TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   52   53   54   55   56   57   58   59   60
Təşkilat

Hövz
ə təşkilatları 
Ali m
əktəblərdə Rəhbərliyin 
nümay
əndəliyi orqanı 
İnqilabdan öncə bəzi ruhanilərin, o cümlədən bu 
həqir bəndənin, tələbələrlə əlaqəsi var idi. Bu əlaqə 
təşkilata aid bir münasibət deyildi. Kəskin mübarizə 
məsələləri ilə də bağlı deyildi. Fikri və 
aydınlaşdırıcı bir əlaqə idi. Yəni toplantı keçirirdik 
və tələbələr də orada iştirak edirdilər. Yaxud da biz 
bəzi vaxtlar ali məktəblərdə tələbə yığıncaqlarında 
iştirak edirdik. O zaman Məşhəddə məğrib və işa 
namazları arasında bir məclis keçirirdik. 20-30 
dəqiqə çıxış edirdim. Dinləyicilərin də doxsan faizi 
gənclər idi. Bu gənclərin də əksəriyyəti tələbə, 
yaxud orta məktəb şagirdləri idi. Bir gecə mərhum 
şəhid Bahünər (Allah ona rəhmət etsin) Məşhəddə 
idi. Mənimlə birgə məscidimizə gəldi. Vəziyyəti 
görüb heyrətləndi. Cənab Bahünərin özü Tehranda 
gənclər və tələbə yığıncaqları ilə əlaqədə olan adam 
idi. O dedi ki, mən ömrümdə bu qədər tələbə və 
gənci 
bir 
məsciddə 
görməmişəm. 
Bizim 
məscidimizdə neçə gənc var idi? Ən çox 340-350 
nəfər. Gənclərlə əlaqəsi olan cənab Bahünər kimi 
ziyalı bir ruhani üçün təqribən 300-350 nəfər gəncin 
bir yerə toplanması heyrət doğururdu. Bir halda ki 
özü də ali məktəbdən çıxmışdı və universitetdə 


132 
kurslar keçmişdi. Tələbə mühitini tanıyırdı. Günə 
uyğun və yeni dini fəaliyyətlərdən də xəbərdar idi. 
Bu saydan ola bilsin ki, iki yüz nəfəri tələbə idi. 
Bu onun üçün çox təəccüblü idi. O, heyrət və 
təəccüb içində idi. İki yüz tələbə bir yerə toplanır və 
bir ruhani onlar üçün söhbət edir?! 
İndi bunu bu gün ali məktəblərdə olan vəziyyətlə 
müqayisə edin. Görün əlinizə hansı böyük və 
qiymətli fürsət düşmüşdür. Bu fürsəti qənimət bilin. 
Əsas məsələ budur.
1
Fikrimcə, ruhani ali məktəbdə elə olmalıdır ki, 
tələbə ona sığınsın, ona ümidlə baxsın. Əlacını onda 
axtarsın. Əgər o, əlac edə bilməsə, ən azı tələbə 
üçün təskinlik səbəbi olmalıdır. 
Əgər biz ali məktəblərdə toplantı keçirmişiksə, 
söhbət etmişiksə, məscidə getmişiksə, seçimdə 
iştirak etmişiksə, müəllim təyin etməyə hazır 
olmuşuqsa, bütün saydığım vəzifələri yerinə 
yetirmişiksə, amma tələbə bizə etimad etmirsə, 
ümid bağlamırsa, müvəffəq olduğumuzu söyləmək 
olmaz. 
Sizin ali məktəblərdə əsas səyiniz 
bütün 
tələbələrə məxsus olmaqdır. Hətta, ola bilər ki
tələbəni fikir və münasibət baxımından qəbul 
etmirsiniz. Əlbəttə, bu çətin işdir, hətta bəzi 
1
Fəqih Rəhbərin ali məktəblərdə nümayəndələri ilə görüşdə 
çıxışından, 2010. 


133 
yerlərdə mümkün olmaya da bilər. Amma hər yerdə 
belə deyil. 
Fikrimcə, ruhani elə rəftar və əməl edə bilər ki, 
hətta fikir baxımından o ruhanini qəbul etməyən 
tələbə: “İnsafən, bu yaxşı insandır”, deyər. Əgər bir 
problemi, psixoloji, etiqadi və ya fikri çətinliyi 
varsa, yenə o şəxsə sığına biləcəyini düşünər. Əgər 
nə vaxtsa namaz qılmaq istəsə, bu ruhaninin 
arxasında 
qılar. 
Ali 
məktəblərdə 
belə 
davranılmalıdır. Yoxsa, nümayəndəlik bəzilərinə 
qarşı birtərəfli mühakimə yürütməməlidir. Bu 
məsləhət deyil. 
Zənnimcə, biz öz cəmiyyətimizdə tələbənin dini 
təbəqənin seçilən üzvü olması üçün iş görməliyik. 
Yəni məqsədimiz ali məktəblərdə tələbələri həm 
ayıqlıq, maarif, həm də iman baxımından möhkəm, 
seçilmiş dini bir ünsürə çevirmək olmalıdır. Təbii 
ki, bunlar gələcəkdə İslam Respublikası üçün 
xidmətə də zəmanət verəcək. İnşallah, bu baxımdan 
irəliləməliyik.
1
1
Fəqih Rəhbərin ali məktəblərdə nümayəndələri ilə görüşdə 
çıxışından, 1990. 


134 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin