7. AVTOMOBİL KRANLARININ İSTİSMARI ZAMANI
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
7.1. Avtomobil kranlarından istifadə edərkən təhlükəsizlik texnikasının pozulması nəticəsində aşağıda göstərilən hadisələrin baş verməsi mümkündür:
7.1.1. kranın və yaxud onun qülləsinin aşması;
7.1.2. kranın dönmə mexanizminin kranın ətrafında olanlardan kimisə əzməsi və yaxud sıxması;
7.1.3. qüllənin döndərilməsi zamanı qüllənin elektrik naqillərinə toxunması və elektrik cərəyanının kranı idarə edəni zədələməsi.
7.2. Bədbəxt hadisələrin baş vermə səbəbləri:
7.2.1. kranın iş yerində düzgün quraşdırılmaması (3 dərəcə maili meydançada quraşdırmaq, bütün dayaqların bərkidilməməsi, elektrik naqillərinə 30 metrdən yaxın məsafədə işlərin yerinə yetirilməsi) ;
7.2.2. kran qurğusunun nasaz olması (təhlükəsizlik cihazları, əyləclər, troslar, metal konstruksiyası və s.);
7.2.3. krançının və bağlayıcının təcrübəsiz şəxslərdən təyin olunması;
7.2.4. işlərin yerinə yetirilməsi zamanı rəhbərliyin təcrübəsiz şəxslərdən təyin olunması.
7.3. Təhlükəsizlik tədbirləri:
7.3.1. avtokranla işlərə vəsiqəsi olan və işləmək bacarığı olan şəxslər buraxılmalıdır;
7.3.2. kranla işə başlamazdan əvvəl dayaqlarını bərkitmək;
7.3.3. nasaz əyləcə və qurğulara malik kranların istismarını qadağan etmək;
7.3.4. elektrik naqillərinə 30 metrdən yaxın yerlərdə işlərin aparılmasına yol verməmək;
7.3.5. kran işləyərkən yükün altında kənar adamların olmasına icazə verməmək;
7.3.6. yükləri krana bağlayarkən etibarlı olmasını yoxlamaq;
7.3.7. yüklərin yerə qoyulması zamanı onları nizamlamaq məqsədi ilə o tərəf bu tərəfə dartılmasına yol verməmək;
7.3.8. normadan artıq kranı yükləmək;
7.3.9. küləyin sürəti kranın pasportunda göstərilən külək sürətinin normasından yuxarı olduqda işləri dayandırmaq;
7.3.10. gecə vaxtları iş yerinin lazımi səviyyədə işıqlandırılmasını təmin etmək;
7.3.11. işlərin sonunda kranın qülləsinin əyləcdə olmasını yoxlamaq.
Dostları ilə paylaş: |