«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi



Yüklə 1,63 Mb.
səhifə16/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
TTQ FHN emr 150

Şək. 16. Dik qarlı yamacı hərəkət istiqamətində yanakı kəsib çmə.

Şək. 17. Qarlı yamacı sürüşmə ilə enmə.
5.4.16. Buzlu yamacları keçmə üsulları. Buzlaqlar əsas maneələrdən biridir. Onları keçmək xüsusi hazırlıq və dağləvazimatının tətbiq olunmasnı tələb edir. Adi ayaqqabıda və buz baltası olmadan yamacları keçmək mümkün deyil. Etibarlılığı təmin etmək və təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədilə dikliyi 20°-yə qədər olan yamaclar trikonlu botinkalarda keçilir. Dikliyi 20°-dən çox olan yamaclarda botinkalara qarmaqlar geydirilir.


18. 19.

5.4.17. Dikliyi 45°-dən çox olan yamacları qarmaqlarla aşaraq buz baltası ilə pilləkənlər qazılır, ipin köməyi ilə təhlükəsizlik tətbiq edilir, ipi bərkitmək üçün buza qarmaq vurulur. Qarmağı buza vurmaq üçün əvvəlcə üfüqi meydança qazmaq lazımdır, sonra isə ardıcıl möhkəm zərbələrlə qarmaq vurulur. Düzgün vurulmuş qarmaq 300-350 kq dartıcı qüvvəyə davam gətir. Vurulmuş qarmağa karabin geydirilir və ona ip keçirilir. İpi qarmağa keçirməzdən əvvəl qarmaqda öz təhlükəsizliyi təmin edilir.


Şək.18. Buzlu yamaca qarmaqlarda “yoloçka” üsulu ilə qalxma. Şək.19. Buzlu yamaca “əyri-üyrü” (“ziqzaq”) üsul ilə qalxma.
5.4.18. Buzlu yamacların dikliyindən və buzun vəziyyətindən asılı olaraq buzlu yamaclar aşağıdakı üsullarla keçilir:

5.4.19.1. “yoIoçka” ilə qalxma (şək.18) dikliyi 35°-yə qədər olan yamacları keçəndə tətbiq olunur. "Alına" (düz qabağa baxma) üsulu ilə hərəkət edilir, ayaqların pəncələri bir-birinə bucaq altında qoyulur. Buz baltasından təhlükəsizliyi təmin etmək üçün istifadə olunur.



5.4.19.2. “əyri-üyrü” (“ziqzaq”) qalxma (şək.19) dikliyi 40°-yə qədər olan yamacları keçəndə tətbiq olunur. Buz baltasından təhlükəsizliyi təmin etimək üçün istifadə edilir;

5.4.19.3. üzü yamaca qalxma (şək.20) dikliyi 45°-dən çox olan yamacları keçəndə tətbiq edilir.

5.4.20. Bu üsulla aşağıdakı qaydada qalxırlar: buz baltasını başlığından və milindən buza sancırlar, ayağın burnunu bir addım yuxarı atırlar, qarmağın bir dişini buza dayayırlar, sonra bədənin ağırlığını yuxarıdakı ayağın üzərinə və ya baltaya keçirərək o biri ayaqla addım atırlar. Bu hərəkətlər təkrar olunur. Bədən irəli verilir, yarımbükülü vəziyyətdə olmaqla ağırlıq bərabər ölçüdə bütün dayaq nöqtələrinə bölüşdürülür. Mütləq ipdən və buz qarmaqlarından istifadə edərək təhlükəsizliyi təmin etməklə çıxırlar. Enişləri, dikliyi 50°-yə yamaclarda arxası yamaca (şək.21), diklik 60°-yə qədər olanda isə üzü yamaca enirlər. Hərəkət texnikası qalxmada olduğu kimidir. Dik buzlu yamacları keçmək həm qalxanda, həm də enəndə buzda qazılmış pillələrdən istifadə edilir. Pillələrin qazılma qaydası aşağıdakı kimidir:

5.4.20.1. qalxmaq üçün (şək.22) yamaca yanakı, durub yuxarıdakı ayağın burnunun qabaq hissəsindən 15-20 sm yuxarıda gələcək pillə uçun novça qazmalı, sonra bu novçanın qabaq hissəsindən 30-40 sm yuxarıda pilləni qazmalı, onu təmizlədikdən, sonra aşağıdakını qazmalı. Baltanın milini buzda dayaq edib bu pillələri qalxmalı, sonrakını yonmalı və i.a;


Şək.20. Üzü yamaca qalxma.

Şək.21. Buzlu yamacda arxası yamaca ayaq qarmaqlarında enmə.

5.4.20.2. enmə üçün (şək.23) yamaca yanakı durub yüksəkliyə görə bir-birindən 25-30 sm məsafədə iki uzun pillə qazmalı, sonra baltanın mili ilə buza dayaq edib, ayağı yuxarı pilləyə qoymalı, sonra o biri ayağı keçirib yanaşı qoymalı. Bundan sonra yamacın aşağısındakı ayağı pilləyə endirməli, sonrakı pilləni yonmalı və i.a.




Şək. 22. Dik buz yamacı ilə qalxmaq üçün pillələrin qazılması.

Şək. 23.. Dik buz yamacı ilə enmək üçün pillələrin qazılması.
5.4.21. Qayalıqlardan keçmə üsulları.

5.4.21.1. Bütün dağ maneələrindən keçmək üçün ən çətini müxtəlif qayalardır.

5.4.21.2. Qayaları keçmək şəxsi heyətdən xüsusi tələb edir.

5.4.21.3. Keçmə çətinliyinə görə qayalar asan, orta çətinlikli və çətin olur.

5.4.21.4. Asan qayalarda əllərin köməyi olmadan hərəkət etmək olar.

5.4.21.5. Orta çətinlikli qayalar əsas qayaya dırmaşma üsulu ilə keçirilir.

5.4.21.6. Çətin qayalar qayalara dırmaşmanın bütün üsulları tətbiq etməklə keçilir və bu vaxt təhlükəsizliyi və öz təhlükəsizliyini təmin etmək, həmçinin süni dayaq nöqtələri tətbiq etmək lazım olur.

5.4.21.7. Qayalarda həmin hərəkəti etmək üçün onları keçmə qaydalarını və qayaya dırmaşma texnikasını bilmək lazımdır.

5.4.22. Qayalara dırmaşmanın əsas qaydaları aşağıdakılardır:

5.4.22.1. hərəkətdən əvvəl qaya sahəsini yoxlayıb ümumi istiqamət seçməli və oriyentirdən oriyentirə yolu təyin etməli;

5.4.22.2. dayaqdan istifadə etməzdən əvvəl, onun etibarlılığını yoxlamalı;

5.4.22.3. bütün hallarda «üç dayaq nöqtəsi» qaydasına riayət etməli, ağırlığı müxtəlif əzələ qruplarına növbə ilə salmalı, aramla, sıçrayışsız hərəkət etməli, bədənin ağırlığını, əsasən, ayaqlara bölüşdürməli, əllərdən müvazinəti saxlamaq üçün istifadə etməli və dizləri dayaq etməkdən çəkinməli;

5.4.22.4. yaxşı ilişmələr və dayaqlar olmayanda bədən hissələrinin sürtünməsindən istifadə etməli, təzyiqlə hərəkət etməli;

5.4.22.5. qalxan başqa yoldaşına ilişmə seçməkdə kömək etməli;

5.4.22.6. qopub yıxılaraq zədələnmək ehtimalı olan bütün hallarda təhlükəsizlik təminatı tətbiq etməli.

5.4.23. Müxtəlif formalı qaya relyefini keçmək üçün aşağıdakı müxtəlif üsullar tətbiq edilir:

5.4.23.1. daxili künclərdə daşlara, yarıqlara təzyiq etməklə (şək. 24); xarici künclərdə isə əllərlə və dizlərlə qaya çıxıntılarım köndələninə sıxmaqla (şək. 25);

5.4.23.2. maili tavalarla iki əllə və iki ayağa dayanaraq sürünmək: qalxanda - üzü yamaca (tavaya),

5.4.23.3. enəndə-arxası (kürəyi) yamaca (tavaya) (şək.26);

5.4.23.4. iti qaya qılıclarının at üstündə oturan kimi oturub, yaxud pipiyin yanında, onun yuxarı hissəsini əllərlə tutaraq hərəkət etmək lazımdır (şək.27);






Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin