«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


Kimyəvi çirklənmiş ərazilərdə təhlükəsizlik tədbirləri



Yüklə 1,63 Mb.
səhifə7/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   2   3   4   5   6   7   8   9   10   ...   29
TTQ FHN emr 150

4.4. Kimyəvi çirklənmiş ərazilərdə təhlükəsizlik tədbirləri.

4.4.1. Xilasedici kimyəvi çirklənmiş əraziyə mütləq qoruyucu vasitələrdən (süzgəcli və qoruyucu əleyhqazlardan, ümumqoşun mühafizə dəstindən və ya əl altı vasitələrdən) istifadə etməklə daxil olmalıdır. Kimyəvi çirklənmiş ərazilərdə təhlükəsizlik tədbirləri kimyəvi maddənin növündən, fiziki xüsusiyyətindən, maddənin ətraf mühitə atılma (yayılma) miqyasından, meteoroloji şəraitdən, ilk növbədə havanın temperaturundan və küləyin sürətindən asılıdır. Yay vaxtı kimyəvi maddələr tez buxarlanır və buda öz növbəsində qəza zonasında həmin maddələrin miqdarını artırır.

4.4.2. Radiasiya qəzaları zamanı xilasedicilər aşağıdakı fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər:

4.4.2.1. əsas (kombinezonlar, kostyumlar, xalatlar, papaqlar, pambıq və qarışıq parçalardan olan corablar) və əlavə xüsusi geyimlərdən (önlüklər, qolçaqlar, yarımxalatlar, plyonkalar və rezin materiallarından hazırlanmış yarımkombinezonlar);

4.4.2.2. tənəffüs orqanlarını qoruyan fərdi mühafizə vasitələridən (respiratorlar, filtredici əleyhqazları izolyasiya edən nəfəs alma aparatları, pnevmomaskalar, pnevmodəbilqələr, pnevmodöşəkçələr və s.);

4.4.2.3. izoləedici kostyumlardan;

4.4.2.4. xüsusi ayaqqabılardan (əsas və əlavə);

4.4.2.5. əlləri qoruma vasitələrindən (rezin, plyonkalı, pambıq parçadan olan əlcəklər və ya qolçaqlar);

4.4.2.6. gözləri qoruyucu vasitələrdən (qoruyucu eynəklər, şirələr və s.);

4.4.2.7. qoruyucu mexanizmlərdən (əl tutumları, kəmərlər və s.).

4.4.3. Zədələnmiş konstruksiyaların uçmasının mümkün əlamətləri:

4.4.3.1. Daş kərpic konstruksiyalarda:

-divarlarda əyilmələr;

-çatlar;


-divarların bir – biri ilə əlaqəsinin pozulması.

4.4.3.2. Dəmir - beton konstruksiyalarda:

-betonun tökülməsi (örtülməsi) , armaturun sıyrılması (soyundurulması);

-çatlar və deformasiyalar;

-yığma birləşmələrin zədələnməsi.

4.4.3.3. Metal konstruksiyalarda:

-əyilmələr və elementlərin qırılmaları;

-qaynaq tikişlərin və pərçim birləşdirilmələrin zədələnməsi .

4.4.3.4. Ağac konstruksiyalarda:

-elementlərin sınması;

-qoşmaların zədələnməsi;

-konstruksiyaların sallanması və şişmələrin əmələ gəlməsi.

4.4.4. Kəşfiyyat işləri aparılmadan dağılmış və ya zədələnmiş bina və tikililər olan ərazidə işləmək qadağandır. Belə ki, kommunal–energetik təsərrüfatının xətlərinin zədələnməsi xilasetmə əməliyyatlarının aparılmasına müəyyən çətinliklər yaradır. Bu çətinliklər obyektin su və qaz ilə dolması, elektrik cərəyanın olması ilə bağlıdır.

4.4.5. Uçqunların təmizlənməsi zamanı təhlükəsizlik tədbirlərinə çox ciddi riayət olunmalıdır. İlk növbədə konstruksiyaların və böyük elementlərinin vəziyyətinə və dayanıqlığına fikir verilməlidir. Çatların, deformasiyaların yaranması zamanı dərhal işlər dayandırmalı və insanlar təhlükəli zonadan çıxarılmalıdırlar. Aparılmış xilasetmə əməliyyatlarının təcrübəsi göstərir ki, əməliyyatlar zamanı bədbəxt hadisələr əsasən binanın ayrı – ayrı hissələrin uçması zamanı baş verir. İşlər aparılan ərazinin giriş və çıxışlarında təhlükəni bildirən işarə və yazılar asılmalıdır. Əl və asma nərdivanlar möhkəm dayaqla bərkidilməlidirlər. Yüksəklikdən müxtəlif alətlər və materiallar (kərpic, taxta) aşağı endirilərkən aşağda işləyənlər bu barədə xəbərdar edilməli və onları təhlükəsiz məsafəyə çəkilməsi təmin olunmalıdır.

4.4.6. Binanın konstruksiya elementlərin bir neçə mərtəbəsinin eyni vaxtda dağıdılması qadağandır. Binanın digər hissəsinin uçmasına diqqət yetirilməlidir. Kərpic tikililər yuxarıdan aşağıya sökülməlidir. Zədələnmiş binaları sökərkən əvvəlcə onların dayanıqsız konstruksiyaları bərkidilməli və ya dağıdılmalıdır. Məsələn: əgər kərpic divar onun qalınlığının üçdə bir hissəsi qədər şaquli vəziyyətdən əyilibsə onda həmin divar dayaqdan, ağac və ya metal tirdən və yaxud əl altında olan vasitələrdən istifadə edilməklə bərkidilməlidir.

4.4.7. Uçqunda müxtəlif növ çalaların və uzun xəndəklərin quraşdırılması zamanı onların mail səthlərinin möhkəmliyinə fikir verilməlidir. Mailliyi daha çox olan səthlər bərkidilməlidir. Bərkitmə materialı kimi ağac, metal və dəmir – beton konstruksiyalarının qırıntılarından istifadə etmək olar.

4.4.8. İnsanların tarıma çəkilmiş burazların yaxınlığında yerləşməsi qadağandır. Qaz qoxusu olan zirzəmilərə düşmək yalnız izoləedici oksigen əleyhqazlarından istifadə etməklə icazə verilir. Qaz olan otaqlarda işlər yalnız onlarda havanın dəyişdirilməsindən və havanın tərkibi qazanalizator vasitəsilə yoxlanıldıqdan sonra aparılmalıdır. Belə tikililərin yanında tonqal qalamaq və siqaret çəkmək qəti qadağandır. Elektrik xəttlərinə elektrik enerjisinin verilməsi dayandırılmalı və işıqlandırma məqsədilə partlayışa qarşı təhlükəsiz akkumulyator fonarlarından istifadə olunmalıdır.

4.4.9. Zərərçəkənlərin üzərindən uçqunları təmizləyərkən təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməlidir. Zərərçəkənləri uçqunların altından çıxararkən qəfil hərəkətlərin edilməsinə, elementlərin tərpədilməsinə və həmin elementlərə güclü zərbələrin endirilməsi qadağandır. Belə ki, uçqunun dayanıqsızlığı, zədələnmiş və uçmuş konstruksiyalar arasında əlaqənin itməsi həmin konstruksiya və elementlərin sağ qalma ehtimalı olan zərərçəkənin üzərinə düşməsinə və onun həyatına son qoymasına səbəb ola bilər.

4.4.10. Uçqunlarda xilasedicilər və zərərçəkənlər üçün ən böyük təhlükə yanğınlardır. Yanğınlar karbon monooksidinin (dəm qazı-CO) ayrılması ilə müşayiət olunur, onun da havada az miqdarda olması insan həyatı üçün təhlükəlidir.

4.4.11. İnsanları uçqunların və ya tək qırıntıların altından xilas edərkən zərərçəkənlərə əlavə xəsarətlər yetirməmək üçün uçqun elementlərinin yana çəkilməsi qadağandır. Uçqunların təmizlənməsini yuxarıdan aşağı və perimetr boyu aparılmalıdır.

4.4.12. Yanan və ya közərən əşyalar uçqundan ilk növbədə çıxarılmalı və dərhal söndürülməlidirlər. Onların söndürülməsi mümkün olmadıqda yanğın olan yer daima su ilə sulanmalıdır.

4.4.13. Uçqunları təmizləyərkən dağılmış və sınmış elementləri bir–birindən ayırarkən avtokrandan istifadə edilməlidir. Avtokranın normadan artıq yüklənməsi qadağandır. Beləki, həddən artıq yükləmə trosun qırılmasına, avtokranın ox konstruksiyasının və sabitliyinin pozulmasına nəticədə onun aşmasına səbəb ola bilər .

4.4.14. Maşın və mexanizmləri işlədərkən onlar həddən artıq yüklənməməlidirlərr. Arakəsmələri yoxlanılmayan tikililərin divar və konstruksiyaların yaxınlığında maşın və mexanizmlərin yerləşdirilməsi qadağandır. Maşın və mexanizmlərlə işləyərkən iş meydançaları dayanıqlı və üfüqi vəziyyətdə olmalı, qaldırılan yüklərin həcminə, çəkisinə və vəziyyətinə diqqət olunmalıdır.

4.4.15. Uçqunlardan uzun konstruksiyaların avtokran vasitəsi ilə çıxarılması:

işlər təcrübəli krançılar tərəfindən yerinə yetirilməlidir. Yükün qaldırılmasından əvvəl əmin olmaq lazımdır ki, qaldırılan yük heç bir əşyaya ilişmir, yükün çəkisi kranın yük götürmə normasından çox deyil və qaldırma zonasında kənar şəxslər yoxdur.

4.4.16. Hər hansı bir təhlükə yarandıqda dərhal işlər dayandırılmalı, insanlar və texnikalar təhlükəsiz yerə çıxarılır.

4.4.17. Uçqunun sərhədində və uçqunda ağır texnikaları tətbiq edərkən işıqlanma, zəif tüstü və tozun yaranması nəzərə alınmalıdır. Mütləq hər mexanik – operatorun yanında radiostansiya ilə xilasedici yerləşdirilməlidir.

4.4.18. Radiostansiya ilə olan xilasedici borcludur :

4.4.18.1. burazçıları və koordinatorları yaxşı görməli;

4.4.18.2. burazçıların və koordinatorların siqnallarını səlis vədəqiqliklə mexanik – operatora təkrarlamalıdır .

4.4.19. Hündür mərtəbəli tikililərdə xilasetmə işləri yerinə yetirilərkən təhlükəsizlik tədbirləri:

4.4.19.1. ləvazimatların mövcudluğu və işlək vəziyyətdə olması, kəndirlərin vəziyyəti və bərkidilmə yerlərinin etibarlığı yoxlanılmalı;

4.4.19.2. əsas və sığorta kəndirlər ən azı 3 metr məsafədə bir–birindən aralı və müxtəlif nöqtələrdə bərkidilməli;

4.4.19.3. kəndirlərin yaxınlığında kəsmə səthləri olmamalı;

4.4.19.4. kəndirlərdə sürtünmə təhlükəsi yarandıqda qoruyucu çexolları bilavasitə əyilmə yerlərinə keçirilməli;

4.4.19.5. kəndirlərin yerə qədər çatmalı;

4.4.19.6. ehtimal edilən iş zonasının yaxınlığında açıq elektrik naqili olmamalı;

4.4.19.7. enmədən öncə enmə marşrutu diqqətlə yoxlanılmalı;

4.4.19.8. işlər yerinə yetirilən zona çəpərlənməli;

4.4.19.9. istifadə olunan ləvazimatların yerə düşməsinin qarşısını almaq məqsədi ilə onları etibarlı sığortanmalı;

4.4.19.10. qış vaxtı işləyərkən dam qardan və buz lülələrindən təmizlənməli;

4.4.19.11. çəpərlənməyən enişli damda işləyən zaman damın giriş yerindən enmə yerinə kimi ərazi sığortalanmalı və daima damda sığortalanmış vəziyyətdə olmalı;

4.4.19.12. dəbilqə və əlcəklərlə işləməli;

4.4.19.13. aşağı eniş etdikdə hər dəfə kəndir yoxlanılmalı və vaxtaşırı aşağıda təhlükəli zonada insanların olmadığına əmin olunmalı.

4.4.20. Qadağandır:

4.4.20.1. bir kəndirlə işləmək;

4.4.20.2. əsas və sığorta kəndirinin bir nöqtədə bərkidilməsi;

4.4.20.3. divara və ya dama vurulmuş qarmaqlara kəndirlərin bərkidilməsi;

4.4.20.4. sistemsiz işlərin aparılması;

4.4.20.5. yaş və ya buz bağlamış damda giriş yerindən enmə yerinə kimi ərazidə, sığortasız işləmək;

4.4.20.6. sərxoş vəziyyətdə işləmək;

4.4.20.7. bir xilasedicinin digərinin üzərində işləməsi;

4.4.20.8. hər hansı bir əşyanı aşağı atmaq;

4.4.20.9. radioqəbuledici aparatdan, pleyerdən və ya başqa səsqəbuledici vasitələrdən istifadə etmək;

4.4.20.10. yandırıcı materiallarla işləyərkən siqaret çəkmək;

4.4.20.11. sığorta olunmamış alətlə işləmək;

4.4.20.12. bir xilasedicinin gün ərzində 10 saatdan çox işləməsi;

4.4.20.13. başqasının kəndirini bağlamaq və ya açmaq;

4.4.20.14. sığorta olunmamış damın kənarına yaxınlaşmaq;

4.4.20.15. binanın aşağısında təhlükəli zonada dayanmaq;

4.4.20.16. kənar şəxsləri dama buraxmaq.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin