«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


Məşğələr keçirilən zaman təhlükəsizlik tədbirləri



Yüklə 1,63 Mb.
səhifə5/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   2   3   4   5   6   7   8   9   ...   29
TTQ FHN emr 150

4.2. Məşğələr keçirilən zaman təhlükəsizlik tədbirləri.

4.2.1. Gimnastika üzrə məşğələlərdə:

4.2.1.1. idman alətlərinin sazlığını, alətdən enmək üçün nəzərdə tutulan döşək və çuxurların varlığını və vəziyyətini yoxlamaq;

4.2.1.2. köndələn tirdə (perekladina) çalışmanın yerinə yetirilməsindən əvvəl onun sumbata (najdaçka) ilə sürtmək və əsgi ilə silmək;

4.2.1.3. idman alətində çalışma yerinə yetirən şəxsə köməyin edilməsi və sığortalanması.

4.2.2. Maneələr zolağının dəf edilməsi üzrə məşğələlərdə:

4.2.2.1. manələr zolağının elementlərinin sazlığını yoxlamaq;

4.2.2.2. qış vaxtı zolağın ərazisini qardan, buz örtüyündən təmizləmək, zərurət yarandıqda enmə və tullanma yerlərinə qum səpmək;

4.2.2.3. qumbaraların atışından əvvəl əzələləri, çiyin nahiyələri və əlləri məşq etdirmək;

4.2.2.4. qumbaranının atılması üzrə məşğələdə qumbara dayanan yerdən atılırsa çalışmanı yerinə yetirənlər arasındakı məsafə iki – üç addım, hərəkətdə yerinə yetirilirsə onda onlar arasında elə bir məsafə müəyyənləşdirilməlidir ki, qumbaranı atarkən yan tərəfdə və yaxud irəlidə gedənlərə xəsarət yetirilməsin;

4.2.2.5. zolağın mövcud yüksəklik elementlərindən (tirdən, pilləkəndən, və s.) tullanarkən enmə yerləri taxta kəpəyi və yaxud qumla doldurulmuş çüxurlardan düzəldilməlidir.

4.2.3. Əlbəyaxa döyüşləri üzrə çalışmalarda:

4.2.3.1. avtomatla fəndlər yerinə yetirilərkən öyrənənlər arasındakı məsafəyə fikir verilməli və çalışmanın yerinə yetirilmə ardıcıllığı gözlənilməlidir;

4.2.3.2. tərkisilah etmə fəndlərini öyrədərkən süngüləri maketlə əvəz etmək və yaxud sungünün uc hissəsinə yumşaq başlıq keçirtmək;

4.2.3.3. silahın əldən alınması, əllərin geri burulması və digər ağrılı fəndləri sərbəst, tələsmədən, ardıcıllıqla, güc tətbiq edtmədən yerinə yetirmək və oyundaş (digər mübarizə aparan tərəf) hər hansı bir siqnal ( ağrı barədə işarə) verdikdə çalışmanın yerinə yetirilməsini dərhal dayandırmaq;

4.2.3.4. bıçaqla, yumruqla və ayaqla zərbələri oyundaşa toxunmadan ifadə etməklə yerinə yetirmək.

4.2.4. Üzgüçülük üzrə məşğələlərdə:

4.2.4.1. üzməyi bacaranlarla – quraşdırılmış hovuzlarda;

4.2.4.2. üzməyi bacarmayanlarla – bunun üçün xüsusi quraşdırılmış yerlərdə, əgər belə yer olmazsa onda sığortalanma vasitələrindən istifadə etməklə, hovuzun dərinliyi 1 metrdən çox olmayan yerlərində üzməyi yaxşı bacaran şəxsin ciddi nəzarəti altında keçirilməlidir.

4.2.5. Məşğələ rəhbəri məşğələdən əvvəl, gedişində və sonra məşğələyə cəlb olunanları faktiki görməklə yoxlamalıdır.

4.2.6. Qadağan olunur:

4.2.6.1. sığorta vasitələrindən istifadə edilmədən üzməyi bacarmayanların hovuza girmələrinə icazə vermək ;

4.2.6.2. 1,5 metrdən dayaz yerlərdə suya baş vurmaqla suyun altına batma üsullarını yerinə yetirmək;

4.2.6.3. dərinliyi 4 metrdən az olan suya hündürlüyü 5 metr və daha yüksək olan qüllələrdən tullanmaq;

4.2.6.4. qüllədən suya tullanma çalışmaları yerinə yetirilərkən hovuzun içərisində qüllənin yaxınlığında digər şəxslərin olması;

4.2.6.5. qüllədən suya tullanan şəxs suyun altından çıxmamış və 5 metr qüllədən kənərlaşmamış növbəti şəxsin qüllədən tullanmasına icazə vermək.

4.2.7. Əgər məşğul olanlardan kimdəsə kəskin soyuqlama (dodaqların göyərməsi, titrəmə) əlamətləri aşkar edilərsə məşğələ rəhbəri dərhal həmin şəxsin sudan çıxarılmasını və tibb yardımın göstərilməsini təşkil etməlidir.

4.2.8. Atəş hazırlığı üzrə məşğələlərdə:

4.2.8.1. Atışda təhlükəsizlik atış kursunun tələblərinə riayət edilməklə və hərbi qulluqçuların yüksək intizamı ilə təmin olunur. Atış keçirilməzdən əvvəl yerinə yetirilən çalışmaların şərtləri diqqətlə öyrənilir, təhlükəsizlik tədbirləri üzrə təlimat hazırlanır və həmin təlimatın tələbləri bütün şəxsi heyət tərəfindən oyrənilir.

4.2.8.2. Təhlükəsizlik tədbirlərini mənimsəməyən şəxsi heyətin atışa və atış xidmətinə buraxılması qəti qadağandır.

4.2.8.3. Hər bir hərbi qulluqçu atışda təhlükəsizlik tədbirlərini dəqiq yerinə yetirməlidir. Hissə və bölmə komandirləri tabeçiliyində olan şəxsi heyətin təhlükəsizlik tədbirlərinə dəqiqliklə riayət etmələrinə tam məsuliyyət daşıyırlar.

4.2.8.4. Atışdan əvvəl mişen meydanı yoxlanılmalıdır və onun ərazisindən insanlar, heyvanlar və texnikalar çıxarılmalıdır. Atış meydanında hərəkət atış mərkəzi rəisinin və baş atış rəhbərinin icazəsi ilə həyata keçirilir. Partlamayan mərmilər, minalar və partlama təhlükəsi olan maddələr olan sahələrə girmək (piyada, maşınla) və onlara toxunmaq qəti qadağandır. Belə sahələrdə müvafiq nişanlar və xəbərdaredici işarələr qoyulmalıdır. Partlamayan mərmilərə, minalara və partlama təhlükəsi olan maddələrə toxunmaq qəti qadağandır. Onlar barəsində dərhal atış mərkəzinin rəhbərinə və baş atış rəhbərinə müəyyən olunmuş qaydada məlumat verilməlidir.

4.2.8.5. Silah ancaq atəş mövqeyində “Atəş” komandası verildikdən sonra doldurulur.

4.2.9. Atəş açmaq qadağandır:

4.2.9.1. atış nöqtəsində atış rəhbəri “Atəş” komandasını verməyənə qədər;

4.2.9.2. atəş mövqeyinə çıxana qədər;

4.2.9.3. atəşi göstərilən istiqamətdən kənar istiqamətə və insanlara tərəf yönəltmək;

4.2.9.4. “Dur”, ”Atəşi dayandır” komandalarından sonra, əgər komanda məntəqəsində ağ bayraq qaldırılıbsa;

4.2.9.5. nasaz silahlardan və nasaz mərmilərdən;

4.2.9.6. rabitə əlaqəsi olmadıqda.

4.2.9.7. Atəş dərhal dayandırılır:

4.2.9.8. atış sahəsində insan, heyvan və texnika göründükdə;

4.2.9.9. komanda məntəqəsində ağ bayraq qaldırıldıqda;

4.2.9.10. dövrələmə postundan (otsepleniya) atəşin aparılmasının təhlükəli olduğu barədə məlumat aldıqda;

4.2.9.11. atəş sahəsində görünmə şəraiti pisləşdikdə;

4.2.9.12. atəşi yerinə yetirən atışın istiqamətini itirdikdə.

4.2.10. Atəş qurtardıqdan sonra atış kursunun tələblərinə uyğun olaraq çalışmanı yerinə yetirənlərin silahlarına baxış keçirilir və onların daraqları və mərmi çantaları yoxlanılır.

4.2.11. Döyüş təminatı məntəqəsində sursatların atmosfer çöküntülərindən və torpaq nəmliyindən müdafiə olunması üçün onların üzərinə birbaşa günəş şüaları düşməməlidir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin