4.1. Taktiki-xüsusi və komanda-qərargah təlimlərində təhlükəsizlik tədbirləri.
4.1.1. Təlimdə şəxsi heyətin təhlükəsizlik qaydalarına riayət etmələrinə cavabdehliyi təlim keçirən komandir daşıyır.
4.1.2. O borcludur:
4.1.2.1. təlimdən əvvəl təlim keçiriləcək ərazinin (sahənin) yad cisimlərdən, partlamayan mərmi və yaxud güllələrdən təmizlənməsini təşkil etsin;
4.1.2.2. bölmələrin təlim yerinə hərəkəti istiqamətində təhlükəli yerlərdə komendant xidmətini təşkil etsin;
4.1.2.3. keçiriləcək təlimdə şəxsi heyətə təhlükəsizlik tədbirlərinə riayət edilmə qaydalarının öyrədilməsini və təlimin gedişində bu tədbirlərin yerinə yetirilməsini təşkil etsin;
4.1.2.4. sürücü və sürücü-mexaniklərlə maşınların idarəedilməsi xüsusiyyətlərinin, idarəetmə siqnallarının, yüklərin və şəxsi heyətin daşınma qaydalarının öyrədilməsini təşkil etsin;
4.1.2.5. bütün şəxsi heyətə təlim keçiriləcək ərazinin (sahənin) təhlükəli yerlərinin və xüsusiyyətlərinin çatdırılmasını təşkil etsin;
4.1.2.6. təlimə cəlb olunan silah, texnika və qurğuların texniki cəhətdən hazır olmalarını təmin etsin, şəxsi heyətin silah və texnika ilə davranma qaydalarına ciddi fikir versin;
4.1.2.7. fərdi mühafizə vasitələrinin, geyim və ləvazimatların sazlığına, onların şəxsi heyətin ölçülərinə və ilin mövsümünə uyğun seçilməsinə nəzarət etsin;
4.1.2.8. təlim başlamazdan 3 (üç) gün əvvəl təlimə cəlb olunan şəxsi heyətdən təhlükəsizlik tədbirlərini bilmələri və praktiki yerinə yetirmələri üzrə məqbulların qəbul edilməsini və nəticələrinin hər bir hərbi qulluqçuya imza etdirilməklə çatdırılmasını təşkil etsin;
4.1.2.9. təlimə hazırlıq barədə yuxarı rəisə məruzədə şəxsi heyətin təhlükəsizlik qaydalarına riayət etmələrinə hazırlığı barədədə məruzə etsin.
4.1.3. Birləşmə və hərbi hissə (bölmə) komandirlərinə təlim mərkəzinə gəldikdən sonra şəxsi heyətə aşağıda göstərilən işlərin yerinə yetirilməsi barədə göstərişlər vermək qadağan edilir:
4.1.3.1. təlim mərkəzinin, təlim rəhbərinin icazəsi olmadan hər hansı bir qurğunun işə salınması və yaxud onların elektrik şəbəkələrinə qoşulması barədə göstərişlər vermək;
4.1.3.2. təcrübəsi olmayan şəxsi heyəti təqlid sahələrinin quraşdırılmasına cəlb etmək;
4.1.3.3. təlim mərkəzi ilə razılaşdırılmamış sahələrdə mühəndis işlərinin aparılmasına və texnikaların hərəkətinə göstəriş vermək.
4.1.4. Təlim zamanı qadağan olunur:
4.1.4.1. şəxsi heyətin daşınması üçün oturacaqlar quraşdırılmayan avtomobillərdə şəxsi heyətin daşınması;
4.1.4.2. təhlükəli manelərin şəxsi heyət olan avtomobillərdə keçilməsi;
4.1.4.3. şəxsi heyətin cəmləşdiyi ərazilərə yaxın yerlərdə avtomobillərin və mühəndis texnikalarının sürülməsi;
4.1.4.5. şəxsi heyətin yerləşdiyi yerdən 100 metr yaxın məsafədə atəş məşqlərinin yerinə yetirilməsi;
4.1.4.6. yerdə olan atılmayan və partlamayan mərmi və güllələrin (başqa əşyaların) əllə toxunulması və onların ələ götürülməsi;
4.1.4.7. partlayıcı fuqasları təqlid sahəsindən 500 metr yaxınlıqda yerləşdirilməsi və yaxud partladılması, 250 metr məsafədən yaxınlıqda tabel vasitələri ilə nüvə partlayışının təqlid edilməsi, 100 metrdən yaxın məsafədə təlim zəhərələyici – tüstü məhlullarının yandırılması, şəxsi heyətdən, tezalışan materiallardan və yaşayış məntəqələrinə 25 metr yaxın məsafədə isə partlayıcı paketlərin və təqlid qumbaralarının partladılması;
4.1.4.8. yaşayış məntəqələrində və elektrik xətlərinin altı ilə antenası yuxarı qaldırılmış rabitə maşınları ilə hərəkət etmək, yüksək gərginlikli elektrik xəttlərinin yaxınlığında radio və radio-rele stansiyalarının açılması;
4.1.4.9. yük qaldıran maşınların yaxınlığında və trosunda dayanmaq, qoşquda dartılan avtomobildə şəxsi heyətin olması;
4.1.4.10. maşınların kabina və kuzovlarında siqaret çəkmək;
4.1.4.11. qapı və pəncərələri bağlı olan maşınların mühərriklərinin qızdırılması, mühərriki işləyən halda maşınların altında, kuzov və kabinələrində yatmaq və yaxud dincəlmək ;
4.1.4.12. elektrik stansiyalarına, yüksək gərginlikli elektrik xəttllərinə, dəmir yollarına və güclü radiostansiyalara 200 metrdən yaxın məsafədə şəxsi heyətin və texnikaların yerləşdirilməsi;
4.1.4.13. gecə vaxtı və ya məhdud görmə şəraitdə təqlid yerlərinin köçürülməsi;
4.1.4.14. istirahət yerlərində (dayanacaqlarda) şəxsi heyətin yolun gediş hissəsinin sol tərəfinə çıxması;
4.1.4.15. maşının ətrafını yoxlanılmadan sürücülər tərəfindən maşının mühərrikinin işə salınması və hərəkət etdirilməsi;
4.1.4.16. əyləc sistemi nasaz olan avtomobillərin dartılması;
4.1.4.17. yüksaxlama qabiliyyəti zəif olan körpülərin istifadəsi.
Dostları ilə paylaş: |