.11. Repşnur (köməkçi ip) döş qəfəsinin dövrəsində qoltuq altı səviyyədə bağlanır. Düyünü dartanda ilmənin ölçüsü döş qəfəsinin dövrəsində nəfəs alan zaman tənzimləndirilir. İp ilməsinin sürüşüb aşağı düşməsinin qarşısını almaq üçün repşnurdan çiyinbağı düzəldilir.
5.3.12. Köməkçi düyünlərə bəndedici düyün, üzəngi düyünü, ikiqat top düyünü aiddir.
5.3.13. “Bəndedici” düyün repşnur ilməsindən əsas ipin dövrəsində bağlanır, qalxma və enmədə yeri əllə dəyişdirilir, qırılanda düyün əsas ipdə dartılıb bərkidilir. Düyünü zəiflətmək üçün əhatə edən ilməni ipdən ayırmaq kifayətdir.
5.3.14. “Üzəngi” düyünü - ayaq üçün dayaq kimi istifadə olunur. Düyünün nöqsanlarından biri qalxma vaxtı onun öz-özünə açılmasıdır. Bu nöqsan ikiqat top düyünü bağlamaqla aradan qaldırılır, bunu üzəngidə asan bağlamaq, sonra ayaqda kip dartmaq olar.
5.3.15. “İkiqat top” düyünü əsir düşməni bağlamaqda da tətbiq oluna bilər. Üzəngi düyünü üçün "bələdçi" düyünü ilə bağlanmış ipə adi ilməni vurmaq olar. Bütün yuxarıda göstərilən düyünlərə kontrol düyünlə nəzarət edilir. Bu ipdə çoxlu miqdarda düyün olmamalıdır, çünki bu, ipin möhkəmliyini azaldır.
5.3.16. Təhlükəsizliyin əsas növləri bunlardır: öz təhlükəsizliyini təmin etmə və təhlükəsizliyi təminatı.
5.3.17. Öz təhlükəsizliyini təmin etmə özünün təhlükəsizliyinin təminatı üçün tətbiq edilən tədbirlərdir. Bu, həm dayanan vaxt, həm də hərəkətdə tətbiq edilir. Dayanan yerə (şək.4) köməkçi iplə qaya ucuna, qayaya (buza) vurulmuş qarmağa, qarda bərkidilmiş buz baltasına, əsas iplə bağlamaqla öz təhlükəsizliyi təmin edilir.
Dostları ilə paylaş: |