TəŞKİlat və TƏŞKİlatçiliq


 Prioritetlәri tәyin etmәk



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
Təşkilat

10. Prioritetlәri tәyin etmәk 
Önəmli işlərinizi müəyyənləşdirin. Bunun mənası 
o deyil ki, önəmli olmayan işlərlə məşğul olmayın. 
Xeyr! Siz iqtisadi, mədəni və ya digər sahələrdə 
prioritetləri təyin edin, bu və digər məsələlər 
1
Universitet müəllimləri ilə görüşdə çıxışından, 2009. 
2
“Xatəmul-əvsiya“ Mədəniyyət Mərkəzinin məsul şəxsləri ilə görüşdə 
çıxışından, 2013. 


58 
arasında seçim məcburiyyətində qalsanız, onları önə 
keçirin.
1
İndi kitabçada və yazılarda gördük ki, fəaliyyət 
dairəniz olaraq, ölkənin daxilini, regionu, İslam 
dünyasını və bütün dünyanı seçmisiniz. Bunun eybi 
yoxdur, ancaq ölkənin daxili daha önəmlidir. Əgər 
biz təhlükəyə məruz qalsaq, ən mühüm zərbə 
ölkənin daxilindən olacaq. İslam Respublikasına 
zərbə vuracaq amil düşüncə, şüur və istək 
dəyişikliyidir. Əgər hansısa Avropa, yaxud Afrika 
ölkəsində ictimai rəy bizi tanımasa, yaxud başa 
düşməsə və haqqımızda yanlış mühakimə yürütsə, 
düzdür, bunun da zərəri var, amma daxildən məruz 
qalacağımız zərbə həddində deyil. Öz adamlarınız 
sizi, fikrinizi, yolunuzu, inqilabi məqsədinizi 
tanımasa, çox ziyanlı olar. Deməli, ilk növbədə 
ölkənin daxilidir.
2
Parlamentin işində mühüm məsələlərdən biri 
budur ki, siz Cavabdehlik ilində işə başlayırsınız. 
Bu baxımdan, iki mövqeyə sahibsiniz: həm cavab 
verməli, həm də cavab istəməlisiniz. Hökumətin 
xalq qarşısında cavab verməsi yaxşıdır və mən də 
adətən, hökumətdəki qardaşlara bunu tövsiyə 
edirəm. Amma qanuni yolu budur ki, icraçı orqan 
1
Prezident və Dövlət Şurasının üzvləri heyəti ilə görüşdə çıxışından, 
2006. 
2
“Atlas” xəbər agentliyinin əməkdaşları ilə görüşdə çıxışından, 2013. 


59 
parlamentə cavab versin. Siz cavab istəməli və öz 
işiniz haqda da cavab verməlisiniz. 
Prioritetlərinizi müəyyən edin. Siz hansı 
bölgədən seçilmisiniz, şüarlar vermisiniz, çıxışlar 
etmisiniz, vədlər vermisiniz - bunları bir yerə 
toplayın. Baxın, görün hansılar daha önəmlidir. Bu 
önəmli məsələlərin hansıları hökumətin təqdim 
etdiyi 
layihələrdə 
araşdırılmalıdır, 
hansıları 
parlamentin öz planları əsasında təmin olunmalıdır, 
hansıları üçün dövlət idarələrindən cavab və izah 
alınmalıdır. Bunları aydınlaşdırın, əhəmiyyətinə, 
hətta zamanına görə ayırın, sonra xalqa hesabat 
verin. Deyin ki, bu qanunu qəbul etmək istəyirdik, 
bu problemi həll etmək istəyirdik, bunun zamanı altı 
ay idi, altı ayın axırında buraya çatdıq. Cənab 
Həddad Adil deyir ki, gələn il yaxşı bir iş hesabatı 
vermək istəyirik. Bundan ötrü prioritetlərinizi, 
proqramınızı, vaxtınızı tənzim və təyin edin. Bütün 
işləri bir gecəyə, bir yerdə görmək olmaz. 
Prioritetlər var. Bunları tapmaq və məşğul olmaq 
mühümdür. Bu baxımdan, siz həm xalqa cavab 
verin, həm də nəzarətinizdə olan orqanlardan cavab 
istəyin.
1
1
İslami Şura Məclisinin üzvləri ilə görüşdə çıxışından, 2004. 


60 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin