3. Güclәrә mәnәvi dayaq olmaq, onları elm
vә iman baxmından inkişaf etdirmәk
İnsan resurslarını özbaşına buraxmayın. İnsan
resurslarının həmişə təchizat və dəstəyə ehtiyacı
var... Onlara daim mənəvi dəstək verin... Dərs,
kurslar və s. öz yerində, amma bunlar ikinci
dərəcəlidir. İlk növbədə danışmaq, nəsihət vermək,
ruh yüksəkliyi yaratmaq lazımdır. Bunlar elmlə əldə
olunmur ki, gedib onlara dini bilikləri öyrədək.
Bunlar dinin özü ilə, yəni dini imanla əldə olunur...
Ruhaninin əsl işi qəlblərə müraciət etmək, qəlblərlə
danışmaq və onlara təsir göstərməkdir. Bu
mühümdür. Əlbəttə, dərs, dəlil, sübut və s. bunların
da öz yeri var. Amma insan resurslarının iman
baxımından inkişafı birinci dərəcəli əhəmiyyət
daşıyır.
2
4. Qüvvәlәri tәşkilatlandırmaq vә inkişaf
etdirmәk
“Bəsic”in hörmətli məsul işçiləri təşkilatlanmağa
çox əhəmiyyət verməlidirlər. Çünki əsas məsələ
1
İcra hakimləri ilə görüşdə çıxışından, 2006.
2
Ordu komandirləri ilə görüşdə çıxışından, 1995.
69
təşkilatlanmaqdır. Yaxşı bir təşkilat daxilində fikri
baxımdan təlim və dəstək vermək daha asan olur.
1
“Bəsic” təşkilatı, yəni rəhbərlik və idarə heyəti,
məsullar o qədər incə işləməlidirlər ki, bütün hazır
qüvvələri tədricən, öncə qeyd etdiyim şəkildə
“Bəsic” təşkilatına daxil edə bilsinlər. Yəni bir
qadın evdar olmaqla yanaşı, özünü bir hərbiçi hiss
etsin, bir gənc tələbə olmaqla yanaşı özünü bir
hərbçi hiss etsin. Bu, hər təbəqəyə uyğun
gözlənilənlərə əsasən təbliğat və yaxşı təşkilatlanma
yolu ilə, onların zehinlərini bəsicin (xalq könüllü
qüvvələri) həqiqəti vasitəsilə suvarmaq və
doydurmaq yoli ilə mümkündür.
2
a) Tәcrübәli fәrdlәri kömәkçi seçmәk
Əslində sizin əlləriniz və gücünüz rolunu
oynayan yaxınlarınızı işi bilən adamlardan seçin.
Bir nazirin işlə çox da tanış olmaması mümkündür,
amma müavini işlə tanış olsa, bu boşluq dolacaq.
Nazirin əlləri olan bu müavinin ona tapşırılan işi
bilməməsi böyük dərddir. Dünyanın hər yerində
belə bir qayda var ki, hökumətlər dəyişdikdə
nazirlər də dəyişir Amma bir çox ölkələrdə hansısa
bir nazir müavininin həmişə öz yerində qalması
qanunu da var. Mən bunu Pakistanda görmüşəm,
sonra mənə dedilər ki, bu bir ingilis qanunudur. Hər
1
Nümunəvi Bəsic üzvləri ilə görüşdə çıxışından, 1989.
2
Bəsic günü münasibətilə İmam Həsən Müctəba (ə) mərkəzində
görüşdə çıxışından, 1990.
70
bir nazirlikdə bir nazir müavinini saxlayırlar,
dəyişmirlər. Çünki o, keçmişin təcrübəsini təzə
işçilərə ötürür. Eyni zamanda təzə nazirin
komandasında qalır. Bu şəxslər mütəxəssis
olmalıdırlar.
1
Dostları ilə paylaş: |